Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.
Tərməkçi (Tikantəpə)
Tərməkçi (fars. ترمكچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (29 ailə).
Tiryaki Həsən Paşa
Tiryaki Həsən Paşa, (? — ö. 1611 Budin) Kanija müdafiəsi ilə məşhurlaşan Osmanlı paşasıdır. Doğum tarixi və yeri dəqiq bilinməsə də, qəhvəni çox sevdiyi üçün "Tiryaki" ləqəbi ilə tanınmışdır. Bir çox xarici dil bildiyi üçün əsasən sərhəd əyalətlərdə vəzifələndirilmişdir. Ən uzun müddət durduğu vəzifə Zigetvar hakimliyidir (20 il). Əndərunda yetişdirilib. 1574 tarixində Sultan III. Murad taxta çıxdığı zaman onun rikabdarı olmuşdur. Saraydan ayrıldıqdan sonra təqribən 20 il Zigetvar bəyi və sonra da bəylərbəyi olmuşdur. Rəvayətə görə, Əflak səfəri zamanı ətrafındakı əsgərlərin geri çəkilməsindən əsəbləşən Həsən paşa tək başına düşmən üzərinə yürümüş, ancaq kəndxudası atın yüyənini tutaraq buna mane olmuşdur.
Mehmet Rüştü Tiryaki
Mehmet Rüştü Tiryaki (1971, Diyarbəkir) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. == Həyatı == Mehmet Rüştü Tiryaki 1971-ci ildə Diyarbəkir ilində anadan olub. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1989-cu ildən Səhiyyə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində çalışıb. Bu müddət ərzində Səhiyyə və Sosial Xidmət İşçiləri İttifaqının (SES) qurucu üzvü olub. İctimai İşçilərin İttifaqı Konfederasiyasında (KESK) hüquq məsləhətçisi, Təhsil və Elm İşçiləri İttifaqında (EĞİTİM SEN) isə hüquqşünas vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində HDP və YSP üzvü olub. 2015-ci ildən HDP-nin Ali Seçim Şurasının nümayəndəsi vəzifəsində çalışır. 2022-ci ilin iyulunda HDP Məclisinin üzvü seçilib. HDP İdarə Heyətinin üzvü və həmsədrin müavini vəzifələrində çalışıb.
Tiryaki Mehmed Paşa
Tiryaki Mehmed Paşa (1680, Konstantinopol – 31 iyul 1751, Retimno[d], Krit vilayəti) — I Mahmud dönəmində 1 il 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən türk olub, 1680-ci ildə İstanbulda dünyaya gəldi. Atası yeniçəri ocağında xidmət edən İvaz ağadır. Bu səbəblə yeniçəri ocağında böyüdü və ilk vəzifələrini də burada aldı. 1736-cı ildə səfərə göndərilən ordunun daxilində baş yazıcı olaraq vəzifələndirildi. Səfər əsnasında Sultan Mahmudun əmriylə, yeniçəri ocağında qeydə düşməyən əsgərlərə ülufə verməyərək dövlət xəzinəsinə külli miqdarda gəlir qazandırdı. Ancaq bu səbəblə yeniçərilər arasında xeyli düşmən qazandı. Bu səbəblə vəzifəsindən azad edilərək sədarət kəndxudası Osman Xalis Əfəndinin xidmətinə alındı. Uzun müddət müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 10 avqust 1746-cı ildə sədrəzəm təyin edildi. Ancaq sədarətə təyin edildikdən sonra sərt tədbirlər alan Mehmed Paşa eyş-işrət aləmlərinə qarışdı.
