SOFT

adj 1. yumşaq; a ~ bed / fur / pencil / hat / chair yumşaq çarpayı / xəz / karandaş / şlyapa / stul; 2. zərif; yüngül; a ~ skin / hand zərif dəri / əl; 3. ahəstə, sakit; ~ music ahəstə / sakit musiqi; ~ breeze ahəstə meh; 4. nəvazişli, zərif, incə; ~ words / glance / smile nəvazişli sözlər / baxış / təbəssüm; 5. mülayim; yumşaq; ~ climate mülayim iqlim / ab-hava; 6. sakit; rahat; ~ sleep sakit / rahat yuxu; ~ sea sakit dəniz;

◊ a bit ~ in the head ağıldan yüngül, başdan xarab

SOFA
SOFT-HEADED
OBASTAN VİKİ
Soft Club
Soft Club (rus. СофтКлаб) — Rusiyada, MDB ölkələrində və Şərqi Avropada videooyunların istehsalı, lokallaşdırılması, yayımlanması və distrübusiyası ilə məşğul olan ən böyük Rusiya şirkəti. "PC", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4", "Xbox 360, "Xbox One, "PS Vita, "PlayStation Portable və "Wii"də oyunların rəsmi rus versiyalarını dərc edir. 2014-cü ilin sonunda SoftClub MDB bazarının təxminən 80%-nə sahib idi. "1C" şirkəti ilə əməkdaşlıq edir.
Hit Me Hard and Soft
Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib. Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib. == Fon == Müğənni Billi Ayliş 2021-ci ildə “Happier Than Ever” buraxıldıqdan bir müddət sonra üçüncü studiya albomu üzərində işləməyə başlayacağını bildirmişdi. Ayliş 2022-ci ildə qardaşı Finneas ilə birlikdə Pixar cizgi filmi “Turning Red” üçün üç mahnı yazmışdır.
Berkeley Software Distribution
BSD – (Berkeley Software Distribution) günümüzdə dəstəklənməyən, Unix əməliyyat sistemi. Bu sistem 1977-1995-ci illərdə Berkli Kaliforniya Universiteti tərəfindən dəstəklənib. ArchBSD, BSDBox, BSDeviant, BSDLive, Bzerk CD kimi bir çox əməliyat sistemi BSD üzərində qurulub.
Bethesda Softworks
Bethesda Softworks LLC — Merilend ştatının Rokvil şəhərində yerləşən ABŞ videooyun nəşrçisi. Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə "Media Technology Limited"in bir diviziyası olaraq təsis edilmişdir. 1999-cu ildə şirkət "ZeniMax Media"nın bir filialı olmuşdur. Şirkət ilk 15 ilində videooyun yaradıcısı idi və oyunlarını özü nəşr edirdi. 2001-ci ildə şirkət "Bethesda Game Studios" adlı bir filial yaratmışdır. Studiya yalnız videooyunları hazırlayırdı. Bununla birlikdə şirkət yalnız nəşrçi olmuşdur. Şirkət "ZeniMax Online Studios", "id Software", "Arkane Studios", "MachineGames", "Tango Gameworks" və "BattleCry Studios" şirkətlərinin oyunlarını da nəşr edir. == Tarix == === Yaradılma === Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə rəhbəri olduğu "Media Technology Limited"in bir diviziyası olaraq təsis edilmişdir. O "Bethesda"nı "Kompüter bazarının oyun inkişaf etdirmək üçün əlverişli bir yer olub olmadığını öyrənmək" üçün yaratmışdır.
Business Software Alliance
Business Software Alliance (BSA) – piratçılığa qarşı proqram təminatı istehsalçılarını birləşdirən qrup. 1988-ci ildə qurulub. BSA qrupu proqram təminatı oğurluğunu qadağan edən qanunların qəbul olunmasına köməklik göstərir, istifadəçilər arasında maarifləndirmə işləridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
GT Interactive Software Corp.
