Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Aşağı Tüləkaran
Aşağı Tüləkaran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Aşağı Tüləkəran oyk., mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də, Ağçayın sahilində, dağətəyi ərazidədir. Lüləkəran variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında Tüləkəran (indiki Yuxarı Tüləkəran) kəndindən çıxmış ailələrin həmin kəndə məxsus pay torpağında məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "aşağıda yerləşən Tüləkəran kəndi" deməkdir. Tüləkəran komponenti tülə (tat. "yunu çıxmış dəri") və kəran (kənd; yaşayış məntəqəsi termini) sözlərindən ibarət olub, "gön aşılamaqla məşğul olanlara aid kənd" mənasını ifadə edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 558 nəfər əhali yaşayır.
Tüləgüvan
Tüləgüvan — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir. Dağlıq əraziyə malik olduğundan rayonun əsas subtropik bazasıdır. 1 kitabxana, 1 bələdiyyə, 1 tam orta məktəbi var. Kənddə 1446 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisindən Xəzər dənizi müşahidə olunur. == Tarixi == Lənkəran ovalığındadır. Oykonim talış dilindəki, tül/til (gil), kü (dağ), van (yaşayış məskəni) komponentlərindən düzəlib (-ə mənsubiyyət bildirir), "gilli dağda yaşayış yeri" mənasını verir.
Tüləküvan
Tüləgüvan — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir. Dağlıq əraziyə malik olduğundan rayonun əsas subtropik bazasıdır. 1 kitabxana, 1 bələdiyyə, 1 tam orta məktəbi var. Kənddə 1446 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisindən Xəzər dənizi müşahidə olunur. == Tarixi == Lənkəran ovalığındadır. Oykonim talış dilindəki, tül/til (gil), kü (dağ), van (yaşayış məskəni) komponentlərindən düzəlib (-ə mənsubiyyət bildirir), "gilli dağda yaşayış yeri" mənasını verir.
Tüləküvan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tüləkəran
Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin 400 ilden yuxari tarixi var. == Toponim == Tədqiqatçılara görə, Tüləkəran toponimi türk tuli/dulu tayfasımn adından və İran dillərindəki “ev, kənd” mənalı karan sözündən düzəlib, “tuli- lərin evləri, kəndi” mənasındadır. Bir digər məlumata görə isə Türk və Ərən söz birləşməsindən yaranib kəndin adı. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Bakı quberniyasının Quba qəzasına daxil olan Tüləkəran kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 153 nəfər əhali yaşayırdı..
Tüləkəran bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Yuxarı Tüləkəran
Yuxarı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Tarixi XVIII əsrə təsadüf edir, əvvəllər həmin ərazinin cənub hissəsi mərkəz olmaqla 700 yaşayış məntəqəsi olan Suxtakələ kəndi mövcud olmuşdur, XX əsrin əvvəllərindən başlayaraq isə əhalinin şox hissəsi Xaçmaz ərazisinə köçərək orada məskunlaşmış və orada Suxtakələ kəndini yaratmışlar. == Toponimikası == Yuxarı Tüləkəran oyk.t mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilindədir. Keçmiş adı Tüləkəran olmuşdur. Keçmişdə ondan yaranmış məntəqə Aşağı Tüləkəran, bu kənd isə Yuxan Tüləkəran adlandırılmışdır. Tat dilinde iki söz birleesinden emele gelen toponimdir. Tüle- Tat dilinde “soyulmush deri” , Karan - evler, meskan demekdir. == Mədəniyyəti == Əhalisi əsasən əkinçiliklə, çox az hissəsi isə heyvandarlıqla məşğuldur.
Tüləyənlər
Tüləyənlər (lat. Ecdysozoa) — Bilaterial heyvanların ilkağızlılar yarımbölməsinə aid heyvan qrupu. Bu təsnifat rRNT genlərinin molekulyar-genetik tədqiqatının nəticəsinə asasən aparılmışdır. Sonralar bu konsepsiya hemozis genlərin tədqiqatı ilə təsdiqini tapmışdır.. Bununla yanaşı qeyd olunmalıdır ki, qrupun ilkağızlıların tipüstüsü kimi ayrılması ilə bağlı mütəxəssislər arasında fikir müxtəlifliyi var.
Gülə
Gülə (Sərdəşt)
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyətli hissəsidir.