Birinci tiryək müharibəsi
Birinci tiryək müharibəsi — 1840–1842-ci illərdə Çində Böyük Britaniya tərəfindən Tsin imperiyasına qarşı aparılan müharibə. == Müharibənin səbəbləri == XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində İngiltərənin Ost-Hind şirkəti Hindistanda geniş miqyasda tiryək istehsalını artırmağa və satış bazarı kimi Çin ərazisindən istifadə olunmasına diqqəti artırdı. 1757-ci ildə Çin imperatoru ölkəyə tiryək gətirilməsini qadağan edən bir sıra fərmanlar vermişdi. İngilis tacirləri bu fərmanlara əhəmiyyət verməyərək, qeyri-qanuni surətdə tiryək ticarətini daha da geniş miqyasda davam etdirirdilər. Tiryək ticarətinin əsas mərkəzi Kanton şəhəri idi. Mövcud vəziyyətlə barışmayan ingilis tacirləri ingilis mallarının Çinə qeyri-məhdud miqdarda idxalı üçün Çin limanlarının açılmasını tələb edirdilər. İngiltərə hökuməti öz tacirlərinə Çində geniş ticarət aparmaq üçün əlverişli şərait yaratmaq məqsədilə 1816-cı ildə Çinə yeni nümayəndəlik — Amxerstin səfirliyini göndərdi, lakin səfirliyin Çinin rəsmi dairələri ilə danışıqları heç bir nəticə vermədi. XIX əsrin 30-cu illərində Çində daxili siyasi vəziyyətin kəskinləşməsindən istifadə edən Böyük Britaniya Çində öz nüfuz dairəsini genişləndirmək üçün öz fəaliyyətini gücləndirdi. 1833-cü ildə İngiltərə parlamenti tərəfindən Ost-Hind şirkətinin ticarət inhisarının ləğv edilməsi Çin bazarında çoxlu yeni ticarət şirkətlərinin fəaliyyətə başlamalarına təkan verdi. İngilis-Çin ticarətinə rəhbərlik və nəzarət etmək üçün Çin hökumətinin razılığı olmadan, 1834-cü ildə lord Nepir İngiltərənin Çinə xüsusi baş komissar təyin edildi.
Tiryək və Şərab
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
İkinci tiryək müharibəsi
İkinci tiryək müharibəsi - 1856-1860-cı illərdə Böyük Britaniyanın Fransa ilə birlikdə Çində Tsin imperiyasına qarşı apardığı müharibə. XIX əsr tarixşünaslığında 1859-1860-cı illərdə baş vermiş hadisələr Üçüncü tiryək müharibəsi adlandırılmışdır. Müasir tarixşünaslıqda 1856-1860-cı illər hadisələri İkinci tiryək müharibəsi dövrü kimi öyrənilir. Birinci tiryək müharibəsindəki (1840-1842) məğlubiyyət Çində mövcud idarə-üsuluna qarşı xalqın qəzəbini və nifrətini daha da gücləndirdi. 1850-ci ildə Çində Tsin imperiyasına qarşı Taypinlər hərəkatı (1850-1864) başlandı, ölkədə vətəndaş müharibəsi alovlandı. Taypinlər hərəkatının ilk mərhələsində ABŞ, Böyük Britaniya və Fransa neytral mövqe tutsalar da, artıq 1854-cü ildən etibarən Çində yaranmış mürəkkəb daxili vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə başladılar. İngilislər Birinci tiryək müharibəsindən sonra Çində tiryək ticarətindən əldə etdikləri gəlirlərlə kifayətlənmirdilər. ABŞ, Böyük Britaniya və Fransanın diplomatik nümayəndəlikləri imperatordan 1842-1844-cü illərdə bağlanmış müqavilələrin şərtlərinə yenidən baxılmasını tələb edirdilər. Dövlətlər Çinin bütün ərazisində qeyri-bərabər ticarət imtiyazlarına yiyələnmək, tiryək ticarətinə rəsmi xarakter vermək, Pekində daimi səfirliklərini açmaq niyyətlərini gizlətmirdilər. Tsin hökuməti bu tələbləri rədd etsə də, bu münaqişəyə səbəb olmadı, çünki həmin dövrdə İngiltərə ordusu Rusiya və İranla müharibəyə, həmçinin Hindistanda üsyanların yatırılmasına cəlb olunmuşdu.