Sinxron üzgüçülük
Sinxron üzgüçülük – su idman növüdür.
Musiqi sədaları altında idmançılar müztəlif proqramlar göstərirlər. Fiqurlu konkisürmə yarışında olduğu kimi, sinxron üzgüçülükdə də idmançılar tək-tək və cütlükdə yarışırlar. Amma bu idman növündə komanda ilə yarışlar da mümkündür. Onlar həm suyun altında, həm də suyun üstündə müxtəlif hərəkətlər icra etməklə jürinin verəcəyi xallar uğrunda mübarizə aparırlar. Sinxron üzgüçülük Olimpiya Oyunları sırasına daxildir.
Belə ki, sinxron üzmə üzrə mütləq proqram yarışları üçün Beynəlxalq üzgüçülük federasiyasının (FİNA) qaydalarına uyğun olaraq uzunluğu 10 və eni 3 metr olan 2 zona istifadə olunur. Hər bir zona uzunluğu 10 m olmaqla hovuzun divarlarının yaxınlığında və bortdan 1,5 m olmaqla yerləşməlidir. Bu zonalardan birinin dərinliyi — 3 m, digərinin dərinliyi isə 2,5 metrdir. Sinxron üzmə üzrə sərbəst proqram yarışları üçün isə minimal zonanın ölçüləri dərinliyi 2, 5 m az olmamaqla əsas hissənin ölçüsü 12×12 m olmaqla 12×25 m təşkil etməlidir.