Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sofu Mehmed Paşa
Sofu Mehmed Paşa (ö. avqust 1649) — I İbrahim dövründə 9 ay 14 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən türkdür və atası qapıqulu süvarilərindəndir. Əvvəlcə dəftərdar Baki Paşanın yanında işləməyə başlamış və onun yanında kəndxudalığa qədər yüksəlmişdir. Ardından 1628-ci ilin oktyabrında yeniçəri ağası seçilən Sofu Mehmed ağa bir ay sonra bu vəzifəsindən alındı və Aydın bölgəsinin vergi məmuru təyin olundu. 1636-cı ildə başdəftərdar İbrahim ağa vəzifədən alınaraq edam edilmiş, onun yerinə Sofu Mehmed ağa başdəftərdarlığa gətirilmişdir. Ancaq bu vəzifədə də çox qalmayıb 1639-cu ildə azad edildi. 1641-ci ildə sədrəzəm Qara Mustafa Paşanın göstərişi ilə yenidən başdəftər seçildi. Bu vəzifədə ikən sədrəzəmin hazırladığı maliyyə islahatlarında iştirak etsə də, sədrəzəmlə münasibətlərinin korlanması səbəbilə vəzifəsindən azad olundu. Qara Mustafa Paşanın edamından sonra 1644–1645-ci illərdə yenidən başdəftərdarlığa gətirilsə də, nəhayət 1645-ci ilin noyabrında vəzirlik rütbəsi aldı.
Sofu Əli Paşa
Sofu Əli Paşa və ya Xədim Əli Paşa (ö. sentyabr 1560) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, təlim-tərbiyəsi və xidmət müddətini tamamlamasının ardından Rumeli bəylərbəyinin kəndxudası olaraq saraydan ayrıldı. Ardından 1537-ci ildə Diyarbəkir bəylərbəyi oldu və 1540-cı ildə vəzifədən alındı. 1552-ci ildə Bosniya, 1559-cu ilin aprelində isə Misir bəylərbəyi təyin edildi. Ancaq çox keçmədən 1560-cı ilin sentyabrında burada vəfat etdi. Bosniyadakı vəzifə illərində Sarayevoda öz adına inşa etdirdiyi məscid hələ də qalmaqdadır. == Mənbə == Sicill-i Osmani I, səh.
Naib Sofu Mehmed Paşa
Naib Sofu Mehmed Paşa (ö. 1625) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Razqradda dünyaya gəldi. Əndərundakı təhsilinin ardından silahdar oldu və 1611-ci ildə Misir bəylərbəyliyinə gətirildi. 1615-ci ilin fevralında İstanbula çağırıldı və divan vəziri oldu. Daha sonra Budin bəylərbəyi təyin edilsə də, yolda ikən geri çağrıldı və sədarət naibi oldu. Sultan Mustafanın taxta çıxmasının ardından üçüncü vəzir olaraq xidmətinə davam etdi. Ardından Rumeli və Sivas bəylərbəyliyinə gətirildi. 1619-cu ildə ikinci dəfə sədarət naibi, 1624-cü ildə ikinci dəfə Budin bəylərbəyi oldu.
Mirzə Əliməhəmməd ağa Sofuoğlu
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa (1747-1797) — Qarabağ xanı İbrahim xanın vəziri. == Həyatı == Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu Qarabağ xanı İbrahim xanın vəziri olub solbəylər silkinə mənsub idi. Qarabağ dövlətinin idarəetmə quruluşu Çingiz idarəetməsindən gələn amirlik və amillik (hərb və dəftərxana) sisteminə söykənirdi. Sağbəylər hərbi elitanı, solbəylər isə daxili-xarici siyasəti təmsil edirdi. Ənənəyə görə səltənətin yüksək idarəetmə sistemində vəzirlərdən biri peyğəmbər övladı olmalı idi. Bu, dövlət idarəetməsində həm xalq arasında nüfuz sahibi olan nəsillərin təmsilçiliyi, həm də Böyük Peyğəmbərimizin dövlətə mənəvi zaminliyi sayılırdı. Mirzə Əliməmməd Ağa Sofuoğlu Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rol oynamış, eləcə də Qarabağ Xanlıq Dövlətinin digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olmuşdur. Yusif Vəzir Çəmənzəminli "İki od arasında" tarixi romanında Seyyid Vəzirin Gürcüstan səfəri haqqında ətraflı məlumat verir. Bu tarixi səfər rus qoşununun Tiflisə yerləşdirilməsi, Rusiya dövlətinin Qafqazda başlatdığı işğal siyasətinin və gürcü çarı ilə məxfi əlaqələrinin öyrənilməsi – kəşfiyyat xarakterli olmuşdur. Mirzə Əli Məhəmməd Ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmiş, Osmanlıdan Qacar dövlətinin təzyiqlərinə qarşı duruş gətirmək məqsədi ilə Qarabağ xanlığına hərbi yardım istəmişdir.
