Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Su heyvanları
Hidrobiont — suda yaşayan orqanizm. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800 dəfə çox olur. Suyun sıxlığından asılı olaraq heyvanların suda hərəkəti təkmilləşmişdir. Paleontoloji materiallara əsasən Yer səthində həyatın inkişafı ilk dəfə suda başlamışdır. Lakin su şəraitində heyvanların proqressiv inkişafı balıqlar sinfindən yuxarı gedə bilməmişdir. İlk su heyvanları içərisində onurğalı heyvanların ali qruplarının olmaması, əsasən suda havaya nisbətən həll olmuş oksikenin 30 dəfə az olması ilə izah edilir. Əcdadı suda yaşamış quruda yaşayan ali heyvan siniflərinin bəzi nümayəndələri təkamül prosesi zamanı ikinci dəfə su həyatına keçmişlər. Bu çür ikinci su heyvanlarına pərayaqlılar, balinalar, sirenlər, bəzi sürünənlər, böcəklər, taxtabitilər, ağciyərlə tənəffüs edən bəzi molyusklar daxildir. Onlarda oksikenlə tənəffüsetmə xüsusiyyəti qalmışdır. Təkamül prosesində su mühitində yaşayan orqanizmlər bir-birindən bir sıra əlamətlərilə fərqlənən üç əsas ekoloji mühitdə (plankton, bentos, neyston) yaşamağa uyğunlaşmışlar.
Su bitkiləri
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.
Ev heyvanları
Ev heyvanları — insan tərəfindən əhliləşdirilən və ona evində və ya təsərrüfatında xeyir verən heyvanlar.
Dərman bitkiləri
Dərman bitkiləri — qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir.
Sitrus bitkiləri
Sitrus (lat. Citrus) – sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.
Tsikada bitkiləri
Saqovnikler və ya Tsikada bitkiləri (lat. Cycadales) — saqovniklər sinfinə aid bitki sırası. Çılpaqtoxumlu (Gymnocpermae) qıjı və ya palmaları xatırladan bitkilər sırası. Qıjıya oxşayan nümayəndələrinin azacıq genişlənmiş, tropik iqlimi göstərən, qalın qabıqlı gövdəsi vardır. Digər qrupun nümayəndələrinin düz gövdəsinin başında iri lələkşəkilli yarpaqları olur. Çox xırda formalarının boyu 3 sm-dən böyük olmur. Fossil halında tsikada bitkiləri, əsasən yarpaqları məlumdur. Sonuncular bütöv və ya müxtəlif dərəcədə seqmentləşmiş olur. Tsikada bitkiləri orta triasda meydana gəlmiş, yurada inkişaf dövrü keçirmişdir. Tropik və subtropik vilayətlərdə müxtəlif növləri geniş yayılmış, lakin bitki örtüyündə onların rolu get-gedə azalmışdır.
Boyaq bitkiləri
Boyaq bitkiləri — kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M. Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-ini təşkil edir. Boyaçılıq sənayəsi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazıotu, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Gecə heyvanları (film)
Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea Reysboro və Maykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır. Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür. Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir. == Məzmunu == Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Onlayn Dünya Bitkiləri
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Yabanı qida bitkiləri
Yabanı qida bitkiləri – insanın təsərrüfat fəaliyyəti ilə bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. == Yayılması == Respublikamızda 4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. K. S. Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 4230 ton hesablanmışdır.
