Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Solyaris (1972)
Solyaris (rus. Солярис) — Stanislav Lemin 1961-ci ildə nəşr olunmuş eyniadlı romanı əsasında 1972-ci ildə çəkilmiş Sovet fantastika bədii filmidir. Rejissor — Andrey Tarkovski; baş rollar — Donatas Banionis və Natalya Bondarchuk; Elektron musiqi — Eduard Artemyev. Həmçinin, İohann Sebastyan Baxın bəstəsindən də istifadə olunmuşdur. Süjet, üç alimin emosional böhrana düşdüyü üçün bir elmi missiyanın dayandığı xəyali Solaris planetini orbit edən bir kosmik stansiyada mərkəzləşmişdir. Psixoloq Kris Kelvin (Banionis) vəziyyəti öyrənmək üçün stansiyaya gedir, lakin o da digərləri ilə eyni sirli hadisələrə rast gəlir. Film Tarkovskinin elmi fantastika janrına yeni bir emosional və intellektual bir dərinlik gətirmək cəhdi idi; janrdakı əksər Qərb əsərlərini texnoloji ixtiraya yönəltdiklərinə görə dayaz kimi görürdü. Solaris 1972-ci il Cannes Film Festivalında Grand Prix Spécial du Jury( Juri xüsusi mükafatı) və FIPRESCI mükafatlarına layiq görüldü və Qızıl Palma (Palme de'Or) mükafatına namizəd oldu. Solaris çox zaman kino tarixindəki ən böyük elmi fantastika filmlərindən biri kimi nümunə göstərilir. Film çox vaxt Stanley Kubrickin 2001:A space odyssey filmi ilə müqayisə olunur.
Solyaris (film, 1972)
Solyaris (rus. Солярис) — Stanislav Lemin 1961-ci ildə nəşr olunmuş eyniadlı romanı əsasında 1972-ci ildə çəkilmiş Sovet fantastika bədii filmidir. Rejissor — Andrey Tarkovski; baş rollar — Donatas Banionis və Natalya Bondarchuk; Elektron musiqi — Eduard Artemyev. Həmçinin, İohann Sebastyan Baxın bəstəsindən də istifadə olunmuşdur. Süjet, üç alimin emosional böhrana düşdüyü üçün bir elmi missiyanın dayandığı xəyali Solaris planetini orbit edən bir kosmik stansiyada mərkəzləşmişdir. Psixoloq Kris Kelvin (Banionis) vəziyyəti öyrənmək üçün stansiyaya gedir, lakin o da digərləri ilə eyni sirli hadisələrə rast gəlir. Film Tarkovskinin elmi fantastika janrına yeni bir emosional və intellektual bir dərinlik gətirmək cəhdi idi; janrdakı əksər Qərb əsərlərini texnoloji ixtiraya yönəltdiklərinə görə dayaz kimi görürdü. Solaris 1972-ci il Cannes Film Festivalında Grand Prix Spécial du Jury( Juri xüsusi mükafatı) və FIPRESCI mükafatlarına layiq görüldü və Qızıl Palma (Palme de'Or) mükafatına namizəd oldu. Solaris çox zaman kino tarixindəki ən böyük elmi fantastika filmlərindən biri kimi nümunə göstərilir. Film çox vaxt Stanley Kubrickin 2001:A space odyssey filmi ilə müqayisə olunur.
Kalyari
Kalyari (Sardiniya dili: Casteddu) — İtaliyaya bağlı olan Sardiniya Muxtar Bölgəsi paytaxtı və eyni adlı Cagliari vilayətinin mərkəzi olan bir liman şəhəridir.
Solaris
Solaris — Sun Microsystems şirkətində işlənib hazırlanmış əməliyyat sistemi. 2010-cu ilin aprelindən Oracle (C) şirkətinə məxsusdur. Solaris qapalı ilkin kodlu əməliyyat sistemi olsa da, onun əksər hissəsi açıqdır və OpenSolaris layihəsində dərc olunub. 1990-cı illərin başlanğıcında Sun Microsystems BSD əsasında olan SunOS əməliyyat sistemini AT&T şirkəti ilə birgə işlənib hazırlanan UNIX System V Release 4 (SVR4) sistemi ilə əvəzlədi və SunOS 5 adını da dəyişərək Solaris 2 qoydu. Sun Microsystems 2.6 versiyası çıxdıqdan sonra addakı "2." hissəciyini atdı və növbəti versiya artıq Solaris 7 adlandı. Solaris, qrafik örtüyə və bəzi əlavə komponentlərə malik SunOS əməliyyat sistemidir.
