Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Təsbih
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Bespin
Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir. Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var. Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir. Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur. Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur. Bespin — Vukipediya saytında.
Fespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Thespis
Thespis (lat. Thespis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Triba:Astereae Thespis divaricata DC. Thespis erecta DC. Thespis integrifolia Gagnep. Thespis tonkinensis Gagnep.
Salvatore Tessio
Salvatore "Sal" Tessio Mario Puzonun 1969-cu ildə yazdığı "Xaç atası" romanında, eləcə də onun əsasında çəkilmiş iki filmdə - "Xaç atası" (1972) və "Xaç atası II hissə" (1974) filmindəki uydurma personajdır. Onun adı filmlər üçün yaradılmışdır; o, romanda yalnız "Tessio" kimi xatırlanır. Tessionu “Xaç atası” filmində Abe Viqoda canlandırıb. “Xaç atası II hissə”də Con Aprea kiçik Tessionu canlandırdı, Viqoda filmin sonunda 1941-ci ilin sonlarında çəkilmiş fleşbekdə rolu təkrar etdi. Tessio həmçinin 2004-cü ildə çıxan “Xaç atası qayıdır” romanında və 2006-cı ildə “Xaç atası” videooyununda da rol alıb. Tessio Peter Klemenza və Vito Korleone ilə dostluq edir və onlar Nyu-Yorkun Manhettenin Kiçik İtaliya məhəlləsində aşağı səviyyəli quldurlar kimi cinayətkar karyeralarına başlayırlar; o və Klemenza bahalı xalça oğurlayaraq Vitoya ilk cinayətini etməyə kömək edir. Vito mafiyanın yeraltı dünyasında gücə və şöhrətə yüksəldikcə Tessio və Klemenza onun etibarlı kaporlarına çevrilirlər. Bütün şəhərlə yaxşı əlaqəsi olan Tessio, Mafiya əsgərləri üçün əməliyyat bazası olan Broklin Embassi Cluba sahibdir. Əksər federal müstəntiqlər Tessionu Corleone kapolarından daha ağıllı, daha ağıllı və amansız hesab edirlər. Bununla belə, kitaba görə, o, Nyu-York Mafiya ailələri arasında on il ərzində sülhü xeyli yumşaldır.
Tempio Pausaniya
Tempio Pausaniya (it. Tempio Pausania) — Sardiniyada şəhər.
Şarl Despio
Şarl Despio — fransız heykəltaraş, qrafik. Despionun ilk müəllimi (liseydə) heykəltaraş M.Moran olmuşdur. Parisdə Dekorativ Sənət Məktəbində E.Lemerdən (1892–95) və Zərif Sənətlər Məktəbində E. Barridən (1894–1901) dərs almışdır. 1890-cı illərin sonu-1900-cü illərin əvvəllərində bir sıra kiçik büst-heykəllər yaratmışdır (“Çıxışdanqabaq”, 1901; “Düşüncə”, 1904 və s.). O.Rodenin köməkçisi olmuş Despio onun əsərini (Varvara Yeliseyevanın portreti, 1906–09, Ermitaj, Sankt-Peterburq) mərmərə köçürmüşdür. Despionun yaratdığı portertlərdə Rodenin təsiri hiss olunur (L.Levrin portreti, 1918, Zərif Sənətlər Muzeyi, Əlcəzair ş. və s.). “Madam Eli For” (1927), “Odetta” (1934; hər ikisi Müasir İncəsənət Milli Muzeyindədir, Paris) və s. kimi qadın portretlərinin müəllifidir. Despio insan fiquru üzərində də işləmiş, burada da gözəl və mükəmməl formalara nail olmuşdur (“Apollon”, 1937–46, Müasir İncəsənət Milli Muzeyi, Paris).
