Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hepatorenal Sindrom
Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyət. Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı ortaya çıxan və kəskin tubulyar nekroz və böyrək çatışmazlığına səbəb olan qan dövranı problemləri belə bu sindroma aid deyil. Qaraciyər çatışmazlığı düzələrsə böyrək funksiyaları da sürətlə əvvəlki halına geri dönür.Bu halın ortaya çıxmasının səbəbi tam olaraq bilinməsə de araşdırmalar, daxili orqanlarda vazodilatasiyanın və sistemik vazokonstruksiyanın böyrəkdə, xüsusilə də korteksdə qan axımında irələ dərəcəda azalmaya yol açdığı göstərilməkdədir. Tipik olaraq bu sindromun başlanğıcında, sidik miqdarında azalma və qan azot məhsullarının və kreatinin miqdarında bir artış müşahidə edilir. Sirozlu xəstələrdə hepatorenal sindrom ehtimalı təqribən 1 ildə 20%, 5 ildə 40%-dir.Hiponatremiya və azotemiya hepatorenal sinromun xarakterizə edir. Sidikdə natrium konsentrasiyası 10 mq/l-dən aşağıdır. Sidik sedimenti normaldır. Sidik/plazma kreatinin nisbəti >30, sidik/plazma osmolyarlığı >1-dir. Hepatorenal sindromun müalicəsində, böyrək çatışmazlığının spesifik səbəbləri inkar edilməlidir (yəni kəskin tubulyar nekroz, prerenal azotemiya, dərman nefrotoksikliyi ya da daha öncədən olan böyrək xəstəliyi).
Sindrom
Sindrom (yun. σύνδρομον, σύνδρομο - eyni səviyyədə, uyğun) — ümumi patogenezə malik simptomların məcmusu. Tibbdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri həkimi digər xüsuiyyətlərin olması barədə xəbərdar edir. Bu termin tibbdən kənarda da oxşar hadisələri təsvir etmək üçün istifadə olunur. Tibb terminologiyasında sindrom yalnız aşkar olunmuş xarakteristikaların məcmusuna aid edilir. Spesifik xəstəlik və ya rahatsızlıq isə əsas səbəb kimi qəbul olunur.
Abstinent sindromu
Abstinent sindromu, bir dərmana ya da maddəyə olan fizioloji adaptasiya deməkdir. Dərmanın ya da maddənin yoxluğunda, şiddətli böhranlara səbəb ola bilər. Bir və ya bir neçə kimyəvi maddəyə bağlı inkişaf edən dözümlülük nəticəsində bədənə yerləşər və bu maddənin əskikliyində abstinent sindromu ortaya çıxar. Nümunə olaraq siqaret və eroin verilə bilər. Siqaretə dözümlülük uzun müddətdə inkişaf etsə də eroin kimi olmasa da edilmədikdə ağır abstinent sindromu əlamətləri olunur. Bu vəziyyət bədəndə nikotinik qəbuledici artımı və nikotin kəsiləndə bəzi fizioloji problemlərə yol açması nəticəsində ortaya çıxar. Bənzər təsir eroində çox daha ağır görünür. İnsan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato–vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyət.
Alvarez sindromu
Alvarez sindromu — heç bir səbəb olmadan köpün yaranması. Səbəbi yuxarı qarın divarı əzələlərinin yığılması üzündən bağırsaqların aşağı sıxılmasıdır. Əslində bağırsaqlarda havanın toplanması qeyd edilmir. Bir çoxları bunu psixogen pozğunluq hesab edirlər.
Angelman sindromu
Angelman sindromu — Angelman sindromu və ya Angelman sindromu (AS) əsasən sinir sistemini təsir edən genetik xəstəlik. Simptomlara kiçik bir baş və spesifik üz görünüşü, şiddətli zəka geriliyi, funksional nitq çatışmazlığı ilə məhdudlaşan inkişaf qüsurları, tarazlıq və hərəkət problemi, tutmalar və yuxu problemləri daxildir. Uşaqlar ümumiyyətlə xoşbəxt olur və suya xüsusi maraq göstərirlər. Semptomlar ümumiyyətlə bir il ərzində nəzərə çarpır.Angelman sindromu, bir insanın anasından miras qalan 15-ci xromosomun bir hissəsinin funksiyasının olmaması səbəbindən meydana gəlir. Əksər hallarda, bu, bu xromosomdakı UBE3A geninin silinməsi və ya mutasiyası ilə əlaqədardır. Bunun səbəbi bəzən şəxsin atasından iki nüsxə xromosomun 15 nüsxəsinin və anadan nüsxəsinin olmaması ilə əlaqədardır. Atanın versiyaları genomik imprintinq kimi tanınan bir proses tərəfindən təsirsiz hala gətirildiyi üçün, genin funksional bir versiyası qalmır. Angelman Sindromu ümumiyyətlə bir insanın valideynlərindən miras qalmaqdansa, yeni bir mutasiyadan əmələ gəlir. Diaqnoz simptomlara və bəlkə də genetik testlərə əsaslanır. Xəstəliyin konkret çarəsi yoxdur.
