Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neoseiulus tabularis
Neoseiulus tabularis (lat. Neoseiulus tabularis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Othonna arborescens var. tabularis
Othonna arborescens (lat. Othonna arborescens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Yeni Taular (Şaran)
Yeni Taular (başq. Яңы Таулар), rus. Новотавларово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 14 km, kənd sovetliyindən (Akbaris): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 48 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (61%), tatarlar (38%) üstünlük təşkil edir.
Atbulaq
Atbulaq (Hacıqabul) — Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Atbulaq — Əli Bayramlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd Atbulaq — Əli Bayramlı rayonununda dəmir yolu stansiyası. Atbulaq — Salyan rayonu ərazisində bulaq; Atbulaq — Əli Bayramlı rayonu ərazisində bulaq; Atbulaq — Lerik rayonunun Kəlvə kəndi ərazisində bulaq.
Kaqular
Kaqular (lat. Rhynochetidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kubular
Kubular — Sumatra adasının (İndoneziya) cənub-şərqində yaşayan xalq. İndoneziyanın qədim əhalisinin nəsilləridir. Özlərini "oranq-darat" ("torpaq adamları") adlandırırlar. Sayları 50000 nəfərdir. Dilləri İndoneziya dilinə yaxındır. Dindarları müsəlmandır, qədim animizm etiqadı da qalır. Tədricən oturaq həyata keçən kubular əkinçiliklə məşğul olurlar. == Ədəbiyyat == Зарубежная Азия. Юго-Восточная Азия. М.: 1979 (серия "Страны и народы").
Talalar
Talalar — Azərbaycan Respublikasının Balakən rayonunun Talalar kənd inzibati ərazi dairəsində kənd.
Tağılar
Tağılar (Bərdə)
Tubalar
Tubalar (öz dillərində tuba, tuba kiji / tuva kiji (yəni "tuba/tuva kişisi (insanı)"), və yış kiji (yəni "meşə, orman insanı") — Rusiyanın Altay Respublikasında yaşayan türk xalqı. Sovet dönəmində Tubalar xalqını altaylıların tərkibində göstərirdilər. 1926-cı ildə onları ayrıca xalq kimi qeyd etmişdilər. Rusiya Federesiyasının 24 mart 2000-ci il qərarına görə onları müstəqil xalq kimi qeydə aldılar. Tubalar dili türk dilləri ailəsinə aiddir.
Tulular
Tulu — Qədim türk boyu. Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Fabula
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır. == Növləri == Fabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır. Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır.
Tabule
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Tabuli
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Tatlar
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Tağlar
Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Atbulaq (Hacıqabul)
Atbulaq — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Atbulaq oyk. Hacıqabul r-nunun eyniadlı i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, düzənlikdədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi ədəbiyyatlarda Atabulaq variantında da işlənir. Əsl adı Atbulağıdır. Yaşayış məntəqəsinin ərazisi keçmişdə maldarlıqla məşğul olan elatların qışlaq yeri olmuşdur. Sonralar burada Mərəzədən köçmüş ailələr məskunlaşmışlar. Kənd öz adını vaxtilə heyvanları suvarmaq üçün burada qazılmış su quyusunun adından almışdır.
Atbulaq bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Talalar bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Talalar kilsəsi
Talalar kilsəsi və ya Nur kilsə — Balakən rayonu Talalar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XII-XIII əsrlərdə inşa edilmişdir. Talalar kilsəsi tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir. Qərb tərəfdən kilsə binasına bitişik inşa edilmiş iki mərtəbəli zəng qülləsi yerləşir. Prof. G. Məmmədova qeyd edir ki, kilsə XII-XIII əsrlərə aiddir. Gürcüstanın müxtəlif ərazilərində bu tip kilsələrin yayıldığını qeyd edən Gürcüstan alimi İ. Adamiya anoloji tikili kimi çar Qurgen tərəfindən inşa etdirilmiş İşxani kilsəsini nümunə göstərir. G. Məmmədova qeyd edir ki, tağtavanlı zal kilsələri və ya birnefli bazilikalar xristian dini memarlığının ən geniş yayılmış bina tipi olmaqla, bütün xristian ölkələrində, o cümlədən Cənubi Qafqazdakı hər üç xristian ölkəsində inşa edilirdi. İ. Adamiyanın gətirdiyi anologiyanı uğursuz hesab edən G. Məmmədova qeyd edir ki, plan nisbətləri, altar hissəsinin tərtibi, qapı və pəncərələrinin yerləşdirilməsi, interyerlərinin işlənməsi ilə İşxani kilsəsindən fərqlənir. Kilsə, tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir.