Bekdel testi
Bekdel testi, Bekdel-Uolleys testi və ya Mo qanunu – uydurmada gender bərabərliyinin qorunub-qorunmadığını müəyyən edən test. Elison Bekdelin 1985-ci ildə aid "Dykes to Watch Out For" adlı komiks-stripindən adını alan bu testin 3 qanunu var: Əsərdə ən azı iki qadın personaj olmalıdır. Bu iki qadın personaj bir-biriləri ilə danışmalıdır. Danışdıqları şey kişi haqqında olmamalıdır. Bekdel dostu Liz Uolleysdən, Uolleys isə Virciniya Vulfun 1929-cu ilə aid "Birinin sahib olduğu otaq" adlı kitabından ilhamlanmışdır. Bekdelin ən sevdiyi film olan "Marmot günü" filmi də testi keçməmişdir. Komiks-stripin baş personajı Mo Testa olduğundan bu testə Mo qanunu da deyirlər. Bekdel testi çox vaxt filmlərə tətbiq olunur. Filmlərin Bekdel testini keçib-keçmədiklərini müəyyən edən BechdelTest.com saytına əsasən 1990-2013-cü illərdə 1.615 film bu testi keçə bilməyib. 1970-2013-cü il statistikasına görə isə bu rəqəm 1.794-dür.
Dil testi
Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub,təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur. Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir. Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Rorşax testi
Rorşax testi - ( Almanca tələffüz: [ˈʁoːɐʃax]; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir. Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir. Dana, Richard H. Handbook of cross-cultural and multicultural personality assessment. Lawrence Erlbaum.
Turinq testi
Türinq testi — 1950-ci ildə “Mind” jurnalında Alan Türinq tərəfindən ortaya atılmışdır. Kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib edə bilməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, maşın insanlar qədər zehni bacarığa sahib deməkdir. Bu testdə təcrübəni edən adam kompüter və insanı görmür. Təcrübəni edən hansıyla əlaqədə olduğunu bilmədən bunların ikisinə də sual verir. Təcrübəni edən adamın soruşduğu suallar və təcrübədə iştirak edən maşın və insanın verdiyi cavablar bir ekranda yazılı olaraq verilir. Məqsəd, təcrübəni aparanın uyğun suallar ilə bunlardan hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Əgər təcrübəni edən adam etibarlı bir şəkildə bunu söyləyə bilməzsə, o zaman kompüter Türinq testini keçər və insanlar qədər qabiliyyətli olduğu fərz edilər. Bu testin çatışmayan cəhətlərini tənqid edən Con Sörl Çin otağı adlandırılan xəyali eksperiment təklif etmişdir.
Tüstü testi
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Nüfuzetmə testi
Nüfuzetmə testi adətən, pentester və ya etik haker kimi tanınan şəxslər tərəfindən, sistemin təhlükəsizliyini qiymətləndirmək üçün həyata keçirilən, kompüter sisteminə edilən icazəli, simulyasiya edilmiş kiberhücumdur. Bunu zəifliyin qiymətləndirilməsi ilə qarışdırmaq olmaz. Test zəif tərəfləri (və ya zəiflikləri), o cümlədən icazəsiz tərəflərin sistemin xüsusiyyətlərinə və məlumatlarına giriş əldə etmək potensialını, habelə güclü tərəfləri müəyyən etmək üçün həyata keçirilir ki, bu da tam risk qiymətləndirməsinin tamamlanmasına imkan verir. Proses adətən hədəf sistemləri və konkret məqsədi müəyyənləşdirir, sonra mövcud məlumatları nəzərdən keçirir və bu məqsədə çatmaq üçün müxtəlif vasitələrə əl atır. Nüfuzetmə testinin hədəfi ağ qutu (haqqında arxa fon və sistem məlumatı test edənə əvvəlcədən təqdim olunur) və ya qara qutu (haqqında şirkət adından başqa yalnız əsas məlumatlar verilir, başqa heç nə verilmir) ola bilər. Boz qutunun nüfuzetmə testi ikisinin birləşməsidir (hədəf haqqında məhdud bilik auditorla paylaşılır). Nüfuzetmə testi sistemin hücuma qarşı zəifliklərini müəyyən etməyə və onun nə qədər həssas olduğunu təxmin etməyə kömək edə bilər. Nüfuzetmə testinin aşkar etdiyi təhlükəsizlik məsələləri sistem sahibinə bildirilməlidir. Nüfuzetmə testi hesabatları, həmçinin təşkilata olan potensial təsirləri qiymətləndirə bilər və riski azaltmaq üçün əks-tədbirlər təklif edə bilər. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi nüfuzetmə testini belə təsvir edir: "Düşmən kimi eyni alət və üsullardan istifadə edərək, həmin sistemin təhlükəsizliyinin bir hissəsini və ya hamısını pozmağa cəhd etməklə İT sisteminin təhlükəsizliyinə əminlik əldə etmək üsulu".
