Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Stubb
Aleksandr Stubb (1 aprel 1968[…], Helsinki) — siyasətçi, Finlandiya Prezidenti. O, bundan əvvəl 2014-2015-ci illərdə Finlandiyanın Baş Naziri olub.
Stul
Stul ya da Səndəl əsas mebellərdən biri olan, bir növ oturacaqdır. Əsas xüsusiyyətləri, 90 ° və ya bir az daha böyük bir açı ilə bir -birinə arxa və oturacaq olaraq bağlanan iki parça davamlı materialdır, ümumiyyətlə üfüqi oturacağın dörd küncü dörd ayağa və ya oturacağın digər hissələrinə bağlanır. Ayaqları ümumiyyətlə oturan şəxsin bud və dizlərinin 90 ° və ya daha az bir açı meydana gətirməsi üçün kifayət qədər yüksəkdir. == Tarix == Stul qədim dövrlərdən bəri istifadə olunur, baxmayaraq ki, əsrlər boyu istifadə üçün yox, dövlətçilər üçün simvolik bir cihaz idi.
Stob piramidaları
Stob piramidaları (bolq. Стобски пирамиди) - Bolqarıstan ərazisində geoloji abidə. Geoloji baxımdan hudu hesab olunur. Dik qayalı sütünlardan ibarət olan bu bölgə Bolqarıstanın cənub-qərbində, Rila dağlıq ərazisinə aiddir. Stob piramidalar bölgəsinin sahəsi 0,7 km²-dir. Piramidalar Kystendil əyalətində, Stob kəndi yaxınlığında yerləşir. Sütun formalı qayaların hündürlüyü 12 metr, çevrəsinin uzunluğu bəzən 40 metrə çatır. Sütunlar müxtəlif formada olur. Bəziləri üzərində yastı daşlar mövcuddur. == Ümumi məlumat == Stob piramidaları Balkan yaramadasında, Rila dağ silsiləsinin qərb yamaclarındadır.
StuG III
Sturmgeschütz III (StuG III) Nasist Almaniyası ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi əsnasında istifadə edilən ən əhəmiyyətli hücum silahı. Panzer III tankının şassisi üzərinə quraşdırılmışdır. Əsl quruluş məqsədi qarşıdurma əsnasında piyada birliklərinə doğrudan dəstək vermək idi. Bunun yanında döyüşün irəliləyən illərində antitank mərmiləri əlavə edilərək tanklara qarşı da istifadə edilmişdir. Bütün müharibə boyunca 10,500 ədəd istehsal edilen Sturmgeschütz (Almaniya-nın İkinci Dünya müharibəsində ən çox istehsal olunan zirehli vasitəsidir) ardıcıllığı mükəmməl xərc-performans nisbətinə sahib bir tank idi. == Hekayəsi == Sturmgeschütz III Polkovnik Erich von Manstein en 1935-ci ildə General Beck e piyada birliklərinə dəstək verəcək Sturmartillerie mövzusundakı təklifi ilə başladı. 15 iyun 1936 tarixində Daimler-Benz firması üzərində 75 mm topla zirehli bir vasitə sifarişi aldı. Topun çevril bucağı çox deyildi və mürettabatı qoruyacaq bir üst qisim yox idi. Vasitənin yüksəkliyi normal bir insan boyu qədər idi. Daimler-Benz bu vasitə üçün Panzerkampfwagen III yüngül tanka aid şase və gedən ağsamdan faydalandı.
Stur-Fiord
Stur-Fiord (norv. Storfjorden, nyunorsk Storfjorden) — Norveçin Myore-oq-Romstal rayonu ərazisində yerləşən fiord. Uzunluğuna görə 5-ci fiordudur. Fiord ölkənin daxilinə 110 km məsafəsə daxil olur. Maksimal dərinliyi 679 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlük 300-1200 metr arasında dəyişir. Sahillərində Olesunn və Stranda kimi yaşayış məntəqələri vardır. Norveş dilindəm tərçümədə «Böyük Fiord» anlamını verir.
