Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simen Burhol
Simien Milli Parkı
Simien Milli Parkı — Afrikada, Efiopiya dövlətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Simien Milli Parkının sahəsi 13000 hektar olub, eroziya və yüksək bioloji müxtəliflik ilə yaradılmış möhtəşəm bir mənzərəyə malikdir. Milli Park çay vadiləri ilə ayrılmış Afrikanın başlıca dağ massivinin birinindən ibarətdir. Milli Parkda yüksəkliyi 4000 metrdən çox olan Ras Daşen zirvəsi yerləşir. Simien Dağları 40 milyon il əvvəl tektonik fəaliyyətlər nəticəsində yaranmışdır. . Minlərlə il boyuncaki eroziya, geridə Simien Dağlarında boğazlar, kanyonlar və uçurumlardan ibarət mənzərə buraxdı. Simien Milli Parkı nəsli tükənməkdə olan 3 növ məməliyə ev sahibliyi edir: Ualia dağ keçisi, Qelada meymunları və Efiopiya qurdu. Milli Park 1978-ci ildə 9-cu üzv kimi YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.
Simen Heqstad Krüger
Simen Heqstad Krüger (13 mart 1993) — Norveçli xizək yürüşçüsü. O, FİS Xizək Dünya Kubokunda iştirak etmişdir. Krüger Lin klubunun üzvüdür. O, Norveçi 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etmiş və qızıl medal əldə etmişdir.
Pistən
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
Simnan
Simnan — İranın Simnan ostanının və Simnan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 124,999 nəfər və 36,298 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti simnanilərdən ibarətdir və simnan dilində danışırlar.Simnanilərdən əlavə, qacarlar, seyidlər və ...də bu şəhərdə yaşayırlar.
Sirkən
Sirkən (lat. Atriplex) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Atriplex amnicola Atriplex argentea Atriplex bunburyana Atriplex californica Atriplex canescens Mərkəzi Asiya sirkəni (Atriplex centralasiatica Iljin) Atriplex cinerea Atriplex confertifolia Atriplex cordulata Atriplex coronata Atriplex coulteri Atriplex depressa Atriplex elegans Yabanı sirkən (Atriplex fera (L.) Bunge) Atriplex fruticulosa Şoranlıq sirkəni (Atriplex halimus L.) Atriplex hortensis Atriplex hymenelytra Atriplex joaquiniana Atriplex lentiformis Atriplex leucophylla Atriplex lindleyi Atriplex littoralis Atriplex nummularia Atriplex pacifica Atriplex paludosa Atriplex paludosa subsp. baudinii Atriplex parishii Atriplex parryi Atriplex patula Atriplex phyllostegia Atriplex plebeja Atriplex polycarpa Atriplex pusilla Atriplex rosea Atriplex semibaccata Atriplex serenana Atriplex spinifera Atriplex suberecta Atriplex subspicata Atriplex truncata Atriplex tularensis Atriplex vesicaria Atriplex vesicaria subsp. variabilis Atriplex watsonii == Sinonimləri == Armola (Kirschl.) Montandon Blackiella Aellen Halimus Wallr. Haloxanthium Ulbr. Morrisiella Aellen Neopreissia Ulbr. Obione Gaertn. Pachypharynx Aellen Senniella Aellen Theleophyton (Hook.f.) Moq.
Sistan
Sistan (fars. سیستان‎ [siːˈstɒːn]), əvvəllər Sakastan, Saklar ölkəsi), ya Zərəng Böyük İran torpaqlarından biridir ki, İranda, Əfqanıstanda və kiçik bir hissəsi Pakistanda yerləşir. Bəzi dövrlərdə ``Ruxaj (mərkəzi Qəndəharda) və Zəbulistan (mərkəzi Qəzni) də Sistanın bir hissəsidir. nəzərdən keçirilmiş və hətta Zabulistan və Sistan sinonim kimi istifadə edilmişdir. == Tarixi == Bizim eradan əvvəl I minilliyin birinci yarısında Midiyanın tərkibində idi. === Səfərilər sülaləsi === Səfərilərin mərkəzi bu gün Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yakub bin Lait əs-Səfər tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsinde sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. == Adı == Drangiana, Araxosiya: Zərəng su və dəniz ölkəsi deməkdir ki, bu torpağa Hamun gölü münasibəti ilə verilmişdir və yerli adı Sistandır. Qədim yunan tarixçiləri də Hirmandın aşağı hissəsində yerləşən torpağın Araxosia (Rhojj və Davar diyarı) olduğunu və Zarın çoxlu yaşayış məntəqələri, çaylar və tarlalar saldığı üçün saçlarının parlaq rənginə görə Zərəng adını da vermişlər.