Karandaş testi
Karandaş testi – şəxsin afro teksturalı saçının olub-olmadığını müəyyənləşdirmək üçün metod. Karandaş testində karandaş şəxsin saçına keçirilir. Karandaşın saçdan asanlıqla keçib-keçməməsindən asılı olaraq test "keçdi" və ya "keçmədi" olaraq dəyərləndirilir. Karandaş testi Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən irqi mənsubiyyəti müəyyən etmək üçün istifadə olunurdu. Karandaş testinin nəticəsinə əsasən ağlarla və rəngli şəxslər fərqləndirilirdi. Test mövcud ailələrin və icmaların irqi əsaslarla bölünməsində rol oynamışdır. Aparteid rejiminin 1994-cü ildə başa çatmasından sonra karandaş testinin tətbiqi də dayandırılmışdır. Hazırda CAR-da karandaş rasizm simvolu kimi qəbul olunur. 1950-ci ildə qəbul edilmiş Əhalinin Qeydiyyatı Aktına əsasən cənubi afrikalılar fiziki və sosial-iqtisadi xüsusiyyətlərinə əsasən irqi qruplar üzrə təsnif olunmalı idilər. Şəxsin irqi həmişə aydın olmadığı üçün bir neçə test yaradılmışdır.
Şirmer testi
Şirmer testi (ing. Schirmers test) – gözdə quruluğu təyin etmək üçün təyin edilir. I və II testi vardır.
Trombodinamika testi
Trombodinamika testi qan laxtalanması sisteminin qlobal bir testidir. Yüksək həssaslıqla qan laxtalanma sisteminin pozğunluqlarını, həm hipo, həm də hiperkoaqulyasiyanı aşkar etməyə imkan verir. Trombların əmələ gəlməsinə meyilliliyin erkən diaqnozu üçün uyğundur. Metod Rusiya Tibb Elmləri Akademiyasının Hematoloji Elmi Mərkəzinin fiziki biokimya laboratoriyasında biologiya elmləri doktoru Fəzail Ataullaxanovun rəhbərliyi ilə hazırlanmışdır. Bu üsula əsaslanan diaqnostik avadanlıq "Hemakor" şirkəti tərəfindən istehsal olunur. Trombodinamika testi - in vivo laxtalanma şəraitinə yaxın şəraitdə, lokallaşdırılmış laxtalanma aktivatoru vasitəsilə başlayan qan laxtalanmasının məkan-zaman dinamikasının in vitro tədqiqi üçün nəzərdə tutulmuşdur. Trombodinamika testi qan laxtalanması zamanı baş verən proseslərin məkan fərqliliyini nəzərə alır. Test plazmanın incə qatında qarışdırılmadan aparılır. Bunu həyata keçirmək üçün qan plazma nümunələri su termostatında yerləşən şəffaf ölçmə küvətinin kanallarına yerləşdirilir. Sonra laxtalanmış qan ilə əhatə olunmuş lövhə küvətə daxil edilir.
