Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sorbsiya prosesləri
Sorbsiya prosesləri Təbii və nəzəri tədqiqatlar əsasında müəyyənləşdirilmişdir ki,təbii alümosilikatlar əsasinda effektiv sorbentlər hazırlamaq mümkündür və onlar cox baha olan aktiv kömür əvəzinə tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən tənzimlənməsində istifadə oluna bilər. Dispers sistemlər sahəsində effektiv sorbentlərdən istifadə etməklə onların ağır metal ionlarından və zərərli üzvi maddələrdən təmizlənməsinə nail olunmuşdur.Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. Neft və qaz quyularının qazılması prosesində işlədilən gil məhlullarının stabilliyi, axıcılıq və tiskotropluğunun quyu divarlarına su vermə qabilliyyətinə, quyu daxili təzyiqin tənzimlənməsini və s. xüsusiyyətlərini təmin edən bir sıra yeni effektiv kimyəvi reagentlər hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir. Dərin neft quyularının qazılması zamanı quyu dibi temperaturun tədricən artırılmasını nəzərə alaraq 0-200 C0 temperatur intervalında bentonit,kaolinit və seolit əsaslı suspenziyaların stabilləşməsi,onların kolloid kimyəvi və struktur-mexaniki xassələrinin mövcud olan və laboratoriya tərəfindən təklif edilən yeni reagentlər vasitəsilə tənzimlənməsi prosesi tədqiq edilərək kaolinit və seolit əsaslı dispers sistemlərin daha yüksək termostabilliyə malik olması aşkar edilmişdir. Tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsinin optimal şəraiti işlənib hazırlanmışdır. Beləliklə prosesin gedişində kinetik və hidrodinamik amillərin rolu analiz olunmuş və sorbsiya prosesinin dinamik şəraitdə aparılması qanunauyğunluqları işlənib hazırlanmışdır.Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq tullantı sularınin neft məhsulları və kationaktiv boyalardan təmizlənməsinin sorbsiya-koaqulyasiya üsulu işlənib hazirlanmışdır. Müəyyən olunmuşdur ki, tullantı sularının neft məhsulları və kationaktiv boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinin effektivliyi onlarin formalaşması şəraitindən və təbiətindən asılıdır. Bu prosesdə istifadə olunan ”Gəncə” flikoaqulyantı asılqan hissəciklərin flokulyasiya və koaqulyasiyasına səbəb olur və onların çökməsini sürətləndirir. Model tullantı sularının neft məhsullarından və kationaktiv boyalardan təmizlənməsinin təcrübi nəticələrinin analiz nəticəsində bir sıra parametrlərin optimal qiymətləri təyin olunmuş və təmizlənmə prosesinin prinsipial sxemi verilmişdir.
Absorbsiya
Absorbsiya (latinca tərcümədən udma deməkdir) — müəyyən qazın mayedə (absorment) həll olunmasıdır. Absorbsiya-qazın həll olunmasından, sürəti isə mayedə və qaz qarışığındaki qaz konsentrasiyalarının fərqi ilə təyin edilir. Qazın konsentrasiyası mayedə qaz qarışığına nisbətən yüksəkdirsə, qaz mayedən ixrac olur (desorbsiya). == Tətbiqi == Absorbsiya qazların ayrılmasında tətbiq edilir və başqa sənaye proseslərində (bəzi turşuların alınması və s.) istifadə olunur. Maye absorbentin bütün həcmi ilə məhluldan maddənin sorulması (ekstraksiya), qaz qarışığından isə ərintilərlə alınması (okklyuziya) – Absorbsiya analoji proseslərdir. Çox vaxt Absorbsiya zamanı kimyəvi birləşmələr əmələ gəlir (xemosorbsiya) və ya səthdə maddə udulması (adsorbsiya) baş verir. Texnikada Absorbsiya adətən, qaz qarışığından lazımi komponentləri ayırmaq üçün tətbiq edilir. Mühüm sənaye proseslərindən bir çoxu, məs., nitrat, xlorid və sulfat turşularının istehsalı, sənaye qazlarının zərərli qatışıqlardan təmizlənməsi, qaz qarışığından qaz benzininin, krekinq və piroliz qazlarının çıxarılması Absorbsiyaya əsaslanır. Proses əsas aparatı absorber olan xüsusi Absorbsiya qurğularında aparılır. Absorbsiya hava və qazların təmizlənməsində (məs.