Vistən
Vistən — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1007 nəfərdir. == Toponimiyası == Oykonim “iyirmilər” mənası ilə və ya küncütə oxşar bitkinin adı ilə əlaqələndirirlər.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru == Həyatı == Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil. == Hakimiyyəti == === Bizans və Macarlarla əlaqələr === Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu.
Simgə
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Ağ sirkən
Ağ sirkən (lat. Atriplex cana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Avropa, Aşağı Volqaboyu, Krım, Qərbi Sibir, Orta Asiyada yayılmışdır. Baltikyanı zonada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-50 sm, aşağı hissəsində çoxlu budağı olan yarım-kolcuqdur. Budaqları oduncaqlı,qonur-boz rəngli çatlamış qabıqla örtülmüşdür. Alt yarpaqları əyri-üzbəüz, qalıntəhər, uzunsov-ovaldan tərsinə-lansetvariyədəkdir. Yuxarı yarpaqları küt, çox vaxt batıq, kənarları bütövdür. Çiçəkləri yarpaqsız sünbül-süpürgəvari çiçək qrupunda yerləşir. Dişicik çiçəklərin çiçəkaltlıqlari oturaq, üstü enli, üçdişlidir.
Riçson Simeon
Riçson Simeon (5 oktyabr 1997) — Marşall adalarını təmsil edən atlet. Riçson Simeon Marşall adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Riçson Simeon birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.81 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Simeon Bekbulatoviç
Simeon Bekbulatoviç (rus. Симеон Бекбулатович; Sain-Bulat, rus. Саин-Булат; XVI əsr – 5 yanvar 1616, Moskva) — Qasım xanlığının xanlarından və Rusiyanın çarlarındandır. == Həyatı == Sayın Bulat… Rus tarixində bu ad tez-tez gözə çarpmaqdadır; hətta Moskva çarı kimi… Sayın Bulat Bek Bulat sultanın oğlu, Gəraylar sülaləsindəndir; Qızıl Orda xanı Əhməd xanın nəticəsidir. Dediyimiz kimi o, birbaşa Çingiz xanın özünün düz xətlə gələn nəslindəndir; atası Bek Bulat Əhməd (Axmat) xanın nəvəsi, Axmat xan da öz növbəsində Cucinin törəməsidir. XVI əsrin 50-ci illərində şahzadə Bek Bulat İvan Qroznı ilə müttəfiq kimi fəaliyyətə keçmişdi. 1552-ci ildə Moskvaya səfir kimi gəldi və daha geri dönmədi. Həm də tezliklə çarla bacanaq olur; Kabarda xanı Temiryürəkin digər qızı Altıncanı alır. o Simeon Bekbulatoviçin anasıdır. (Qeyd: digər 3-cü bacını da Həştərxan hakimi İsmayılın oğlu Dinahmad almışdı; bu ailənin qızlarının hökmdarlara gəlin getməsi ilk hadisə deyildi, II Sultan Bəyazidin xatunu, Yavuz Sultan Səlimin anası Gülbahar xanım da bu ocaqdan çıxmışdı).
Simnan (ostan)
Simnan ostanı — İranın şimalında ostan. Mərkəzi Simnan şəhəridir. Ostanın ərazisi 96.816 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 589.742 nəfər əhali yaşayır .
Simnan dili
Simnan dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindəndir. İranın Simnan ostanında danışılır.
Simnan dilləri
Simnan dilləri — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindəndirlər. Bu dildə İranın Simnan ostanında danışılır.
Simnan ostanı
Simnan ostanı — İranın şimalında ostan. Mərkəzi Simnan şəhəridir. Ostanın ərazisi 96.816 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 589.742 nəfər əhali yaşayır .