Sofular
Sofular — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Çuxurtala olmuşdur. Etnooykonimdir. Kəndin adı azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfa­sının adı ilə bağlıdır. Sofulu tayfasının nüma­yəndələri əsasən Zəngəzur və Qazax qəzalarında yaşamışlar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Sofular kənd kitabxana filialı, Sofular kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Sofular kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sofulu
Sofulu (Qarakilsə) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisiyan rayonunda kənd. Sofulu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Sofulu (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Sofulu (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd.
Sofulu (Ağdam)
Sofulu — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Haqqında == Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər. Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.
Sofulu (Cəbrayıl)
Sofulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Sofulu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Sofulu (Qarakilsə)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir.Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – “başçı”, “knyaz”, “şahzadə” (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi “Si” və “Sakan” hissələrindən ibarətdir və “Si sakları” mənasını verir. “Sakan” komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır.Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!). Sofulu toponiminin bu kəndlərlə əlaqəsi olmasa da bu toponim türk tayfasının adı (329, s.ll) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Sofulu (Qazax)
Sofulu – Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.. == Toponimikası == Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir. === Tanınmış şəxsləri === Vilayət Hacıyev (1950) - Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti.
Sofulu (Sisian)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir.Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – “başçı”, “knyaz”, “şahzadə” (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi “Si” və “Sakan” hissələrindən ibarətdir və “Si sakları” mənasını verir. “Sakan” komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır.Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!). Sofulu toponiminin bu kəndlərlə əlaqəsi olmasa da bu toponim türk tayfasının adı (329, s.ll) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Sofulu məhəlləsi
Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir. == Haqqında == Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.
Sofulu məhəlləsi (Gəncə)
Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir. == Haqqında == Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.
Sofulu məscidi
Sofulu məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Səfərabad məscidi — Azərbaycanın Sofulu məhəlləsində Gəncə şəhərində tarixi tikili.
Kofu
Kofu (yap. 甲府市) — Yaponiyanın Honşu adasında olan Çubu regionunda yerləşən Yamanaşi prefekturasının paytaxtı.
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Sobuçay == Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir. Hidronim eyniadlı yaşayış məntəqəsinin adını daşıyır.
Sofi
Sofi (Səfəvi imperiyası) — Avropa ölkələrində Səfəvi imperiyasını idarə edən Səfəvi sülaləsindən olan hökmdarlara edilən müraciət forması. Sofi Həmid türbəsi — Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Sofi Marso — Fransa kinoaktrisası. Sofi Həsən türbəsi — Abidə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tapılmışdır. Sofi Lakaz — fransız bəstəkarı. Ağa sofi — Ermənistanın Əzizbəyov r-nunda dağ adı.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Tofu
Tofu (Çincə:豆腐; Yaponca:豆腐) — soya pendiri və ya Lobya loru, Soya südünün laxtalanması (koaqulasiyası) və sonra əldə edilən lorları basaraq yumşaq ağ bloklar hasil olmaqla hazırlanır. Tofu bir çox Şərqi Asiya və Cənub-Şərqi Asiya mətbəxlərinin komponentidir. == Mənbə == Du Bois, Christine M.; Tan, Chee-Beng. Mintz, Sidney Wilfred (2008), The World of Soy, University of Illinois Press, ISBN 0-252-03341-8 Knopper, Melissa. (Jan 2002), The joy of soy, The Rotarian, Vol. 180, No. 1, p.