Adsorbsiya
Adsorbsiya — fazaların ayrılması zamanı molekullararası qarşılıqlı təsirin kompensasiya olunmamış qüvvələri səbəbindən iki fazanın (bərk faza – maye, qatılaşdırılmış faza – qaz) interfeysində məhlulun konsentrasiyasının kortəbii artması prosesi. Adsorbsiya xüsusi sorbsiya halıdır. Adsorbsiyanın əksi desorbsiyadır. == Həmçinin bax == Absorbsiya == İstinadlar == == Əlavə ədəbiyyat == Фролов Ю. Г. Курс коллоидной химии. Поверхностные явления и дисперсные системы. - М.: Химия, 1989. - 464 с. Кельцев Н. В. Основы адсорбционной техники. - М.: Химия, 1984. - 592 с.
Sorbariya
Sorbariya (lat. Sorbaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Serbiya
Serbiya (serb. Србија / Srbija) ya da Serbstan, rəsmi adı Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
Borusiya Münhenqlaudbax
"Borussiya" — Almaniyanın Münhenqladbax şəhərinin futbol klubu == Tarixi == 1 avqust 1900-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 18 dəfə Avropa kuboklarında iştirak edib.
Quşarmuduyarpaq sorbariya
Quşarmuduyarpaq sorbariya (lat. Sorbaria sorbifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sorbariya cinsinə aid bitki növü. Asiyanın mülayim zolaqlarını, Koreyanı, Yaponıya adalarını, Xokkaydonu, Xonsyunu, Çin əyalətlərini, Orta Asiyanın şimalını, Cənubi Uralı, Sibiri, Uzaq Şərqi və Saxalini əhatə edir. Avropanın və Şimali Amerikanın bir çox yerlərinə introduksiya olunmuşdur. 3 metr hündürlüyü olan, budaqları dik duran koldur. Yarpaqları təkləkvari, 25 sm uzunluğunda, 9-13 yarpaqcıqlardan ibarətdir. Yarpaqları erkən yazda açılarkən narıncı, yayda açıq-yaşıl, payızda-oktyabr ayında tökülərkən sarı və yaxud qırmızı rəng alır. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri ağ, ətirili, iri pramidal, 25 sm uzunluğu olan süpürgəvari çiçək qrupunda yerləşir. Çiçək qrupları-uzunluğu 25 sm-dək olan, piramidal süpürgələrdir.
Absorbsiya xərcləri
Absorbsiya xərcləri (ümumi məsrəflərin mənimsənilməsi üsulu, ing. absorption costing) — maya dəyərinin tam bölüşdürülməsi ilə hazır məhsul və ehtiyatların maya dəyərinin uçotu metodu və maya dəyərinin hesablanması sistemi. == Tərifi == İngilis professoru Kolin Druri udma maya dəyərini tam xərclərin bölüşdürülməsi ilə məsrəf hesablama sistemi kimi müəyyən edir. Bütün istehsal məsrəfləri istehsal olunmuş məhsullara aid edilir və satılmamış məhsulların ehtiyatları onların istehsalının ümumi maya dəyəri ilə qiymətləndirilir. Qeyri-istehsal məsrəfləri məhsullara aid edilmir, lakin birbaşa dövrün maliyyə nəticəsi ilə bağlıdır və ehtiyatların qiymətləndirilməsindən kənarlaşdırılır. == Tənqidi == Birbaşa maya dəyərinin tətbiqi məhsulların qiymətini yalnız dəyişən məsrəflər əsasında müəyyənləşdirərkən qərar qəbul etməyə imkan vermir, çünki bu halda marjinal gəlirin ümumi səviyyəsi müəssisənin sabit xərclərini ödəməyə bilər. Bununla belə, udma maya dəyəri metodu ilə belə, bütün xərclər bölüşdürüldükdə, qaimə xərclərin faktiki paylanma dərəcəsi ilə təxmin etmək çox vaxt mümkün deyil (faktiki satış həcmi çox vaxt planlaşdırılan göstəricilərdən aşağı olur). Top menecerlərin məhsulların qiymətini təyin edərkən öz sabit məsrəf səviyyəsinə məhəl qoymamaq meyli məsrəf uçotu sistemindən kənarda baş verir. İstehsalın maya dəyərini hesablamaq üçün udma maya dəyəri metodundan istifadə müəssisəyə, öz məhsullarının satışında açıq-aşkar mövsümilik olduqda, azalma (ehtiyatların yığılması dövründə) və artan mənfəət zamanı itkiləri qeyd etməyə imkan vermir. artım zamanı (aktiv satış zamanı) birbaşa maya dəyərinin hesablanması metodunda olduğu kimi (bütün sabit xərclər dövr ərzində silindikdə və balansda yalnız dəyişən xərclər qeydə alındıqda).
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Serbiya Respublikası
Serbiya (serb. Србија / Srbija) ya da Serbstan, rəsmi adı Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Serbiya despotluğu
Serbiya despotluğu (Serbcə: Српска деспотовина) — serblərin Osmanlı hakimiyyətinə girmədən əvvəl yaratdıqları son dövlət. 1402-ci ildə serb şahzadəsi Stefan Lazareviçin özünü despot elan etməsi ilə yaranan dövlətin paytaxtı Belqraddır. Dövlət 1459-cu ildə Osmanlı dövləti tərəfindən fəth edilmişdir. Mala Prosvetina Enciklopedija, Third edition (1985); Prosveta; ISBN 86-07-00001-2 Dušan Spasić, Aleksandar Palavestra, Dušan Mrđenović: Rodoslovne tablice i grbovi srpskih dinastija i vlastele, Second edition (1991); Bata; ISBN 86-7685-007-0 Vladimir Ćorović: Ilustrovana istorija Srba, Vol.
Serbiya futbolu
Serbiya Birlik Kubokunda
Serbiya macarları
Serbiya macarları — Serbiya Respublikası ərazisində yayılmış çox saylı milli azlıq. Ümumi sayları 293 299 nəfər təşkil edir. Bu isə ümumi əhalinin 3,9 % bərabərdir (2002-ci ilin siyahıya alınmasına görə). Macarıstandan xaricdə 5-ci ən böyük macar icmasıdır. Bununla yanaşı macarlar ABŞ, Rumıniya, Slovakiya və Kanadada böyük bir milli icma təşkil edirlər. ABŞ və Kanadada yaşayan macarlar dağınıq yayılmasını və assimilyasiya olunmasını nəzərə alaraq, Serbiya macarları dünya miqyasında üçüncü ən böyük macar icması sayıla bilər. Bununla belə Serbiya macarlarının sayında azalma müşahidə edilir Serbiyada macarlar ölkənin şimalında, muxtar Voevodina vilayətində yayılmışdır. Bu ərazi Macarıstanla sərhəddə yerləşir. Bu baxımından bu ərazidə yayılmış macarları diaspor deyil, irrident icma hesab etmək daha düzgün olar. 1920-ci ilə qədər alman azlıqlarının dəstəyi ilə macarlar uzun müddət Avstriya-Macarıstanın tabeçiliyi altında olan Voevodinada etnik iyerarxiyada üst sıraları əlində saxlayırdı.
