LOQOS
\[yun. legein – demək, danışmaq\] – Yunan dilindəki ilkin mənası söz, sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin.