TEMİRXAN

bax: Teymur və Xan; möhkəm, sarsılmaz hökmdar.
TEMİR
TEMUÇİN
OBASTAN VİKİ
Temirxan-Şura
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı.
Əvəz Temirxan
Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir. 2024-cü il növbədənkənar parlament seçkilərində Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmaq istəsə də, o bəzi problemlərlə qarşılaşmışdır.
Temirxan-Şura dairəsi
Temirxan-Şura dairəsi (rus. Темир-Хан-Шуринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1867–1922-ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Temirxan-Şura şəhəri idi.