Simnan şəhristanı
Simnan şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Simnan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 186,159 nəfər və 52,896 ailədən ibarət idi.
Simran Rzayev
Sistin Madonna
Sikstin Madonnası (it. Madonna Sistina) — Rafael Santinin əsəri. İtalyan intibahının ən məşhur əsərlərindən biri. Drezden qalereyasında saxlanılır. == Yaranma tarixi == Ölçülərinə görə çox nəhəng olan bu əsər Roma Papası II Yulinin sifarişi ilə Pyaçenzada yerləşən Müqəddəs Sikst kilsəsi üçün 1513–1514-cü illərdə yaradılıb. II Yuli bu əsəri fransız qoşunlarının İtaliyadan qovulmasının və Pyaçenzanın Papa vilayəti elan olunmasının şərəfinə sifariş etmişdir. Portretdə əlində körpə olan Madonna, Papa Sikst, Müqəddəs Barbara və 2 mələk təsvir olunub.
Xiftən namazı
İşa və ya Xüftən namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
Yabanı sirkən
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Əbu Simbəl
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
II Simeon
II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha‎; 16 iyun 1937, Sofiya, Bolqarıstan krallığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı, 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır. O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir. == Erkən həyatı == Simeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir. 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu.
Simeon Slavçev
Simeon Nençev Slavçev (bolq. Симеон Ненчев Славчев 25 sentyabr 1993[…], Sofiya[…]) — Bolqarıstanlı peşəkar futbolçu. Polşanın "Vieçuzta Krakov" klubunda müdafiə meyilli yarımmüdafiəçi kimi çıxış edir. Slavçev peşəkar karyerasına 2010-cu ildə "Litex Loveç" klubunda başlayıb. "Çavdar Etropole" klubuna icarəyə verildikdən sonra onların komandasında əsas heyət oyunçusu olub. 2014-cü ildə Portuqaliyanın Sportinq klubu ilə müqavilə imzalayır, lakin orada əsas komandaya düşə bilmir. Bolton Uonderers, "Apollon Limassol" və "Lexia Qdansk" klublarında icarə əsasında oynadıqdan sonra o, 2018-ci ildə Qarabağ klubuna transfer olur. == Karyera == === İlk illər === Slavçev karyerasına doğulduğu şəhərin "Septemvri Sofia" klubunda başlayır. O, altı yaşında onların uşaq komandasına qoşulur. 2006–07 mövsümündə o, klubun gənclər komandasının dəvət edilir.
Pisten
Sbiten
Sbiten (сби́тень) Qədim şərqi slavyan içkisi olub, su, bal və müalicəvi otlardan ibarətdir.Soyuqdəyməyə qarşı isidici funksiyası olduğundan qış aylarında ən çox içilir.Soyuq stiben isə isti yay aylarında və hamamdan çıxan zaman zaman içilir. == Etimologiyası == Sbiten öz mənasını qarışdıqmaq feylindən götürür.Belə ki, iki müxtəlif qabda hazırlanır. Birində balı əridirlər, o birində isə otları. Hazır olandan sonra onları qarışdırırlar. Onun tərkibi (alkoqollu və alkoqolsuz) və onun hazırlanması (2 və daha çox qabda) reseptdən asılı olaraq dəyişir. Alkoqollu içkinin tutumu 4-7 %, alkoqolsuz içkinin isə 1% olur. == Tarixi == 1803-1804-cü illərdə Rusiya İmperiyasının ənənələri haqqında olan məlumatlara əsasən çay yaranana kimi sbiten yeganə isti içki hesab edilirdi. Onu samovarlarda hazırlayırdılar. Belə ki, samovorlar ölkənin müxtəlif yerlərində yerləşdirilmişdir. Belə ki, evlərin divarlarında açılmış pəncərələr əsas idi.
