Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi == Ümumi məlumat == Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. == Maillik dərəcələrinin seçilməsi == Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. == Maillik xəritələrin əhəmiyyəti == Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.
Minik avtomobillərinin tərtibatı
Minik avtomobili kimi bir motorlu nəqliyyat vasitəsinin tərtibatı ümumiyyətlə mühərrikin və idarə olunan təkərlərin mövqeyi ilə müəyyən edilir. Tərtibatlar təxminən üç kateqoriyaya bölünə bilər, ön təkərdən çəkməli, arxa təkərdən çəkməli və dörd təkərdən çəkməli. Praktikada bir çox fərqli mühərrik mövqeyi və idarə olunan təkər birləşmələri mövcuddur və hər birinin mövqeyi avtomobilin istifadə ediləcəyi tətbiqdən asılıdır. == Tərtibatlar == FF = Qabaqda mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FR = Qabaqda mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı MF = Ortada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FMR = Ön ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RMR = Arxa ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RR = Arxada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RF = Arxada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı F4 = Qabaqda mühərrik, dörd təkərdən çəkiş tərtibatı M4 = Ortada mühərrik, dörd təkərdən çəkiş tərtibatı R4 = Arxada mühərrik, dörd təkərdən çəkiş tərtibatı == Mühərrik mövqeyi == Qabaqda mühərrik; Ortada mühərrik; Arxada mühərrik.
Sərtib xan məscidi
Sərtib xan məscidi — XIX əsrdə İrəvanda fəaliyyət göstərən 8 məsciddən (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi) biri == Haqqında == XIX əsrin I yarısında Şəhər hissəsinin Şeyxülislam küçəsində (sonralar, XX əsrin əvvəllərində Pənahxan küçəsi adlandırılır) yerləşən məscidin yaxınlığında Sərtib xanın evi və sonuncu İrəvan xanı Hüseynqulu xanın həyat yoldaşı Hacı Bəyimin mülkü olub. == Tarixi == İrəvan şəhərinin texniki vəzifəsində çalışmış B. Mehrabov 1906–1911-ci illərdə şəhərin planını və oradakı memarlıq abidələrinin siyahısını tərtib etmişdi və planda məscidin yerləşdiyi küçə artıq Rüstəm xan küçəsi ilə Pənah xan küçəsinin kəsişməsində qeyd edib. Onun siyahısında İrəvanda mövcud olmuş 8 məsciddən biri kimi Sərtib xan məscidinin də adı çəkilir. 1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Sərtib xan məscidində Osmanlıdan qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar. Məscid 1980-ci illərdə dağıdılmışdır. Məhv edilmiş məscidin yazıları haqqında istər elmi ədəbiyyatlarda istərsə də arxiv materiallarında heç bir məlumata rast gəlmək mümkün deyil. Məscidin yerləşməsini dəqiq göstərən Mehrabov planının Coğrafi İnformasiya Sistemində inteqrasiyası nəticəsində yerləşdiyi məkan və koordinatları da əldə edilmişdir. Hazırda məscid yerləşən ərazidə (Tragrichner küç. 8) hündür binalı yaşayış evi yerləşir. == Məscidin adı == Sərtib – ordu, qoşun komandanı və general kimi mənalarda işlədilir.
Hərtiz
Hərtiz, Hərtis — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Hərtis kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi öz adını ərazidəki Hərtis dağının adından almışdır.
Tərtus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. == Tarixi == Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Təzhib
Təzhib sözü ərəbcə “zəhəb” (qızıl) kökündən yaranıb, “qızıllamaq, qızıllaşdırmaq” mənasına gəlir. Cəm şəklində “təzhibat” isə “qızılla bəzəmələr” deməkdir. Türk və İslam dünyasında yaranmış məşhur incəsənət növlərindən biridir. Təzhib sənətilə məşğul olan insanlara müzəhhib/müzəhhibə deyilir. == Təzhibin tarixi == İslamın yaranması və yayılması ilə başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə yanaşı tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhibləyən isə Həzrəti Əli olmuşdur.
Mərib
Mərib (ərəb. مأرب‎) — Yəməndə şəhər. == Tarixi == Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür . Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi. Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir . Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km.
TƏBİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. == Tarixi == "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. == Fəaliyyət istiqamətləri == TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Atmosferin tərkibi
== Atmosfer == Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. == Atmosferin tərkibi == Tərkibində su buxarı olmayan hava quru hava adlanır. Yer səthi yaxınlığında quru hava 99% azotdan (78% mol miqdarına görə və 76% kütləyə görə) və oksigendən (21% mol miqdarına görə və 23% kütləyə görə) ibarətdir. Hər iki qaz yer səthi yaxınlığında atmosferin tərkibinə ikiatomlu molekul (N2 və O2) şəklində daxildir.
Ağkənd (Tərtər)
Ağkənd, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi adlandırılmışdır.Ağkənd kəndi İncəçayın sahilindədir. XX əsrin 20-ci illərində bir qədər yerini dəyişdiyindən Təzəkənd də adlanıb.
