Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torlu Qaymaqçiçəyi
Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.
Torlu iridodiktum
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Torlu süsən
Torlu süsən (lat. Iris reticulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Abşeron (Altıağac kəndi), Şamaxı (Çuxurdyurd və Mərəzədə), Xaçmaz (Qusarçay kəndi), Ağsu (aşırım) rayonları. Azərbaycandan kənarda –Cənubi Dağıstan, Gürcüstan, Balkan yarımadası və Kiçik Asiyada yayılmışdır. Ortu, daşlı və çınqıllı yamaclarda, meşə kənarlarında bitir. == Çoxalması == Kökümsovu və toxumu vasitəsilə çoxalır. Antropogen amillər — Sahənin çalınması, otarılması və s. üzündən azalır. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir.
Corlu
Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub. Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. == Toponimikası == Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir.
Korfu
Kerkira (yun. Κέρκυρα) və ya Korfu (it. Corfù) — Yunanıstanda, İon adaları qrupuna aid ada. Əsas şəhər Kerkiradır. == Tarixi == XIV–XVIII əsrlərdə adada eyniadlı Venesiya qalası var idi. Kerkira 1797-ci ildə digər İon adaları ilə birlikdə Fransa tərəfindən tutulmuşdur. 1798-ci ilin noyabrında Fyodor Uşakovun 1798–1800-cü illər Aralıq dənizi səfəri zamanı qala Rusiya desant qoşunları tərəfindən mühasirəyə alınmış, ​​19 fevral 1799-cu ildə təslim olmuşdur. == Coğrafiya == İon adaları qrupuna aiddir. Ərazisi 592 km2-dir. Hündürlüyü 906 metrə qədərdir.
TOEFL
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. == TOEFL və IELTS == TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Patent trollu
Patent trollu (ing. Patenttroll)-patent sahiblərinə qarşı iddialarının təqdim edilməsində ixtisaslaşmış fiziki və hüququ şəxsdir. Patent trollu əslində özünün istehsal etmədiyi, özünün əmək sərf etmədiyi texnologiyada hüquqi açıqlardan faydalanaraq, bir az hiyləgərlik, bir az da texniki bilgi sayəsində ixtiranı öz adına patentləşdirir, sonra isə bu texnologiyadan istifadə edən hər kəsdən yüksək patent lisenziyaları tələb edib böyük qazanc əldə edirlər. Trollar əsasən hüquq şirkətləri şəklində qarşıya çıxırlar. Patent trolları özlərini daha çox patent holdinqi, və ya patent "dileri" (ing. Patent dealer) adlandırmağa üstünlük verirlər. == Etimologiya == "Patent trollu" termini 1993-cü ildə çox agressiv patent təqibi aparan şirkəti təsvir etmək üçün istifadə edilmişdir. Patent trollu ilk dəfə 1994-cü ildə universitetlərdə, dövlət müəssisələrində, şirkətlərdə yayilan " patent videosunda" təsvir olunmuşdu. Bunlara əvvəl patent qəsbkarı adı verilmişdi. Bu videofilmdə heç nədən şübhələnməyən patent sahibləri özlərini patent gəlirlərindən renta almalı olan şəxs kimi qələmə verən trolların qurbanı olduğu göstərilirdi.
Yorklu Eduard
Yorklu Eduard (ing. Edward of York) (d. 1373 - ö. 25 oktyabr 1415) — 1. York hersoqu Edmond Lanqli və ilk xanımı Kastilyalı İzabellanın ilk oğlu. II Riçard, IV Henri və V Henri dönəmlərində mühüm dövlət vəzifələrində çalışdı. Fransayla davam edən Yüzillik müharibənin önəmli dönüm nöqtələrindən olan Azenkur döyüşündə öldürüldü.