Solqard
Solqard — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Felipe Skolari
Luis Felipe Skolari - Braziliyalı futbol mütəxəssisi == Karyerası == Luis Felipe Skolari indiyədək Küveyt, Braziliya və Portuqaliya millilərinə rəhbərlik edib. O, Braziliyaya 2002-ci ildə dünya çempionluğu qazandırıb.
Hermione solaris
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Kalyari FK
Kalyari" (it. Cagliari Calcio)- İtaliya futbol klubu.
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Kolvari amorfa
Kolvari amorfa (lat. Amorpha fruticosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır.
Kolvari ağəsmə
Kolvari ağəsmə (lat. Clematis fruticosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çin və Şimali Monqoliyadır. == Botaniki təsviri == Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.
Kolvari jasmin
Kolvari jasmin (lat. Jasminum fruticans) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın cənubunda, Türkiyə, Suriya, Livan, İsrail, İordaniya, İran, Kapet dağ, Krım, Azərbaycan, Gürcüstan, Dağıstanda və Qafqazda-Qara dəniz sahillərində rast gəlinir. == Botaniki təsviri == Qışda həmişəyaşıl, soyuq rayonlarda isə yarpağıtökülən koldur. Hündürlüyü 1 m-dək, zoğları künclü, yaşıldır. Yarpaqları üç hissəli, cüt olmayan, lələkvari; yarpaq yerləşməsi spiral, xırda yarpaqları ensiz-ellipsvari, ucu küt və kənarları tükcüklü; ayaları çılpaq, parlaq, üstü tünd yaşıl, alt tərəfi daha açıqdır. Çiçəkləri ikicinsli, parlaq, sarı, yan budaqların uclarında 2-5 ədəd yarımçətirlərə yığılmış, çiçək tacı ensiz, uzun borucuqlu, kasaşəkilli, borucuğu 2 dəfə qısa, zəngşəkilli kasacıqdan böyük; erkəkcikləri 2, yumurtalığı yuxarıdır. May-iyulda çiçəkləyir. Meyvələri-şarşəkilli, parlaq, qara giləmeyvədir; avqust-sentyabrda yetişir. == Ekologiyası == Mezotermdir, -20-25 c-dək şaxtalara dözür.
Kolvari kombretum
Kolvari kombretum (lat. Combretum fruticosum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin kombretum cinsinə aid bitki növü.
Kolvari söyüd
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Kolvari xostək
Kolvari xostək (lat. Caragana frutex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Robinia frutex L. == Yarımnövləri == Caragana frutex subsp. frutex Caragana frutex subsp.
Kolvari çoxçətirli
Kolvari çoxçətirli (lat. Polyscias fruticosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin çoxçətirli cinsinə aid bitki növü.
Andrea Solario
Solario, Andrea (it. Andrea Solario, 1460, Milan – 1524, Milan) – Lombardiya rəssamlıq məktəbini təmsil edən italiyalı rəssam == Bioqrafiya və yaradıclıq == Heykəltəraşın oğlu olub. İlk incəsənət dərslərini heykəltaraş və memar olan qardaşı Xristoforo Solariodan alıb. Ciovanni Bellini və Leonardo da Vinçidən də dərs alıb. Venesiya, Milan, Normandiya (1507–1509), Paviya və Romada çalışıb. 1507-ci ildən başlayaraq iki il ərzindən XII Lüdovikin sarayında çalışıb. Andrea Solario bir sıra portretin ("Qərənfilli kişi", "Şarl d’Ambuaz" və s.) müəllifidir. Portret yaratdıqda Solario müəyyən kanona arxalanır: qurşağa və ya sinəyədək təsvir, baş 4/3 həcmindədir, baxış tamaşaçıya istiqamətlənib. Adətən model mənzərə fonunda təsvir edilir, bəzən isə mənzərənin fraqmenti pəncərənin alaqapılı ambrazurunda görsənir. Solario ifadəli, dərin obrazlar yaradır.