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Gearbox Software
Gearbox Software — kompüter və videooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano şəhərində yerləşir. Şirkət Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən 1999-cu ilin yanvar ayında yaradılıb. "Gearbox" studiyasının yaradıcıları şirkətin yaradılması zamanı demək olar ki, videooyunların hazırlanması üzrə ixtisaslaşan başqa şirkətlərdə çalışırdılar. Şirkətin ilk işi Valve tərəfindən sifariş edilən Half-Life üçün əlavələrin yaradılması oldu. Studiya Valve-nin sifarişi ilə orijinal Half-Life-a üç əlavə Opposing Force, Blue Shift və PS2 versiyası üçün eksklüziv Decay əlavələrini hazırlayır. Half-Life: Opposing Force əlavəsində süjet orijinal Half-Life ilə paralel inkişaf edir. Burada baş qəhrəman Qara Meza tədqiqat mərkəzinə eksperementin nəticəsini və şahidləri təmizləmək üçün göndərilmiş xüsusi təyinatlı Adrian Şeparddır. Bunun sayəsində oyunçular Half-Life süjetinə digər personajın gözü ilə baxmağı imkan əldə edirlər.
Illusion Softworks
2K Czech — mərkəzi Çexiyada yerləşən şirkət, Videooyun yaradıcısı. 1997-ci ildə Illusion Softworks adı ilə qurulmuşdur.
Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı. == Lori Liberman versiyası və mübahisəli mənşəyi == 1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib. Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.
Krisalis Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Softboks
Softbox — sərt olmayan, yumşaq, yayğın işıqlandırma yaratmaq üçün nəzərdə tutulub. Fotostudiyada istifadə olunur.
Software engineering
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Teque Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Xtreme Software
Insomniac Games, Inc. (əvvəllər Xtreme Software) — ABŞ videooyun istehsalı şirkəti. Şirkət 1994-cü ildə Ted Prays tərəfindən "Xtreme Software" adı altında təsis edilmişdir və növbəti ilə adını dəyişmişdir. Şirkət ən çox Əjdaha Spayro, Retçet və Klenk kimi erkən PlayStation talismanların müəllifi, eləcə də "Resistance" franşizasının, 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" və 2018-ci ildə satışa çıxarılan "Spider-Man" videooyununun istehsalçısı olmaqla tanınır. Şirkətin ilk layihəsi ilk PlayStation konsolu üçün hazırlanan "Disruptor" videooyunu idi. Bu oyunun pis satmasına görə şirkət müflisləşməyə çox yaxın idi. "Insomniac Games" şirkətinin növbəti layihəsi "Spyro the Dragon" idi. Oyunun əldə etdiyi müvəffəqiyyət iki il ərzində daha iki sikvelin satışa çıxarılmasına gətirib çıxarmışdır. a successful video game that spawned two sequels within two years. "Insomniac Games" şirkəti "Sony Computer Entertainment" ilə yaxından əməkdaşlıq edirdi və korporasiya üçün iki oyun franşizası yaratmışdır – "Ratchet & Clank" və "Resistance".