Serbiya mətbəxi
Serbiya mətbəxi (serb.српска кухиња/srpska kuhinja) ənənəvi mətbəx olub, Balkan xalqlarının (xüsusən keçmiş Yuqoslaviyanın) xüsusiyyətlərini özündə əks etdirir. Tarixən, Serbiya yeməyi Bizans-Yunan, Aralıq dənizinin təsirləri ilə xarakterizə olunur. Eyni zamanda Türk və daha az dərəcədə Mərkəzi AvropaSerbiya qanunu ilə uzun müddətdir davam edən mübahisəyə səbəb olan genetik dəyişdirilmiş qida (GMO) istehsalını və idxalını qadağan edir. Bu səbəbdən Ümumdünya Ticarət Təşkilatı, ölkənin bu təşkilata üzv olmasına mane olur. Milli yeməklərə qibanika (kövrək xəmirdən hazırlanmış yumurta və pendir piroqu), pljeskavica (çəkilmiş mal əti və ya donuz əti), ćevapi (qızardılmış ət) və Karađorđeva šnicla (Karađorđe's schnitzel) daxildir. Milli içki rakiadır. Serbiya Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən, mətbəxi zəngin ət, tərəvəz, çörək, pendir, təzə xəmir və bənzərsiz balansa sahib olan öz qastronomiyasını inkişaf etdirmək üçün Yaxın Şərq və Avropada müxtəlif yemək tərzlərindən elementlər toplayır. Qonşu Balkan ölkələrinin mətbəxləri ilə çox oxşarlığı var. Dadları təzə və təbii olur. Ədviyyatlar duz, qara bibər və paprika təzə və keyfiyyətlidir.
Serbiya valaxları
Serbiya valaxları (özlərini: Vlasi, Vlaxi/Rumını/Yumyi; serb. Власи) — Serbiya ərazisində yayılmış milli azlıqlardan biri. Serbiya valaxları balkan-roman dil ailəsinə daxil olan Arumınlar, Melqenitlər, istrorumınlar, rumınlar və Moldovanlarla qohum xalqlardır. Əsasən Serbiya ərazisində yayılmışlar. Serbiyada 2011-ci ildə sayları 35 000 nəfər təşkil edirdi. Üstəlik onlar Bolqarıstanda da rastlanırlar. Hansı ki, sayları 10 500 nəfərdir. Serbiyada əsasən ölkənin şimal-şərqində və Voevodina ərazisində yayılmışlar. Əsasən provaslav mənsəbində etiqat edirlər. Müasir Tikoka valaxları orta əsrlərdə Valaxiya tarixi vilayətindən Dunayı keçərək Timok çayı rayonu ərazisinə gələrək məskən salmış valaxların törəmələridir.
Serbiya üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Serbiya şəhərləri
Əlifba sırasıyla Serb şəhərləri
Serbiya əhalisi
Serbiya əhalisi-məqalə Serbiya əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. Serbiyada əhalinin siyahıya alınması 10 ildən bir aparılır və Serbiya Respublikasının Statistika Təşkilatı tərəfindən təşkil edilir. Serbiya Krallığı ilk dəfə əhalinin siyahıya alınmasını 1834-cü ildə həyata keçirmişdir; bunu 1841, 1843, 1846, 1850, 1854, 1859, 1863, 1866 və 1874-ci illərdəki əhalinin sayı ilə izləmişdir. Serbiya Krallığı dövründə 1884, 1890, 1895, 1900, 1905 və sonuncusu 1910-ci ildə olmaq üzrə altı dəfə siyahıyaalma təşkil edilmişdir. Sonra Yuqoslaviya Krallığı 1921 və 1931-ci illərdə əhalinin siyahıya alınmasını həyata keçirmişdir. 1941-ci ildə keçirilməsi planlaşdırılan siyahıya alma İkinci Dünya Müharibəsi üzündən baş tutmamışdır. Yuqoslaviya dövründə 1948, 1953, 1961, 1971, 1981 və 1991-ci ildə əhali siyahı alınmışdır. 2002 və 2011-ci illərində iki siyahıyaalma daha edilmişdir. Mənbə: Serbiya Respublikasının Statistika Təşkilatının gələcəkdəki Serbiya əhalisiylə əlaqədar təxminləri aşağıdakı kimidir. Mənbə: Mənbə: Kosovonun daxil olduğu Serbiya məlumatları.