Yan Svub
Yan Svub (20 fevral 1990) — Çexiyalı peşəkar kişi BMX velosipedçisi. Yan Svub Çexiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yan Svub 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.338 saniyəlik nəticəsi ilə 61-ci yeri tutdu.
Monoblok (stul)
Monoblok — yüngül, yığıla bilən polipropilen stul. Adətən ağ rəngdədir və tez-tez dünyada ən çox yayılmış plastik stul kimi təsvir edilir. Ad tək parça halında döyülmüş obyekt mənasını verir və "mono" ("bir") və "blok" sözlərinin birləşməsindən yaranıb. == Tarixi == 1946-cı ildə Kanadalı Duqlas Simpson tərəfindən hazırlanmış tək parçalı plastik stulun variantları 1970-ci illərdə Allibert Group və Grosfillex Group ilə birlikdə istehsal edilib. Digər mənbələr Nuryo-Volonyadan olan fransız mühəndis Henri Massonnetin 1972-ci ildə yaratdığı "Fauteuil 300"-ə istinad edərək onun monoblokun ixtiraçısı olduğunu qeyd edir. Onlar 1965-ci ildə Co Kolombo tərəfindən hazırlanmış "Chair Universal 4867" dizaynından ilhamlanmışdılar, lakin monoblok stulu dizaynı üçün heç bir patent verilməmişdi. O vaxtdan bəri dünyada milyonlarla məhsul istehsal edilmişdir. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Designboom - History of the Monobloc Plastikstuhl - Blog dedicated to Monobloc Chairs Plasticchair.org – Blog aiming to gather a Monobloc plastic chair picture from every country Chair, Misunderstood: Learning to love a viral piece of furniture.
Sub rosa
"Sub rosa" (azərb. Qızılgül altında‎) — latın dilində məxfiliyi və ya gizliliyi ifadə edən kəlmə. Qızılgülün gizlilik simvolu kimi istifadə olunduğu qədim tarixdən məlumdur. == Tarixi == Əfsanəyə görə Erot anası məhəbbət ilahəsi Veneradan alaraq onu Qədim Misir tanrısı Horusa həsr edir ki, aşiqlər öz məhəbbətlərinin sirrini ələ verməsinlər.
Stur-ford boğazı
Stur-ford boğazı (norv. Storfjorden) — Qərbi Şpisbergen adasını Barens və Edj adalarından ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 132 km təşkil edir. Yay ayları ərzində boğazda hərəkət edən buzlarla örtülür.
Lisenziyalaşdırma sub-indeksi
Lisenziyalaşdırma sub-indeksi – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. == Metodologiya == Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2015: Dealing with Construction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür. == Sub-indeks üzrə nəticələr == Sinqapur bu sub-indeks üzrə də 62 dövlət arasında ən sağçı iqtisadiyyata malik ölkədir (0,015), ən solçu iqtisadiyyat isə Kiprin iqtisadiyyatıdır (0,345). Azərbaycan iqtisadiyyatı (0,096) 29 ölkəninkindən sağda, 32 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən sağa düşməsi onunla əlaqədardır ki, sağ qütbdəki iqtisadiyyatlarla müqayisədə sol qütbdəki iqtisadiyyatlar nisbi mərkəzdən daha aralıdır (2014-cü il üçün 37 ölkə üzrə hazırlanmış Hesabatda Azərbaycan iqtisadiyyatı nisbi mərkəzdən solda yer alırdı).
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. == Metodologiya == Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
12 stul (film, 1971)
"12 stul" (rus. 12 стульев) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == İnqilab zamanı bir çox insanlar öz dəyərli cavahiratlarını etibarlı yerlərdə gizlətmişlər. Keçmiş dvoryan başçısı indiki (1927) kargüzar İppolit Matfeyeviç Vorobyaninov bir qoca qadının ölümündən xəbər tutur. Məsələ burasındadır ki, həmin qadın 150 min qızıl rubl dəyərində brilyant və mirvarilərini vaxtilə məşhur ustad Hambsın qonaq otağındakı 12 stuldan birinin içində gizlətmişdi. Vorobyaninov bütün işlərini bir kənara qoyaraq stulları axtarmaq qərarına gəlir. O, köhnə şəhərə – keçmiş dostu dalandar Tixonun yanına gedir. Vorobyaninov orada təsadüfən böyük kambinasiyaçı və gənc fırıldaqçı Ostap Benderlə qarşılaşır. Onlar pulun 40 faizinə ortaq olmağa razılıq verirlər. Lakin Fyodorun bu söhbətə gizlincə qulaq asmağı onu da bu işdən xəbərdar edir.
Məşğulluğun tənzimlənməsi sub-indeksi
== Metodologiya == Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir. İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi və işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.* Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir. Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Sosial xərclər sub-indeksi
Sosial Xərclər sub-indeksi — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. == Metodologiya == === Sosial xərclərin dövlət büdcəsində payı === Solçu siyasi-iqtisadi dünyagörüşünə görə, iqtisadiyyatın sosialyönlüyünü gücləndirmək üçün milli gəlirin büdcə vasitəsilə yenidən bölüşdürülən hissəsi daha böyük olmalıdır, yəni büdcənin böyüklüyü iqtisadiyyatın sosialyönlüyü üçün şərtdir. Sağçılara görə isə, kiçik büdcə ictimai rifahı yüksəltmək üçün daha effektivdir və bu halda iqtisadiyyat daha sosialyönlü ola bilər. Sosial proqramlara yönəldilən büdcə vəsaitlərinin xüsusi çəkisi nə qədər böyükdürsə, büdcə (və deməli, həm də iqtisadiyyat) bir o qədər daha soldadır. Ənənəvi siyasi-iqtisadi leksikonda bunu büdcənin sosialyönlüyü adlandırırlar. Sosial proqramlara ayrılan vəsaitin payı ötən ildəkindən artıqdırsa, hesab edilir ki, bu ilin büdcəsi daha sosialyönlüdür. === Sosial xərclər sub-indeksi === Bu sub-indeks iqtisadiyyatın solluğunu-sağlığını dövlət büdcəsinin xərc maddələri arasındakı tənasüb əsasında ölçür. Cədvəldəki göstərici – sosial xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi əsasında hesablanmışdır. Həmin göstərici (Vi — 5,5) / 63,5 (sub-indeksin qiymətlərini 0,1–0,9 aralığına "sıxmaq" üçün Vmax və Vmin qiymətlərinin yerinə, uyğun olaraq, 69 və 5,5 qoyulmuşdur) düsturu ilə indeksləşdirilmişdir. Alınmış nəticələr Şkalada əks olunmuşdur.
Xarici ticarət sub-indeksi
Xarici ticarət sub-indeksi — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. == Metodologiya == Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir. Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz. Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksinin və Ticarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2014), İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) "Beynəlxalq ticarətdə iştirak" hesabatının materialları əsasında (World Economic Forum – The Global Enabling Trade Report 2014), Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı "İqtisadi Azadlıq İndeksi" hesabatındakı eyniadlı göstəricilər əsasında (2015 Economic Freedom İndex) hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 1, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Mortal Kombat Mythologies: Sub-Zero
Mythologies: Sub-Zero — "Midway Games" oyun şirkəti tərəfindən 1997-ci ildə yaradılan, döyüş oyunudur. == Hekayə == Sab-Ziro, Lin Kuey klanına mənsub döyüşçüdür. Kuan Çi, onu Şaolin məbədindən xəritəni götürməsi üçün vəzifələndirir. Sab-Ziro xəritəni götürmək üçün məbədə yola düşür. Döyüşlərin birində Şiray Ryu klanına mənsub olan döyüşçü Skorpionla qarşılaşır. Kuan Çi planının müvəffəqiyyətlə həyata keçməsi üçün Skorpionu da xəritəni götürmək üçün vəzifələndirmişdir. Lakin Sab-Ziro onu özünə rəqib olaraq düşünür. Bu zaman Sab-Ziro onunla döyüşür və onu öldürür. Sab-Ziro xəritəni tapandan sonra onu Kuan Çiyə təqdim edir. Kuan Çi isə mükafat olaraq Lin Kuey klanının əsas rəqibi olan Şiray Ryu klanının bütün heyətini işdən azad edir.