Bayandur (Tərtər)
Bayandur — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Bayandur Tərtər rayonunun Səhlaabad inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmış Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933-cu ildə Bərdə rayonunun Xoruzlu və Güloğlular inzibati ərazi vahidilərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır. == Tarixi == Bayandur kəndi 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra Laçının Bayandur və Minkənd kəndlərindən köçüb gələn bayandur tayfasından olanlar tərəfindən salınmışdır. Amma bu tayfadan olanlar artıq 1905-ci ildən Tərtərə köçməyə başlamışdılar. 1920-ci ildəki köç zamanı tayfa təmsilçiləri içərisində yaranan bölünmə nəticəsində Tərtər çayının hər iki sahilində yurdlar salınmışdır.
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. == Məqsədlərə görə == Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). == Tarixi == Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Borsunlu (Tərtər)
Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir. == Mədəniyyəti == Əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir. Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər. == Coğrafiyası və iqlimi == Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. == Əhalisi == Kənddə 300-ə yaxın ailə yaşayır,1500-ə yaxın əhalisi var.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Düyərli kəndi Qarabağ düzündədir.
Dəmirli (Tərtər)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Erməni silahlı qüvvələrinin işğalı altındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Dəmirçilər (Tərtər)
Dəmirçilər — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Dəmirçilər Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. "Xan arxı" adlanan məşhur arx Dəmirçilər kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Dəmirçilər kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür.
Evoğlu (Tərtər)
Evoğlu — Azərbaycan Respublikasının Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Qarabağ düzündədir. Etnotoponimdir. Səlcuq oğuzlarının ivə/yivə tayfa adından və etnonim yaradıcılığında iştirak edən oğlu (nəsli) komponentindən ibarətdir. 1823-cu ilə aid bir sənəddə yalnız Ağdam rayonundakı Evoğlu kəndinin adı çəkilir və bildirilir ki, bu nəsil Qaradağlı tayfasına mənsubdur. Qaradağlılar isə kəngərlilərin qaraxanlı tayfasının bir qoludur. Bu sənədə əsasən məlum olur ki, Tərtər rayonundakı Evoğlu kəndini sonralar Ağdamın eyniadlı kəndindən köçmüş ailələr salmışlar. Vaxtilə qızılbaşlar, sonralar isə Şahsevən tayfa birləşməsinə daxil olan evoğlular Səfəvilər dövlətinin siyasi və ictimai həyatında müəyyən rol oynamışlar. Odur ki, hazırda Cənubi Azərbaycanın Xoy Şəhristanında 32 kəndi əhatə edən Evoğlu dehistanı mövcuddur.. Evoğlu adının yaranması barədə müxtəlif fərziyələr var.
Hacallı (Tərtər)
Hacallı — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Soyulan kəndi Qarabağ düzündədir.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Həsənqaya (Tərtər)
Həsənqaya — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Həsənqaya kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmış adı Buruc olmuşdur. Yaşayış məntəqələri Həsənqaya adlı yerdə salındığına görə belə adlandırılmışdır. == Tarixi == Həsənqaya kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənqaya kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı erməni işğalçılarından azad edilib. 2008-ci ilin mart ayında Erməni silahlı qüvvələri 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsini pozması nəticəsində bu kənd istiqamətində də şiddətli döyüşlər olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər öldürülüb.
Kəbirli (Tərtər)
Kəbirli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı ilə Tərtər rayonunun Kəbirli kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü. Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir.Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur. Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur. Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b. Digər məlumata görə Kəbir eli Qərvəndli Kəbirlisi və Xoruzlu Kəbirlisinə ayrılır.
Kəngərli (Tərtər)
Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonimlər peçeneqlərin tərkib hissəsi olan qədim türk mənşəli kəngərli tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, eramızın əvvəllərində Hündürlüyüların tərkibində Cənubi Qafqaz ərazisinə gəlmiş kəngərlər Azərbaycan ərazisində əsasən iki zonada — Naxçıvanda və Azərbaycanın qərbində məskunlaşmışlar. V əsrə aid mənbədə kəngərlərin Ermənistan-Albaniya sərhədində, Albaniyanın q. sərhədində və indiki Qukasyan (Ermənistan) ərazisində yaşamaları göstərilir. Kəngərlər Ermənistan ərazisindəki Kəngər dağları (hazırda Qukasyan rayonu ərazisində Kəngərdağ adlı dağ var) ətrafından Kür vadisinə — Kəngər əyalətinə gəlmişlər. VII əsr erməni mənbəyinə əsasən, İberiyada (güman ki, Albaniyanın Gürcüstanla sərhədində) Kəngər əyaləti olmuşdur. Erkən orta əsrlərdə həmin zonada yaşayan qazaxların tayfa birliyinə kəngərli tirəsi də daxil idi.