Təsbeh
Təsbeh — dini ibadət zamanı işlədilən əşyadır. İslam aləmində zikir əşyası sayılan və ərəb dilində subha kəlməsindən (Sübhanallah sözünün qısaldılmış forması) törəyən təsbeh sözü yalnız fars və türk dillərində bu cür səslənir. Əfqanlar ona tisba, tatarlar isə dispe deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində "s-b-h" hərf birləşməsi mövcuddur və ərəbcə mənası Allahı mədh etmək, tərifləmək deməkdir. Müsəlman dünyasında təsbehdən istifadənin yaranma tarixçəsi haqqında tədqiqatçılar, əsasən, iki fikir yürüdürlər. Birincilər belə hesab edirlər ki, bir neçə hədisdə təsbeh haqqında az da olsa məlumat verilmiş və Həzrət Peyğəmbərin (s) bununla bağlı müəyyən təlimatları olmuşdur. Lakin bu fikir təsdiqini tam tapmamış və ona əks qüvvətli dəlillər gətirilmişdir. Hətta, dörd raşidi xəlifələr dövründə təsbeh haqqında hər hansı məlumata rast gəlinməmişdir. Əslində bu əşyanın tarixçəsi elə din məfhumu qədər qədimdir desək yanılmarıq. Tarixi mənbələr bizə məlum ən qədim təsbehlərin e.ə.
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Təşvir
Təşvir (az-əbcəd. تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Tənzih
Tənzih (ərəb. تنزيه‎) — transsendensiya mənasını verən islam dini anlayışı. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam. I. B. Tauris. 2000. 267–282. ISBN 1-86064-022-2.
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
A/B testi
COVID-19 testi
COVID-19 testi — Tənəffüs yolu koronavirusu 2019 (COVID-19) və əlaqədar SARS-CoV-2 virusu üçün laboratoriya testləri , infeksiyaya cavab olaraq istehsal olunan virusun və antikorların varlığını aşkar edir. Nümunələrdə virusların olması koronavirus RNT- yı aşkar edən RT-PCR ilə təsdiq olunur. Bu test spesifikdir və yalnız SARS-CoV-2 virusunun RNT -yı aşkar etmək üçün hazırlanmışdır. Ən son və ya aktiv infeksiyaları təsdiqləmək üçün istifadə olunur. Tez-tez COVID-19 yanal axın testləri olaraq da adlandırılan COVID-19 sürətli antijen testləri, SARS-COV-2 infeksiyasını (COVID-19) aşkar etmək üçün istifadə olunan sürətli antijen testləridir. Minimum təlimlə tez tətbiq olunur, əhəmiyyətli xərc üstünlükləri təklif edir, digər növ COVID-19 testlərinin bir hissəsinə başa gəlir və istifadəçilərə 5–30 dəqiqə ərzində nəticə verir. Bununla birlikdə, yüksək saxta mənfi nisbətə malikdirlər. Sürətli antijen testləri bir çox ölkələrdə kütləvi yoxlama və ya populyar test metodlarının bir hissəsi olaraq istifadə olunur. Asimptomatik olmayan və potensial olaraq virusu digər insanlara yaya biləcək, əks halda yoluxduqlarını bilməyən şəxsləri tanımaq üçün dəyərli olduqları düşünülür. Bu, daha yüksək həssaslığa malik olduqları və halları daha dəqiq müəyyən edə bildikləri üçün, ümumiyyətlə simptomatik şəxslər üçün faydalı bir test olaraq görülən PCR kimi digər COVID-19 test formalarından fərqlənir.
Kanada vətəndaşlıq testi
Kanada vətəndaşlıq testi — Kanada immiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi tərəfindən idarə olunan bir imtahandır və vətəndaşlığı üçün əsas tələblərə cavab verən 18 ilə 54 arasında Kanada vətəndaşlığı üçün müraciət edənlər üçün tələb olunur. Test Kanadanın rəsmi dillərində olan fransız və ingilis dillərində mövcuddur. Test ümumiyyətlə yazılır, lakin bəzi hallarda şifahi ola bilər və müsahibə şəklində aparıla bilər. İmtahan 30 dəqiqə davam edir və 20 çoxsaylı sualdan ibarət yazılı bir testdir. Vətəndaşlıq üçün müraciət edənlər ən azı 15 suala düzgün cavab verməlidirlər - sualların ümumi sayının 75% -i . Test tamamilə rəsmi Kanadanı tanıyın: Vətəndaşlığın hüquqları və vəzifələri " -" Kanadanı kəşf edin. Vətəndaşın hüquq və vəzifələri ”. 2010-cu ildə «Discover Canada» dərsliyi yenidən yazıldı, testlər daha ciddi olanlara dəyişdirildi və imtahan daha da çətinləşdi. O vaxtdan bəri, test immiqrantlara Kanadanın tarixi, mədəniyyəti, hüququ və siyasəti haqqında daha dolğun məlumat verən yeni bir rəsmi iş kitabçası üzərində quruldu. Eyni zamanda, immiqrantlardan imtahandan keçmək üçün artıq bir çox faktı, ad və tarixləri əzbərləmələri tələb olunur.
Tempi Madonna (Rafael)
Tempi Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508 - ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Tempi ailəsi üçün çəkilmiş əsər 1829-cu ildə Bavariyalı I Lüdviq tərəfindən alınmışdır. Əsər hazırda Münix şəhərindəki Köhnə Pinakotek muzeyində saxlanılır.
Jarque–Bera testi
Xarke–Bera testi
Statistikada Xarke–Bera testi nümunə məlumatlarının normal paylanmaya uyğun olaraq əyilmə və kurtoza malik olub olmadığını göstərən uyğunluq testidir.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Təskin (Tarım)
Təskin (az-əbcəd. تسکین‎, fars. تسکین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 757 nəfər yaşayır (219 ailə).
Təsnif (1969)
Film-konsertin əsasını təsnif muğamı ritmində xalq mahnıları təşkil edir. 1) 1970-ci ildə Kiyevdə keçirilən "Prometey-70" zona kinofestivalı Film Diplom almışdır.
Miniatür təsvir
Miniatür təsvir (ing. thumbnail) — şəkillərin və ya videoların kiçildilmiş versiyaları. Bunlar onları tanımağa və təşkil etməyə kömək etmək üçün istifadə olunur, adi mətn indeksinin sözlər üçün olan məqsədi ilə eyni xarakter daşıyırlar. "Microsoft Windows", "macOS", KDE ("Linux") və GNOME ("Linux") və s. müasir əməliyyat sistemləri və ya iş masası mühitlərində olduğu kimi rəqəmsal şəkillər əsrində vizual axtarış sistemləri və təsviri təşkil edən proqramlar adətən miniatür təsvirlərdən istifadə edir. Veb-səhifələrində onlar lazımsız yerə daha böyük faylları yükləmək ehtiyacını aradan qaldırırlar. "Thumbnail" sözü insanın baş barmaq dırnağına işarədir. Bu, insanın barmaq dırnağının ölçüsü ilə müqayisə oluna bilən şəkil və ya təsvirin kiçik ölçüsünü nəzərdə tutur. Sözün bu mənada ən erkən istifadəsinin XVII əsrə aid edilməsinə baxmayaraq, Amerika İrs Lüğətində ifadənin ilk dəfə XIX əsrin ortalarında "kiçik ölçülü bir rəsm əsəri"ni ifadə etmək üçün ortaya çıxdığını bildirilir. Daha sonra bu söz obrazlı şəkildə həm isim, həm də sifət şəklində kiçik və ya qısa hər hansı bir şeyə, məsələn, bioqrafik esseyə işarə etmək üçün istifadə edilmişdir.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Təsi
Təsi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir. Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
Məsih (dəqiqləşdirmə)
Məsih (Hendel)