Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təvaf namazı
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun. Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir. Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir. Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir. Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.
Təhrif
Təhrif — hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Təvil
Təvil (Vərziqan)
Məcmu təklif
Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır: Resurs qiymətləri; Texnalogiya; Gözləntilər. İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır. Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.
Tovsif Məmmədov
Məmmədov Tovsif Muxtar oğlu (22 mart 1929, Astara – 21 oktyabr 2013, Bakı) — texnika elmləri doktoru, professor. Məmmədov Tovsif Muxtar oğlu 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1952-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1962-ci ilə qədər "Buzovnaneft" NQÇİ-də neft hasilatı üzrə usta köməkçisindən mədən rəhbərinə qədər vəzifələrdə işləmişdir. 1962-1972-ci illərdə "Azneft" İB-nin Quyuların sınağı və əsaslı təmiri idarəsində baş mühəndis olmuşdur. 1967-ci ildə "Köpük reagentlərinin tətbiqi ilə neft quyularının məhsuldarlığının artırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1983-cü illərdə "Suraxanıneft" NQÇİ-də baş mühəndis, 1983-1992-ci illərdə isə "Binəqədineft" NQÇİ-də rəis işləmişdir. 1981-ci ildə "Karbohidrogen məhlullarının və onların emulsiya sistemlərinin neft laylarına təsir üçün tətbiqinin nəzəriyyə və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə neft və qaz sənayesi işçilərinin Elmi texniki cəmiyyətinin İdarə heyətinin sədri olmuşdur. 1983-1994-cü illərdə AzNKİ-da "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru idi. 1992-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi vəzifəsində işləmişdir.
Təklif iqtisadiyyatı
Təchizata əsaslanan iqtisadiyyat, və ya təklif iqtisadiyyatı (ing. supply-side economics) — makroiqtisadi nəzəriyyə, buna görə malların və xidmətlərin istehsalında (tədarükü) maneələrin azaldılması, yəni vergilərin azaldılması və dövlət tənzimləməsinin yaratdığı qadağaların qaldırılması yolu ilə iqtisadi böyümənin effektiv şəkildə stimullaşdırıla biləcəyi. Bu vəziyyətdə istehlakçı daha aşağı qiymətə daha çox mal və xidmət alır. Vergilər 100% mənfəətdirsə, istehsal zərərlidir və vergi gəlirləri sıfıra enir, sanki vergi dərəcəsi sıfıra bərabərdir. Maksimum vergi yığımı, vergi səviyyəsinin müəyyən bir ara dəyərində 0 ilə 100% arasında mümkündür. Bu səbəbdən həm vergi nisbətində artım, həm də azalma vergi yığımlarının artmasına səbəb ola bilər və vergi siyasətindəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün hesablamalar aparılmalıdır. Məsələn, 2003-cü ildə ABŞ Konqresinin Büdcə Ofisi vergi yükünün azalacağı gözlənilən zaman vergi gəlirlərinin dəyişməsini proqnozlaşdırmaq üçün araşdırmalar aparmışdır. Hesablama modellərinin əksəriyyətində eyni nəticə əldə edilmişdir: vergilərin o dövrdə mövcud olan səviyyədən endirilməsi vergi yığımlarının artmasına səbəb olmayacaqdır Əslində, tədarük tərəfli iqtisadiyyat termini 1970-ci illərdə ortaya çıxdı və qurucuları məşhur iqtisadçılar Robert Mandell və Artur Laffer hesab olunurlar. Təchizat iqtisadiyyatının inkişafı 1970-ci illərdə ABŞ nəzəriyyəsinə əsaslanan ABŞ və digər Qərb ölkələrindəki iqtisadi siyasətin uğursuzluğuna cavab olaraq başladı. M. Keyns.
Təklif qanunu
Təklif qanunu — digər amillər sabit qalmaq şərti ilə, əmtəənin qiyməti enəndə təklifin həcminin azalması, əksinə qiymət yüksələndə isə təklifin həcminin artmasını əks etdirir.
