Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Temirxan-Şura
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı.
Əvəz Temirxan
Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir. 2024-cü il növbədənkənar parlament seçkilərində Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmaq istəsə də, o bəzi problemlərlə qarşılaşmışdır.
Temirxan-Şura dairəsi
Temirxan-Şura dairəsi (rus. Темир-Хан-Шуринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1867–1922-ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Temirxan-Şura şəhəri idi.
Bəzirxana
Bəzirxana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zar kənd Sovetindən Vəzirxana kəndi Əli Bayramlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Azərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kotan toxumu" mənasında işlənir. Oykonim "kətan vağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olmuşdur. Digər bir yerli məlumata görə bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür.
Təndirxana
Bəzirxana (Şörəyel)
Bəzirxana — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.1590-cı ildən mə'lumdur Rayon mərkəzindən 11 km məsafədə, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında yerləşir. == Toponimi == Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı "bəzir" sözünə xana sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur. Azərbaycan dilində keçmişdə zəyərək bitkisindən alınan və çiraqda yandırılan yağa bəzir deyilirdi. Bu yağ kətan yağı da adlanırdı. Bəzirxana "bəzir yağı istehsal olunan yer" mə'nasındadır. Məsələn, 1727-ci ilə aid mənbədə Sisyan nahiyəsinin Dulus, Pirnaqut, Dəstəgird və b. kəndlərində bəzirxanaların olduğu qeyd olunmuşdur Azərbaycanda Qax rayonunda Vəzirçal dağının, Tərtərçayın sol qolu Bəzirxana çayının, XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Bəzirxana kəndinin adları ilə eynidir.
Bəzirxana abidəsi
Bəzirxana abidəsi — Sədərək rayonunun Sədərək kəndinin şimal-qərbində, Köhnə Kərki kəndi yaxınlığında orta əsrlərə aid karxana-arxeoloji abidə. 1960-cı illərdə burada yerin altından nəhəng zəyərək daşı tapılmışdır. Mütəxəssislərin fikrincə, XII əsrə aid edilən, diametri 3 m-dən artıq olan və dəyirman daşı formasında hazırlanmış həmin daşdan Bəzirxanada müxtəlif bitkilərin, xüsusilə zəyərəyin yağını çıxarmaq üçün istifadə edilmişdir. Bu məqsədlə Bəzirxana daşı, yaxud zəyərək daşı adlanan həmin daş qoşqu heyvanı vasitəsilə hərəkətə gətirilirdi. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 43.
Şəmşirxana (Ərdəbil)
Şəmşirxana (fars. شمشيرخانه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (7 ailə).
Fatih Əmirxan
Fatih Əmirxan - əsil adı isə Muhəmmədfatih Zarif oğlu Əmirxanovdur. Tatar dilində isə adı tatar. Fatıyx Əmirxan-dır. O, 1 yanvar 1886 Kazanda anadan olub və 9 mart 1926 həmin şəhərdə rəhmətə gedib. Fatih Əmirxan Tatarıstanın məşhur yazıçısı və publisistidir == Tərcümeyi-halı == Fatih Əmirxan 1 yanvar 1886-cı ildə Yeni Tatar kəndində anadan olub. Onun atası "İske Taş" məscidinin imamı idi. Yazıçı ö dövr üçün məşhur olan medresede təhsil almışdır. 1905-1907-ci illərdə Moskvada çap olunan "Tərbiyə-ətfal" (Cavanları maarifləndirək) qəzetinin baş katibi olmuşdur. 1907-ci ildə o Kazanda gündəlik qəzet olan "EL-İslax" nəşr elətdirir. 1909-cu ildə tatar dilində bir çox kiablarının tərcüməsi ilə məşğul olur.
Əmirxan Babayev
Əmirxan Xəlilov
Əmirxan Xəlilov — professor. 23 fevral 1937-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) şəhərində anadan olmuşdur. Orta məktəbi Marneuli (Sarvan) şəhərində bitirmiş, 1956-1961-ci illərdə BDU-da təhsil almışdır 1961-ci ildə BDU-nu bitirmişdir 1968-ci ildə “Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə “Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir 1971-ci ildən dosent, 1988-ci ildən etibarən professor elmi adlarını almışdır 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş və 1968-ci ildə bitirmiş, elmi işçi vəzifəsində işləmişdir. 1970-ci ildən BDU-da “Rus ədəbiyyatı tarixi”, “Türk və şərqi slavyan xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı” kafedralarında çalışmışdır “Rus ədəbiyyatı” və “dünya ədəbiyyatı” fənlərindən mühazirələr oxuyur. 170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. 3 elmlər namizədi yetişdirmişdir. Məmməd Araz adına “İti qələm” mükafatı laureatı adını almışdır. Filologiya, tənqid və ədəbiyyatşünaslıq Riqa və Daşkənddə (1975-1976-cı illər) ədəbi-elmi konfranslarda məruzə ilə çıxış etmişdir "Məmməd Araz və çağdaş Azərbaycan poeziyası" "Sergey Yesenin şərq-qərb kontekstində" "Əliağa Kürçaylının poetik tərcümələri" "Asif Asimanın söz asimanı" "Şair Zəlimxan Yaqub və müasir Azərbaycan poeziyası" "Cəfər Cabbarlı: sənət və sənətkarlıq". Bakı.
Əmirxan türbəsi
Culfa rayonun Xanəgah kəndində zəmanəmizədək gəlib çatan memarlıq abidələrindən biri də Əmirxan türbəsidir. Əlincəqalanın yerləşdiyi Əlincə dağının şərq yamacında XV yüzillikdə inşa edilmiş türbə zaman keçdikcə yağış və qar sularının yuyub gətirdiyi lillə dolmuş və demək olar ki, torpağın altında qalmışdı. Abidə 1978-ci ildə ərazidə təsərrüfat işləri aparılarkən təsadüfən aşkar olunmuş, içərisi və ətrafı torpaqdan təmizlənmişdir. Abidə kiçik istisnalar nəzərə alınmazsa demək olar ki, tamamilə salamat vəziyyətdə qalmışdır. Bina planda dördbucaqlı formasındadır. Üstü iri həcmli günbəzlə örtülmüşdür. Elə abidənin əhəmiyyətli hissəsi də qırmızımtıl rəngli bişmiş kərpicdən inşa edilmiş bu günbəzli örtmədir. Azərbaycan memarlığının Naxçıvan məktəbinə mənsub usta tərəfindən inşa edilmiş abidənin kvadrat əsasdan günbəzə keçid sistemi çox yüksək səviyyədə həll olunmuş, bu zaman memarın yüksək sənətkarlığı və məharəti özünü qabarıq şəkildə göstərmişdir. Memar bunu künc trompları vasitəsilə həll etməklə, bu adi künc trompların daxili quruluşunun mükəmməl formasına nail ola bilmişdir. Trompları birləşdirən yelkənlər müəllif tərəfindən olduqca orijinal halda – stalaktitə bənzər həll olunmuşdur.
Təmizxan (film, 2002)
Təmizxan filmi (ing. Thamizhan) — Rejissor Məcid tərəfindən 12 aprel 2002-ci ildə kinoteatrlara verilən,Tamil dilində çəkilən Hindistan detektiv komediya filmidir.Hindistanın ilk detektiv komediya filmi adını alan Təmizxan filminin baş rolunu Vicay və Priyanka Çopra oynayır.Bu film Priyanka Çopranın çəkildiyi ilk filmdir.Çopra çox maraqlı debüt edib. Filmin çəkilişləri 2001-ci ildə başlayıb.Priya rolu üçün Triputasami gətirilir.Lakin,həmin vaxtlarda o,ağır qəza keçirir.Buna görə də,Priya roluna 2000-ci ilin Dünya Gözəli Priyanka Çopra gətirilir.Bu film onun ilk filmi olur. Surya problemləri qanuni yolla düzəldən,lakin,təmizlik xəstəsi olan vəkildir.Ona görə də,ona Təmizxan deyirlər.O,İş başında Priya adlı bir gözəl qıza vurulur.Ədalətli mühakimə etməkdə onun kimisi olmayan qaynanası Şaktivel öldürülür.Suryanın bacısı Caya cinayətkarların əlində acınacaqlı bir sonluqla qarşılaşır.Surya isə yeraltı başçıların suallarını inkar edir.Priya isə cinayətkarların başçısının qızıdır.Surya Priyayla evlənmək və cinayətkarları öldürmək planını fikirləşir.Hər hind filmi kimi bu film də xoşbəxt sonluqla-evliliklə bitir. İstehsalçı:Venkateşvaran Rejissor:Məcid Ssenari müəllifi:Çandrasekar Əsərin müəllifi:Məcid Bəstəkar:İmman Kinematoqrafiya:Ekambaram Redaktor:Vicayan Şirkət:GV Films Vaxt:162 dəqiqə İlk baxış tarixi:12 aprel 2002 Dil:Tamil Ölkə:Hindistan Vicay-Surya Priyanka Çopra-Priya Nassar-Şaktivel Revathi-Caya Puca-Şaktivelin qızı Vivek-Nandakumar Aşiş Vidyarti-Vidya Delhi Qaneş-Lakşminarayanan Vinu Çakravarti-vəkil Bhaşkar-Qaneşan Minnal Dipa-Priyanın sevgilisi Balaci-Suryanın dostu Çaruhasan Purnam Vişvinatan Besant Ravi Vinsent Roy Muthukalayi-sürücü Bayilvan Raqnatahan Film tənqidçilər tərəfindən xoş qarşılandı.Əsasən də,Çopra bəyənildi.Caya rolunu oynayan Revathidən başqa bütün rollar bəyənildi. Mahnılar İmman tərəfindən bəstələnib.İmman bu film çəkiləndə 17 yaşında idi və debüt edirdi.Filmdə mahnılardan birini həqiqətən də,Priyanka Çopra oxuyub.