Serbiya knyazlığı
Serbiya knyazlığı (serb. Кнежевина Србија) — İkinci Serb üsyanı nəticəsində qurulan Balkan dövləti. Əvvəlcə dövlət keçmiş Belqrad paşalığının ərazisini əhatə etsə də, 1831–1833-cü illərdə sərhədlərini qərbə, şərqə və cənuba doğru genişləndirdi. 1829-cu ildə osmanlılar Serbiyanın muxtariyyətini tanıdılar. 1867-ci ildə Osmanlı qoşunları knyazlığın ərazisini tərk etdi. 1869-cu ildə yeni konstitusiya Serbiyanı müstəqil dövlət kimi müəyyənləşdirdi. 1878-ci ildə Serbiya knyazlığı sərhədlərini cənub-şərqə doğru daha da genişləndirdi, elə həmin il Serbiyanın böyük dövlətlər tərəfindən tanınmasına və Osmanlı imperiyasından tam müstəqilliyinə zəmanət verən Berlin konqresi baş tutdu. 1882-ci ildə Serbiya knyazlığı krallıq elan edildi. 1815-ci ildə Belqrad paşalığında osmanlı hakimiyyətlərinin repressiyaları Miloş Obrenoviçin başçılıq etdiyi yeni, ikinci serb üsyanına səbəb oldu. Üsyançılar Osmanlı ordusunu məğlub edə bildilər və Rusiyanın notasından sonra osmanlı qoşunları geri çəkildi.
Serbiya krallığı
Serbiya krallığı (serb. Краљевина Србија) — 1882-ci ildə Knyaz IV Milan Obrenoviçin tacqoymasından sonra Serbiya knyazlığından yerində yaranmış Balkanlarda tarixi dövlət. Ən böyük coğrafi ərazisi 1913-cü ildə olub. İkinci Serb üsyanı nəticəsində serblər uzun sürən Osmanlı imperiyası əsarətindən azad oldular. Yeni dövlət Serbiya knyazlığı adlanırdı. O, keçmiş Belqrad paşalığının ərazisini əhatə edirdi. Knyazlıq Osmanlı mülkləri hesabına 1831-1833-cü illərdə sərhədlərini qərbə, şərqə və cənuba doğru genişləndirdi. 1829-cu ildə osmanlılar Serbiyanın muxtariyyətini tanıdılar. 1867-ci ildə Osmanlı qoşunları knyazlığın ərazisini tərk etdi. 1869-cu ildə yeni konstitusiya Serbiyanı müstəqil dövlət kimi müəyyənləşdirdi.
Serbiya bayrağı
Serbiya bayrağı Serbiya dövlətinin rəsmi bayrağıdır. Onun müasir dizaynı ilk dəfə 2004-cü ildə yaradılmış və 2010-cu ildə isə bayraq son formasını almışdır. Bayraq yuxarıdan aşağıya doğru, müvafiq olaraq panslavizmin rəngləri olan qırmızı, mavi və ağ rənglərdən ibarət olan üç üfüqi zolaqdan ibarətdir. Bayrağın sol kənarında isə qırmızı qalxan və onun üstündə isə kral tacı ilə bərabər Serbiyanın gerbi yerləşdirilmişdir. Bayrağın üstündə olan qırmızı rəng vətən üçün tökülən qanı, mavi rəng azadlığı, ağ rəng isə güclü serb övladlarını qidalandıran ana südünü simvolizə edir. Milli bayrağın rəng tonları və nisbətləri aşağıdakı kimidir.