Ev heyvanları qəbiristanlığı (film, 2019)
Ev heyvanları qəbiristanlığı (ing. Pet Sematary) — Stiven Kinqin eyniadlı romanı əsasında rejissor Kevin Kolş və Dennis Vidmyer tərəfindən 2019-cu ildə əkilmiş qorxu filmi. == Süjet == Boston həkimi Luis Krid ailəsi ilə birlikdə kiçik Ladlou şəhərinə köçür: həyat yoldaşı Rachel, kiçik uşaqlar Ellie və Gage və pişik Çörç. Elli yeni evlərini əhatə edən meşələrdə gəzərkən ölü iti daşıyan "Heyvanlar qəbiristanlığı" olan qəbiristanlığa gedən qəribə uşaqların korteji ilə qarşılaşır. Qonşu Jude Crandall Ellie və Rachel-ə meşələrin təhlükəli olduğunu və tək çıxmamaları barədə xəbərdarlıq edir. Universitet xəstəxanasında, Luisin iştirakı ilə avtomobil qəzasından sonra xəstəxanaya yerləşdirilən tələbə Viktor Paskou ölür. Tələbənin ölümü ilə məşğul olan Lui, ölümündən sonrakı gecə bir yuxu görür və Pasko onu heyvan qəbiristanlığının arxasına aparır və Luidən "kənar keçməməsi" barədə xəbərdarlıq edir. Luis oyanır ki, ayaqları palçıqla örtülmüşdür. Heluin bayramında pişiyi yük maşını vurur. Jude və Louis pişiyi dəfn etmək üçün ev heyvanları qəbiristanlığına gedirlər, lakin Jude daha sonra Luizi bir vaxtlar hindlilərin istifadə etdiyi qədim məzarlığa aparır.
Beynəlxalq Heyvanları Mühafizə Fondu
Beynəlxalq Heyvanları Mühafizə Fondu (ing. International Fund for Animal Welfare) — heyvanların mühafizəsi sahəsində ən böyük qeyri-hökumət təşkilatı. İngilis zabiti B.Deyvisin təşəbbüsü ilə 1969-cu ildə yaradılmışdır; dünyanın 15 ölkəsində nümayəndəliyi var. Fondun əsas vəzifəsi bütün dünyada vəhşi və ev heyvanlarının vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Fond dövlət strukturları və elmi təşkilatlarla qarşılıqlı əlaqədə işləyir; fəaliyyətini 2,5 mln.-dan çox insanın könüllü ianələri hesabına həyata keçirir. Mənzil-qərargahı Yarmurt şəhərində yerləşir. 14 ölkədə fondun şöbələri açılmışdır. Ştatda kampaniyaların keçirilməsi, hüquqi və siyasi məsələlər üzrə daim 200-dən çox mütəxəssis, hüquqi və siyasi məsələlər üzrə ekspertlər, eləcə də məşhur alimlər işləyir. Fond öz işinə Qrenlandiya suitisisinin və tüklüburun suitinin Müqəddəs Lavrentiya körfəzində (Kanada) ovlanmasına qarşı mübarizə ilə başlamışdır. Fondun fəaliyyəti həmçinin digər vəhşi heyvanların kommersiya məqsədilə istismarından mühafizəsinə, onların təbii yaşayış mühitinin qorunub saxlanılmasına, böhran vəziyyətinə düşmüş heyvanlara kömək etməyə yönəldilmişdir.
Şuşa Dərman Bitkiləri Muzeyi
Şuşa Dərman Bitkiləri Muzeyi və ya Yaşıl aptek-muzey — Azərbaycanın Şuşa şəhərində yerləşmiş aptek-muzey. Dərman bitkilərinə həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır. == Tarixi == Dərman Bitkiləri Muzeyi 29 iyul 1984-cü ildə Şuşa şəhərində Vaqif poeziya bayramında açılmışdır. Muzey Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş Təzə məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa prosesi zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə orijinal halına qaytarılmış, tavanları təbii bitki boyaları ilə rənglənmişdir. Muzeyin direktoru Əmirşah Məmmədov olmuşdur. == Xüsusiyyətlər == Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağtərxunu, adaçiçəyi, darçın, dağnanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən dərman bitkiləri muzeydə dağ bağçası təəssüratı oyadırdı. Muzeydəki dərman bitkilərinin hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında yetişmiş bitkilər idi. Muzeyin bir bölməsi keçmiş təbabətdə istifadə edilən alətlərə həsr olunmuşdu.