Arias sindromu
Arias sindromu — II Tip Kriqler-Nacar sindromu (Qlükuronil transferaza çatışmazlığ) da adlandırılır. == Ümumi məlumat == Kriqler-Nacar Sindromu (KNS) az rast gəlinən və bilirubin mübadiləsinin defekti ilə səciyyələnən qaraciyərin anadangəlmə irsi patologiyasıdır. Kriqler-Nacar Sindromu ilk dəfə 1952 (I Tip KNS) və 1962-ci (II Tip KNS) illərdə təsvir edilmişdir. Rast gəlmə tezliyi 1 milyon əhaliyə 0.6–1.0 nəfər düşür. == Haqqında == KNS adətən doğuşdan sonra meydana çıxan və davamlı olan sarılığın səbəbinin tədqiqi zamanı üzə çıxarılır. KNS sərbəst hiperbilrubinemiya hesab edilir və qanda ümumi bilirubin sərbəst bilirubinin hesabına yüksəlmiş olur. Bu sindrom zamanı qanda ümumi bilirubinin miqdarı (Norma: <17 mkmol/l) 340–765 mkmol/l arasında tərəddüd edir. Digər irsi hiperbilirubinemiyalarda olduğu kimi KNS zamanı da qaraciyərin funksional testləri norma çərçivəsində olur. Kriqler-Nacar Sindromunun iki tipi müəyyən edilir: I və II Tip Kriqler-Nacar sindromu. II Tip KNS zamanı I Tipə nisbətən: bilirubin konsentrasiyası aşağı olur, kerniikterus, yəni baş beyinin yüksək bilirubin konsentrasiyası ilə zədələnməsi az olur, öd rənglənir, qaraciyərdə UGT1A1 enzimi az da olsa qeyd edilir, fenobarbital qəbulu qanda bilirubinin miqdarını 25% azaldır.
Asherson sindromu
Katastrofik AFS, Asherson sindromu (Asherson´s sindromu) – klassik formada trombozlar iri və orta damarlarda baş verirsə, katastrofikdə mikrovaskulyar trombotik proses üstünlük təşkil edir. Klinika: çoxsaylı damar oklüziyası (3 və daha çox üzv); seroloji AFLA aşkarı; ən azı bir üzvdə damar oklüziyasının histoloji təsdiqi (bəzən vaskulit əlamətlərinin olmasına baxmayaraq, trombozun etibarlı histoloji əlamətləri olmalıdır); klinik əlamətlərin tez inkişafı (1 həftədən az).
Asperger sindromu
Asperger sindromu — psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorna Uinq tərəfindən Avstriya psixiatr və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır. Autizmli əksər insanlarda, xüsusən, uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də, əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da, mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.
Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) —21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur. == Tarixi və diaqnozu == Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır.
Diogen sindromu
Diogen sindromu — məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir çünki Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil. == Səbəbi == Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur. == Göstəriciləri == Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək. Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları. Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq.
Edvards sindromu
Edvards sindromu — Trizomi 18 olaraq da bilinən Edvards sindromu, 18-ci xromosomun hamısının və ya bir hissəsinin üçüncü bir nüsxəsinə sahib olmağın səbəb olduğu genetik bir xəstəlikdir. Bədənin bir çox hissəsi təsirlənir. Körpələr çox vaxt kiçik doğulur və ürək qüsurları olur . Digər xüsusiyyətlərə kiçik bir baş, kiçik çənə, barmaqları üst-üstə düşən yumruqlar və şiddətli zəka geriliyi daxildir. Edvards sindromunun əksər hallarda reproduktiv hüceyrələrin meydana gəlməsi və ya inkişafın erkən mərhələlərindəki problemlər ortaya çıxır. İnsident nisbəti ananın yaşı ilə artır. Nadir hallarda, hallarda valideynlərdən miras qala bilər. Bəzən bütün hüceyrələrdə mozaik trisomiya adı verilən əlavə bir xromosom olmur və bu hallarda simptomlar daha az şiddətli ola bilər . Hamiləlik zamanı ultrasəs müayinəsi amniosintezlə təsdiqlənə bilən xəstəlik şübhəsini artıra bilər. Müalicə dəstəkləyicidir.
Entrapment sindromu
Entrapment sindromu və ya dizaltı arteriyasının kompression sindromu (ing. popliteal artery entrapment syndrome (PAES)), baldırın qan təchizatının dizaltı arteriyanın (lat. arteria poplitea) ətraf toxuma, xüsusilə əzələ toxumaları ilə bitişməsi nəticəsində sıxılması və ya kompressiyası nəticəsində pozulması. Bu cür davamlı sıxılma və ya kompressiyonlar müvafiq arteriyanın divarının zədələnməsinə, tromblaşmasına, mənfəz daralmasına gətirib çıxara bilir. Əsas simptomları işemiya əlamətlərindən: müvafiq nahiyyədə ağrı, avazıma ibarətdir. Entrapment sindromun adətən cavanlarda rast gəlinir və hər iki tərəfdə müşahidə olunur. Sakit vəziyyətdə əlamətsiz olduğundan müəyyən etmək o qədər də asan olmur. Sakit vəziyyətdə (lat. a. pedicus dorsalis) üzərində belə normal nəbzi əlləmək mümkündür.
Eyzenmenger sindromu
Eyzenmenger sindromu — anadangəlmə ürək qüsurlarında sistem arterial təzyiqin qüsur dəliyi vasitəsilə ağciyər arteriyasına ötürülməsi nəticəsində meydana çıxan ağciyər arteriyasının hipertenziyasıdır. Bu zaman ağciyərlərin damar sistemində, xüsusilə kiçik diametrli ağciyər arteriolalarında obstruktiv dəyişikliklər (damar divarının gedən struktiv dəyişikliklər nəticəsində qalınlaşması prosesi) gedərək onlarda diffuz daralmalar əmələ gəlir ki, bu da onların qandaşıma funksiyasının pozulmasına gətirib çıxarır. Eyzenmenger sindromunda ağciyər arteriyasındakı təzyiq sistem arterial təzyiqə bərabər olur. Nəticə etibarilə sağ mədəcikdə müqavimətin kəskin artması venoz qanın qüsur dəliyi vasitəsilə geri aorta sisteminə atılması, sağ-sol şuntu baş verir və sianoz inkişaf edir. == Klinik əlamətlər == Xəstələr tezyorulmadan, tənginəfəslikdən, arterial sistemdə oksigenin miqdarının azalması nəticəsində baş verən sinkopal hallardan – bayılmalardan, ürək ritmi pozğunluğundan, qanharkırmasından əziyyət çəkirlər. Fizikal müayinədə aorta qapaqları üzərində yüksək ton (bəzən üçtaylı qapaqlar üzərində sistolik küy), siamoz və əl barmaqlarının "təbil çubuğuna" bənzəmələrini müşahidə etmək olar. === Diaqnostik müayinələr === Rentgen müayinəsində: sağ mədəciyin hipertrofiyası, ağciyər arteriyasının iri şaxələrinin genişlənməsi, əksinə distal şakələrin daralması; EKQ müayinəsində: örəyin sağ şöbələrinin hipertrofiyasına uyğun ürək oxunun sağa meyilliliyi; Ürəyin ultrasəs müayinəsində: sindroma səbəb ürək qüsurunun aşkarlanması və ya təsdiqlənməsi, ağciyər arteriyasının hipertenziyası; Ürəkdaxili kateter müayinəsində: sindroma səbəb ürək qüsurunun aşkarlanması və ya təsdiqlənməsi, ağciyər arteriyasının hipertenziyasının talozolin sınağı ilə xarakterinin müəyyənləşdirilməsi; === Proqnozu === Xəstəlik proqressiv xarakter daşıyaraq bəd proqnozludur. Xəstələr adətən, xəstəliyin gedişatı nəticəsində meydana çıxan kəskin ürək çatışmazlığından, insultdan tələf olurlar. Eyzenmenger sindromlu qadınlar hamiləlikdən çəkinməlidirlər. Bu hal həm ana və həm də uşaq üçün böyük təhlükədir.
HELLP sindromu
HELLP sindromu hamiləliyin ilk III ayında (35> həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur. Sindrom ilk dəfə 1954 cü ildə amerikan ginekoloqu Cak A. Pritçard tərəfindən təhlil edilmişdir. Pritçard sindromu üç xarakterik əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır: H - ing. Hemolysis - hemoliz EL - ing. Elevated Liver enzymes - qaraciyər fermentlərinin aktivliyinin artması LP - ing. Lоw Platelet соunt - trombositopeniya (trombosit sayının azalması)HELLP sindromunda ana letallığı (ölümü) 3-5%, dölün letallığı (ölümü) 10-40% təşkil edir. == Etiologiyası == HELLP sindromunun etiologiyası tam izah edilməsə də, hesab edilir ki, plasenta damarlarının endoteli qanın laxtalanmasına səbəb olur. Bu cür massiv laxtalanma trombositlərin sayının kəskin azalmasına gətirib çıxarır. Bu zaman həddindən çox fibrinin yaranması qaraciyəri zədələmiş olur. == Diaqnostikası == Hemoliz (hemoqlobin, biluribin, LDH, haptoqlobin), Hematokrit Qanda laxtalanma faktorlarının↓ azlığı GOT (qlutamin-oksaloasitat-transaminaz — aspartataminotransferaza)↑, GPT (qlutamin-piruvat-transaminaz — alaninaminotransferaza)↑, LDH (laktatdehidrogenaza)↑ və biluribinin↑ yüksək olması Trombositopeniya↓ Kreatinin↑ sidikdə zülal- proteinuriya == Müalicəsi == HELLP sindromunun dinamikasını qiymətləndirmək çətin olduğu üçün, hamiləlik Qeysər kəsiyi ilə sona yetirilir.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Vena kava kompression sindrom
Vena kava kompression sindrom və ya Hamiləlikdə hipotoniya sindromu hamiləlik zamanı dölün eyni zamanda uşaqlığın böyüyərək aşağı boş venanı sıxaraq, qanın ürəyə axınına maneə törətməsindən meydana çıxan hamiləlik fəsadı olan şok vəziyyəti. Bu halı qarın boşluğunda sürətlə inkişaf edən irihəcmli şiş toxuması da yarada bilər. Bu hal əsasən hamiləliyin sonuna yaxın özünü büruzə verir. Bu zaman hamilə qadınlar arxası ustə uzana bilmirlər. Ürəkdöyünmə, tənginəfəslik, ürəkbulanma, qan təzyiqinin kəskin düşməsi, dəri və selikli qişaların avazıması və göyərməsi, soyuq tərbasma, huşun qaralması bu sindromun əsas simptomları sayılır. Sol yanıustə çevrildikdə və bir qədər şok vəziyyəti aldıqda (baş aşağı ayaqlar yuxarı) bu simptomlar tezliklə aradan qalxmış olur. == Mənbə == Stauber, Weyerstahl (Hrsg.): Gynäkologie und Geburtshilfe. Thieme, Stuttgart; 2. Auflage 2005. ISBN 978-3131253422 Peter Sefrin, Rainer Schua Hexal Notfall Manual, 5., aktualisierte u.
Alisa möcüzələr ölkəsində sindromu
“ Alisa möcüzələr ölkəsində” sindromu (termin Luis Kerrollun eyniadlı romanından götürülüb) — həmçinin Todd Sindromu və ya liliput hallüsinasiyası kimi də tanınır. Bu, insan dərrakəsinə təsir edən nevroloji vəziyyətdir. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixiaktiv dərmanlardan istifadə ilə əlaqədar yaranır. Simptom daha çox uşaqlıq dövründə müşahidə olunur. Xəstəlik yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan axının səbəb olan elektrik fəallığı da gətirib çıxara bilər. == Epidemiologiya == “ Alisa möcüzələr ölkəsində” sindromu erkən uşaqlıq dövründən iyirmi yaşaların sonuna qədər müşayidə oluna bilər. Hətta otuz yaşlarında belə bu xəstəlikdən əziyyət çəkənlər olur. == Tarixi == “ Alisa möcüzələr ölkəsində” sindromu musimol maddəsinin orqanizmə daxil olması nəticəsində yaranır.
Anadangəlmə yod çatışmazlığı sindromu
Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dərinin qalınlaşması, saç tökülməsi, genişlənmiş dil, çıxıntılı qarın; uşaqlarda sümüklərin böyüməsinin gecikməsi ; və zehni geriləmə, nevroloji pozğunluqlar,ovulyasiyada problemlər, böyüklərdə sonsuzluq görülür. İnkişaf etmiş ölkələrdə yenidoğulmuşlarda qalxanabənzər vəzinin funksiyasının yoxlanılması təmin etmişdir ki, təsirlənənlərdə tiroid hormonu olan tiroksinlə müalicəyə dərhal başlanılır. Bu müayinə və müalicə faktiki olaraq xəstəliyin nəticələrini aradan qaldırıb. == Əlamətlər və simptomlar == Yod çatışmazlığı guatr adlanan qalxanabənzər vəzinin tədricən genişlənməsinə səbəb olur. Zəif boy artımı həyatın ilk ilində görünür. Müalicəsiz yetkin boy 100 to 160 santimetr (3 ft 3 düym to 5 ft 3 düym) arasında dəyişir şiddətindən, cinsindən və digər genetik faktorlardan asılı olaraq. Digər əlamətlərə dərinin qalınlaşması, saç tökülməsi, dilin böyüməsi və qarın çıxması daxildir.
Balkan sindromu (roman)
Balkan sindromu — Çingiz Abdullayev tərəfindən yazılmış roman.
De-Lanqe sindromu
De-Lanqe sindromu — ilk dəfə 1933-cü ildə Hollandiya həkimi De-Lanqe tərəfindən təsvir edilmişdir. Sindromun başlıca cəhətləri bunlardır: xəstələr boyca kiçik, arıq olub özünəməxsus sifətləri ilə diqqəti cəlb edir. Qaşları həddindən artıq tüklü, burunları qısa, burun deşikləri bir qədər yuxarıda yerləşir. Kəllə həcmcə kiçik, braxisefal quruluşa malik olur. Əlləri kiçik, şəhadət barmaqları qısa, çəçələ barmaqları içəri doğru əyilir, bəzən bir barmaqları çatmır. Bədənin digər hissələrinin (onurğa sütunu, köks qəfəsi) və daxili orqanların (böyrəklərin) anomaliyası da tez-tez təsadüf edilir. Xəstələrin 80%-də imbesillik və ya ağır ağıl zəifliyi nəzərə çarpır. Bəzi xəstələrdə cəngolma tutmaları da müşahidə edilir. Xəstəliyin səbəbinin irsi amillərlə bağlılığı şübhə doğurmur, lakin hansı xromosomlarla əlaqədar olması dəqiqləşdirilməmişdir. Müalicə simptomatik olaraq aparılır.
Denni–Marfan sindromu
Denni–Marfan sindromu — Anadangəlmə sifilis xəstəliyi olan uşaqlarda aşağı ətraf üzvlərində spastik paraplegiya və əqli gerililik ilə müşahidə olunan nevroloji sindrom. Hər iki cinsin nümayəndələrində müşahidə olunur. Xəstəliyin başlanğıcı kəskin şəkildə özünü büruzə verir. Zəiflikdən kvadriplegiyaya qədər isə xəstəlik yavaş irəliləyir. Epilepsiya, katarakta və nistaqm da müşahidə oluna bilər. Sindrom 1929-cu ildə Şarl Kleyton Denni, 1936-cı ildə isə Antuan Marfan tərəfindən təsvir edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Dennie-Marfan syndrome Who Named It?
Di Georq sindromu
Di Georq sindromu — 22q11.2 silinmə sindromu olaraq da bilinir, xromosomun 22 kiçik bir hissəsinin silinməsindən qaynaqlanan bir sindromdur. Semptomlar dəyişsə də, bunlara tez-tez anadangəlmə ürək problemləri, spesifik üz xüsusiyyətləri, tez-tez infeksiyalar, gecikmə inkişaf, öyrənmə problemləri və damaq yarığı. Komorbiditelere böyrək problemləri, eşitmə itkisi və romatoid artrit və ya Qraves xəstəliyi kimi otoimmün xəstəliklər daxildir.Di Georq sindromu ümumiyyətlə 22q11.2 kimi tanınan bir yerdə 22-ci xromosomun ortasında 30-40 genin silinməsi səbəbindən meydana gəlir. Vəziyyətlərin təxminən 90% -i inkişafın ilkin mərhələsində yeni bir mutasiya səbəbindən yaranır və 10% -i valideynlərindən miras qalır . Bu otozomal dominant bir xəstəlikdir, yəni bu vəziyyətin meydana gəlməsi üçün yalnız bir təsirlənmiş xromosoma ehtiyac var. Diaqnoz simptomlara əsaslanır və genetik testlə təsdiqlənir.Müalicəsi olmasa da, müalicə simptomları yaxşılaşdırır . Bu, çox vaxt potensial bir çox orqan sisteminin işini yaxşılaşdırmaq səyləri ilə fənlərarası bir yanaşmanı əhatə edir. Uzunmüddətli nəticələr mövcud simptomlardan və ürək və immunitet problemlərinin şiddətindən asılıdır. Müalicə ilə ömür normal ola bilər. Di Georq sindromu təqribən 4.000 nəfərdən birində rast gəlinir .
Dubin-Conson sindromu
Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur və beləliklə də dəri və selikli qişalarda toplanaraq sarılıq yaradır. Adətən qanda ümumi bilirubinin miqdarı 34-85 mkmol/l olur (Norma: <17 mkmol/l ). Bəzən qanda ümumi bilirubin 340-430 mkmol/l-ə qədər yüksələ bilər. Hiperbilirubinemiyalar birləşmiş və sərbəst olmaqla iki hissəyə bölünürlər. Dubin-Conson sindromu birləşmiş hiperbilirubinemiya hesab edilir. Bilirubinin suda həll olunma qabilyyəti aşağı olduğu üçün o xüsusi proteinə birləşdirilərək qaraciyərdə öd daxilinə nəql edilir. Odur ki, normada qanda birləşmiş bilirubin sərbəst bilirubinə nisbətən çox olur.
Elers-Danlos sindromu
Elers-Danlos sindromu (EDS) — bu xəstəlik bəzən "hiperelastik dəri" xəstəliyi kimi də tanınır. Çünki, bu xəstəliyə tutulan şəxsin bütün bədən üzvləri çox elastik olur. İlk dəfə bu xəstəlik danimarka alimi Elers və fransız alimi Danlos tərəfindən kəşf edilmişdir. Xəstəliyin əsas səbəbi kollagenin kəmiyyətcə çatışmamazlığıdır.
Elers – Danlos sindromu
Elers-Danlos sindromu (EDS) — bu xəstəlik bəzən "hiperelastik dəri" xəstəliyi kimi də tanınır. Çünki, bu xəstəliyə tutulan şəxsin bütün bədən üzvləri çox elastik olur. İlk dəfə bu xəstəlik danimarka alimi Elers və fransız alimi Danlos tərəfindən kəşf edilmişdir. Xəstəliyin əsas səbəbi kollagenin kəmiyyətcə çatışmamazlığıdır.
Estoniya bərəsi sindromu
Almaniyada inşa edilmiş Estoniya bərəsi 1994-cü ildə sahilə yaxın yerdə su sızması nəticəsində çəpəki şəkildə batdı. Bu qəzada 852 sərnişin öldü, 137 nəfər isə xilas oldu. Bərə güclü dalğalar səbəbindən 28 sentyabr gecə 00:30-da su sızdırmağa başladı. Suyun miqdarı artdıqca dərhal evakuasiya prosesi başladı. Ancaq 987 sərnişindən yalnız 137-si gəmini tərk edərək xilas oldu. Qalan sərnişinlər gəmi kapitnının "Hörmətli sərnişinlər, xahiş edirəm, panikaya düşməyin, dünyanın ən güclü bərəsindəsiniz" sözləri inanaraq drenaj prosesini maraqla izləməyə başladı. Saatlar keçdikcə bərə daha da əyilirdi, amma sərnişlər hələ də heç bir şey etmədən izləməyə davam edirdi. Saat 01:50-də Estoniya bərəsi tamamilə su altında qaldı. 952 sərnişinin bərənin su aldığını və batmağa başladığını görsə də, son saniyəyə qədər seyr etmələri psixoloji kitablarda "Estoniya bərəsi sindromu" olaraq qeyd olundu. Psixologiya elmi həmin insanların o andakı davranışları üçün məntiqi bir açıqlama verə bilmədi.
Guillain Barre sindromu
Guillain Barre sindromu, " Giyen Barre sindromu" -(GBS). Əhali arasında poliomielitin sıxlığının azalmasından sonra , süst iflicə səbəb olan xəstəliklər arasında ən çox rast gəlinəni hesab olunur . Xəstəlik çox zaman başqa bir xəstəliyi olmayan insanlarda rast gəlinir. GBS ani başlanğıclı, surətlə inkşaf edən , ağır bir autoimmum poliradikulopatiyadır. Kanada və ABŞ-da ildə 3500 xəstə qeyd edilir. Xəstəlik uşaq yaşlardan tutmuş irəli yaşlaradək rast gəlinir .Qadınlar və kişilər eyni dərəcədə risk altındadir. Yaşlılarda uşaqlara nisbətən daha çox rast gəlinir. == GBS-nun təsnifatı == -Kəskin iltihabi demielinizan poliradikuloneyropatiya -Kəskin motor aksonal neyropatiya -Kəskin motor-sensor aksonal neyropatiya -Miller Fişer sindromu (MFS) ve diğer regional variantlar- Faringeal-servikal-brakiyal, Paraparetik, Üz iflicləri, Saf okulomotor -GBS’nun funksiyonal variantları- Kəskin pandizavtonomiya, Saf hissi GBS, Ataksik GBS == Klinikası == Kəskin iltihabi demielinizan poliradikuloneyropatiya GBS termini , praktikada xəstəliyin bu ən çox rastlanan klassik iltihabi demielinizan forması üçün işlədilir. Xəstələrin böyük qismində GBS’na aid şikayətlərin başlanğıcından öncəki 1-4 həftalik müddət içində keçirilən bir yuxarı tənəffüs yolu ya gastrointestinal trakt infeksiyası, cərrahi müdaxilə ya da peyvənd kimi bir hadisə vardır.Xəstəliyin ən sıx yerləşmə şəkli, ayaqlardan başlayıb qollara, daha sonra üzə, orofaringeal əzələlərə ve ağır hallarda tənəffüs əzələlərinə doğru yüksələn əzələ zəifliyi ile olur. Daha seyrək olaraq qollarda veya kranial sahə əzələlərində gücsüzlüklə də başlaya bilər.
Gəzən cəsəd sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Hindistan sindromu
Hindistan sindromu - Hər il minlərlə qərbli, mənəvi aydınlanmanı kəşf etmək üçün Hindistana səyahət edir amma bəziləri geri qayıtmır. Hindistanda fövqəlinsan olmaq istəyərkən mədəni şok, emosional tənhalıq, narkotik istifadəsi və həddindən artıq dərin düşünməyin yaratdığı mənəvi böhran, bu məqsədlə səfər edənlərin qarşılaşdıqları problemdir. Bu ruhi xəstəliyə Hindistan sindromu deyilir. Sindrom haqqında ilk yazılı qeyd 2000-ci ildə fransız psixiatrı Regis Airault tərəfindən Hindistan Sindromu haqqında yazdığı kitabda rast gəlinir. Fous de l'linde yəni Hindistana Xəstə adlı bu kitabında Airault, Hindistandakı təcrübələrini psixiatr gözü ilə qiymətləndirir. Airault kitabında, Hindistana mənəvi rahatlıq axtarmaq üçün gələn və Hindistan Sindromuna tutulan insanları necə müalicə etdiyini və onların nələr yaşadığını açıqlayır.
Holland sindromu
Holland sindromu — iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termin. Fərz edilən mexanizm budur ki, inkişaf edən sektorda büdcə gəlirləri artdıqda həmin ölkənin milli məzənnəsi digər ölkələrin məzənnəsinə nisbətən daha çox gücə sahib olur. Bu, həmin ölkənin ixrac məhsullarının digər ölkələr tərəfindən daha baha qiymətə alınması, lakin digər sektorları daha az rəqabətli edərək bu sektordakı əmtəələri daha ucuz qiymətə idxal etməsi ilə nəticələnir. Termin 1977-ci ildə "The Economist" (azərb. İqtisadçı‎) jurnalı tərəfindən 1959-cu ildə Niderlandın Qroninqen əyalətində böyük təbii qaz yataqlarının kəşfindən sonra Niderlandda baş verən istehsalat sektorunun zəifləməsi halını təsvir etmək üçün istifadə edilmişdir. == Model == Holland sindromunu təsvir edən klassik iqtisadi model 1982-ci ildə iqtisadçılar Maks Kordn və Piter Nieri tərəfindən irəli sürülmüşdür. Modeldə bir ticarətdə istifadə edilə bilməyən sektor ilə (xidmət sahəsi) iki ticarətdə istifadə edilən sektor vardır: inkişaf edən və geridə qalan (inkişaf etməyən) sektorlar. İnkişaf edən sektora adətən neft, təbii qaz, qızıl, mis, brilyant, boksit kimi təbii sərvətlərin çıxarılması və ya kofe yaxud kakao kimi məhsulların istehsalı daxildir. İnkişaf etməyən (gerdiə qalan) sektora isə adətən kən təsərrüfatı və ya istehsalat sektoru aid edilir. "Resurs bumu" iqtisadiyyata iki yolla təsir göstərə bilir: "Resurs cərəyanı effekti"ndə resurs bumu əmək sektoru üçün olan tələbatı artırır və bu, istehsalatın inkişaf edən sektor tərəfə meyil etməsinə, geridə qalan (inkişaf etməyən) sektordan isə daha da uzaqlaşmasına səbəb olur.
Horner sindromu
Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır. == Əlamətlər == Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır: ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior – Müller ya torzal əzələnin iflici nəticəsində sallanması Mioz - göz bəbəyinin daralması Enoftalm- göz almasının çuxura düşməsi Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması) == Əmələ gəlmə səbəbləri == Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji prosseslərdən (Pankost-ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər. == Patogenezi == Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir. Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.
Hurler sindromu
Hurler sindromu — Hurler xəstəliyi və əvvəllər qorqulizm adlanan mukopolisakkaridoz tip IH (MPS-IH) olaraq da bilinən Hurler sindromu, lizosomlarda qlikozaminoglikanlar (GAG) adlanan böyük şəkər molekullarının yığılması ilə nəticələnən genetik bir xəstəlikdir. Bu molekulların parçalanmaması, sinir sistemi, skelet sistemi, gözlər və ürək daxil olmaqla bunlarla məhdudlaşmayan müxtəlif orqan sistemlərinin zədələnməsinə səbəb olan geniş bir sıra simptomlarla nəticələnir. Əsas mexanizm, QAQ-larin dağılmasından məsul olan bir ferment alfa-L iduronidaz çatışmazlığıdır. Bu ferment olmadan bədəndə dermatan sulfat və heparan sulfat yığılır. Semptomlar uşaqlıqdan başlayır və erkən ölüm ümumiyyətlə baş verir. MPS tip I-nin digər daha az ağır formalarına Hurler-Sçeie sindromu (MPS-IHS) və Şeia sindromu (MPS-IS) daxildir. Hurler sindromu lizozomal saxlama xəstəliyi olaraq təsnif edilir. Klinik olaraq Hunter sindromu (MPS II) ilə əlaqələndirilir, lakin Hunter sindromu X xromosomu ilə əlaqələndirilir və Hurler sindromu otozomal resessivdir. == İşarələr və simptomlar == Aşkar edilən ilk anormalliqlardan biri də üz nahiyyələrinin kobudlaşdırılmasıdır; bu simptomlar 3-6 aylıq dövrdə görünə bilər. Başı böyük, qapaq sümükləri ilə böyük ola bilər.
Kapqras sindromu
Kapqras sindromu psixoloji xəstəlik növü. Bu pozğunluğu "mənfi oxşar cəfəngiyyatı" da adlandırırlar. Psixiatriyada xüsusi sindrom sayılan bu xəstəlikdən əziyyət çəkən iddia edir ki, onun ətrafında olan yaxınlarını (həyat yoldaşını, valideynlərini və s.) və ya onun özünü hansısa oxşarı əvəz edib. Sonuncu halda xəstə deyir ki, özünün etdiyi bütün xoşagəlməz hərəkətləri onun eynilə özünə bənzəyən oxşarı edib. Bu xəstəlik iki tipə bölünür: Autoskopik – xəstə əmindir ki, oxşarı canlı olaraq görür; Tipik Kapqras sindromu – oxşar görünməzdir.
