Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhlükə
Təhlükə — şəxslərə, heyvanlara və ya ətraf mühitə mənfi təsir edən durum. Məsələn, yol işarələri olan piktoqramlar vasitəsilə qarşıda təhlükələr olduğu bildirilir. Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayaqsız və aciz hiss edir. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.
Ekoloji təhlükə
Ekoloji təhlükə — insan və cəmiyyətin həyatı üçün zəruri ehtiyaclarına və təbii ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət. == Ekoloji təhlükə zonası == Ekoloji təhlükə zonası- insanın təsərrüfat və ya digər fəaliyyəti nəticəsində ətraf mühitin dərin dəyişilməsi baş verən və insanın həyatı üçün təhlükəli ərazi. == Ekoloji təhlükəli vəziyyət == Ekoloji təhlükəli vəziyyət- təbii ətraf mühitin dağılma təhlükəsi vəziyyətində antropogen və təbii təsirlər altında neqativ dəyişikliklərlə səciyyələnən, həmçinin təbii fəlakətlər və qəzalarla nəticələnən, bu səbəbdən də insanların və cəmiyyətin həyatına təhlükə yaradan vəziyyət. == Ekoloji təhlükəsizlik sistemi == Ekoloji təhlükəsizlik sistemi- biosfer və antropogen, həmçinin təbii xarici yük arasında tarazlığı saxlamağa yönəldilən qanunverici, tibbi və bioloji tədbirlərin məcmusu. == Ekoloji təhlükəsizliyin təmin edilməsi- == Ekoloji təhlükəsizliyin təmin edilməsi- ekoloji təhlükəli vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, onların nəticələrinin və gələcəkdə baş verə biləcək neqativ təsirinin aradan qaldırılması üzrə fəaliyyət sistemi. == Ekoloji tərbiyə == Ekoloji tərbiyə- insanda ətraf mühitə qarşı şüurlu münasibət, ona ehtiyatla yanaşmağın, zənginliklərinin qorunması, təbii resurslarından səmərəli (ağılla) istifadə etməyin vacibliyini aşılamaq, formalaşdırmaq. Ekoloji tərbiyədə mətbuat, radio, televiziya verlişləri, "yaşıl" hərəkatlar və s. böyük rol oynayır. Ekoloji tərbiyənin inkişafına beynəlxalq əlaqələr (MSOP, YUNESKO, "İnsan və biosfer" YUNEP və s.) imkanlar açır.
Qırmızı təhlükə
Qırmızı təhlükə (ing. Red Scare ; rus. Красная угроза) — Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən ilk olaraq 1919–1920-ci illərdə siyasi fəallara və sosialistlərə qarşı başladılmış antikomunist təbliğat. İkinci dünya müharibəsindən sonrakı 1947–1957-ci illərdə də ABŞ daxilində və xaricində federal hökuməti devirmək istəyən komunistlərə qarşı silah kimi istifadə olunmuşdur. Birinci Qırmızı təhlükə, 1917-ci ildə Rusiyada gerçəkləşdirilmiş oktyabr inqilabından sonra dünya üzərində sosializm tərəfdarlarının artmasından sonra başladılmışdır. Əslində Qırmızı təhlükə termini ABŞ hökumət rəsmilərinin kommunizmə olan qorxularını ifadə etməkdə idi. 1920-ci illərdə anarxist, kommunist və digər radikal sol qrupların təxmini sayı 150.000 civarında dəyişirdi. Bu göstərici XX əsrin 20-ci illəri Amerikasının əhalisinin 1%-nə bərabər idi. ABŞ rəsmiləri ölkə daxilində kommunizmin yayılmasından qorxurdu və 1919-cu ildə başlamış fəhlə tətilləri bu narahatlığı daha da artırırdı. Boston polisi, yüz minlərlə metal və kömür mədənçisi tətillərə başladı.
