APOLOGETİKA

[yun. Apologetikos -  πολογία – müdafiə edən] – teologiyanın bir sahəsi. Termin öz başlanğıcını qədim yu-nancadan götürmüşdür. Lakin daha sonralar apologetiklər xristi-anlıqda da mövcud olmuşlar və indi bu termin daha çox xristian-lıqda müdafiə mövqeyindən çıxış edənlər kimi bir anlam qazan-mışdır.
APODEYTİKA
APORİA
OBASTAN VİKİ
Apologetika
Apologétika (yun. ἀπολογία, "dəf edirəm, cavabını verirəm") - rasional düşüncə ilə dini ehkamların əsaslandırılması və tənqidçilərdən müdafiə edilməsinə həsr edilən xristian ilahiyyatının bölməsidir. Geniş anlamda apologetika hər hansı təlimi rasional dəlillərlə müdafiə edənlərə də şamil edilə bilər. Apologetlər (yun. άπoλoγητέoν – müdafiə edirəm) – 2–5 əsrlərdə xristian dininin müdafiəsi və əsaslandırılması ilə çıxış edən xristian yazıçıları. Yustin, Apollinari, Miltiad və Tatian kimi yunan Apologetləri, erkən latın Apologetlərii Minusi Feliks, Tertullian və b. antik politeizmin mənasızlığını, xristianlığın Allah və Kainat haqqında yeganə doğru təlim olduğunu sübut etməyə çalışırdılar. Son dövr latın Apologetlərindən Arnobinin və Laktansinin (3 əsrin sonu – 4 əsrin əvvəlləri) yaradıcılıqlarını qeyd etmək olar. Apologetlər ellinizmin xristianlaşması, xristian ilahiyyatşünaslığının formalaşması prosesinin əsasını qoymuşlar. Hal-hazırda apolofgetika bir fən kimi bütün Xristian məktəblərində tədris edilir.