Təklif şoku
Təklif şoku — məhsul və ya xidmətin və ya ümumiyyətlə mal və xidmətlərin tədarükünü birdən-birə artıran və ya azaldan bir hadisədir. Bu qəfil dəyişiklik bir malın və ya xidmətin tarazlıq qiymətini və ya iqtisadiyyatda ümumi qiymət səviyyəsini təsir edir. Qısamüddətli perspektivdə iqtisadiyyat səviyyəsində mənfi təklif şoku ümumi təklif əyrisini sola doğru dəyişəcək, hasilatı azaldacaq və qiymət səviyyəsini qaldıracaq. Məsələn, neft embarqosu, mənfi təklif şoku yarada bilər, çünki neft geniş çeşidli malların istehsalında əsas amildir. Təklif şoku, bahalaşan qiymətlər və istehsalın azalması ilə əlaqəli stagflyasiyaya səbəb ola bilər. Qısamüddətli perspektivdə iqtisadiyyat miqyasında pozitiv təklif şoku ümumi təklif əyrisini sağa doğru dəyişəcək, istehsalı artıracaq və qiymət səviyyəsini aşağı salacaq . Müsbət tədarük şoku, istehsalın daha səmərəli olmasına və bu səbəblə də istehsalın artmasına səbəb olan texnoloji bir irəliləyiş (texnoloji şoku) ola bilər. Sağdakı diaqram mənfi təklif şokunu göstərir; Başlanğıc mövqe A nöqtəsindədir və P1 qiymət səviyyəsində Y1 çıxış miqdarı istehsal edir. Təklif şoku olduqda, bu ümumi təklifə mənfi təsir göstərir: təklif əyrisi sola (AS1-dən AS2-yə) doğru dəyişir, tələb əyrisi isə eyni vəziyyətdə qalır. Tələb və təklif əyrilərinin kəsişməsi indi hərəkət etdi və tarazlıq artıq B nöqtəsidir; kəmiyyət Y2-yə, qiymət səviyyəsi P2-yə qaldırıldı.
Təsnif (1969)
Film-konsertin əsasını təsnif muğamı ritmində xalq mahnıları təşkil edir. 1) 1970-ci ildə Kiyevdə keçirilən "Prometey-70" zona kinofestivalı Film Diplom almışdır.
Təvarə (Xoy)
Təvarə (fars. طوره‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Təklif əyrisi
Təklif əyrisi — satıcıların müəyyən bir müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyri. == Tərifi == K.R. Makkonnell və S.L. Bruya görə satıcıların müəyyən müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyridir. == Fərdi və məcmu təklif == Həm fərdi təklifi (müəyyən bir satıcıdan təklif), həm də təklifin ümumi məbləğini (bazarda mövcud olan bütün satıcıların təklifini) nəzərdən keçirmək mümkündür. İqtisadiyyatda əsasən məhsulun ümumi təklifi izah edilir. == Təklifin müəyyənediciləri == Təklifin dəyişməsinə, təklif əyrisinin sürüşməsinə səbəb olan amillər: resurs qiymətlərində, xammal və ya istehsalın maya dəyərinin dəyişməsi (artan məsrəflər təklifin azalmasına səbəb olur); texnologiyanın dəyişdirilməsi, məhsul tədarükünü artıran daha səmərəli istehsal müəssisələrinin yaradılması; digər, o cümlədən dəyişdirilə bilən malların qiymətlərində dəyişikliklər; vergilərdə və subsidiyalarda dəyişikliklər (artan vergilər xərclərin artmasına səbəb olur, bu da təklifi azaldır və əksinə); gözlənti perspektivlərinin dəyişməsi (qiymət artımı gözləntisi — təklif azalır; qiymətin azalması gözləntisi — təklif artır); təchizatçıların və istehsalçıların sayında dəyişiklik. == Təklifdə dəyişiklik == Təklifin müəyyənediciləri təklif əyrisini, təklifin artması sağa, təklifin azalması əyrini sola sürüşdürür. == Təklif miqdarında dəyişiklik == Təchiz edilən kəmiyyətin dəyişdirilməsi təklif əyrisinin bir nöqtəsindən digər nöqtəsinə keçmək deməkdir. Təklifin kəmiyyətini dəyişən və təklif əyrisi boyunca hərəkət edən amil sözügedən məhsulun qiymətindəki dəyişiklikdir.