Antonio Salyeri
Antonio Salyeri (18 avqust 1750[…] – 7 may 1825[…], Vyana[…]) — İtalyan əsilli Avstriya bəstəkarı, dirijor və pedaqoq. == Həyatı == Volfqanq Amadey Motsartın ölümüylə bağlı şaiələr çox geniş yayılıb, araşdırmaçılar hələ də onun ölüm səbəbinin nə olduğunu söyləməkdə çətinlik çəkirlər. Ona ithaf olunmuş müxtəlif əsərlərdə — A.Puşkinin poemasında, Nikolay Rimski-Korsakovun "Mosart və Salyeri" operasında, M.Formanın "Amadey" pyesində və onun əsasında çəkilmiş eyni adlı filmdə Motsartın, guya italyan bəstəkarı Antonio Salyeri tərəfindən zəhərlənməsi barədə fikirlər var. Amma sonradan məlum olub ki, bu əhvalatı həqiqət yox, tarixdə mövcud olan, heç bir dəlillərlə sübut olunmamış fərziyyədən başqa bir şey deyil. Mosartın ölümü barədə rəsmi sənədlərdə "Hitziges Frieselfieber" ("kəskin miliar qızdırması", darı toxumu rəngində səpgiyə işarə olunur) kimi xəstəliyin əlamətləri təsvir yazılır. Ona görə də belə bir təsvir xəstəliyin səbəbini dəqiq müəyyənləşdirməkdə kifayət etmir. Səbəb kimi onlara fərziyə irəli sürülmüşdür: trixinellyoz, zökəm, zəhərlənmə və nadir böyrək xəstəliyi. O dövr təbabətində adi hal almış xəstələrdən çoxlu miqdarda qan alma kimi müalicə metodu da ölümü sürətləndirə biləcək səbəb saylır. Ancaq ən çox qəbul olunmuş versiya onun kəskin revmatizmdən ölməsidi. Mosart uşaqlıqda da üç-dörd dəfə revmatimzin ağrılarından əziyyət çəkib.
Drosera solaris
Drosera solaris (lat. Drosera solaris) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Polyaris (komiks)
Polyaris (ing. Polaris) — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur. Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər.
Polyaris (personaj)
Polyaris (ing. Polaris) — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur. Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər.
Stygivenator molnari
Tyrannosaurus (lat. Tyrannosaurus) — heyvanlar aləminin xordalılar tipinin tyrannosauridae fəsiləsinə aid heyvan cinsi. Tirannozavr 66,3-67,8 milyon il bundan əvvəl Şimali Amerika ərazisində yaşamış ən nəhəng yırtıcılardan olub. İlk dəfə olaraq 1874-cü ildə Artur Leis Kolorado ştatının yaxınlığında tirannozavrın dişlərini aşkar etsə də, hansı canlıya aid olduğunu bilmir. Daha sonra isə 1905-ci ildə H.F.Osborn nəhəngin skeletini tapır və onu Tirannozavr adlandırır. Tirannozavr quru üzərində yaşamış ən nəhəng canlılardan biri olub, Qolotip AMNH 502-nin uzunluğu 10,6m, boyu 3,4 m çəkisi 7 ton olaraq hesablanıb. Nisbətən tam olan skeletlərdən ən böyüyü isə Skotti ləqəbli örnəkdir. Onun uzunluğu 13 metr, çəkisi 9 ton, boyu 4,4 metr olaraq hesablanıb. Tirannozavr reksin çəkisi 6-10 ton arası olub. Manospondylus gigas Cope, 182 Dynamosaurus imperiosus Osborn, 195 Nanotyrannus lancensis ?
Əhməd Salyani
Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884). Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır. Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib. 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi. 1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır.