Free Software Foundation
Azad proqram təminatı fondu (APTF; ing. Free Software Foundation, FSF) – azad proqram təminatı hərəkatını və xüsusən də GNU Layihəsini dəstəkləmək üçün 1985-ci il oktyabr ayında Massaçusets ştatının Boston şəhərində Riçard Stallman tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı. Yarandığı vaxtdan 1990-cı illərin ortalarına qədər Fondun vəsaitləri ilk növbədə pulsuz proqram təminatı yazmaq üçün tərtibatçıların işə götürülməsi üçün istifadə olunurdu. 1990-cı illərin ortalarından axırlarına qədər pulsuz proqram təminatı bir çox şirkətlər və şəxslər tərəfindən yaradılmışdır, ona görə də Fondun əməkdaşları və könüllüləri əsasən azad proqram təminatı sahəsində hüquqi və təşkilati məsələlərlə məşğul olurlar. == Tarixi == Azad proqram təminatı fondu 1985-ci ildə ödənişsiz proqram təminatının işlənib hazırlanmasını dəstəkləyən qeyri-kommersiya korporasiyası kimi təsis edilmişdir. Bu, dərsliklərin və lentlərin satışı kimi mövcud GNU layihələrini davam etdirmiş, ödənişsiz proqram təminatı sisteminin tərtibatçılarını işə götürmüşdür. Azad proqram təminatı fondu o vaxtdan bəri bu fəaliyyətləri davam etdirir, həmçinin azad proqram təminatı hərəkatını müdafiə edir. APTF həmçinin, bir neçə ödənişsiz proqram lisenziyasının idarəedicisidir. Yəni, APTF dərc edir və lazım gəldikdə düzəlişlər etmək imkanına malikdir. 2001-ci ilin sonunda o vaxtkı icraçı direktor Bredli Kun Moqlen, Devid Turner və Piter Braunun köməyi ilə bu səyləri APTF-nin GPL Uyğunluq Laboratoriyalarında rəsmiləşdirmişdir.
IntelliJ Software
JetBrains (əvvəlki adı IntelliJ Software) — proqram tərtibatçıları və layihə menecerləri üçün alətlər hazırlayan Çex proqram təminatı tərtibatı özəl məhdud məsuliyyətli şirkəti. Şirkətin baş ofisi Praqadadır və Çin, Avropa və ABŞ-də ofisləri var. Şirkət müxtəlif proqramlaşdırma dilləri üçün inteqrasiya olunmuş inkişaf mühitləri (IDE) təklif edir. 2011-ci ildə Java virtual maşınında (JVM) işləyə bilən Kotlin proqramlaşdırma dilini yaradıb. InfoWorld jurnalı 2011 və 2015-ci illərdə şirkəti "İlin Texnologiyası" mükafatına layiq görüb. == Tarixi == Əvvəlcə IntelliJ Software adlanan JetBrains, 2000-ci ildə Praqada üç rus proqram tərtibatçısı, Sergey Dmitriev, Valentin Kipyatkov və Eugene Belyaev tərəfindən təsis edilmişdir. Şirkətin ilk məhsulu Java dilində kodun refaktorinqi aləti olan IntelliJ Renamer idi. 2012-ci ildə baş icraçı direktor Sergey Dmitriyevin yerinə Oleq Stepanov və Maksim Şafirov keçdi. 2021-ci ildə The New York Times nəşrinin iddiasına görə, naməlum tərəflər SolarWinds kiberhücumlarına və digər geniş yayılmış təhlükəsizlik kompromislərinə səbəb olan zərərli proqramları JetBrains proqram təminatına yerləşdirmiş ola bilər. JetBrains yayımladığı press-relizdə, heç bir hökumət və ya təhlükəsizlik qurumu ilə əlaqə saxlamadıqlarını və "heç bir şəkildə bu hücumda iştirak etmədiklərini" bildirdi.
SoftBank
Softbank - baş ofisi Yaponiyanın Tokio şəhərində yerləşən, açıq şəkildə satılan telekommunikasiya şirkətidir. 2019-cu ildən etibarən Forbes jurnalının "Dünyanın Ən Böyük İctimai Şirkətləri" siyahısında 36-cı yerdə olan şirkətin həmin il üçün dəyəri 112,4 milyard dollardır. Bu şirkət, Toyota-dan sonra Yaponiyanın ikinci ən böyük IPO şirkətidir. 1 iyun 2015-ci il tarixinə Finlandiyanın oyun inkişaf etdirmə şirkəti Supercell-in səhmlərinin 73%-nə sahib olan SoftBank, 18 iyul 2016-cı ildə İngilis çip istehsalçısı ARM Holding-i 32 milyard dollara alacağını açıqladı.
Softstarter (yumşaq başlanğıc)
Yumşaq işəsalma cihazı (ing. softstarter) — işləyən maşının kiçik bir başlanğıc anı olan elektrik mühərriklərinin yumşaq işə salınması (dayanması) üçün istifadə olunan mexaniki, elektrik (elektron) və ya elektromexaniki cihazdır.