Sarı təhlükə
Sarı təhlükə ing. yellow peril), "Çin təhdidi" (ing. China threat yaxud ing. Chinese danger) — ayrı -ayrı Asiya xalqlarından və dövlətlərindən, ilk növbədə ÇXR-dan potensial təcavüz qorxusu ilə əlaqəli anlayışlardır. Fransız publisisti Pol Lerua Bolye (1843-1916) ilk dəfə "Şərqin oyanışı" - Çin və xüsusilə Yaponiya kimi ölkələrin güclənməsi ilə bağlı narahatlığını ifadə etmişdir. Fransada yaranan bu termin, Almaniya, İngilis İmperatorluğu, ABŞ və Şərqdə geniş maraqları olan ölkələrin imperialist dairələrində daha geniş yayılmışdır. Bu ifadə Alman imperatoru II Vilhelm tərəfindən tez-tez istifadə edildiyindən Avropa ölkələrinin ictimai-siyasi lüğətinə daxil olur və ksenofobik, cinqoist bir məna qazanır. Hal-hazırda bu termin "Asiya pələngləri"-nin və əsasən Çin Xalq Respublikasının inkişafı ilə əlaqədar olaraq yenidən istifadə olunmağa başlanıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində Uzaq Şərq xalqlarına irqi nəzəriyyələr kontekstində "ağ"-lara qarşı duran "sarı"-lar kimi baxılmağa başlanıldı. Tarixçi Viktor Dyatlov qeyd edir ki, XX əsrin əvvəllərində "sarı təhlükə" yəhudi sui -qəsd nəzəriyyəsi ilə birlikdə iki "böyük ksenofobiya" dan biri idi.Üstəlik, bu iki fobiya bir — dünya sui -qəsd nəzəriyyəsində birləşə bilər.
Seysmik təhlükə
Seysmik təhlükə — zəlzələ nəticəsində qruntun titrəyişləri və bu titrəyişlərin təsiri ilə əmələ gələn sürüşmə yanğın və s. dolayı hadisələri özündə birləşdirir. Zəlzələ zamanı fiziki obyektlərin dağılması və zədələnmələri, əsasən qrunt titrəyişləri ilə əlaqədardır. Qrunt titrəyişləri isə amplitut-tezlik tərkibləri və davamiyyəti ilə səciyyələnir. Seysmik təhlükənin müəyyən edilməsi üçün hesablamalar ilk dəfə 1968-ci ildə C. Allin Cornell tərəfindən tərtib edilmişdir onların əhəmiyyətindən və istifadə səviyyəsindən asılı olaraq olduqca mürəkkəb ola bilər. Regional geologiya və seysmologiya mühiti əvvəlcə seysmometr qeydlərindən həm dərinlikdə, həm də səthdə zəlzələnin baş vermə mənbələri və nümunələri üçün araşdırılır; ikincisi, bu mənbələrdən təsirlər yerli geoloji süxur və torpaq növlərinə, yamac bucağı və qrunt sularının şəraitinə nisbətən qiymətləndirilir. Beləliklə, oxşar potensial zəlzələ zonaları müəyyən edilir və xəritələrdə çəkilir. Tanınmış San Andreas qırığı, Sakit okean atəş halqası ilə əlaqəli kontinental kənarlar boyunca bir çox sahələr kimi, daha böyük potensial hərəkətə malik uzun dar elliptik zona kimi təsvir edilmişdir. Seysmik təhlükə dedikdə verilən ərazidə kifayət qədər böyük zaman intervalında (50, 100, 500 il və s.) müəyyən səviyyəli seysmik effektin baş verməsi ehtimalı nəzərdə tutulur. Uzun müddətli seysmik təhlükənin qiymətləndirilməsi, Azərbaycanın da aid edildiyi seysmik cəhətdən aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını (şəhərsalma, torpaqdan istifadə insanların həyatlarını və əmlaklarını sığortalama və s.
Təhlükə zonası
Təhlükə zonası (ing. The Hurt Locker) — 2008-ci il ABŞ istehsalı müharibə-triller filmi. Film doqquz "Oskar" mükafatına namizəd olub və altı kateqoriya üzrə qalib gəlib. ABŞ ordusunun qulluqçusu serjant Vilyam Ceyms İraqda həyatı bahasına başa gələ biləcək zərərsizləşdirmə missiyasındadır — hər an partlamağa hazır olan minaların əhatəsindədir. Təhlükə zonası — Internet Movie Database saytında.
Birinci qırmızı təhlükə
Birinci qırmızı təhlükə — Amerika Birləşmiş Ştatları tarixində güclü antikommunizm və antianarxizm ilə xarakterizə olunan, real və xəyali hadisələr səbəbindən Amerika cəmiyyətinin sağ və solçu sektorları arasında tez-tez sosial gərginliklərin yaşandığı dövr. Aktual hadisələrə Rusiyadakı bolşevik inqilabı, onun Amerika proletariatına təsiri və anarxist terrorizmi daxildir. Bu gərginlik mühitinin zirvəsi 1919-cu ildən 1920-ci ilə qədər baş tutan terror aktları və məhkəmələrdir. Bolşevizm və ABŞ-da kommunist inqilabı təhlükəsi ölkənin yaşadığı sosial narazılıq dalğasını, 1919-cu ildə Çikaqo irqi iğtişaşları kimi bununla əlaqəli olmayan hadisələrlə izah etmək üçün bir arqument kimi istifadə edilmişdir.