Yorklu Elizabet
Yorklu Elizabet (11 fevral 1466 və ya 1465, Vestminster sarayı, Böyük London regionu[d] – 11 fevral 1503 və ya 1503, London qalası) — İngiltərə kralı IV Eduardın qızı, V Eduardın bacısı, VII Henrinin qadını və VIII Henrinin anasıdır. == Kral qızı Elizabet == Elizabet 11 fevral 1466 tarixində Kral IV Eduardın və Kraliça Elizabet Vudvilin qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 1469-cu ildə qısa müddətliyinə Northumberland hersoqu John Neville`nin oğlu George Neville ilə nişanlandı. Ancaq John Neville kral əleyhinə başlayan üsyana qatıldı və bu nişan kral tərəfindən ləğv edildi. 1475-ci ildə isə Fransa kralı XI Lüdovik oğlu Karlla Elizabeti nişanlasa da, 1482-ci ildə bu nişan da ləğv edildi. == Kral bacısı Elizabet == 9 aprel 1483 tarixində Elizabetin atası ani olaraq vəfat etdi və İngiltərə taxtına kiçik qardaşı Uels şahzadəsi Eduard çıxdı. Əmisinin vəkaləti ilə taxta çıxan V Eduard yalnız 2 ay taxtda qala bildi. == Kral qadını Elizabet == Gərgin siyasi vəziyyət anında taxta çıxan ilk Tüdor kralı VII Henri 18 yanvar 1486 tarixində Westminster Kilsəsində Yorklu Elizabetlə evləndi. Onların ilk övladı olan Artur Tüdor 20 sentyabr 1486 tarixində dünyaya gəldi və beləliklə, Yorklu Elizabet vəliəhd anası oldu. 25 noyabr 1487 tarixində tacqoyma mərasimi keçirildi və Yorklu Elizabet İngiltərə kraliçası elan olundu.
Yorklu Marqarit
Yorklu Marqarit (ing. Margaret of York) (d. 3 may 1446 - ö. 23 noyabr 1503) — Burqundiya hersoqu Cəsur Karlın üçüncü xanımı və onun vəfatından sonra Burqundiyanın qoruyucusu. 3. York hersoqu Riçard və Sesilya Nevilin qızı, İngiltərə kralları olan IV Eduard və III Riçardın bacısıdır.
Yorklu Riçard
Yorklu Riçard (ing. Richard of York) (d. 22 sentyabr 1411 — ö. 30 dekabr 1460) — 3. York hersoqu. Ata şəcərəsi III Eduardın oğlu Edmond Lanqlinin, ana şəcərəsi isə yenə həmin kralın digər oğlu Antverpenli Lionelin şəcərəsindən idi. Bu səbəblə geniş mülk və əmlakları miras alaraq İrlandiya, Fransa və VI Henrinin son illərində naibi olaraq İngiltərə krallığında müxtəlif dövlət vəzifələrində xidmət etdi. VI Henrinin xanımı Anjulu Marqarit və digər saray əyanlarıyla girdiyi siyasi mübarizəylə yanaşı, Yorklu Riçard ata-ana şəcərəsini irəli sürərək İngiltərə taxtında haqq iddia etməyə başladı. Bu isə tarixə Güllər müharibəsi olaraq düşən uzunmüddətli taxt mübarizəsinə səbəb oldu. Nəhayət baş tutan bir neçə cəhdin ardından sabiq kralın vəfatından sonra taxta çıxarılacağı vəd edilsə də, bu razılıq çox çəkmədi.
Toronlu İzabella
Toronlu İzabella (ing. Isabella of Toron; XII əsr, bilinmir – XIII əsr, bilinmir) — həmçinin İzabelle və ya Zabel kimi tanınır, Toron Lordu III Onfrua və onun arvadı Etenetta de Miyinin qızı. İzabella özlüyündə Toronun titullu xanımı idi və evliliyi ilə Ermənistanın şahzadəsi olmuşdu. == Həyatı == === Erkən həyatı və evliliyi === İzabella iki uşağın böyüyü idi, onun kiçik qardaşı Onfrua idi. Uşaqlar hələ yetkinlik yaşına çatmayanda ataları öldü, anası isə daha üç dəfə yenidən evləndi. Analarının Şatilyonlu Reynald ilə üçüncü evliliyindən uşaqlar daha iki bacı-qardaş qazandı: gənc ölən Raymond və VI Attso d'Este ilə evlənən Alisiya. 1181-ci ilin əvvəlində Ermənistan şahzadəsi III Ruben Yerusəlimə ziyarətə getdi və orada 4 fevral 1181/1183-cü ildə Etenettanın müdaxiləsi ilə İzabella ilə evləndi. İzabellanın evliliyindən təxminən bir il sonra onun qardaşı Yerusəlimdən olan I İzabella ilə evləndi. Ruben və İzabella cəmi beş il evli qaldılar, bu müddət ərzində İzabella iki qız doğdu: Alisiya (1182–1234-cü ildən sonra), birinci əri Sasunlu Hethumun, ikinci əri Tripolili qraf IV Raymond və üçüncü əri isə Korikoslu Vahram idi. Filippa (1183–1219-cu ilə qədər), birinci əri Sasun şahənşahı, ikinci əri isə Nikea İmperatoru I Feodor Laskaris idi.