Tüklə
Tüklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlmanlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. == Toponimiyası == Yaşayış məntəqəsinin adı talış dilində "çəltik əkilən sahə", "biçar" sözündən və kiçik mənasında "lə" şəkilçisindən ibarətdir.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Tələ
Tələ (film, 1990)
Gülə-gülə (Takab)
Gülə-gülə (fars. گوله گوله‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (46 ailə).
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Külə Seyran
Külə Seyran (az.-əski. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Bül-bülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Gülə (Soyuqbulaq)
Gülə (fars. گوله‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (6 ailə).
Gülə (Sərdəşt)
Gülə (fars. گوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
Sülə (Xudabəndə)
Sülə (fars. سوله‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 514 nəfər yaşayır (109 ailə).
Tülü (Balakən)
Tülü — Azərbaycan Respublikasının Balakən rayonunun Tülü kənd inzibati ərazi dairəsində kənd. Tülü kəndi Balakən rayonunun Katexdən sonra ikinci böyük kəndidir. Əhalisi 8000 nəfərdən çoxdur. Balakən şəhəri ilə bitişikdir. == Tarixi == Bir-neçə min il yaşa malik olan bu qədim kənd öz adını qədim Dulu türk tayfalarından götürmüşdür. Kənddə bir sıra qədim, lakin hələ də yetərincə öyrənilməmiş tarixi abidələr, o cümlədəm Nur Kilsə, qədim ay məbədləri olduğu güman edilir. Ərazisində bir orta, bir natamam-orta məktəb, bir uşaq bağçası, bir ambulatoriya fəaliyyət göstərir. Hazırda KHTC-ın nəzdində olan və istifadəsiz qalan Balakən aeroportu da bu kənddə yerləşir. Yerli musiqi aləti sayılan damburun (Dambır,Tənbur, Tambur) ən mahir ifaçıları bu kənddədir. Tülü və ona bitişik olan Talalar kəndlərində dambur çox sevilir.
Tülü (Lerik)
Tülü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 20 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dilli dulu tayfasının adı ilə bağlayırlar. Dulu tayfaları II əsrdə hunlarla birlikdə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. VI əsrdə Qərbi Türk xaqanlığının tərkibinə daxil idilər. Müasir qırğızların tərkibində tolo adı ilə qalmışlar.
Tülü bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tüvə (Sərdəşt)
Tüvə (fars. ‎‎توه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (29 ailə).
Tələ (1990)
== Məzmun == Filmdəki gərgin hadisələr Qarabağda baş verir. Bakı tələbələri buraya qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gəlirlər. Bir-birini sevən iki gənc-Tural (Vüqar Mədətov) və Günel (Tamilla Quliyeva) də onların arasındadır. Bir dəfə gecə onlar erməni quldurlarının uğursuz təxribatının şahidi olurlar. Tural imkan tapıb videokameranı işə salır və həmin qorxulu gecədə baş verən hadisələri lentə alır: əllərində partladıcı olan ekstremistlər, partlayışın göyə qalxan alovu, partlayış nəticəsində həlak olmuş bir neçə nəfər quldur, quldurları aparan, nişanı silinmiş vertolyot. Tural əmindir ki, videomaterial cinayətkarların ifşasına kömək edəcəkdir. Bundan xəbər tutan düşmənlər bu arzuolunmaz şahidi aradan götürməyi qərara alırlar... Film gənclərin bugünkü həyatından, onların vətən təəssübkeşliyindən söhbət açır.
Tələ (şahmat)
Tələ — Şahmat termini Rəqibin uduş güman etdiyi, əslində isə səhv olan gediş.
Tələ effekti
Tələ effekti – bir məhsulu ondan daha bahalısı olanı görənə qədər almamaqla xarakterizə olunan effekt. Williams-Sonomo şirkəti ilk çörək bişirmə aparatını satışa çıxarmışdı. Lakin bu cihazı heç kim almamışfı. 300 dollarlıq qiyməti ilə bir çox adam "Çörək bişirən aparata kim 300 dollar verər?" deyə düşünmüşdür. Buna görə də şirkət 1 aparat belə sata bilməmişdi. Bu hadisələrdən sonra şirkət qərara gəldi ki aparatın satışını dayandırsınlar və bütün mallarını geri çağırdılar. Sonra isə səbəbin nə olduğunu anlamaq üçün bir marketinq məsləhətçisinin yanına getdilər. Bütün məsələni danışdıqdan sonra məsləhətçi "Yeni, daha böyük bir çörək bişirmə aparatı hazırlayın və 450 dollara satın" dedi. İlk öncə şirkət rəsmiləri bu fikir ilə lağ etdilər. Lakin məsləhətçi öz fikrini şirkətə bir yol ilə qəbul etdirdi.