Hertia
Hertia (lat. Hertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hertia alata (Thunb.) Kuntze Hertia angustifolia (DC.) Kuntze Hertia cheirifolia (L.) Kuntze Hertia ciliata (Harv.) Kuntze Hertia cluytiifolia (DC.) Kuntze Hertia intermedia (Boiss.) Kuntze Hertia kraussii (Sch.Bip.) Fourc.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. == Tarixi == Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. == Konstruksiya == Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. == Bina == Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Tetris
Tetris (rus. Тетрис) — Aleksey Pajitnov tərəfindən yaradılan kompüter oyunu. İctimayətə 6 iyun 1984-cü ildə təqdim edilib. İlk dəfə Çin xalq respublikasında buraxılıb.
Tırtıl
Tırtıl — lepidoptera (kəpənəklər) sırasından böcək sürfəsi. Kəpənəyin və bir güvənin sürfəsi. Təxminən 2–3 həftədən sonra tırtıl kokos halına gəlir və başqa 2 həftədən sonra pupaya çevrilir. Sonra böyüdülmüş qanadları olan bir tırtıl görünür. Tırtıl, xüsusilə toxuculuq sənayesində zərərvericilər kimi tanınır. Bir növ tırtıl Uzaq Şərqdə ipək məhv edir, ipəkqurdu kimi tanınır. Bədən bir baş, üç döş və on qarın seqmentindən ibarətdir. Baş güclü sklerotlaşdırılmış bütövlərə malikdir; bədənin qalan hissəsi böyük skleritlər olmadan çox hissəsində yumşaqdır. Bədəndə, fərdi ailələrə, cinslərə və hətta növlərə xas olan, qəti şəkildə müəyyən edilmiş bir şəkildə yerləşən setlər inkişaf etdirilir. Bu ilkin cütlərə əlavə olaraq, yaşlı yaşlarda, bir çox açıq canlı formada ikincil silsilələrin sıx bir örtüyü inkişaf edir (ayıların alt ailəsinin nümayəndələrinin tırtıllarında ən güclü).
Ertil
Ertil — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Alpaqut (termin)
== Tarixcə == "Alpaqut" (Alpagut, Alpağut, Alpaq, Alpat və s.) kəlməsinin tarixdəki ilk Türk Dövləti olan Hunlardan bu tərəfə istifadə edildiyi təsbit olunmuşdur. Uyğurlarda "Döyüşçü" mənasında istifadə olunurdu. Hunlarda isə Ordu Komandiri, indiki Hərbi General mənasında işlədilirdi. Sonunda; "Alpaqut" kəlməsi əsgərliklə bağlı olmuş, "cəsur", "igid" və "döyüşçü" mənasını verir. Daha sonrakı illərdə bu kəlməyə Türk tayfalarının adlarıı olaraq Anadoluda Alpaqut Türkləri kimi rastlanmışdır. "Alpaqut Türkmənlərinin" əsl yerləşdiyi məkan Azərbaycanın Şirvan bölgəsidir. Lakin, zaman keçdikcə, özəlliklə Osmanlı Dövləti Azərbaycanı itirəndən sonra Alpaqut Türkmənlərinin bəzi qrupları köç edərək Anadoluya, hətta Balkanlara qədər yerləşmişdilər. Yerləşdikləri bir çox yerlərə isə öz adlarını verməyə başlamışdılar. Elazığ, Çorum, Bolu, Kastamonu, Bursa, Ankara, Kütahya, Çanqırı, Çanaqqala, Bilecik ve Kırklarelide "Alpaqut" adıyla olan bir çox məkanlar vardır. Bugün kənd və qəsəbə adları xaricində bəzi ailələrin soyadları olaraq da rastlanmağı təsadüfi deyildir.
Bertil Qustav
Şahzadə Bertil (28 fevral 1912-5 yanvar 1997) — 1912-ci il 28 fevralda səhərəyaxın saat 5:30 radələrində anadan olmuşdu. O anadan olanda öz anası tərəfindən əmizdirilmişdi, bununla o illik dayə ənənələrini pozmuşdu. == Həyatı == 16 yaşında Bertil Chrysler model bir maşın sürərkən dostları ilə birlikdə qəza törətdi, dostlarından biri vəfat etdi. Sürücülük vəsiqəsi olmayan şahzadə cərimə olundu. 1955–1964-cü illərdə Londonda hərbi attaşe olan Bertil orda Lilian Deyvis ilə sevgili oldu amma bu münasibətdən çox az adam xəbərdar idi. Lilian ilə evlənəndə şahzadəliyin bitəcəyini bilən Bertil onunla sadəcə sevgili oldu. Lakin qardaşının ölümündən sonra taxtın tək varisi olduğu üçün onun üçün istisna təşkil olundu. Yeni kral XVI Karl Qustav onların evliliyini qəbul etdi. Çünki özünün də övladı yox idi və bu halda vəliəhd şahzadə Bertil olurdu. Lakin XVI Karl daha sonra övlad sahibi oldu.