Tazılar (bürc)
Tazılar (lat. Canes Venatici) — 88 rəsmi müasir bürcdən biridir. 17-ci əsrdə Yan Qeveliy tərəfindən yaradılan kiçik bir şimal bürcüdür. Adı latın dilində "ov itləri" mənasını verir və bürc tez-tez təsvirlərdə qonşu bürc olan Naxırçı bürcünün itlərini təmsil etmişdir. Görünən ulduz ölçüsü 2.9 olan Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. La Superba isə çılpaq gözlə görünən ən qırmızı ulduzlardan və parlaq karbon ulduzlarından biridir. Canes Venatici-nin ulduzları parlaq deyil. Bürc klassik dövrlərdə Ptolemey tərəfindən hazırlanan ulduz kataloqunda Böyük Ayı bürcünün altındakı yararsız ulduzlar siyahısına salınmışdı. Orta əsrlərdə bu ulduzların Naxırçı bürcü ilə eyniləşdirilməsi səhv sistem nəticəsində ortaya çıxdı. Naxırçı bürcünün bəzi ulduzları ənənəvi olaraq dəyənəyə (yun.
Tağılar (Bərdə)
Tağılar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tağılar (Kəlbəcər)
Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub.
Tağılar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taşbulat (Əbyəlil)
Taşbulat kəndi (başq. Ташбулат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Taşbulat kəndinin milli tərkibi: başqırdlar 97 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 46 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. Zinnur Ahmadieviç Nurqalin — ədəbi tənqidçi, Başqırdıstab Elmlər Akademiyasının fəxri akademik (2002), filologiya elmləri doktoru (1984), professor (1985), BMSSR-in əməkdar elm xadimi (1978). Radik Safarqaleeviç Valmuhametov — rus müğənnisi, Başqıdıstanın xalq artisti (2003). Rinat Yumoroviç Ataullin — rəssam, Başqırdıstan Respublikasının əməkdar artisti (2010). 1991-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü. Совет муниципальных образований Республики Башкортостан.
Hsiao Tabuyan
Hsiao Tabuyan (çin. 蕭塔不煙; pinyin: Xiāo Tǎbùyān, ö. 1150-ci ildən sonra) ― 1143-1150-ci illərdə Qarakitayların qəyyumu və faktiki hakimi. Daha öncə dayısıoğlu Yelü Daşi (İmperator Deçonq) ilə evlənərək imperatriça olmuşdu və Qantian adı ilə tanınırdı. O, müsəlman mənbələrində Kuyanq və ya Orqina kimi tanınırdı. == Hakimiyyəti == Yelü Daşinin 1143-cü ildə ölümündən sonra o, kiçik oğlu Yelü Yilinin yerinə qəyyum kimi taxt-taca oturdu. O, həmçinin era adını dəyişdirdi və effektiv şəkildə idarə etməyə başladı. Növbəti il, 1144-cü ilin martında Oğuz tayfaları Buxaranı yenidən işğal etdilər və ehtimal ki, onu 1148-ci ilə qədər saxladılar. Həmin ilin sonunda Cin imperatoru Xiçonq özünün Çjanqe Hannu (粘割韓奴) adlı bir səfirini Tabuyana göndərdi və ondan imperatora tabe olmasını tələb etdi. Qəzəblənən Tabuyan isə onu əvvəlcə diz çökməyə məcbur edib, sonra edam etdi.