Meliorasiya və Su Təsərrüfatı (Azərbaycan)
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Haqqında == Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. == Fəaliyyəti == "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Su kəməri və kanalizasiya (İçərişəhər)
Su kəməri və kanalizasiya — İçərişəhərdə tapılmış ölkə əhəmiyyətli abidə. == Tapılması == 1924-cü ildə arxeoloq Sısoyevin başçılığı altında aparılmış arxeoloji qazıntılar nəticəsində bu kəmərin Qız qalasından bir nеçə mеtr şimаl tərəfdə kеçdiyi müəyyənləşmişdir. 1964-cü ildə Sırаtаğlı qədim аbidənin həyətində Ö.İsmizadə və F.İbrahimovun başçılığı altında aparılan arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizlənməsi zamanı tüng (saxsı) borulardan səliqə ilə çəkilmiş yeraltı memarlıq tikilisi aşkar olunmuşdur. == Haqqında == Sırаtаğlı аbidənin dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmasını nəzərə alsaq, bu qədim su xəttinin daha əvvəlki dövrlərə aid olduğu anlaşılır. Bu su kəməri şimаl-qərb və cənub istiqаmətində yerləşib Qız qalasına dоğru dаvаm еdir. == Mənbə == "SU KƏMƏRİ VƏ KANALİZASİYA" ( (az.)). icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
Su səviyyəsi (çay və göllərdə)
Su səviyyəsi- çay və göllərdə sərbəst su səthinin hər hansı şərti üfüqi səthə (nisbi su səviyyəsi), yaxud dəniz səviyyəsinə (mütləq su səviyyəsi) nisbətən hündürlüyü. İl ərzində su səviyyəsinin dəyişməsi iqlim şəraitindən asılıdır və göllərdə bir neçə sm-dən 2–3 m-ə, iri çaylarda isə 5–12 m-ə qədər olur. Müəyyən daimi üfüqi müstəviyə görə su səthinin yüksəkliyinə su səviyyəsi deyilir. İqlim, təbii amillərin təsirindən asılı olaraq su mənbələrində axımın dəyişməsi ilə əlaqədar səviyyə də dəyişir. Su səviyyəsinin dəyişməsini xarakterizə edən göstəricilərdən onun çoxillik, illik müvsümi və gündəlik, ekstremal orta səviyyələrini göstərmək olar. Mühəndisi hidrologiya və hidrotexnika sahəsində su səviyyəsi çox vaxt mütləq yüksəkliklə istifadə edilir. Lakin çaylarda, kanallarda, su anbarlarında su səviyyəsini nisbi yüksəkliklə ifadə etmək daha məqsədəuyğun hesab olunur. Belə hallarda su səviyyəsi, yüksəkliyi şərti olaraq sıfır qəbul edilən üfüqi müstəviyə görə müqayisə edilir. == Suölçmə məntəqəsi == Su səviyyəsinin ölçülməsi üçün istifadə edilən yerə suölçmə məntəqəsi deyilir. Hər bir suölçmə məntəqəsi, səviyyə ölçmə qurğularından və həmin qurğuların yüksəkliyini yoxlamaq üçün daimi geodezik yüksəkliyə malik olan reperlərdən ibarətdir.
Su və atəş (film, 2013)
Su və Atəş — 2013-ci ildə Özcan Dəniz tərəfindən çəkilən Türkiyə filmi. == Məzmunu == Təsadüf əsəri Londona uçan bir təyyarədə rastlaşan Yağmur və Kamal bir-birlərinə aşiq olurlar. Londonda nağıl kimi günlər keçirən cütlüyün xoşbəxt günləri çox sürməyəcək. Yağmurun saf duyğularına qarşılıq Kamalın qaranlıq sirləri vardır. Gerçek adı Haşmet olan Kemal büyük bir kan davasının içindedir. Hamile kalan Yağmur'un da davaya dahil olması çok sürmeyecektir.
Çində su təchizatı və sanitariya
Çində su təchizatı və sanitariya — Çin Xalq Respublikasının su ehtiyatlarının idarə olunması. Çində su çatışmazlığı və çirklənmə böyük çətinliklər yaradır. == Su ehtiyatları == Çinin çay axarlarının ümumi ehtiyatları il ərzində 2800 km3 təşkil edir. Bu ölçüyə görə, Çin Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünya üzrə beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m3 düşür ki, bu da orta dünya göstəricinin cəmi 1/4 hissəsini təşkil edir. Bu səbəbdən də Çin 149 ölkə arasında 109-cu yerdə qərarlaşmışdır. Ehtimal edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 milyard nəfərə çatarsa adambaşına su təminatı ilə 1760 km3 qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında çox böyük qeyri-bərabərlik vardır ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması heç də bərabər göstəricilərə malik deyildir. Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12 %-inin düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir.