Sintel
Sintel - 2010-cu ildə istehsal olunmuş qısametrajlı Niderland animasiyasıdır. Cizgi filmin ditribüteri Niderlandın Blender Foundation adlı təşkilatıdır. == Film haqqında == Bir gün filmin qəhrəmanı olan Skalesin qarşısına yaralı əjdaha balası çıxır,o bu əjdaha balasının götürüb bəsləyir və yarasını sağaldır.Beləliklə bu bədheybət balasına öyrəşən Skales onun adını "Sintel" qoyur. Bir gün çarşıda oynayan Sintel və Skarles quşların səmada ötdüyünü görüb dama çıxırlar,bu zaman daha böyük bədheybət Sinteli caynağına alıb aparır.Əlacsız qalan Skarles onun dalınca getməyə məcbur olur,uzun müddət yol qət edən qarlı aşırımlar keçən Skarlas bir şamanın komasına gəlir və ona başına gələn hadisə barədə məlumat verir.Şaman onun Sinteli tapacağına yol göstərəcəyinə söz verir və ona böyük qılınc verərək yolu tərif edir.Nəhayət təhrif edilən əjdaha mağarasına gələn Skarles əjdahanın qidalandığını görür və ondan bir az aralıda yuvada balaca əjdahanın yatdığını görür və onun Sintel olacağını təxmin edib ona yaxınlaşır,lakin balaca bədheybət çığıraraq qaçır və bunu görən böyük əjdaha Skarlesə hücum edir.Əlindəki qılıncla əjdahanı ölümcül yaralayan qəhrəman qız kənara çəkilir yerə yıxılan əjdaha ona Sintelin gözləri ilə baxır bu baxışlar Skarlesə tanış gəlir və əjdahanın qanadına baxanda onun qanadında yara olduğunu görür və bu yara Sinteli tapandada onun qanadında var idi,bu yaranı Skarles özü sağaltmışdı.Artıq hər şey gec idi Skarlesin öldürdüyü körpəlikdən öz balası kimi sevdiyi,hər qayğısını çəkdiyi Sintel idi.
Sintez
Sintez (yunanca synthesis "birləşdirmə, əlaqələndirmə, qurma" sözündəndir) — termin olaraq ilk dəfə 1845-ci ildə alman üzvi kimyaçısı Adolf Vilhelm German Kolbe (1818-1884) tərəfindən istifadə olunmuşdur. O, karbon dörd xloridi, sirkə turşusunu, salisil və qarışqa turşularını və çoxlu sayda digər birləşmələri sintez etmişdir. == İstinadlar == == Xarici keçidlər == [1] Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.
Sistem
Sistem (yun. σύστημα, "təşkil edilmiş") — vahidliyə doğru çox sayda bir-biri ilə bağlı obyekt və resursların birliyi. Bu birlik digər birliklərə qarşı da yönəlmiş ola bilir. Sistem mühitin daxilində obyekt və subyektlərin müəyyən zamana və müəyyən məqsədə doğru nisbi müstəqil birliyidir. Sistem — təşkil edilmiş, vahid olan, daxilində fərdilik qorunub saxlanan və bir–biri ilə sıx bağlı olan obyektlər birliyidir. == Həmçinin bax == Sistematika Termodinamika Fəlsəfə == Mənbə == Alexander Backlund (2000). "The definition of system". In: Kybernetes Vol. 29 nr. 4, pp.
Sistern
Sistern — maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum. Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltı və yerüstü növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.
Şimşək
İldırım — göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək — bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 500 min amper, gərginlik isə 109 volt ola bilir.İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək adlanır. == Mənbə == Coğrafiya ensiklopediyası (I cild).
Şirtan
Şartan (шарта́н, шырта́н, шитран; çuvaş. шӑрттан, шӑртан) - Çuvaşların xüsusi ənənəsi ilə hazırlanan kolbasadır. Delikates hesab edilir və adətən bayramlarda hazırlanır. Bayram ənənəsi daşıyır. Onu vam xodda odun üzərində bişirirlər. Əsas tərkibi qoyun əti, mədəsi və sarımsaqdır. Müasir dövrdə çuvaşlar bu kolbasanı yalnızca qoyun ətindən deyil, həmçinin mal əti və donuz ətindən də istifadə edirlər. Çuvaşiya və Mariy El respublikalarında bu kolbasanı istehsal edən sənaye obyektləri mövcuddur. == Hazırlanması == Kolbasanı hazırlamaq üçün farş ilə lazımı inqreyendləri birlikdə vam xodda odun üzərində bişirmək lazımdır. Bişirilmə prosesi biretaplıdır və 6 saat çəkir.