Apache Software Foundation
Apache Software Foundation (ASF) — bir sıra açıq mənbə proqram təminatı layihələrini dəstəkləmək üçün amerikan qeyri-kommersiya korporasiyası (ABŞ-də 501(c) (3) təşkilatı kimi təsnif edilir). ASF Apache HTTP Serverinin bir qrup tərtibatçısı ilə yaradılmış və 25 mart 1999-cu ildə birləşdirilmişdir. 2021-ci ilə olan məlumata görə təxminən 1000 üzvü mövcuddur. Apache Software Foundation tərtibatçıların mərkəzləşdirilməmiş açıq mənbə icmasıdır. Onların yaratdığı proqram təminatı pulsuz və açıq mənbəli proqram təminatı (FOSS) üçün icazə verilən açıq mənbə lisenziyası olan Apache Lisenziyasının şərtləri əsasında paylanır. Apache layihələri əməkdaşlıq, konsensusa əsaslanan tərtibat prosesi və açıq və praqmatik proqram lisenziyası ilə xarakterizə olunur, yəni proqram təminatını pulsuz əldə edən tərtibatçılara onu pulsuz olmayan şərtlərlə yenidən paylamağa imkan verir. Hər bir layihə, layihəyə fəal töhfə verən texniki ekspertlərdən ibarət öz-özünə seçilmiş komanda tərəfindən idarə olunur. ASF meritokratiyadır, yəni fondun üzvlüyü yalnız Apache layihələrinə fəal töhfə vermiş könüllülərə verilir. ASF ikinci nəsil açıq mənbə təşkilatı hesab olunur, ona görə də kommersiya dəstəyi platformanın bağlanması riski olmadan təmin edilir. ASF-nin məqsədlərinə Apache layihələrində çalışan könüllülərin hüquqi müdafiəsini təmin etmək və "Apache" brendinin başqa təşkilatlar tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq daxildir.
Software as a service
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
The Apache Software Foundation
Apache Software Foundation (ASF) — bir sıra açıq mənbə proqram təminatı layihələrini dəstəkləmək üçün amerikan qeyri-kommersiya korporasiyası (ABŞ-də 501(c) (3) təşkilatı kimi təsnif edilir). ASF Apache HTTP Serverinin bir qrup tərtibatçısı ilə yaradılmış və 25 mart 1999-cu ildə birləşdirilmişdir. 2021-ci ilə olan məlumata görə təxminən 1000 üzvü mövcuddur. Apache Software Foundation tərtibatçıların mərkəzləşdirilməmiş açıq mənbə icmasıdır. Onların yaratdığı proqram təminatı pulsuz və açıq mənbəli proqram təminatı (FOSS) üçün icazə verilən açıq mənbə lisenziyası olan Apache Lisenziyasının şərtləri əsasında paylanır. Apache layihələri əməkdaşlıq, konsensusa əsaslanan tərtibat prosesi və açıq və praqmatik proqram lisenziyası ilə xarakterizə olunur, yəni proqram təminatını pulsuz əldə edən tərtibatçılara onu pulsuz olmayan şərtlərlə yenidən paylamağa imkan verir. Hər bir layihə, layihəyə fəal töhfə verən texniki ekspertlərdən ibarət öz-özünə seçilmiş komanda tərəfindən idarə olunur. ASF meritokratiyadır, yəni fondun üzvlüyü yalnız Apache layihələrinə fəal töhfə vermiş könüllülərə verilir. ASF ikinci nəsil açıq mənbə təşkilatı hesab olunur, ona görə də kommersiya dəstəyi platformanın bağlanması riski olmadan təmin edilir. ASF-nin məqsədlərinə Apache layihələrində çalışan könüllülərin hüquqi müdafiəsini təmin etmək və "Apache" brendinin başqa təşkilatlar tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq daxildir.