Karsinoid sindromu
Karsinoid sindrom az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çox soxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz bağırsaqda rast gəlinir. == Əlamətləri == Karsinoid şişlər yavaş-yavaş inkişaf etdikləri üçün ilk dövrlər əlamətsiz olurlar və bu üzdən aşkarlana zaman böyük həcmdə olurlar. Bəzən elə olur ki, başqa səbəbdən aparılan müayinə zamanı təsədüfən aşkarlanır. Karsinoid sindrom zamanı aşağıdakı əlamətlər yara bilir: Dərinin qırmızı rəng alması. Dərinin qırmızı rəng alması (fərqli intensivlikdə) epizodik olur və 30 saniyədən 30 dəqiqəqə qədər çəkə bilir. Dərinin qizarması adətən heç bir təhrikedici faktor olmadan əmələ gələ bilir. Amma bəzən yemək və ya alkoqol qəbulundan sonra meydana çıxır. Üz dərisində zədələnmələr.
Klaynfelter sindromu
Klaynfelter sindromu — 47, XXY olaraq da bilinən Klaynfelter sindromu (KS), kişinin X xromosomunun əlavə bir nüsxəsinə sahib olduğu sindromdur. Əsas simptomlar sonsuzluq və kiçik, zəif işləyən testislərdir. Semptomlar çox vaxt incə olur və subyektlər təsirləndiklərinin fərqində deyillər. Bəzən simptomlar daha açıq görünür və zəif əzələlər, daha böyük boy, hərəkətlərin zəif koordinasiyası, daha az bədən tükü, döş böyüməsi və cinsi əlaqəyə az maraq daxil ola bilər. Tez-tez bu simptomlar yalnız yetkinlik dövründə müşahidə olunur . Zəka ümumiyyətlə normaldır; bununla birlikdə oxu çətinliyi və nitq problemləri daha çox olur. . Klaynfelter sindromu təsadüfən meydana gəlir. Əlavə X xromosomu demək olar ki, ata və anadan gəlir . Yaşlı bir ananın Klaynfelter sindromu olan bir körpə doğma riski bir az artmış ola bilər. Sindrom, Y xromosomuna əlavə olaraq ən azı bir əlavə X xromosomunun olması ilə təyin olunur və nəticədə adi 46 əvəzinə 47 və ya daha çox xromosom yaranır .
Kotar sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Kuşinq sindromu
Cushing sindromu kortizol kimi qlükokortikoidlərə uzun müddət məruz qalma nəticəsində yaranan əlamətlər və simptomlar toplusudur. Simptomlar və əlamətlər arasında yüksək qan təzyiqi, qarın piylənməsi, lakin nazik qollar və ayaqlar, qırmızımtıl uzanma izləri, yuvarlaq qırmızı üz, çiyinlər arasında piy kütləsi, zəif əzələlər, zəif sümüklər, sızanaqlar və zəif sağalmış kövrək dəri ola bilər. Qadınlarda daha çox saç və nizamsız menstruasiya ola bilər. Bəzən əhval dəyişikliyi, baş ağrıları və xroniki yorğunluq hissi oluna bilər. Cushing sindromu ya həddindən artıq kortizol kimi dərmanlar, məsələn, prednizon, ya da böyrəküstü vəzilər tərəfindən həddindən artıq kortizol istehsal edən və ya onun istehsalı ilə nəticələnən bir şişdən qaynaqlanır. Hipofiz adenoması ilə əlaqəli hallar Cushing xəstəliyi kimi tanınır və bu, Cushing sindromunun dərman qəbulundan sonra ikinci ən çox yayılmış səbəbidir. Hipofizdən kənarda yerləşdiyinə görə tez-tez ektopik adlandırılan bir sıra digər şişlər də Cushing xəstəliyinə səbəb ola bilər. Bunlardan bəziləri çoxlu endokrin neoplaziya tip 1 və Carney kompleksi kimi irsi xəstəliklərlə əlaqələndirilir. Diaqnoz bir sıra addımlar tələb edir. İlk mərhələ bir insanın qəbul etdiyi dərmanları yoxlamaqdır.
Layella sindromu
Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır.Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi. Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır. Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud antibiotiklərin qəbulundan sonra qeydə alınır.Layella sindromu zamanı xəstə mütləq xəstəxana şəraitində intensiv terapiya şöbəsində kompleks müalicə almalıdır (Diaqnoz təsdiqindən dərhal sonra). Həkim yardımı mərhələsində xəstənin sorğu sual nəticəsində, Layella sindromu termiki zədələnmədən ayırd edilərək, xəstənin təcili hospitallaşması həyata keçirilir. == Həkimə qədər yardım == Həkimə qədər yardım: Zədələnmiş dəri üzərinə quru aseptik sarğı qoymaq. Xəstəyə qoruyucu vəziyyət verib, zədələnmiş yerlərə güclü mexaniki təsiri istisna etmək. Xəstəyə antihistamin preparatı vermək. Dərin ürək-damar və tənəffüs çatışmamazlığı zamanı ürək-ciyər reanimasiyası tədbirlərini tətbiq etmək. == Həmçinin bax == Dəri; Zədə; Sarğı; Sindrom; Yanıq.