Şunten
Şunten (舜天) – adı məlum olan ilk Ryukyu hökmdarı. 1187-ci ildə Tenson sülaləsini devirərək hökmdar olmuşdur. 1166-cı ildə anadan olmuşdur. Versiyaların birinə görə məşhur samuray Miyamoto no Tametomo Okinavada olarkən Osato hakimi tərəfindən qarşılanmış və onun qızı ilə evlənmiş, Şunten anadan olmuşdur. Tametomo həyat yoldaşı və Şunten ilə Yaponiyaya qayıtmaq istəmiş, lakin Saqami körfəzindəki Oşima adasına gedərkən İzu hakiminin donanması ona mane olmuşdur. Tametomo seppuku etdikdən sonra həyat yoldaşı və Şunten Şuri təpəsi yaxınlığında yerləşən Urasoe kəndində yerləşmişdirlər. Şunten artıq 15 yaşında ikən Urasoe hakimi seçilmişdir. Həmin dövrdə Okinavada yerli başçılar uzun müddət hakimiyyətdə olan Tenson sülaləsinə qarşı mübarizəyə qalxmışdılar. Sonuncu Tenson hökmdarı Riyu adlı xidmətçisi tərəfindən sui-qəsdə uğrasa da, Şuntenin başçılığı altında Riyu da devrilmişdir. Həmin dövrdə 21 yaşında olan Şunten yerli başçılar tərəfindən hökmdar seçilmiş və təxminən 51 il hakimiyyətdə qalmışdır.
Şımkent
Çimkənd (Şımkent / Шымкент) — Türkistan vilayətinin inzibati mərkəzi, əhalisinə görə Qazaxıstanın üçüncü şəhəri, ölkənin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən biri. == Etimologiyası == Çimkənd şəhərinin adı iki hissədən ibarətdir: çim (otlağın üst qatı) və kənd (yaşayış məntəqəsi). == Tarixi == Müasir Çimkənd ərazisində məskənlər artıq XI–XII əsrlərin kəsişməsindən mövcuddur. Bununla belə, mütəxəsislərin fikrincə, V-VI-ci əsrlərə aid arxeoloji qazıntılar əsasında, onun daha erkən yaranması barədə ehtimal var. İlk dəfə Çimkənd barədə Şərəfəddin Əli Yəzdi (1425), Teymurun hərbi uğurlarını təsvir edən, özünün "Zəfərnaməsi"ndə qeyd edir. XIII əsrin əvvəlində Mavəraünnəhrdəki Sayram oazisi tərəfdən Çingiz Xanın orduları daxil oldu, bundan sonra şəhər çingizlilərin irsi oldu. XIV Ağ Orda və Altun Ordaya qarşı uğurlu əməliyatlarının nəticəsində Teymur onu öz dövlətinə daxil etdi. XVI əsrin əvvəlində Çimkənd Qazax xanlığının tərkibinə daxil oldu, sonra isə XVII–XVIII əsrlər ərzində cunqarların işğal obyektinə çevrildi. Aramsız müharibələrə və dağıntılara baxmayaraq, Sayram oazisi yüksək inkişaflı əkinçilik, bağçılıq və sənətkarlıq məntəqəsi olaraq qalırdı. XVIII əsrin sonunda və XIX əsrin birinci yarısında Çimkənd uğrunda Kokand və Buxara xanlıqları mübarizə aparırdılar.
Simens
Siemens AG — Simens səhmdar cəmiyyəti dünya Simens-Konsernlərini birləşdirən, 190 ölkədə təmsil olunan alman konqlomeratı. 1847-ci ildə Verner fon Simens tərəfindən, Berlində yaradılmışdır. Hal-hazırda şirkətin 480.000 nəfərdən artıq işçisi və 87,325 Mlrd. avro ticarət balansı vardır. Şirkətin mərkəzi Almaniyanın Berlin şəhərində yerləşir. == İstinadlar == "Bloomberg.com".