Enrike Kolyar
Enrike Kolyar Monterrubio (isp. Enrique Collar Monterrubio; 2 noyabr 1934) ― sağ cinah vinger mövqeyində oynamış İspaniya futbolçusu. == Karyerası == Onun gənc yaşlarında çıxış etdiyi ilk klub doğma şəhərindən olan "İmperial" klubu idi. Daha sonra "Penya Norit"ə keçdikdən sonra o, nəhayət "Atletiko Madrid" klubuna qoşulur və bu klub onun peşəkar karyerasında ilk olur. 1952-ci ildə Kolyar qardaşları Enrike, Xuan de Dios, Pepe və Antonio Üçüncü divizyonda çıxış edən "Kadis" klubuna transfer olundular. Növbəti 1953/54 mövsümündə o, "Atletiko Madrid" ilə La Liqada debütünu etdi, ancaq cəmi 4 oyun keçirə bildi və 1954/55 mövsümündə yenidən icarəyə verildi, bu dəfə ikinci futbol divizionunda çıxış edən "Real Mursiya"ya. O, mövsüm bitməmiş təzədən Madrid klubuna geri qaytarıldı və 1969-cu ilə qədər burada qaldı və ümumlikdə 16 mövsüm keçirtdi. Madrid komandası ilə birlikdə 470 oyun keçirdi (onlardan 339-u liqada), "Atletiko" ilə ən çox oyun keçirən dördüncü və 105 qolla komandanın səkkizinci bombardiridir. 1955 ilə 1962-ci illər arasında Kolyar Xoakin Peyro ilə yarımmüdafiə tandemi qurdu. "Atletiko" ilə o, UEFA Kuboklar Kuboku, La Liqa və Generalisimo Kubokunun qalibi oldu.
Gölyazı
Gölyazı (türk. Gölyazı) — Türkiyə şəhəri. Uluabat gölünün kiçik bir yarımadasında yerləşən bu şəhərin təməli E.ə. 600-cü ildə qoyulub. Şəhər Bursa bölgəsinin ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Şəhərin əsası yunanlar tərəfindən qoyulsada, ərazidə Roma dövrünün tikililərinədə rast gəlinir.. Hər il şəhərdə Aist festivalı keçirilir. Qədim zamanlarda şəhərin ilkin adı Apolloniatis olmuş, Gölyazı adının mənası isə balıqçı deməkdir. == Tarixi == Gölyazı şəhəri ehtimal olunur ki, Milet şəhərinin koloniyası kimi salınıb. Şəhərdə sikkə kəsilirdi.
Gölyeri
Gölyeri — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Bərcan kənd sovetinin Gölyeri kəndi Şıxlar kənd sovetinin tərkibinə verilmişdir.
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Soyadı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Gürcüstan yolları
Gürcüstanda beynəxalq, dövlət və yerli adlı 3 növ avtomagistral mövcuddur.
Honkonq dolları
Honkonq dolları — Honkonqda istifadə edilən valyuta. Dünya valyuta birjalarında və foreks bazarlarında kodu HKD və ya HK$ olaraq qeyd olunur. 1 Honkonq dolları 100 sentdən ibarət olub təqribi olaraq 0.128896 ABŞ dollarına bərabərdir. Honkonq dolları Honkonq Mərkəzi Bankı sayılan və onun monetar siyasətini idarə edən "Hong Kong Monetary Authority" tərəfindən emissiya olunur.
Kanada dolları
Kanada dolları — Kanadanın pul vahidi. Kanada dolları ABŞ dollarından, avrodan, Yapon yenindən, funt sterlinqdən sonra dünyada ən çox rezerv olunan beşinci valyutadır və dünya rezervlərinin təxminən 2%-ni təşkil edir. Kanadanın stabil hüquqi və siyasi sitemi, güclü suveren vəziyyəti və iqtisadiyyatı Kanada dollarını mərkəzi banklar arasında məşhur edir.
Kiribati dolları
Kiribati dolları (ing. Kiribati dollar) — Kiribati Respublikasının pul vahididir. Kiribati dolları Avstraliya dollarına bərabərdir. Kiribatidə qanuni ödəmə vasitəsi də Avstraliya dolları hesab olunur. == Tarixi == 1966-cı ilə qədər Gilbert və Ellis adasının koloniyasının pul dövriyyəsində avstraliya funtu əsas pul vahidi kimi istifadə olunurdu. 1966-cı ildə Avstraliya dolları koloniyanın əsas pul vahidi oldu. Gilbert adasının koloniyalarından ayrılan Kiribati 1975-ci ildə müstəqil oldu və dollar Kiribati Respublikasının 1979-cu ildə elan edilmiş pul vahidi olaraq qaldı. 1979-cu ildə şəxsi sikkələrin buraxılışı başlanmışdı. İlk buraxılış 1 və 2 sentlik tunc sikkələrdən ibarət idi. Daha sonra 5, 10, 20, 50 sentlik mis-nikel sikkələri və 1, 5 dollarlıq gümüş sikkələri tədavülə buraxıldı.