Serbiya gerbi
Serbiya gerbi Serbiyanın rəsmi dövlət gerbidir. Gerbin ən kənar hissəsinin yuxarısında kral plaşına bükülmüş formada kral tacı yerləşdirilmişdir. Bu plaşın içərisində isə, üstündə tacı olan bir qalxan vardır. Bu qalxanın içərisində isə tarix boyu Serb dövlətlərində istifadə edilmiş olan ikibaşlı qartal (Serb qartalı) simvolu yerləşdirilmişdir. Qartalların sinəsində isə yenə də bir qalxan içərisində Serb xaçı təsviri vardır.
Serbiya prezidenti
Serbiya prezidenti (serb. Председник Србијe/Rom: Predsednik Srbije) rəsmi olaraq Respublika prezidenti kimi adlandırılan Serbiyanın dövlət başçısıdır. Hal-hazırkı prezident 2 aprel 2017-ci ildə seçilmiş və 31 may 2017-ci ildə vəzifə səlahiyyətlərinin icrasına başlamış olan Aleksandr Vuçiçdir. O, təntənəli mövqeyi malikdir və bu mövqe ona Serbiya Konstitusiyasının 112-ci maddəsinin 5-ci bölməsində göstərilmişdir. Həmin bölməyə əsasən Serbiya prezidentinin vəzifə və səlahiyyətləri aşağıdakılardan ibarətdir: Serbiyanın daxildə və xaricdə ən yüksək vəzifəli nümayəndəsi olmaq; Konstitusiyaya müvafiq olaraq qanuni qüvvəyə malik olan fərmanlar verə bilər; Serbiya parlamentinə Serbiya Baş naziri vəzifəsi üçün şəxs və ya şəxslər tövsiyə edir; Konstitusiyaya müvafiq olaraq Milli Məclisin deputatlarına təkliflər vermək; Serbiya hökumətinin təklifi əsasında Serbiyanın müxtəlif ölkələrdəki səfirlərini müvafiq fərman əsasında vəzifəyə təyin və vəzifədən azad etmək; Xarici diplomatik nümayəndələrdən etimadnamələrinin qəbul edilməsi və geriyə qaytarılması; Amnistiya elan etmək və fəxri təltiflərin verilməsi; Konstitusiya ilə nəzərdə tutulmuş olan digər işlərə rəhbərlik etmək. Prezident vəzifəsinə başladıqları zaman Milli Məclisdə aşağıdakı andı oxuyurlar: "Mən <ad>, Kosovo və Metoxiya da daxil olmaq şərti ilə Serbiya Respublikasının ərazisinin suverenliyinin və bütövlüyünün müdafiəsi üçün bütün səy və bacarıqlarımı göstərəcəyimə, insanların və azlıqların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsinə, konstitusiya və qanunların müdafiə edilməsinə və onlara riayət edilməsinə, Serbiya Respublikası vətəndaşlarının sülh və rifahının müdafiə edilməsinin təmin edilməsinə və bütün vəzifələrimi şüurlu bir formada və məsuliyyətlə yerinə yetirəcəyimə dair and içirəm. Prezidentin səlahiyyət müddəti beş ildir. Prezidentin səlahiyyətləri Milli Məclisin qarşısında and içməsindən sonra başlayır. Respublika Prezidentinin səlahiyyət müddəti müharibə və ya fövqəladə hallar dövründə uzadılır. Fövqəladə hallar zamanı bu dövr başa çatdıqdan sonra, müharibə dövründə isə müharibənin başa çatmasından sonrakı üç aylıq müddətin sonunda başa çatır.
Ermənistan–Serbiya münasibətləri
Serbiya—Ermənistan münasibətləri — Serbiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur. Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Qondarma erməni soyqırımı == Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir.