TƏHLÜKƏ

TƏHLÜKƏ [Xacə:] Padşah, nə qədər ki, onlar sağdır, sizi təhlükə gözləyir (A.Şaiq); XATA (dan.) Kəndlilərdən biri: Əgər əlimizdən xata da çıxsa, biz elə eləmərik ki, bir yad adam bizim işimizdən xəbərdar olmasın (C.Məmmədquluzadə); XƏTƏR Yaxşı ki, yolda xətər toxunmayıb (X.Hasilova); UÇURUM Yolumda zülmət var, uçurumlar var (Ə.Cavad); VƏXAMƏT (köhn.) Sitarə: Gün-gündən halım kəsbi-vəxamat edir (A.Şaiq); VƏRTƏ Boz at, səni sər tövlədə bağlaram; Əgər bizi bu vərtədən qurtarsan (“Qaçaq Nəbi”); XATA-BALA, FACİƏ (bax), QƏZA (bax).

TƏHLİL
TƏHLÜKƏLİ

Digər lüğətlərdə