Himen
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
Hüquqi sistem
Hüquqi sistem — hüquq sisteminin (o cümlədən qanunvericilik sisteminin), hüquq mədəniyyətinin və hüquq-mühafizə orqanlarının ümumi əlaqəsi. Hüquq sistemini yalnız bir hissəsi olan hüququn sistemi ilə qarışdırmaq olmaz. Çox vaxt hüquq sistemi anlayışı müxtəlif dövlətlərin və xalqların hüququndakı tarixi, hüquqi və etno-mədəni fərqləri xarakterizə etmək üçün istifadə olunur. == Hüquq sistemini başa düşmək problemi == "Hüquq sistemi" kateqoriyasının elmi dövriyyəyə daxil edilməsi bir çox mübahisələrə səbəb oldu, hətta S.S.Alekseyev aydınlığı tam qorumaq üçün hüquqi reallığın bütün normativ və sub-normativ elementlərini əhatə etməyin hansı konsepsiyanın mümkün olması ilə maraqlandı. obyektiv qanunu ifadə edən elmi kateqoriyanın “qarışıqlığı pozulmaz” və belə nəticəyə gəldi ki, hüquq sistemi anlayışı onun rolunu oynaya bilər. Bununla belə, əks fikir də mövcuddur: bəzi tədqiqatçılar hesab edirlər ki, “hüquq sistemi” anlayışı elmi statusa malik olmadığından, şərti və qeyri-müəyyən olduğundan, hüquq nəzəriyyəsinin kateqorik aparatına daxil edilməməlidir. Məsələn, V.S.Nersesyantsın nöqteyi-nəzərindən, “hüquq sisteminin bütün hüququ (bütün hüquq hadisələri və kateqoriyalarını) əhatə edən bir növ yeni hüquq anlayışı kimi şərhi mahiyyətcə ümumi hüquq anlayışının bəzi kifayət qədər şərti ( və təsadüfi) "hüquq sistemi" ifadəsini işlədir və daha sonra əlavə edir ki, hüquq sistemi bütün hüquqi hadisələrin və anlayışların məcmusu kimi başa düşülməyə başladı, yəni əslində marksizmdə yuxarıda ucalan "hüquqi üst quruluş" adlanan hər şey “hüquqi əsasdır”. Geniş mənada hüquq sistemi cəmiyyətin hüquqi təşkilatıdır, “məmur (ictimai) hakimiyyətin ictimai münasibətlərə tənzimləyici, təşkiledici və sabitləşdirici təsir göstərdiyi daxili ardıcıl və bir-biri ilə əlaqəli sosial homogen hüquqi vasitələrin (hadisələrin) məcmusudur. davranış." Bu tərif J.Karbonyenin rəyi ilə sıx uyğunlaşır, ona görə hüquq sistemi “eyni zamanda eyni məkanda cəmiyyətdə mövcud olan müxtəlif hüquqi hadisələrin anbarı, mərkəzidir”. Dar mənada hüquq sistemi obyektiv hüquqa endirilərək “daxili razılaşma əsasında hissələrə (hüquq institutları və hüquq sahələrinə) bölünən hüquqi aktların və milli hüquq normalarının vahid vəhdəti kimi qəbul edilir.
Kadokawa Shoten
Kadokawa Shoten (角川書店), keçmiş Kadokawa Shoten Co., Ltd. (株式会社角川書店, Kabushiki gaisha Kadokawa Shoten) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. 1 oktyabr 2013-cü ildən Kadokawa Corporation şirkətinin bir hissəsidir. Kadokawa manqa və jurnallar nəşr edir (məsələn, "Newtype" jurnalı). Kadokawa Shoten şirkəti böyümüş və videooyun ilə film sektoruna da daxil olmuşdur (Kadokawa Pictures kimi). == Tarix == Qenyoşi Kadokava şirkətinin əsası Qenyoşi Kadokava tərəfindən 10 noyabr 1945-ci ildə qoyulmuşdur. Nəşriyyatın ilk nəşriyyat imprinti Kadokawa Bunko 1949-cu ildə nəşr olunmuşdur. 2 aprel 1954-cü ildə şirkət xalqa açılmışdır. 1975-ci ildə Qenyoşi Kadokavanın ölümündən sonra şirkətin başına Haruki Kadokava keçmişdir. 1 aprel 2003-cü ildə Kadokawa Shoten adı Kadokawa Holdings adı ilə əvəz olunmuşdur və mövcud olan nəşrlər Kadokawa Shoten-ə transfer olunmuşdur.