Yorklu Marqarita
Yorklu Marqarit (ing. Margaret of York) (d. 3 may 1446 - ö. 23 noyabr 1503) — Burqundiya hersoqu Cəsur Karlın üçüncü xanımı və onun vəfatından sonra Burqundiyanın qoruyucusu. 3. York hersoqu Riçard və Sesilya Nevilin qızı, İngiltərə kralları olan IV Eduard və III Riçardın bacısıdır.
Yorklu Yelizaveta
Yorklu Elizabet (11 fevral 1466 və ya 1465, Vestminster sarayı, Böyük London regionu[d] – 11 fevral 1503 və ya 1503, London qalası) — İngiltərə kralı IV Eduardın qızı, V Eduardın bacısı, VII Henrinin qadını və VIII Henrinin anasıdır. == Kral qızı Elizabet == Elizabet 11 fevral 1466 tarixində Kral IV Eduardın və Kraliça Elizabet Vudvilin qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 1469-cu ildə qısa müddətliyinə Northumberland hersoqu John Neville`nin oğlu George Neville ilə nişanlandı. Ancaq John Neville kral əleyhinə başlayan üsyana qatıldı və bu nişan kral tərəfindən ləğv edildi. 1475-ci ildə isə Fransa kralı XI Lüdovik oğlu Karlla Elizabeti nişanlasa da, 1482-ci ildə bu nişan da ləğv edildi. == Kral bacısı Elizabet == 9 aprel 1483 tarixində Elizabetin atası ani olaraq vəfat etdi və İngiltərə taxtına kiçik qardaşı Uels şahzadəsi Eduard çıxdı. Əmisinin vəkaləti ilə taxta çıxan V Eduard yalnız 2 ay taxtda qala bildi. == Kral qadını Elizabet == Gərgin siyasi vəziyyət anında taxta çıxan ilk Tüdor kralı VII Henri 18 yanvar 1486 tarixində Westminster Kilsəsində Yorklu Elizabetlə evləndi. Onların ilk övladı olan Artur Tüdor 20 sentyabr 1486 tarixində dünyaya gəldi və beləliklə, Yorklu Elizabet vəliəhd anası oldu. 25 noyabr 1487 tarixində tacqoyma mərasimi keçirildi və Yorklu Elizabet İngiltərə kraliçası elan olundu.
Tofu
Tofu (Çincə:豆腐; Yaponca:豆腐) — soya pendiri və ya Lobya loru, Soya südünün laxtalanması (koaqulasiyası) və sonra əldə edilən lorları basaraq yumşaq ağ bloklar hasil olmaqla hazırlanır. Tofu bir çox Şərqi Asiya və Cənub-Şərqi Asiya mətbəxlərinin komponentidir. == Mənbə == Du Bois, Christine M.; Tan, Chee-Beng. Mintz, Sidney Wilfred (2008), The World of Soy, University of Illinois Press, ISBN 0-252-03341-8 Knopper, Melissa. (Jan 2002), The joy of soy, The Rotarian, Vol. 180, No. 1, p.
Torf
Torf (ing. Peat) — göl yataqlarındakı su səviyyəsinin düşməsiylə, bitki fəaliyyətinin ön plana çıxması nəticəsində bitkinin ölümü və bu təbiət hadisəsinin təkrarlanması ilə bitki kök və gövdələrinin toplanması nəticəsində əmələ gələn orqanik torpaq növüdür. Alışan faydalı qazıntı kimi istifadə oluna bilər. Torf, həddindən artıq rütubətlilik və hava girişinin çətinləşməsi şəraitində, bataqlıq bitkilərinin təbii ölməsi və natamam çürüməsi prosesində meydana gəlir. Burada onlar torpaqda olduğu kimi tamamilə yox, yalnız qismən parçalanırlar, onların qalıqları ildən-ilə yığılır. Həddindən artıq rütubətin intensivliyi və torf əmələ gətirən prosesin inkişafı iqlim, geoloji, hidrogeoloji və geomorfoloji şəraitdən asılıdır. Qışda uzun müddət ərzində mənfi temperatur olması səbəbindən parçalanma sürətinin azaldığı mülayim, şimal və subarktik bölgələrdə torf yosunlardan, bitkilərdən, çalılardan və kiçik ağaclardan formalaşır. Rütubətli tropik ərazilərdə torf daim yüksək temperaturda tropik ağaclardan (yarpaqları, budaqları, gövdələri və kökləri) meydana gəlir. Xarici görünüşünə görə torf təbii vəziyyətdə tərkibinə və rənginə görə nisbətən həmcins olan müxtəlif çalarlarda qara və ya tünd qəhvəyi rəngə malikdir. Aşağı dərəcədə çürümə dərəcəsinda yaxşı saxlanılan bitki toxumaları ilə açıq sarı rəngli lifli bir kütləyə bənzəyir.
Arzular tortu
Ayerşekke tortu
Ayerşekke (alm. Eierschecke‎ — "яичный шекке")-Alman tortu olub, kəsmikli xəmirdən və alma içliyindən, kəsmik və xaş-xaşın qarışığından ibarətdir. Tarixi Saksoniya və Trürinqindən gəlir. == Adı == Şekke-kişi geyim aksesuarı olub, XIV əsrə aiddir. Belə ki, üç hissədən ibarət kəmərli gödəkçədir. Yuxarı, orta və aşağı hissə. Necə ki, bu tortda üç hissədən ibarətdir. Ayerşekkenin yuxarı hissəsi yumurtalı olub, yumurtanın sarısı, kərə yağ, şəkər tozu, vanil və yumurtanın ağından ibarətdir. İkinci qat özündə vanilli kəsmikli, yumurtalı, kərə yağlı, şəkər tozlu və südlüdür. Tortun əsasını isə üçüncü kəsmikli xəmirdən ibarətdir.
Bal tortu
Battenberq tortu
Battenberq və ya Battenburq tortu cemli parçalar ilə örtülmüş yüngül bir tort növü. == Mənşəyi == Əvvəllər Battenburq tortu "Domino tortu"(Aqnes Bertha Marşalın resepti, 1898), "Neopolitan ruleti"(Robert Uels, 1898) və ya "Kilsə pəncərəsi tortu" kimi adlanıb. Tort kraliça Viktoriyanın nəvəsi Şahzadə Viktoriyanın 1884-cü ildə Battenberq şahzadəsi Luizlə nigahı şərəfinə bu adı alıb.
Biskvit tortu
Buççellato tortu
Buççellato (it. buccellato) — Siciliyanın yumru tortudur == Haqqında == Hansı ki, xaç atasının öz xaç oğulluğuna vəftiz günündə verir. Tortun çox iri olması vacibdir. Çünki xaç suyuna salınan uşağa tort nə qədər iri olsa daha çox uğur gətirmiş olacaq. Tortun içərisinə təbii və konservləşdirilmiş meyvələr, müxtəlif çərəzlərdə qatılır. Bu tortun bənzəri yalnız anis əlavəli İtaliyanın Lukka şəhərinin məşhur desertidir.
Korfu (şəhər)
Kerkira (yun. Κέρκυρα) və ya Korfu (it. Corfù) — Yunanıstanın Kerkira adasında şəhər və liman, Kerkira nomunun inzibati mərkəzi. 30 mindən çox əhalisi var. == Tarixi == Qədim binaların xarabalıqları, o cümlədən e.ə. VI əsrin əvvəllərinə aid Artemidanın Dorik məbədi burada yerləşir. == İqtisadiyyat == İtaliyanın Brindizi şəhərindən bərə xidməti mövcuddur. Tekstil, qida sənayesi inkişaf etmişdir. Qış kurortu var.
Qörxlü oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.