Tülü kilsəsi
Tülü kilsəsi— Abidə Balakən rayonu Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyət yanı sahəsində yerləşir. İlk orta əsrlərə aid inventar nömrəsi 4149 olan, V-IX əsrlərə aid yerli əhəmiyyətli türbənin ətrafında Qafqaz Albaniyası Xristian Abidələrinin Arxeoloji Tədqiqi Ekspedisiyası tərəfindən 2017-ci ildən başlayaraq 2021-ci ilə qədər ümumilikdə 6 ay müddətində arxeoloji qazıntı işləri aparılmışdır. Aparılmış tədqiqatlar nəticəsində bu türbənin Qafqaz Albaniyasının xristianlıq dövrünə aid bir nefli kilsənin zəng qülləsi və ya aynabəndi olduğu müəyyən edilmişdir. 2017-2018-ci illər ərzində aparılan arxeoloji tədqiqat nəticəsində kilsənin bişmiş kərpiclərdə döşənmiş ibadət zalı 2-2,5 m. dərinliyində 150 m2 ərazidə tam tədqiqi edilmişdir. Altar hissədə Alban xaç altlığının yeri müəyyən edilmişdir. == Tarixi == Kompleksin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla üçnefli kilsə V-VI əsrlərə, birnefli kilsə IX-X əsrlərə və bir zallı kilsənin şimal və qərb girişində Arran memarlıq elementlərinə malik aynabəndlər (narteks) isə X-XII əsrlərə aid edilə bilər. == Memarlıq xüsusiyyəti == Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənmişdir. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri zəng qülləsi və ya aynabəndin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerlərinin müəyyən edilməsi olmuşdur. Kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlarla şimal girişi də dörd sütun üzərində inşa edilmiş və döşəməsinin bişmiş kərpiclərdən döşənməsi müəyyən edilmişdir.
Sent-Tül
Sent-Tül (fr. Sainte-Tulle, oks. Santa Túlia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04197. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3265 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1976 yaşda olan (15-64 yaş) insanlar arasında 1404 nəfər iqtisadi cəhətdən fəal, 572 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 66.6%) idi. Fəal olan 1404 nəfərdən 1273 nəfəri (715 kişi və 558 qadın), 131 nəfəri işsiz (70 kişi və 61 qadın) idi.
Tül (parça)
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Tül (şəhər)
Tül (fr. Tulle, oks. Tula [ˈtylɔ]) — Fransanın cənub-qərbindəki şəhər, Limuzin regionunda yerləşən Korrez departamentinin inzibati mərkəzi. Şəhərin əhalisi təxminən 15,5 min nəfərdir.
Tule (Arizona)
Tule (Arizona) - ABŞ-Meksika sərhəddində, Arizona ştatı ərazisində yerləşən kiçik səhra. Sonora səhrasının tərkib hissəsini təşkil edir. Altar səhrası ilə birləşir. == Xarici keçidlər == Mapquest.com Road Atlas, 2001, pg.
Tule (Nevada)
Tule - Nevadanın cənubunda yerləşən səhra. Mormon və Klover dağları ilə əhatələnmişdir. Maksimal hündürlük 1300 metrdir.
Tule (ada)
Tule adası (ing. Thule Island) — Cənubi Sandviç adaları qrupuna daxil olan elə də böyük olmayan sakinləşmiş ada. Atlantik okeanın cənubunda, Britaniyanın dəniz aşırı ərazisi olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir. Arxipelaqın kiçik bir adası olaraq Cənubi Tule qrupuna daxildir. Bura üstəlik Kuk və Bellinshauzen adasıda daxildir. Bu ada əfsanəvi Tule adlandırılan adanın şərəfinə adlandırılmışdır. Adanı ilk dəfə Ceyms Kuk görmüşdür. O, 31 yanvar 1775-ci ildə görünməyən cənub torpağını tapmaq ümidi ilə bölgəyə gələrkən adaları kəşf etmişdir. Ada üçkünc formaya malikdir. Uzunluğu 7 km, eni isə 5 km təşkil edir.