Əhsənüt-təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. == Həsən bəy Rumlunun həyatı == Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Taif
Taif (ərəb. الطائف‎) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir. Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər, 1517-ci ilə qədər onun tərkibində qalır.
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Tərif (məntiq)
Tərif, definisiya (lat. definitio — "hədd, sərhəd") — sözün və ya ifadənin mənasını təsvir edən cümlə; onun müəyyən bir anlayışa (ümumi anlayış, cins, sinif) aid olduğunu vurğulamaq və adın müəyyən edildiyi sinifdəki fərqli xüsusiyyətini göstərməklə adın mahiyyətini açan (atributları) məntiqi əməliyyat. Beləliklə, tərif ümumi anlayışdan və xüsusi fərqdən və ya müəyyənedicidən ibarətdir. V. Boçarov və V. Markinə görə, tərif linqvistik ifadələrə (dil terminlərinə) ciddi şəkildə sabit məna verməkdən ibarət olan məntiqi prosedurdur . Konnotativ təriflər də adlandırılan intensional təriflər, arzu olunan şeyi müəyyən şeylər toplusundan fərqləndirmək üçün zəruri və kifayət qədər şərtləri müəyyən edir. İntensional tərif aşağıdakıları ehtiva etməlidir: obyektin xassələrinin təsviri, eyni dəstdən başqa obyektlərlə müqayisədə təyin olunanı fərqləndirən xüsusiyyətləri; çoxluqdan seçim qaydalarını göstərməklə terminin mənasını izah etmək; digər anlayışların digər tərifləri ilə müqayisədə ən yaxın anlayışın və fərqləndirici xüsusiyyətlərin göstəricisi. Ekstensional təriflər bu tərifin altına düşən bütün obyektlərin açıq siyahısına gəlir. Məsələn, "dünya müharibəsi"nin tərifini tarixçilərin "dünya müharibələri" olaraq təyin etdikləri bütün müharibələri sadalamaqla vermək olar. Ekstensional təriflər birbaşa (bütün obyektlər açıq şəkildə göstərildikdə) və ya dolayı ola bilər. Birbaşa ekstensional tərif bəzən sadalanan tərif adlanır.
Təvil (islam)
Quranın ezoterik interpretasiyası və ya təvil (ərəb. تأويل‎ ) — "Quran"ın alleqorik interpretasiyası və ya onun gizli, batini mənalarının axtarışı. Ərəbcə "təvil" sözü ilk istifadəsində adi təfsirlə sinonim idi, lakin onun ən əsas anlayışlarını ayırd etmək prosesi mənasına gəlmişdir. " Ezoterik "şərhlər adətən şərti (bu kontekstdə "ekzoterik" adlanır) şərhlərlə ziddiyyət təşkil etmir. Bunun əvəzinə, onlar "Quran"ın daxili məna səviyyələrini müzakirə edirlər. Hürufilik İsmaililər Qaf dağı Böwering, Gerhard. "The Major Sources of Sulamī's Minor Qurʾān Commentary". Oriens. 35. 1996: 35–56.
Təvil (Vərziqan)
Təvil (fars. طويل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (18 ailə).
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat, Teymurilər dövləti – 3 yanvar 1501, Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Tevin (Miyanə)
Tevin (fars. طوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 594 nəfər yaşayır (118 ailə).