Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sonalar
Sonalar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Sonalar oyk. Gədəbəy r-nunun Hacılar i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli məlumata görə, Tovuz r-nundakı Bozalqanlı kəndindən gəlmiş Süleyman və onun arvadı Sona salmışdır. Kəndin adı ərinin ölümündən sonra el arasında nüfuzlu xalq təbibi kimi tanınan Sonanın adı ilə bağlıdır. Oykonim “sonagillər” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 305 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sonasar
Sonasar — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. Sonasar kəndi Qarabağ yaylasındadır. XIX əsrdə Hocaz kəndinı məxsus binə yeri olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskən salmışlar. Tədqiqatçiların fikrincə, Sonasar oykonimi Sona ( yaşılbaş) və sar (“yırtıcı quş”) sözlərindən ibarətdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsas təsərrüfatı heyvandarlıq idi. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Dolbahar (Soyuqbulaq)
Dolbahar (fars. دول بهار‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (4 ailə).
Novbahar (Bicar)
Novbahar (fars. نوبهار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 300 nəfər yaşayır (61 ailə). Əhalisini kürdlər təşkil edir.