Aqrar Tədarük və Təchizat
"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. == Cəmiyyətin İdarə Heyəti == "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. == Cəmiyyətin vəzifələri == "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; == Fermerlər və satınalan təşkilatlarla əməkdaşlıq == "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. === “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı === “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemidir. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir: Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək elektron portalda yerləşdirirlər.
Ulduz müharibələri: I Epizod – Gizli təhlükə
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Azərbaycanda YUNESCO-nun təhlükə altında hesab etdiyi dillərin siyahısı
Azərbaycan dilləri dörd dil ailəsinəndə təzahür edir:Hind-Avropa, Altay, Kartveli, Naxç-Dağıstan. Azərbaycanda ən yayqın dil Azərbaycan dilidir. 2009-cu il məlumatına görə ümumi əhalinin 98,6 % bu dildə sərbəst danışa bilir. Xarici dillərdən isə Rus dili və İngilis dili ən geniş anlaşılanıdır. Üstəlik burada az saylı talış, avar, ləzgi, saxur, tat, kürd, gürcü, udin xalqlarının nümayəndələri müvafiq dillərdə danışırlar. Dağ yəhudiləri Dağ yəhudiləri dilindən istifadə etsələrdə son zamanlar miqrasiya və modernizasiya ilə əlaqəli olaraq unudulur. == Dillər == Azərbaycan Respublikasının Konstitusiyasına görə rəsmi dil Azərbaycan dilidir. Konstitutsiyasıyaya görə dövlət rəsmi dilə yanaşı digər dillərin inkişafını təmin edir. === Rəsmi dil === Azərbaycan Respublikasında rəsmi dil Azərbaycan dilidir. Ölkədə tədris, siyasət, elmi, mədəni və digər sahələrdə əlaqə bu dillə təmin edilir.
Haluk Bilginer
Nihat Haluk Bilginer (5 iyun 1954, İzmir), Türk aktyor ve teatr direktoru.
Haluk Levent
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Haluk Ləvənt
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Ahmet Haluk Dursun
Əhməd Haluk Dursun (türk. Ahmet Haluk Dursun; 1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarixçisi və bürokratı. == Təhsili və akademik karyerası == Əhməd Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türkiyə Cümhuriyyətinin Yeni dövr və Tarix bölməsinindən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil fakültəsində işə başlayıb. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. == Vəzifələri == İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi.
Şükrü Haluk Akalın
Şükrü Haluk Akalın (22 yanvar 1956, Adana) — 15 aprel 2001-ci ildən 12 yanvar 2012-ci il tarixinə qədər Türk Dilləri Dərnəyinin prezidenti vəzifəsini icra etmişdi. Qurumda keçirilən mətbuat konfransında Akalın vəzifəsindən könüllü olaraq xitam verildiyini və Hacettepe Universitetində müəllim vəzifəsinə qayıtdığını bildirdi. İlk və orta təhsilini Adanada bitirdikdən sonra İstanbuldakı liseydə təhsilini davam etdirmişdi.. Orta məktəb illərində Son Havadis və Yeni İstanbul qəzetlərində müxbir olaraq çalışmışdır. 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdikdən sonra doktorantura təhsilini eyni şöbədə davam etdirmişdi. 1987-ci ildə doktorluq dissertasiyasını Saltuk-adı I (İcmal — Mətn) adlı tezisi ilə almışdır. 1989-cu ildə Çukurova Universiteti Fən-Ədəbiyyat Fakültəsi "Türk dili və Ədəbiyyatı" kafedrasına dosent təyin edildi. Eyni bölmədə 1990-cı ildə Türk Dili dosenti və 1996-cı ildə professorluq adını qazanmışdı. Çukurova Universitetində Türk dili kafedrasının müdiri vəzifəsində, Eyni Universitetin Türkoloji Araşdırma Mərkəzinin direktoru vəzifəsini də icra etmişdi. 1995-ci ildə rəsmi qəzetdə 15 aprel 2001-ci ildə dərc edilmiş üçtərəfli sərəncamla Elmi Komitənin baş üzvü seçildi və Türk Dili Birliyinin prezidenti təyin edildi.
Əhməd Haluk Dursun
Əhməd Haluk Dursun (türk. Ahmet Haluk Dursun; 1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarixçisi və bürokratı. Əhməd Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türkiyə Cümhuriyyətinin Yeni dövr və Tarix bölməsinindən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil fakültəsində işə başlayıb. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi.