Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tart Taten
Tart Taten (fr. Tarte Tatin)Fransız alma piroqudur. Piroq bişmədən öncə alma yağda və şəkər tozunda qızardılır. Tədqiqatlara əsasən Tart Taten hotel olan 2 bacı Stefani (1838—1917) və Karolina (1847—1911)Taten tərəfindən 1880-cı illərdə hazırlanmışdır. Rəvayətə görə piroqu hazırlayan zaman Stefani xəmirdən forma hazırlamağı unudur və karamelli almaları forma kimi qoyur və xəmiri üzərinə tökür. Bəzi fikirlərə görə o piroqu əlindən salır və sonra necə gəldi toplayır. Belə bir fikir də mövcuddur ki, piroq Solon regionunun milli piroqudur və Stefani ona biraz dəyişikliklər edib. Bacılar heç vaxt tortu öz adlandırmayıblar və heç bir kulinariya kitablarında bunu qeyd etməyiblər. Bu piroqun məşhurlaşmasına səbəb Maxim restoranı olmuşdur. Belə ki, onlar bu piroqun dadına baxandan sonra onu menyularına əlavə etmişdirlər.
Viktor Taten
Viktor Taten (10 iyul 1843, Paris – 18 aprel 1913, Paris) — 1879-cu ildə ilk təyyarə modelinin yaradıcısıdır. Bu təyyarə öz gücündən istifadə etməklə pist üzərində hərəkətlənib havaya qalxan ilk model hesab olunur. Bu modelin qanad genişliyi 1.90 m, çəkisi isə 1.8 kq bərabər idi. Model iki pərvanə və sıxılmış hava mühərriki ilə təchiz olunmuşdu. Bu mini təyyarə Parisin Chalais-Meudon bölgəsindəki hərbi bazanın dairəvi uçuş-enmə zolağında mərkəzi nöqtəyə uçurulurdu. Öz gücüylə hərəkətə gəlməklə 8m/san sürətlə havaya qalxırdı. 1890-97 aralığında Taten və Çarlz Rişet buxar gücüylə çalışan və qanad genişliyi 6.6 m çatan yeni modeli ərsəyə gətirdilər. Bu modeiln çəkisi 33 kq çatırdı, bununla yanaşı ön və arxa pərvanələri var idi. Onlar bu modeli 140 m məsafə boyunca 18m/san sürətlə uğurla uçurmağa nail olur. Titan 1902-03-cü illərdə Mauris Malletlə Henri Deutş de la Meurte üçün Ville de Paris adlı zeplin ərsəyə gətirilməsi məqsədilə əməkdaşlıq edir.
Banten
Banten İndoneziyadakı Yava adasında ən qərbdə olan bölgədir. Onun əyalət paytaxtı Seranqdır. Vilayət Qərbi Yava və şərqdə Cakartanın xüsusi paytaxt bölgəsi, şimalda Yava dənizi, cənubda Hind okeanı və qərbdən Zond boğazını qonşu Sumatra adasından ayıran bölgədir. Bantenin əhalisi rəsmi olaraq, 2014-cü ilin əvvəlində 11,834,087 səviyyəsində, 2010-cu il siyahıyaalma zamanı 10,6 milyon nəfərdən çox olub. Əvvəllər Qərbi Yava əyalətinin bir hissəsi olan Banten 2000-ci ildə ayrı bir vilayətə çevrildi. Bölgə qonşu İndoneziyanın Sumatra adasına tranzit dəhlizdir. Tarixən Yava və digər İndoneziya arxipelaqının digərlərindən fərqli bir mədəniyyətə sahib idi. Son illərdə şimal yarısı, xüsusilə Cakarta və Yava dəniz sahilləri yaxınlığında bölgələr əhalinin və şəhərləşmənin sürətli artımını yaşadı, cənub yarısı isə xüsusən də Hind okeanı ilə üzbəüz, ənənəvi xarakterini daha çox qoruyur. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Banten haqqında səyahət məlumatları var.
Bautzen
Bautzen (alm. Bautzen‎, y.sorb Budyšin) — Almaniyanın Saksoniya bundeslandında şəhər. Sorbların "paytaxtı" hesab edilir. Rəsmi dili alman dilindən başqa həmçinin yuxarı sorb dilidir. Bautzenin yaxınlığında, Kleinwelk şəhərətrafında Dinozavrlar parkı yerləşir. Bautzen altı şəhər birliyinin üzvü olmuşdur. == Qardaşlaşmış şəhərlər == Almaniya, Vorms Almaniya, Heydelberq Çexiya, Yelenia Gura Polşa, Yablonets nad Nisou Fransa, Dreux == Şəkillər == == Xarici keçidlər == Vikianbarda Bautzen ilə əlaqəli mediafayllar var.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tarton
Tarton (fr. Tartonne, oks. Tartona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04214. 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 71.8%). Fəal olan 60 nəfərdən 55 nəfər (36 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Tatuin
Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir. Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır. Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.
Taurin
Taurin — yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu. Bədəndə təbii olaraq meydana gəlir. Taurin tez-tez kükürd tərkibli amin turşusu olaraq adlandırılır, lakin molekulda bir karboksil qrupu yoxdur. Heyvanların və insanların toxumalarında və ödündə az miqdarda mövcuddur. Qida əlavəsi və ya dərman olaraq istifadə olunur. Bədəndəki nevroloji funksiyaları və nevroloji əlaqə mexanizmini gücləndirir və tənzimləyərək antioksidləşdirici xüsusiyyətlər göstərir. Beyin zədələnməsindən sonra bədəndə taurin səviyyələri artılır, bunun səbəbi nevroloji olaraq qoruyucu olması və nevroloji canlandırıcı təsirlərə malik olmasıdır. Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri "Fridrix Tideman" və "Leopold Qmelin" tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə "Edmund Ronalds" tərəfindən insan ödündə aşkar edilmişdir.
Taytan
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Xanten
Ksanten — Almaniyanın Şimali Reyn — Vestfaliya əyalətində iştirak edən bir şəhərdir. Şəhərin əhalisi 31 dekabr 2010 statistikasına görə 21.572 nəfərdir.
Nautea
Tectona (lat. Tectona) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Jatus Rumph. ex Kuntze Nautea Noronha Theka Adans. == Növləri == Tectona grandis L.f. Tectona hamiltoniana Wall. Tectona philippinensis Benth. & Hook.f. ex Merr.
Tatev
Tatev — Ermənistanın Sünik mərzinin Tatev bələdiyyəsində kənd. Tarixən Çar Rusiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, sovet dövründə isə Ermənistan SSR-in Gorus rayonunun tərkibində olub.
Tauer
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
Tatea
Premna (lat. Premna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Harri Trumen
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Lauren Cohan
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu-Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Lauren Hallaselka
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Maulen Aşimbayev
Maulen Aşimbayev (rus. Маулен Сагатханович Ашимбаев; qaz. Мәулен Сағатханұлы Әшімбаев; 28 yanvar 1971, Almatı) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri (4 May 2020-ci il tarixdən). == Həyatı == === Təhsili === 1988-1993 - Əl-Farabi Qazaxıstan Milli Universiteti, iqtisadçı , siyasi iqtisad müəllimi. 2001 - Siyasi Elmlər Namizədi (dissertasiya mövzusu: "Qlobal demokratikləşmə prosesləri kontekstində Qazaxıstandakı siyasi tranzit"). 2003 — Con Hopkins Universiteti (ABŞ), Advanced International Studies School (SAIS) (İngilis dili) Rus dili, elmi staj. 2015-2016 — Tafts Universiteti, Fletçer Hüquq və Diplomatiya Fakültəsi, Beynəlxalq Münasibətlər üzrə magistr. == Fəaliyyəti == === Qanunverici fəaliyyəti === Beynəlxalq müqavilələrin bağlanması prosesinin sistemləşdirilməsinə və planlaşdırılmasına yönəlmiş "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına Qazaxıstan Respublikasının beynəlxalq müqavilələri ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun təşəbbüskarlarından və inkişaf etdiricilərindən biri olmuşdur. "İnformasiya əldə etmək haqqında" Qazaxıstan Respublikası Qanununun və "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarında məlumat əldə etmə ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun əsas təşəbbüskarlarından və inkişaf etdiricilərindən biridir. Bu qanunlar vətəndaşların məlumat almaq hüquqlarının həyata keçirilməsi mexanizmlərini birləşdirir və dövlət orqanlarının ölkə vətəndaşları qarşısında məsuliyyətinin artırılmasına kömək edir.
Naften neftləri
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naften turşuları
Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qautenq vilayəti
Qautenq (ing. Gauteng) — Cənubi Afrikada vilayət. Soto-Tsvana dillərində ad "qızıl yeri" mənasını verir.
Rişar Marten
Rişar Marten (30 oktyabr 1943, Nitsa – 16 oktyabr 2023[…]) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.
Sarten (rayon)
Sarten (fr. Sartène) — Fransanın Korsika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Cənubi Korsika. Suprefektura — Sarten. Rayon əhalisi 2006-cı ildə 34 721 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 19 nəf / km². Rayon sahəsi — 1819 km².
Qlüten
Qlüten — suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksindən ibarətdir. Bu zülallar demək olar ki, bütün taxıl bitkilərinin dənlərində, xüsusən də buğdada miqdarca daha çoxdur. Ona görə keyfiyyətli çörək istehsalı üçün buğda unu əsas xammaldır. ABŞ, Türkiyə, İngiltərə, Fransa, İtaliya və başqa avropa dövlətlərində "qlüten" terminindən, Almaniyada "kleber" terminindən, Rusiyada və onunla qonşu olan respublikalarda "kleykovina" terminindən istifadə edilir. Suda həll olmayan buğda zülallarını ilk dəfə 1728-ci ildə italyan alimi Yakopo Bartolomeo Bekkari ayırmışdır. Qlüteni yaş və quru qlütenə ayırd edirlər. Yaş qlüteni xəmiri su ilə yumaqla, quru qlüteni isə yaş qlüteni qurutmaqla alırlar. Müəyyən miqdar buğda unu və sudan hazırlanan xəmirdən su ilə yuyularaq alınmış yaş qlüten hidratlaşmış hel şəklində olur. Qlütenin kimyəvi tərkibi (quru maddəyə görə %-lə) belədir: zülallar 75–99, nişasta 0,01–2,4, şəkərlər 1,2–2,1, lipidlər 0,7–8,0, mineral maddələr 0,5–2,0. Yaş qlütendə quru maddələrin kütləsinə görə 150-dən 250%-ə qədər su olur.
Tarzən
Tarzən — Tar ifaçısı olan şəxs.
Aytən
Aytən — Qadın adı.