Heyvanları Xəstəlikdən Necə Qorumalı (1952)
Aqressiv su
Aqressiv su — metal, beton, və s.-nin dağılmasına səbəb olan tərkibində kimyəvi maddələr saxlayan su. == Tərkibi == Tərkibində xlorid turşusu,sulfat turşusu və ammonyak duzları saxlayan su xüsusilə aqressivdir. == Mənbə == Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. == Tətbiqi == Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Basdırılmış su
Basdırılmış su - keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin en­məsi və yeni çökmə süxur təbəqələrilə ör­tül­məsi nəticəsində bu sularla birlikdə gömül­müş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn su­lardır. Bəzi təd­qiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedi­mentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir. == Həmçinin bax == Süxurlar Yer səthi Çökmə süxurlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Borjomi (su)
Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur. Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi. Borjomi 40-dan çox ölkəyə ixrac olunur.
Heyvanlar
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Bitkilər
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Bitkilərin böyümə və inkişafı
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir. . XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir.Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında,canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular.
Heyvanların qorunması
Dənizdə yaşayan heyvanlar üçün qitələr, qitələrdə yaşayanlar üçün isə dənizlər keçilməz coğrafi sədlərdir. İlk su heyvanı (xərçəng, balıq və s.) quruya çıxarıldıqda tələf olur, ilk quru heyvanları isə (kərtənkələ, quş, ceyran və s.) suyun altında uzun müddət qala bilməz. Soyuq iqlimdə yaşayan ağ ayı və pinqvin mülayim və isti iqlimə dözə bilmir. Eyni coğrafi ərazi daxilində hər bir bioloji növ özünün təkamül prosesində müəyyən yaşama şəraitinə uyğunlaşmışdır. Elə bir növ yoxdur ki, o hər cür ekoloji şəraitdə yaşaya bilsin. Ağacdələn, sincab və s. meşə heyvanı səhrada yaşaya bilməz, dəvə və sünbülqıran kimi səhra heyvanı da meşədə ola bilməz. Ceyran düzənlik heyvanıdır, o, dağda bərk qaçıb özünü qoruya bilmir, amma dağ keçisi üçün sıldırım qayalıqlar ən yaxşı yaşama yeridir. Hər bir heyvanın davranışı başqasından fərqli olur. Onlar özünəməxsus təbii komplekslər (birliklər) əmələ gətirməyə cəhd edir.
Birhüceyrəli heyvanlar
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Birhüceyrəli heyvanların va ya ibtidailərin bədəni bir hüceyrədən ibarətdir. Bu heyvanlar bütün həyat proseslərinə – qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. malikdir, qeyri-cinsiyyətli və cinsiyyətli yolla çoxalırlar. Əksəriyyətı sista əmələ gətirir. Birhüceyrəlilər şirin sularda dəniz və okeanlarda, rütubətli torpaqda, insan və heyvan orqanizmində yaşayır. Qidalanma tərzinə görə ibtidailərin böyük əksəriyyəti heterotrofdur. Onlar əsasən torpaqda yaşayan mikroorqanizmlərlə (bakteriyalar, yosunlar, göbələklərin sporları) qidalanır. Onlar arasında bitki qalıqlarının həll olmuş üzvi maddələri ilə qidalanan saprofitlər də (qamçılılar) vardır.
Heyvanlar tarixi
Heyvanlar tarixi (Aristotel)
Onurğalı heyvanlar
Onurğalılar (lat. Vertebrata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi. Onurğalılar növlərinə görə onurğasızlardan xeyli azdır (45000 növ), lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamladığına görə onlardan üstündür. Kələlilərə dəyirmiağızlılar, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxildir. Onurğalı heyvanlar torpaqəmələgəlmə prosesində fəal iştirak edirlər. Bunlar arasında gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmiricilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli miqdarda qarışdırılmış torpaq atılır. Gəmiricilərdən bəziləri torpaqda "köstəbək yolları" adlanan yollar qazır. Bozqır rayonlarda yer siçanları torpağın aşağı və yuxarı qatlarını o qədər qarışdırır və ya torpağın səthinə o qədər torpaq atırlar ki, səthdə bozqırlar üçün səciyyəvi olan mikrorelyef yaranır.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Poykiloterm heyvanlar
Poykiloterm heyvanlar — bədən temperaturu mühitin temperaturundan asılı olan heyvanlar. Orqanizmdə baş verən maddələr mübadiləsi bədən temperaturunu sabit saxlaya bilmir. Onurğasız heyvanların hamısı, quşlar və məməli heyvanlardan başqa yerdə qalan bütün onurğalılar.
