Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sonalar
Sonalar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sonalar oyk. Gədəbəy r-nunun Hacılar i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli məlumata görə, Tovuz r-nundakı Bozalqanlı kəndindən gəlmiş Süleyman və onun arvadı Sona salmışdır. Kəndin adı ərinin ölümündən sonra el arasında nüfuzlu xalq təbibi kimi tanınan Sonanın adı ilə bağlıdır. Oykonim “sonagillər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 305 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Moyralar
Moyralar (yun. Μοϊραι, μοῖρα, lat. Moera pay, hissə) — Qədim Yunan mifologiyasında tale ilahələri. Hesiodun teoqoniyasına görə moyralar ilahə Niktanın qızları, digər bir yerdə isə Zevs və Temisin qızları və Orların bacıları kimi göstərilir. == Üç moyra == Kloto (yun. Κλωθώ)Laxesis (yun. Λάχεσις "taleh")Atropa, Atropos (yun. Ἄτροπος "qaçılmaz ölüm") Hesiodun teoqoniyasına əsasən tanrı Zevs moyralara lazımınca səlahiyyətlər vermişdir. Kloto insanların həyat ipini əyirir. Laxesis onların sevinc və kədərlərinə məhəl qoymadan ömür müddətini təyin edərmiş.
Sayralar
Sayralar (lat. Cololabis) — Sakit okeanın səth sularında yayılmış, Scomberesocidae fəsiləsinə aid balıq cinsi. Cins iki növə bölünür. Sayra növü mühün sənaye əhəmiyyətli balıq sayılır. Elmi adı latın sözü olan kolos «qısa» və labia «dodaq» sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bədənləri uzunsov, rəngləri gümüşüdür. == Növləri == Cololabis adocetus Böhlke, 1951 — Cırtdan sayra Cololabis saira Brevoort, 1856 — Sayra == Mənbə == Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Cololabis " FishBase saytında. April 2006 version.
Səhralar
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. == Xüsusiyyətləri == Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Sovkalar
Sovkalar (lat. Noctuidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Sonasar
Sonasar — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sonasar kəndi Qarabağ yaylasındadır. XIX əsrdə Hocaz kəndinı məxsus binə yeri olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskən salmışlar. Tədqiqatçiların fikrincə, Sonasar oykonimi Sona ( yaşılbaş) və sar (“yırtıcı quş”) sözlərindən ibarətdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. == Veriliş haqqında == Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. == Mükafatlar == 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. == Buraxılışlar == == İstinadlar == == Xarici keçidlər == Oralar — Internet Movie Database saytında.
Arktik səhralar
Arktik səhralar (yunanca Arctos — ayı deməkdir) — Yerin təbii zonası. Arktik coğrafi qurşağındakı Şimal Buzlu Okeanının bir hissəsini əhatə edir. Bu arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazı buzlarla, çınqıl və daşla örtülmüşdür. == Ümumi məlumat == Yerin quru hissəsinin Arktika qurşağında ən şimal təbii zonası. Arktika səhraları zonası Taymır yarım-adasının şimal kənarları, Şimal Buzlu okeanının Şpitsbergen arxipelaqı, Frans-İosif Torpağı, Novaya Zemlyanın Şimal adası, Novosibir və De-Lonq adaları, Kanada Arktika arxipelaqının və Qrenlandiyanın şimal hissələri daxildir. Zonanın daha rütubətli Atlantikayanı hissəsində ümumi sahəsi 2 mln. km2-dən çox olan buzlaqlar var; buz səhraları landşaftı üstündür. Arktika səhraları zonasında sərt Arktika iqlimi hakimdir. Bütün ayların orta temperaturu 5˚C-dən aşağıdır.
Sanrılar ensiklopediyası
Sanrılar ensiklopediyası: İnanılmaz faktlar, təəccüblü kəşflər və təhlükəli inanclar toplusu (ing. The Skeptic's Dictionary: A Collection of Strange Beliefs, Amusing Deceptions, and Dangerous Delusions) — Robert Todd Kerrollun skeptik esselər toplusu, http://www.skepdic.com/ saytında dərc edilmiş və kitab şəklində nəşr edilmişdir. Sayt 1994-cü ildə açılıb və bu gün 800-dən çox esse var; Kitab 2003-cü ildə nəşr olunub və 400-ə yaxın essedən ibarətdir. Yalançı elmi, paranormal və okkult mövzular üzrə skeptik məlumatlar üçün hərtərəfli bircildlik bələdçidir və biblioqrafiyada daha ətraflı məlumat üçün təxminən yeddi yüz istinad var. Kitabın arxa üz qabığına əsasən, onlayn versiya ayda təxminən 500.000 baxış əldə edir. Sanrılar ensiklopediyasının ön sözünə görə, geniş gizli və paranormal ədəbiyyata kiçik bir əks çəki olmaq üçün nəzərdə tutulmuşdur; gizli subyektlərə balanslaşdırılmış bir baxış təqdim etmir.
Təbii zonalar
Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur. Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir. == Rütubətli ekvatorial meşələr zonası == Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var.
Geokimyəvi zonalar
Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir. Kosmosun şüa enerjisinin geokimyəvi proseslərində iştirakının və qarşılıqlı təsirinin ən aktiv geosferidir.
Subtropik səhralar iqlimi
Subtropik səhralar iqlimi- Bu iqlim tipi Asiya və Amerika qitələrinin daxili hissələri üçün xarakterikdir.Bu iqlim tipi MBD-nin bütün Mərkəzi Asiya ölkələrində həmçinin 43°-lik paralelin cənubunda, Qazaxıstanın cənubunda (Sarıaqaş və Maxtaaral əyalətlərində) geniş yayılmışdır. Subtropik qurşağın daxilində suvarmanın köməyiylə nar, əncir, xurma, mandarin, pambıq belə becərilir. Bu iqlim qurşağı daxilində səhra və yarımsəhralar geniş ərazini əhatə edir.
İnsan dünyadan sonradan sonra (kitab)
"İnsan" traktatı — Əllamə Təbatəbainin kitabı. == İnsan dünyadan əvvəl == İnsan dünyadan əvvəl — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı. === Məzmun === Qarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür.
Pentium Dual-Core mikroprosessorlarının siyahısı və sonrakılar
Bu siyahıda İntel şirkətinin mikroprosessorlarının siyahısı təqdim olunub, Pentium Dual-Core adıyla buraxılanlar və ondan sonrakılar. Hal-hazırda İntel Pentium Dual-Core markasında imtina edib və həmçinin prosessorlar Dual-Core yazısıyla istehsal olunur, ark.intel.com saytıda isə sadəcə olaraq Pentium adlandırılır. Bu siyahıda nə vaxtsa Dual-Core adlandırılmış prosessorlar Pentium Dual-Core göstərilib, başqaları isə sadəcə Pentium. == Stolüstü prosessorlar == === Mikroarxitektura Core === ==== İki nüvəli stolüstü prosessorlar ==== ===== "Allendale", "Conroe" (65 nanometr) ===== Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation) ===== "Wolfdale-3M" (45 nanometr) ===== Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation). E5400 E5300 prosessorlar nişanlanmasından asılı olaraq Intel Virtualization Technology (VT-x) dəstəkləyir. İstənilən E5500 prosessoru Vt-x dəstəkləyir.Əvvəlki E6xx seriyası Conroe seriyasına aiddir, daha aşağı tezlikləri ilə fərqlənirdi və Core Duo 2 kimi adlandırılırdı. E6xxx seriyası 2009-ci ilin mayında yarandı və Е6300 - 2,8 GHs prosessoru təqdim olundu. 2009-ci ilin avqust ayında E6500 - 2.93 Ghs onun yanına artdı.
Şorlar
Şorlar — Altay xalqları türk qrupunun hun qoluna mənsub xalq. Rusiya İmperatorluğu vaxtında şorlara Aba-Tura tatarları (rus. Кузнецкие татары) deyirdilər. Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı)adlandırırlar. Onlar hazırda Rusiya Federasiyasında Qərbi Sibirin cənub-şərqində, əsasən cənubundakı Kemerovo dairəsində (Daşdaqol, Novokuznetski, Müjdureç, Mıskov, Osinnikov rayonlarında), eləcə də Xakasiya və Altay Respublikalarının rayonlarında yaşayırlar. 2002-ci ildə Rusiya FR - da 13.975 nəfər Şor siyahıya alınmış , bu zaman onlardan 11.554 nəfəri Kemerovskiy vilayətində , 1.078 nəfəri Xakasiya Respublikasında , 141 nəfəri Altay Respublikasında yaşamışdır .İki etnik qrupa bölünür: cənub (Dağlıq Şor) və şimal (abinlər). Antropoloji quruluşlarına görə şorlar böyük monqoloid irqinin ural tipinə aid edilir. Şorların əksəriyyəti şor dilində danışır. == Şor dili == Şor dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. == Din == Şorlar tarixən qədim türklər kimi şamanist olublar.
Azərbaycan İctimai Şuralar Cümhuriyyəti
Azərbaycan Sovet Sosialist Respublikası (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika) — Cənubi Qafqazın şərq hissəsində dövlət qurumu (1920–22, 1936–91), SSRİ tərkibində mövcud olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi. Müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə ancaq azərbaycanlılar daxil idilər.
Naxçıvan İctimai Şuralar Cümhuriyyəti
Naxçıvan Sovet Sosialist Respublikası və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti (qısaca: Naxçıvan SSR və ya Naxçıvan İŞC) — Azərbaycan SSR tərkibində respublika. == Tarixi == Naxçıvan İctimai Şuralar Cümhuriyyəti 1920-ci ildə yaradılmışdır. Naxçıvan SSR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir…" 921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırıldı. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.