Ağa sofi
Ağa sofi - Ermənistanın Əzizbəyov r-nunda dağ adı. == Toponimik izah == Ağa sofi - Ermənistanın Əzizbəyov rayonunda dağ adı. Ermənicə Sopi (erməni dilində f səsi olmadığına görə). XX əsrin 30-cu illərində Sopi adlandırılmışdır. Əsli Əxi Sufi. Dağın adı Sufi dərviş ordeninə mənsub əxinin qəbri ziyarətgahla bağlıdır. == Həmçinin bax == Ağasibəyli(Vedibasar) Qərbi Azərbaycan == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Eyvazlı soyu
Eyvazlı soyu — Azərbaycan xalqının Seyidli oymağına aid nəsillərindən biri. == Tarixi == Eyvazlı soyu öz adını Seyidli oymağının sakini Eyvazın adından almışdır. O, XVIII əsrdə Seyidli oymağında yaşamışdır.Eyvazın Həsən adlı yeganə övladı olmuşdur. Həsən (1788-1848) Seyidli oymağında yaşamışdır. Molla məktəbində oxumuşdur.O, Yetərlə evlənmiş, Alı, Hüseyn, İsmayıl, Eyvaz adlı dörd övladı dünyaya gəlmişdir. Hazırda Eyvazlı nəsli Eyvazov soyadı ilə tanınır. Bu nəsil daha çox həkimləri, müəllimləri ilə şöhrət qazanmışdır. Məşədi İsmayıl Eyvazov, Nağı Eyvazov, Zeyni Eyvazov, Əli Zeyni oğlu Eyvazov, Nürəddin Eyvazov, Zirəddin Eyvazov, tanınmış həkim Rizvan Eyvazov, tibb elmləri namizədi, dosent Taryel Eyvazov, Molla Nəsir Eyvazov, Heydər Eyvazov, Rəşid Eyvazov, Kamil Eyvazov, Famil Eyvazov, Asif Eyvazov və başqaları bu nəslin layiqli övladlarıdırlar. == Şəkillər == Eyvazlılar == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Faylın sonu
Faylın sonu – bəzən proqram tərəfindən faylın axırıncı baytında yerləşdirən kod. EOF simvolu əməliyyat sisteminə verilənlərin sonunu bildirən nişandır. Bu gərəksiz görsənə bilər, ancaq EOF simvolu faylın gerçək sonluğunu göstərdiyindən, çox zaman faydalı olur: çünki fayl üçün tam sayda klaster ayrıldığından, faylın həqiqi sonluğu klasterin ortasına düşdükdə, həmin sonluq faylın fiziki sonluğu (faylın axırıncı klasterinin axırıncı baytı) ilə üst-üstə düşməyəcək. ASCII kodunda EOF simvolu onluq 26 (onaltılıq 1Ah) qiyməti ilə və ya Control+Z idarəedici simvolu ilə göstərilib.
Gülməmmədli soyu
Gəloxçu Soyu
== Tarixçə == Gəloxçu soyu — Laçın rayonunda, Qarıqışlaq, Mişni, Hacılar, Sadınlar, Qılıçlı, Quşçu,Soyuqbulaq, Mayıs və başqa yaşayış məntəqələrini əhatə edir.Gəloxçu camaatı XVIII yüzildə Qaraçorlu mahalına, XIX yüzilin ikinci yarısından Zəngəzur qəzasına, XX yüzilin önlərindən Laçın rayonuna bağlıdır. 1823-cü ildə Gəloxçu obası vеrgi ödəyənlər: 78 tüstü, ödəməyənlər: kəndxudalar Mirzə bəy, Vəli bəy, Həsən bəy ibarət idi. 1827-ci ildə Gəloxçu obası vеrgi ödəyən 91, ödəməyən 5, rəncbər 2 tüstüdən təşkil olunmuşdu. Gəloxçu obasında əhali sayı == Gəloxçu obası şəhidləri == Qərib Baxşəliyev Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi. == Gəloxçu obası tanınmış şəxsləri == Şakir İsayev Akif Səlimov Əbülfət Kərimov İsmayıl Mirzəyev Məcid Mirzəyev Yusif Mirzə == Mənbə == Ənvər Çingizoğlu, Gəloxçu camaatı, "Soy" dərgisi, Bakı, 2010. Əli Məcidli, Gəloxçular və Törə, Bakı, 2019.
Məhərrəmlilər soyu
Məhərrəmlilər və yaxud Məhərrəm uşağı — Şimal-qərbi Azərbaycan ərazisində əsasən Qax və Şəki rayonları ərazisində məskunlaşmış ən böyük nəsillərdən biri. == Tarixi == Bu nəslin soykökü ilə bağlı əldə edilən məlumatlar ikili xarakter daşıyır. Bunlardan birincisi və ümumiləşdirilmişi məhərrəmliləri oğuzların bozoq qolundan olan Zülqədər tayfası ilə bağlayır. Anadoluda Zülqədərlər tərəfindən əsası qoyulmuş Zülqədəroğulları bəyliyi Osmanlı sultanı I Səlim tərəfindən ləğv edildikdən sonra bu tayfanın sağ qalmış böyük bir hissəsi köç edərək Azərbaycanın Qazax, Zaqatala, Qax ərazilərinə və cənubi Dağıstanın Ulukosor mahalında məskunlaşmışlar. Zülqədərlərin fəaliyyəti nəticəsində Qazaxda Şəmşədil sultanlığı, Azərbaycanın şimal-qərbində isə Car-Balakən azad icması və İlisu sultanlığı yarandığı iddia edilməkdədir. Nəslin nümayəndələrinin qoruyub saxladiqları tam olmayan arxeoqrafik və geneoloji materiallara görə onların sələflərinin XVI əsrin sonlarında Osmanlı ordusunun tərkibində gəlmış qayı tayfasindan olduqları deyilir. Kipr fatehi Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Tiflisin alınmasında önəmli rol oynamış bu tayfanın nümayəndələri sonralar Özdəmiroğlu Osman Paşanın hakimliyi dövründə Şirvanın şimal-qərb sərhədini qorumaq məqsədilə Şimali Azərbaycan və cənubi Dağıstan ərazilərində bir sıra müdafiə məqsədli yaşayış məskənləri salmışlar. Bunlardan biri də məhərrəmlilərin ilk dövrlərdə məskunlaşdıqları Sögüt kəndi (cənubi Dağıstanda indiki Rutul rayonuda eyniadlı kənd) hesab olunur. Adını tayfanın ana vətəni olan Domaniç yaylağının Sogüt kəndindən götürdüyü bilinməkdədir. Şəki rayonundakı Göynük və Biləcik, Qax rayonu ərazisindəki İlisu, Lələpaşa (Lələ Mustafa Paşanın adı ilə bağlıdır), Lələli, Qındırğa, Dəmirqazıx (Qanıxçayın sol sahilində qədim yaşayış məskəni), Pir Osman kurqanı və bunun kimi onlarla yer adları da həmin dövrdə Osmanlı Türkiyəsi ərazisindən gətirilmə toponimlər hesab olunur.
Məmmədbəyli soyu
Məmmədbəylilər — Azərbaycan xalqının Seyidli oymağına aid soylarından biri. == Tarixi == Məmmədbəylilər bəy nəslinə mənsubdur. Nəsil öz adını Məmməd bəyin adından almışdır. Bu nəslin kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın nəsli kimi tanınır. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.Hatəmxan ağanın Nadirqulu bəy adlı oğlu olmuşdur. Məmməd bəy Nadirqulu bəyin nəvəsi, Hatəmxan ağanın nəticəsidir. Məmməd bəy Yusif bəy oğlu 1833-cü ildə Çəmənli oymağında anadan olmuş, təxminən 60 ilə yaxın ömür sürmüşdür. Onun anasının adı Hüsnü xanımdır.
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Qazılı soyu
Qazılılar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Qazılılar Seyidli oymağının qədim nəsillərindən biridir. Bu nəsildən dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı nəsli Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı nəslinin başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur.Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur. O, ikinci dəfə Kərbəlayi Miralılar nəslindən olan Məşədi Xırda xanım Ağamalı qızı ilə ailə qurmuş, Mənzər və Mələk adlı qızları olmuşdur.Məhəmmədalı bəyin bu iki qızı yeniyetmə yaşlarında öz istedadları ilə Xurşidbanu Natəvanın diqqətini cəlb etdiyi üçün onun evində təşkil edilən qadın ədəbi məclisinin iştirakçıları idilər.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. == Tarixi == Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi.Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı. 1 yanvar 1992-ci ildə Rusiya Mərkəzi Bankına SSRİ Dövlət Bankını (Qosbank) təhvil almaq səlahiyyəti verildi.
Safu (Çaldıran)
Safu (fars. صفو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
Sofa Bəsirzadə
Sofiya (Sofa) Bəşir qızı Bəsirzadə (Vəzirova) (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofa Hüseynova
Sofiya Həsən qızı Hüseynova (Sofa İsmayılova) (26 fevral 1926, Bakı – 30 iyul 2015, Naxçıvan) — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1996). == Həyatı == Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Qızlıq soyadı İsmayılovadır. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olmuş, bir-birindən maraqlı və rəngarəng obrazlar yaratmışdır. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Sofi Lakaz
Sofi Lakaz (fr. Sophie Lacaze; 9 sentyabr 1963[…]) — fransız bəstəkarı. == Həyatı == Tuluza konservatoriyası və Parisdə yerləşən Normal Musiqi Məktəbində təhsil almışdır. Daha sonra Kirj akademiyasında Franko Donatoni və Ennio Morrikone kimi ustadlardan dərs almışdır, Pyer Bulez kurslarını dinləyirdi. İki il Avstraliyada yaşayıb 2006-cı ildə Fransaya qayıtdı. Sofi Lakaz Lycéen des compositeurs (2009) qran-prisini və SACEM-də Klod Arye mükafatının (2010) sahibidir. == Əsərləri == 1992 — J. Syupervelin şeirlərinə soprano və simli trio üçün üç melodiya 1993 — A. Rembo şeirlərinə fleyta üçün Voyelles 1996 — qadın səsi, fleyta və fortepiano üçün Jetez-vous sur l’avenir 1997 — fleyta və violonçel üçün La vita e bella 1998 — nəfəsli alətlər, didjeridu, uşaq xoru və perkussiya üçün Le Becut 1999 — skripka, klarnet və fortepiano üçün Comme une rue pavee 1999 — fortepiano üçün üç müqəddimələr 2000 — Henry Kendallın şeirlərinə fleyta və simli trio üçün Broken Words 2000 — fleyta, didjeridu və fleytaların orkestri üçün And then there was the sun in the sky 2001 — Iotife üçün simli trio, şeirlərinı H. Kendall 2001 — Messe de Nostre Dame üçün xor akapella 2002 — Histoire sans paroles üçün skirpka, violonçellər və fortepiano 2002 — Voices of Australia üçün fleyta solo və maqnitofon lentası 2002 — L’enfance de Catherine üçün fleyta və simli trio, Anna Bodrinin "Katrinin uşaqları" filmi üçün musiqi 2002 — Ave Maris Stella üçün xor 2003 — Messe de Nostre Dame üçün 8 qadın səsləri və perkussiya, в честь «Messe de Nostre Dame» Гийома де Машо 2003 — Tarantella üçün fortepiano 2004 — Dreaming, kamera operası üçün iki qadın səsi, didjeridu, fleyta, alt, perkussiya və maqnitofon lentası 2005 : Cinq Voyelles pour Quatre Flûtes, транскрипция «Voyelles» üçün 4 fleyta. По стихотворению А. Рембо 2005 — Oceans üçün fleyta, faqot, skirpka, alt, kontrabas, uşaq xor və perkussiya 2005 — Py üçün fleyta və fortepiano 2005 — Het Lam Gods üçün simli kvartet, на темы Гентского алтаря братьев Ван Эйк 2005 — Duo üçün səs və maqnitofon lentası 2006 — Archelogos I üçün səs və maqnitofon lentası 2006 — Les quatre elements, konsert üçün fleyta, uşaq xor və perkussiya 2006 — Deux mouvements üçün тенор-saksofon və orkestri. 2006 — Musique de la mer üçün klarnet, faqot, simli kvartet, uşaq xor və perkussiya 2006 — Vignes üçün CD, Guy Bompais şəkil sərgisi üçün 2006 — The great flood üçün alt-saksofon və ансамбля саксофонов 2006 — Mouvement üçün simli orkestri 2007 — Het Lam Gods II üçün fleyta solo və fleytaların orkestri 2007 — Archelogos II üçün bas fleyta və CD 2008 — Quatre haïkus üçün alt-saksofon və fortepiano 2008 — Le Petit Prince, musiqi tamaşası üçün волн Мартено, fleyta və simli trio 2008 — Archèlogos IIb üçün волн Мартено və CD 2009 — L’art est le plus beau des mensonges üçün sopranovə вибрафона sözlərinə Алена Карре 2009 — Het Lam Gods III üçün dörd fleyta, на темы Гентского алтаря братьев Ван Эйк və текст Алена Карре 2009 — Variations sur quatre haïkus üçün виолончели 2010 — L’espace et la flûte — Variations sur des textes de Jean Tardieu üçün чтеца və ансамбля fleyta, şeirlərinı Жана Тардьё 2010 — Souffles üçün dörd fleytaистов (2 zamponias, 2 bajones, 3 Boehm flutes) 2011 — Marco Polo камерная opera üçün xor və ансамбля 2011 — Calligrammes üçün баритона, xor və kvartet саксофонов, şeirlərinı Гийома Аполлинера 2011 — Archèlogos III üçün gitara və CD 2011 — orkestr üçün Après avoir contemplé la lune 2012 — Estampes üçün dörd fleytaистов 2012 — En Quete üçün qadın səsi, чтеца, saksofon və fortepiano, üçün выставки фотографий Guy Bompais 2012 — Ukiyo-e konsert üçün Мартено волн və fleyta оркестром 2013 — O Sapientia 4 qadın səsləri. Hildeqard fon Bingenin mətininə əsasən 2013 — Immobilité sérieuse I üçün fortepiano və simli orkestri 2014 — Maye üçün zərbə alətləri 2014 — Un parapluie et un manteau de paille короткая работа üçün fortepiano 2015 — Voyelles üçün saksofon 2015 — Au milieu de la plaine üçün fleyta və arfa 2015 — Voices of Australia üçün solo sopranosaksofon və CD 2015 : La lune dans l’eau, üçün saksofon 2016 : La lune dans l’eau, üçün fleyta 2016 : qarışıq xor üçün Petite messe, 2017 : Voyages d’Orient I və Voyages d’Orient II, üçün ансамбля ветра və xor 2017 : Je vois passer l’Ange, üçün üç qadın səsləri və alt-saksofon 2017 : Ahatonhia again, üçün kvartet klarnet 2018 : And Earth moves away, üçün dörd fleyta 2018 : Ntau, üçün fleyta, klarnet, fortepiano və perkussiya == İstinadlar == == Xarici keçidlər == «Sophie Lacaze, portrait d’une compositrice», Geneviève Mathon-la dialoq, Delatour Publishing, 160 səh., 2018-ci il may ayı Rəsmi sayt Müasir musiqi sənədləşməsinin mərkəzi veb-saytında səhifə, Fransa "Sofi Lakazın fleytası üçün musiqi" Arxivləşdirilib 2020-05-12 at the Wayback Machine — Traversière Magazine 104, 2012.
Sofi Loren
Sofiya Loren (it. Sophia Loren; 20 sentyabr 1934 Roma, İtaliya) — məşhur İtaliya aktrisası. "Oskar" mükafatına layiq görülmüşdür. Əsl soyadı Şikolone olmuşdur. == Həyatı == Sofiya Loren 20 sentyabr 1934-cü ildə Romadakı Regina Margherita Klinikasında Sofiya Scicolone kimi anadan olub. Onun atası Rikkardo başqa bir qadınla evli idi və anası Romilda Villaninin iki uşağının anası olmasına baxmayaraq, onunla evlənməkdən imtina etdi ( Sofiya və onun kiçik bacısı Maria Scicolone). İkinci Dünya Müharibəsi zamanı atasından heç bir dəstək almadan Pozzuoli gecəqondularında böyüyən o, uşaqlıqda böyük kədər yaşadı. 14 yaşında gözəllik müsabiqəsinə qatılan və finalçılardan biri kimi yer alanda onun həyatı gözlənilməz dönüş etdi. Məhz burada Sofiya özündən təxminən 22 yaş böyük, sonradan evləndiyi film prodüseri Karlo Pontinin diqqətini çəkdi. Ola bilsin ki, o, uşaqlıqda heç vaxt yaşamadığı ata fiquru idi.
Sofi Marso
Sofi Daniel Silviya Marso (fr. Sophie Danièle Sylvie Marceau, ilk soyadı Mopyu (fr. Maupu); 17 noyabr 1966, Paris, Fransa) — Fransa kinoaktrisası. 1999-cu ildə Dünya kifayət deyil filmində iştirak etmişdir.
Sofo Gelovani
Sofo Gelovani (Gürcücə: სოფო გელოვანი) — 21 mart 1984-cü ildə anadan olan gürcü müğənni. Sofo Gelovani Nodiko Tatişvili ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı "Waterfall" mahnısı ilə təmsil edib və Gürcüstana 15-ci yeri qazandırıb.
Sofo Nijaradze
Sofo Nijaradze (Gürcücə: სოფო ნიჟარაძე; Rusca: София Нижарадзе; 6 Fevral 1986) - gürcü müğənni və aktrisa. 2010 Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil edib. == Həyatı == Sofo Nijaradze Tiflisdə anadan olub və Dövlət Musiqi Akademiyasını fəxri diplomla bitirib. Bir neçə beynəlxalq müsabiqələrdə, o cümlədən Mini La Skalada "Bravo, Bravissimo!", Moskvada "Crystal Note" və Gürcüstanda "Crystal Fur-tree" kimi məşhur müsabiqələrdə iştirak edib. 2001-ci ildə o Gürcüstan Dövlət Filarmoniyasının solisti olub. Sonra Moskvaya gedərək Moskva Dövlət Teatr və İncəsənət Akademiyasının "Romeo və Culietta" tamaşasında iştirak edib. 2005-ci ildə Yurmalada keçirilən "Yeni dalğa" müsabiqəsində də iştirak edən Gürcüstan təmsilçisi burda da uğur qazanıb. Müğənni Rusiya Gürcüstan problemlərinə etiraz olaraq sonradan Moskvanı tərk edib. == Albomlar == Svadba Soek Original Cast Recording (2003) Musical Romeo & Juliette "Ot Nenavisti Do Lubvi" Original Cast Recording (2005) Where are you...
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1158 nəfərdir. == Toponimiyası == Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. == Din == Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir.Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Gələcəyin şoku
"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab; beynəlxalq bestseller. == Tarixi == Kitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır."Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir. == Mövzusu == Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik". == Uzaqgörənliklər == Tofflerin kitabında qeyd etdiyi sürətin artacağı, homoseksual evliliklərin gündəmə gələcəyi və ətraf fəlakətlərinin çoxalacağı kimi başqa uzaqgörənlikləri doğru çıxmışdır.
Kişi sözü
Kişi sözü (film, 1987)
Mədəniyyət şoku
Mədəniyyət şoku (ing. Culture shock) — insanın bir sosial mühitdən digərinə keçdikdə insanın heç vaxt tanış olmadığı şəraitə görə hiss etdiyi narahatlıqdır. 4 fazası var: Bal ayı fazası Razılaşmağa çalışma fazası Öyrəşmə fazası Ustalıq fazasıMədəni şoku yaradan ümumi problemlər: informasiya artıqlığı, dil barieri, toplumlararası uçurumlar, informasiya uçurumları, müəyyən sferadakı asılılıqlar, öz mədəniyyətinə çox bağlılıq və buna bənzər hallar. Şəxslər müxtəlif cəmiyyətlərdə mədəni şoku özlərinəməxsus yaşadıqları üçün, bu vəziyyətdən yayınmağın konkret bir həlli mövcud deyildir. Mədəniyyət şokunda olan insanların sonrakı fəaliyyətlərini 3 hissəyə bölmək olar: İnteqrasiya oluna bilməyənlər xarici ölkədə öz millətlərindən olanları axtarır və cəmiyyətə uyğunlaşmaqdan imtina edirlər. Assimilyasiyaya məruz qalanlar öz ölkələrinin adət-ənənələrini unudur və yeni gəldikləri ölkəyə 100% adaptasiya olurlar. Üçüncü qrup insanlar isə həm yeni ölkəyə adaptasiya olur, həm də vətənlərini unutmurlar. Belə insanlara kosmopolit deyilir.Mədəniyyət şokunun ən qəribə forması uzun müddət vətəndən kənarda yaşayan insanların geri qayıtdıqdan sonra öz doğma ölkələrində hiss etdikləri mədəniyyət şokudur. == Dörd mərhələ == Balayı Bu mərhələ ərzində, köhnə və yeni mədəniyyətlər arasındakı fərqliliklər şəxsə yüngül, asan görünür. Misal olaraq, yeni bir ölkəyə köçəndən sonra şəxs həmin əraziyə məxsus yeməkləri, oradakı həyat dövranını və yerli sakinlərin davranışlarını bəyənə bilər.