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Tula
Tula — Rusiya Federasiyasında yerləşən şəhər Tula vilayətinə daxildir. Şəhər "Qəhrəman şəhər" (1976-cı ildən) statusuna malikdir. Tula, Orta Rus Dağının şimalında, Upa çayının sahilində, Moskvadan 193 km cənubda yerləşir. Şimaldan cənuba şəhərin uzunluğu 30 km, qərbdən şərqə 25 km. 2014-cü ildə "Rusiyada ən rahat şəhər (kənd) qəsəbəsi" adı uğrunda keçirilən Ümumrusiya müsabiqəsinin nəticələrinə görə Tula "Rusiya Federasiyasının subyektlərinin inzibati mərkəzləri (paytaxtları) olan şəhər yerləri (şəhər rayonları)" kateqoriyasında üçüncü yeri tutdu. Tula ilk dəfə 1146-cı ildə 16-cı əsrin Nikon Salnaməsində xatırlandı. Tula ərazisində 300-dən çox mədəni irs obyekti var: bunlar memarlıq və şəhərsalma, tarix, monumental sənət əsərləri, arxeologiya abidələridir. Tula, şəhərin tarixinə kök salmış üç istiqamətdə məşhurdur: silah anbarı, samovar və zəncəfil çörəyi. Hər biri şəhərdə Rusiyanın ən böyüklərindən biri olan Silahlar Muzeyi, Samovarlar Muzeyi və Tula Gingerbread Muzeyi ilə təmsil olunur. Həm də şəhərin əlamətdar xüsusiyyəti, şəhərin ən qədim binası, XVI əsrin memarlıq abidəsi olan Tula Kremlidir.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə qətliamı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə soyqırımı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. == Həyatı == Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. == Yaradıcılığı == O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Le-Tuve
Le-Tuve (fr. Le Touvet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38511. Kommunanın 2012-ci il üçün əhalisi 3003 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 236 ilə 1008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Natali Qule
Natali Qule — Fransa senatoru.
Nikolas Tulp
Nikolas Tulp (nid. Nicolaes Tulp; 9 oktyabr 1593, Amsterdam, Hollandiya qraflığı – 12 sentyabr 1674, Amsterdam, Hollandiya qraflığı və ya Haaqa) — Hollandiyalı cərrah və Amsterdam bələdiyyə başçısı. 1611-1614-cü illərdə Leydendə tibb təhsili alıb. Amsterdama qayıtdıqdan sonra hörmətli həkim oldu və 1617-ci ildə Eve Eqbertsdoxter van der Vux ilə evləndi. İddialı bir gənc, Tulp soyadını götürdü və adını Nikolas (Klasın tam forması) olaraq dəyişdirdi. Siyasi karyerasına şəhər xəzinədarı kimi başladı və 1622-ci ildə Amsterdamda hakim heyəti üzvü oldu.
Nino Bule
Nino Bule (19 mart 1976[…]) – Xorvat peşəkar futbolçu. == Həyatı == Nino Bule 1976-cı il martın 19-da Bosniya və Herseqovinada anadan olan, 1,88 metr boya malik N.Bule Avstriyada da legioner karyerası yaşayıb. 2000/2001 mövsümündə "Cublio İvata" klubuna Yaponiya Superkubokunu qazandırdığı vaxtda, hücumçu bu ölkədə "Qamba Osaka" komandasında (40 oyun, 23 qol) çıxış edib. O, 2004/2005 mövsümündə "Paşinq" (16 oyun), "Austriya" (8 oyun, 3 qol), "Admira Vakker" (27 oyun, 7 qol) klublarında çıxış edib. Futbolçu karyerasına 1995-ci ildə Zaqrebin eyni adlı klubunda başlayan N.Bule bu komandada 5 mövsüm (110 oyun, 30 qol) keçirib. N.Bule 2001-ci ildən 2004-cü ilədək şərəfini qoruduğu "Hayduk" klubunda (65 oyun, 17 qol) ölkə çempionluğunu qazanıb. Son iki mövsümü "Rijeka" klubunda keçirən hücumçu 49 oyunda 7 qola imza atıb. O, Xorvatiyanın yığma komandalarında da çıxış edib. Belə ki, N.Bule olimpiya yığmasında çıxış etdiyi bir ildə (1997) 4 oyunda 2 qol vurub. 1998-1999-cu illərdə Xorvatiyanın ikinci yığmasının heyətində iki görüşdə meydana çıxan hücumçu sonrakı 5 ildə milli komandada üç matçda forma geyib.