Vəhşi heyvanlar
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Əhliləşdirilmiş heyvanlar
Əhliləşdirmə və ya domestikasiya — insan tərəfindən yaradılan və nəzarət edilən şəraitdə vəhşi heyvanların əhliləşdirilməsi və yabanı bitkilərin mədəniləşdirilməsi, vəhşi heyvanların ələ öyrədilməsi və bunların ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl başlanılmış, əhliləşdirmə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır. Bundan 14 min il əvvəl əhliləşdirilməyə başlandığı təxmin olunan itlər ilk əhliləşdirilən heyvan hesab olunur. Amerika alimləri izotop üsulu ilə təyin etmişlər ki, hələ 10 min il əvvəl İranda keçi, Şərqi Avropada isə 8–9 min il əvvəl qaramal, donuz və qoyun əhliləşdirilmişdir. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Heyvanlar diyarı
Heyvanlar diyarı və ya Zoopolis — 2016-cı ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 3D animasiya filmi. "Zoopolis" cizgi filmi Disneyin 55-ci bədii filmidir. Sirr, cinayət, macəra, komediya və ailə janrındadır. Filmin əsas məzmununda: polis olmaq istəyən bir dovşanın xəyallarının arxasınca getməsini və xəyalına çatdıqdan sonra uğradığı xəyal qırıqlığını, amma buna baxmayaraq, işini etmək üçün əlindən gələni etdiyini görürük. Rejissorluğu Byron Howard ve Rich Moore tərəfindən hazırlanan filmin səsləndirməsində Jennifer Gudvin, Cason Batmen, Idris Elba, Ceny Sleyt, Nayt Torens, Bonie Hunt, Don Layk, Tommy Çong, J.K.Simmons, Oktavia Spenser, Alan Tudyk ve Şakira yer almaktadır. == Personajlar == Cizgi filmin personajları və onları səsləndirənlər: Judi Hops — Jennifer Gudvin; Nik Vayld — Cason Batmen; Gazella — Şakira; Idris Elba — Bogo; Oktavia Spenser — Xanım Oterton; Bonie Hunt — Bonie Hops; J.K.Simmons — Mayor Lionhert; Nayt Torens — Klavhaus; Ceny Sleyt — Assistant mayor Bellveter; Alan Tudyk — Duyk Veslton; Tomy Çyong — Yaks; Don Layk — Stu Hops; == Gələcək == === Mümkün davamı === 2016-cı ilin iyununda Howard və Moore "Heyvanlar diyarı" filminin davamı ehtimalı haqqında danışıqlar aparırdılar. === Televiziya === 12 Noyabr 2021-ci ildə Disney serialın 2022-ci ildə buraxılacağını təsdiqlədi və həmçinin filmin daha əvvəl serialda olması təsdiqlənməmiş personajların daxil olduğu ilk görünüş tizer şəklini yayımladı. Serial Trent Correy və Josie Trinidad tərəfindən idarə olunacaq. == Mahnılar == Cizgi filmin mahnıları Miçel Jiaçino tərəfindən bəstələndi. Şakira, Gazelle roluna "Try Everyting" adlı mahnısı da əlavə etdi.
Bitkilərin Siyahısı
The Plant List (ingiliscədən tərcüməsi "Bitkilərin Siyahısı") — bitkilər aləminə aid müasir taksonların bioloji adlarının daxil olunduğu ensiklopedik internet-layihə.
Bitkilərin böyüməsi
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir. . XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir.Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında,canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular.
Bitkilərin hərəkəti
Bitkilərdə xarici təsirlər nəticəsində əmələ gələn hərəkətlər 3 qrupa bölünür: tropizm, nastiya və taksislər. Tropizm - xarici stimul vasitəsilə bitki hissələrinin istiqamətli yerdəyişməsidir. Bu cür hərəkət boyatma hərəkətidir. Hərəkətin istiqamətindən asılı olaraq (boyu stimullaşdıran amilə qarşı və ya ona əks) tropizm müsbət və ya mənfi ola bilər (bitkilərin kökləri müsbət geotropizmə, zoğları isə müsbət heliotropizmə malikdir). Taksis - xarici qıcığa cavab olaraq hüceyrənin və ya bütöv orqanizmin istiqamətlənmiş yerdəyişməsidir. Tropizmlər kimi, taksislər də müsbət və mənfi qruplara ayırd edilir; bundan başqa, onları qıcıqlandırıcının təbiətinə müvafiq olaraq sistemləşdirmək olar. Müsbət xemotaksis: ciyərotu, mamır və qıjıların spermatazoidləri yumurta hüceyrənin ifraz etdiyi maddələrə doğru üzür. Nastiya - xarici qıcığa cavab olaraq, bitki hissəsinin istiqamətləndirilməmiş hərəkətidir. Hərəkət böyümə nəticəsində baş verir: ayrı-ayrı hüceyrələrin cüzi tərpənməsi, orqanı güclü hərəkətə gətirib çıxarır ("küsdüm" bitkisinin yarpaqlarının bükülməsi). Bəzi çiçək və yarpaqlar işıqlanmanın (fotonastiya) və temperaturun (termonastiya) dəyişməsinə cavab olaraq "yuxulu hərəkətlər" (niktinastiya) edirlər, açılıb və ya bağlanırlar.
Le-Se
Le-Se (fr. Le Saix, oks. Lo Sais) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Veyn kantonuna daxildir. INSEE kodu — 05158. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 49 yaşda (15-64 yaş arasında) 29 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,2%, 1999-cu ildə 50.0%). 29 aktiv adamdan 28 nəfəri (14 kişi və 14 qadın), 1 qadın işsiz idi.
Yarımsəhra və səhra bitkiliyi
Yarımsəhra və səhra bitki senozları respublikanın düzən ərazilərində dəniz səviyyəsindən başlayaraq 200-500 m hündürlüyə qədər, əsasən Xəzər sahilində, cənubi-şərqi Şirvanda, Mil, Muğan, Şirvan və Qarabağ düzlərində, Ceyrançöldə, Qobustanda yayılmışdır. Naxçıvan MR ərazisində yarımsəhra bitkiləri 600-700 m-dən 1200-1300 m-dək rast gəlinir. == İqlimi == İqlimin yüksək rütubətlik dərəcəsi və qrunt sularınn səthə yaxın yerləşməsilə əlaqədar Lənkəran ovalığında və Xaçmaz-Yalama regionunda meşələrin yayılması müstəsnalıq təşkil edir. Yarımsəhra zonasında suvarma əkinçiliyi geniş yayıldığından təbii (ilkin) bitki örtüyünün sahəsi xeyli azalmışdır. Mövcud yarımsəhra örtüyü uzun müddətli mal-qara otarılması nəticəsində öz ilkin vəziyyətini itirmişdir. Belə sahələr əsasən suvarılmayan və şumlanmayan sahələrdə qalmışdır. Bunlar əsasən bu və ya digər dərəcədə pozulmuş efemerli qarağanlıqlardan və kəngizliklərdən ibarətdir. Onların tərkibinə kəvər (Capparis), xostək (Caragana), soğanaqlı qırtıc, yapon tonqalotu (Bromus yaponica) və taxıl otları qarışır. Təkrar şorlaşmaya məruz qalan və hazırda qış otlaqları kimi istifadə olunan sahələrdə torpağın duzluluq dərəcəsindən asılı olaraq qaraşoran (Halocnemum), qışotu (Petrosiminia) sarıbaş (Salsola ruthenica), xəzər şahsevdisi (Halostachus Caspica) yayılmışdır. Dənizkənarı qumluqlarda sirkən (Atriplex), otsarmaşığı (Convovulus), dikyarpaq (Agriophyllum), qum yovşanı, qum göyçiçəyi, dəvətikanı (Alhagi camelorum) və başqa otlar geniş yayılmışdır.
Heyvanlarda monoqamiya
Monoqamiya (heyvanlarda) — erkək və dişi cinslər arasında əlaqə; erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və. s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və. s. adətən, bir mövsüm, meymunlarda isə bir neçə il davam edir.