Mythologies: Sub-Zero (oyun, 1997)
Mythologies: Sub-Zero — "Midway Games" oyun şirkəti tərəfindən 1997-ci ildə yaradılan, döyüş oyunudur. == Hekayə == Sab-Ziro, Lin Kuey klanına mənsub döyüşçüdür. Kuan Çi, onu Şaolin məbədindən xəritəni götürməsi üçün vəzifələndirir. Sab-Ziro xəritəni götürmək üçün məbədə yola düşür. Döyüşlərin birində Şiray Ryu klanına mənsub olan döyüşçü Skorpionla qarşılaşır. Kuan Çi planının müvəffəqiyyətlə həyata keçməsi üçün Skorpionu da xəritəni götürmək üçün vəzifələndirmişdir. Lakin Sab-Ziro onu özünə rəqib olaraq düşünür. Bu zaman Sab-Ziro onunla döyüşür və onu öldürür. Sab-Ziro xəritəni tapandan sonra onu Kuan Çiyə təqdim edir. Kuan Çi isə mükafat olaraq Lin Kuey klanının əsas rəqibi olan Şiray Ryu klanının bütün heyətini işdən azad edir.
Yulius Şaub
Yulius Şaub (alm. Julius Schaub‎;20 avqust 1898, Münxen – 27 dekabr 1967, Münxen) — 30 aprel 1945-ci ildə intihar edənə qədər alman diktatoru Adolf Hitlerin baş köməkçisi və adyutantı olub. 1898-ci ildə Münhendə (Bavariya) anadan olan Şaub Birinci Dünya Müharibəsi zamanı səhra həkimi kimi xidmət edib və bu döyüş zamanı hər iki ayağını yaralayıb. Müharibədən sonrakı çətin dövrlərdə Şaub Nasist Partiyasına qoşuldu. Üzvlüyünə görə işini itirən Hitler onu şəxsi köməkçisi kimi işə götürdü və bu vəzifədə 25 il çalışdı. Şaub-a 1945-ci ilin aprel ayının sonlarında Fürerbunkeri tərk etmək və Hitlerin bütün şəxsi əşyalarını və sənədlərini məhv etmək əmri verildi. O, 8 may 1945-ci ildə amerikalılar tərəfindən həbs edilib. Şaub 27 dekabr 1967-ci ildə Münhendə vəfat edib. == Həyatı == Bu insanın tərcümeyi-halı gənc yaşlarında Birinci Dünya Müharibəsi cəbhəsinə gedən və sonradan " itirilmiş nəslin " məğlubiyyətinin və alçaldılmasının bütün acılarını yaşayan almanlar üçün olduqca ümumi idi. Şaub 20 avqust 1898-ci ildə Münhendə anadan olub.
Esfir Şub
Esfir İlyiniçna Şub (rus. Эсфирь Ильинична Шуб; 16 mart 1894, Suraj[d], Çerniqov quberniyası[d] – 21 sentyabr 1959[…], Moskva) — Rus-sovet kinorejissoru, kinossenarist, kinomontajçı, kinotənqidçi, RSFSR-in Əməkdar artisti (1935). == Həyatı == Esfir Şub 1910–1917-ci illərdə Moskvada Ali qadın kurslarında ədəbiyyat təhsili almış, 1919-cu ildən kinoda fəaliyyət göstərmişdir. 1922-ci ildən "Dövlətkino" kinostudiyasında xarici və kinostudiya filmlərinin montajçısı işləmişdir. Rejissor fəaliyyətinə 1926-cı ildə "Mosfilm" kinostudiyasında başlamış, 1942–1953-cü illər ərzində isə Mərkəzi Sənədli Filmlər Studiyasının rejissoru olmuşdur. == Filmoqrafiya == Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919) (tammetrajlı sənədli film) Arazın o tayında (film, 1947) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Kristian Süb
Kristian Süb (28 iyul 1985) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kristian Süb Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Frans fon Ştuk
Frans fon Ştuk (doğum 23 fevral 1863, Tettenvays — ölüm 30 avqust 1928) — alman simvolist və art-nevü rəssamı, heykəltaraş, qravüraçı və memarı. == Həyatı və karyerası == Ştuk Bavariya Krallığında Tettenvays bölgəsində anadan olmuşdur. Erkən yaşlarından qrafika və karikaturaya maraq göstərmişdir. O, rəssamlıq təhsilinə başlamaq üçün 1878-ci ildə Münhenə köçür. 1881-ci ildən 1885-ci ilə kimi Münhen Rəssamlıq Akademiyasında təhsil alır. O, əvvəlcə "Fliegende Blatter" jurnalı üçün işlədiyi karikaturalar, kitab bəzəkləri və proqramlar üçün dizaynlarla tanınır. 1889-cu ildə o özünün ilk rəsmlərini Münhen Şüşə Sarayında sərgilədi. Burada o, Cənnətin gözətçisi (The Guardian of Paradise) əsəri ilə qızıl medal qazanır. 1892-ci ildə Ştuk Münhen Sessiyasının həmtəsisçilərindən biri olmuşdur və həmçinin özünün ilk heykəltaraşlıq nümunəsi olan Atleti tamamlamışdır. Növbəti il o, indi onun ən məşhur əsəri sayılan Günah (The Sin) ilə önəmli və ictimai uğur qazandı.
Atuc
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır.
Atum
Atum — Atum bəzən Atem və ya Tem kimi tərcümə olunur, Misir mifologiyasında mühüm tanrıdır. == Adı == Atumun adının "tamamlamaq" mənasını verən tm felindən törədiyi güman edilir. Beləliklə, o, xaosa çevrilən dünyanı yaratmaqla yanaşı, "mükəmməllik timsalı" kimi şərh edilmişdir. Yaradıcı kimi o, dünyanın əcdadı hesab olunurdu. Dünyanın əsas substansiyası, tanrılar və başqa hər şey onun təbiətindən yaranmışdır. == Mənşəyi == Atum ən qədim dövrlərdən bəri ən mühüm və tez-tez xatırlanan tanrılardan biridir, bunu padşahın yaradıcısı və atası kimi təsvir olunduğu Piramida Mətnləri də sübut edir. Bir neçə müqəddəs kitab Atumun necə yarandığı ilə ziddiyyət təşkil edir. Bəziləri Atumun öz adını çəkərək yaratdığını, bəziləri isə onun mavi lotus çiçəyindən və ya yumurtasından gəldiyini iddia edir. == Rolu == Heliopolit yaratma mifində Atum kurqanda ilkin sulardan özünü yaradan ilk tanrı hesab olunurdu. İlk miflərdə deyilir ki, Atum Şu tanrısı və ilahə Tefnutu ağzından tüpürərək yaradıb.
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Saab
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Serb
Serblər — Avropada xalq.
Seul
Seul rəsmi olaraq Seul Xüsusi Şəhəri (kor. 서울)— Cənubi Koreyanın ən böyük metropolu və paytaxtıdır. Seul 9,7 milyon nəfər əhaliyə sahibdir və ətrafdakı İnçon metropolu və Gyeonggi vilayəti ilə Seul Paytaxt Bölgəsinin mərkəzini təşkil edir. Qlobal şəhər olaraq qəbul edilən Seul, 2014-cü ildə dünyanın ən böyük metropoliten iqtisadiyyatı olan Tokio, Nyu York və Los Angelesdən sonra 4-cü oldu. 2017-ci ildə Seulda yaşayış dəyəri dünya miqyasında 6-cı sırada yer aldı. Qannam və Digital Medya Şəhəri mərkəzli böyük texnologiya mərkəzləri ilə Seul Paytaxt Ərazisi, Samsung, LG və Hyundai daxil olmaqla 14 Fortune Global 500 şirkətinin qərargahına ev sahibliyi edir. Metropolis, qlobal konfransların aparıcı beş ev sahibliyindən biri olaraq qlobal işlərdə böyük təsir göstərir. Seul 1986 Asiya Oyunlarına, 1988 Yay Olimpiya Oyunlarına, 2002 FIFA Dünya Kubokuna (Yaponiya ilə) və 2010 G-20 Seul sammitinə ev sahibliyi etdi. Seul, Bekçe, Çoson, Koreya İmperiyası, Qoryo (ikinci dərəcəli paytaxt olaraq) və hal-hazırda Cənubi Koreya da daxil olmaqla müxtəlif Koreya əyalətlərinin paytaxtı idi. Strateji olaraq Han çayı boyunca yerləşən Seulun tarixi, e.ə.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Sobuçay == Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir.
Soul
Soul (ing. soul — can) — ABŞ-də qara insanların populyar musiqisi.
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
İcub
ICub — humanoid robot konsorsiumu tərəfindən hazırlanmış ing. The RobotCub Project. Əsas elmi məqsədlər kimi, idrak (öyrənilmiş) manipulyasiya (jest, hərəkət simulyasiyası, jest qarşılıqlı təsir), ətraf mühitin, hərəkətin, insan danışmasının birləşmə qavrayışının öyrənilməsi seçilmişdir. Bu roboton yaradılma məqsədi olaraq bütün elm ictimaiyyəti üçün ümumi bir humanoid platformanın yaradılması təklif edilmişdir. Avropa ölkələri, ABŞ, Türkiyə və Yaponiya kimi ölkələrin hər birində müxtəlif laboratoriyalarda təxminən iyirmi iCub var. Hər bir robotun dəyəri versiyaya görə təxminən 250.000 avrodur. == Texniki xüsusiyyətlər == ICub'un hündürlüyü 104 santimetrdir və çəkisi 22 kiloqramdır. Son versiyada robotun 53 dərəcə azadlıq hüququ vardır: Hər əlində 7 ədəd; Hər biləkdə 9; Başında 6; Gövdədə 3; Hər ayağında 6 ədəd.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Şabu-şabu
Şabu-şabu (yap. しゃぶしゃぶ şabu-şabu) - hoqonun yapon növü. Yemək sukuyakiyə çox oxşayır. Hər ikisinə ət və tərəvəz gedir. Bununla yanaşı onlara makaniya sousu əlavə edilir. Şabu-şabu ət dadın verir ancaq sukiyaki kimi şirin deyil. Bu yemək qış yeməyidir, ancaq demək olar bütün il boyu bişirilir. == Tarixi == Şabu-şabu ilk dəfə XX əsrdə Yaponiyada "Suehiro" restoranında bişirilməyə başlanılıb. Belə bir fərziyyə var ki bu yemək Çinlilərin "şuan yang rou" yeməyinə oxşar bişirilib. Bu yeməyin Çin növü həmin yeməyə çox bənzəyir.
Etüd
Etüd — təsviri incəsənətdə gələcək əsərin hazırlıq eskizi. Etüd — musiqi əsəri. Etüd — şahmat kompozisiyalarından biri. Etüd — teatr pedaqogikasında aktyorluq texnikasının təkmilləşdirilməsi üçün istifadə edilən məşq. Etüd — rol oyununun emosional tədrisi. Etüd — sovet fotoaparatı. Etüd — sovet diaproyektoru.