Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torpedo
Torpedo və ya Torpeda sükanı və pəri olan, suyun üstündən və ya altından suya atılan, sükanı və pəri ilə hədəfə doğru hərəkət edən partlayıcı sualtı silahdır. Əsasən onlardan sualtı qayıqlarda və döyüş gəmilərində istifadə olunur. Torpedo sözü bir balıq növü olan torpedo balığından (Torpediniformes) götürülmüşdür. Latın dilindən tərcümədə torpere sözü uyuşdurmaq, çaşdırmaq deməkdir. Vertolyotun ixtirasına oxşar bir formada torpedonun da qədim zamanlarda mövcud olduğu hesab edilir. Torpeda adlandırıla bilinəcək ilk rəsmləri 1275-ci ildə Suriya alimi olan Həsən Əl-Ramah çəkmişdir. Ramahın tədqiqatlarında suyun səthində hərəkət edə bilən bir raket göstərilir. Bundan sonra isə torpedolar müasir Xorvatiyanın Riyeka şəhərində hazırlanmışdır. Hələ "torpedo" sözü mövcud olmamışdan əvvəl ilk sualtı qayıqlardan biri hesab olunan Turtle (1775) torpedalara çox oxşar olan bir raketlə hücum həyata keçirmişdir. Bununla belə, Tısbağanın qeydə alınmış yeganə hücum etdiyi gəmi hesab olunan HMS Eagle gəmisinə etdiyi hücum nəticəsində gəminin gövdəsi qırılmamış və beləliklə də gəmiyə heç bir zərər dəyməmişdir.
Torpedo FK
Torpedo — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936–1946 — "Zenit" 1946–1953 — "Traktor" 1953–2004 — "Torteqo" Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan "Zenit" (1936–1946) adı ilə fəaliyyət göstərir. Klub 1946–1953-cü illər "Traktor", 1953–2004-cü illər isə "Torpedo" adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov "Torpedo" klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə "B" dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Torpedo aparatı
Torpedo aparatı və ya Torpedo borusu üfüqi istiqamətdə torpedoları işə salmaq üçün işlədilən bir cihazdır. Torpedo borularının və ya aparatının iki əsas növü var: Sualtı gəmilərə və bəzi suüstü gəmilərə quraşdırıla bilən suyun səviyyəsindən aşağıda işləmək üçün hazırlanmış rampalar. Yalnız suüstü gəmilərdə göyərtəyə quraşdırıla bilən rampalar.
Torpedo gəmisi
Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir. Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi. 19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca "torpedo gəmisi destroyeri" istehsal edilməyə başlanıldı.
Lil Boat 2
Lil Boat 2 — ABŞ repçisi Lil Yachty(en)-nin ikinci studiya albomu. 9 mart 2018-ci ildə buraxılıb.
Torpedo Kutaisi FK
Torpedo — Gürcüstanın futbol klubu. 1946-cı ildə yaranmışdır.
Torpedo Taqanroq FK
Torpedo — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936–1946 — "Zenit" 1946–1953 — "Traktor" 1953–2004 — "Torteqo" Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan "Zenit" (1936–1946) adı ilə fəaliyyət göstərir. Klub 1946–1953-cü illər "Traktor", 1953–2004-cü illər isə "Torpedo" adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov "Torpedo" klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə "B" dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
BMAT
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
BOKT
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bolt
Bolt (şirkət)
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Bat
Bat (İngiltərə)
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Dr. Beat
"Dr. Beat" (azərb. Ürək həkimi‎) — ABŞ-nin "Miami Sound Machine" qrupunun nümayəndəsi olan Qloriya Estefan tərəfindən ifa edilən məşhur sinqldır. U.S. Vinyl 12" Maxi-Single (49 05023) "Dr. Beat" (Long Version) "Dr. Beat" (Instrumental Version) Worldwide Vinyl 7" Single (34 04574) "Dr. Beat" (Album Version) "When Someone Comes Into Your Life" (Album Version) Orijinal versiyalar Album Version — 4:26 Long Version — 6:26 Instrumental Version — 5:26 1997: Sandra Kretu (Almaniya) 2000: Prezioso feat.
Dördlər (Boyat)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir. Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb. Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Frans Boas
Frans Boas (Tam adı: alm. Franz Uri Boas‎; 9 iyul 1858[…] – 21 dekabr 1942[…], Nyu-York, Nyu-York ştatı) — amerikan dilçisi, etnoqraf və antropoloq.Eskimoslar və Şimali Amerikanın şimal qərb sahillərində yaşayan hindilərin dil və mədəniyyəti sahəsində mütəxəsis. Boas Amerika Dilçilik Cəmiyyətinin banisi və prezidenti olmuşdur(1928). Amerikanın antropologiya və arxeologiyasına dair əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Boas irqçilik nəzəriyyəsini ifşa edirdi. O, konkret ictimai hadisələrin təhlilində çox zaman kortəbii materializm mövqeyində dayanırdı. Boas antifaşist kimi də məşhurdur.
Luis Bota
Luis Bota (2 fevral 1957) — CAR-ı təmsil edən stolüstü tennisçi. Luis Bota CAR-ı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
MCB BOKT
MCB BOKT (köhnə adı MCB Lizinq) ya da MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti Pakistanın ən böyük banklarından biri olan MCB Bank Limited tərəfindən təsis edilmişdir “MCB Lizinq” Qapalı Sәhmdar Cәmiyyәti 2009‑cu ilin oktyabr ayında qapalı sәhmdar cәmiyyәti kimi tәsis edilmişdir. Şirkәt sәhmlәrin әsas hissәsi Pakistan İslam Respublikasında fәaliyyәt göstәrәn “MCB Bank Limited” Şirkәtinә vә bir qismi isә Azәrbaycan Respublikasının vәtәndaşı olan fiziki şәxsә mәxsusdur. 2019-cu il aprelin 4-də “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Maliyyə qurumu “MCB Lizinq”in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir. Şirkәtin әsas fәaliyyәti Azәrbaycan iqtisadiyyatının gәlirli, rәqabәtәdavamlı sektorlarında fәaliyyәt göstәrәn Kiçik vә Orta Sahibkarlara (KOS) geniş hәcmli maliyyә mәhsulları tәqdim etmәkdir. “MCB BOKT” QSC Azәrbaycan iqtisadiyyatının müxtәlif sektorlarında fәaliyyәt göstәrәn şirkәtlәrә öz biznes ehtiyaclarını qarşılamaq üçün bütün növ nәqliyyat vasitәlәrinin, tikinti texnikasının, avadanlığın vә daşınmaz әmlakın kredit / lizinq yolu ilә әdlә edilmәsini tәklif edir. “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC 2021-ci ili 659 min 121 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 491 min 468 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un xalis mənfəəti 34% artıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un portfeli (maliyyə lizinqi üzrə xalis investisiya) 57% artaraq 12 milyon 416 min 565 manata yüksəlib.
Teodor Bota
Teodor Konstantin Bota (24 may 1997-ci ildə Ramniku Valkeyada anadan olub) — Styaua Buxarest FK klubunda hücumçu kimi çıxış edən Rumıniyalı futbolçudur. 31 avqust 2016-cı il məlumatların əsasən.
Toğanşahlu Boyat
Toğanşahlu Boyat — İrəvan xanlığının Sürməli mahalında kənd adı. XIX əsrə aid məlumatda Toxanşalu-Bayat kimidir.XIX əsrə aid mə’lumatda Toxanşalu-Bayat kimidir 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sonra ermənilər yerləşmişlər. Kənd 1935-ci ildə ermənicə Masis adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Tokanşalu Sufla ("aşağı") adlı iki kənd göstərilir. Sonralar bu iki kəndi bir-birindən fərqləndirmək üçün biri Tokanşalu Boyat (yəni "Boyat kəndi yaxınlığında Tokanşalu kəndi), dtgəri Tokanşalu Qacar (yəni "Qacar kəndi yaxınlığında Tokanşalu kəndi") adlandırılmışdır. Toponimin sonluğunu təşkil edən "şalu" sözü göstərir ki, Tokan tayfa adıdır. Tokan (əsli Toğan, yaxud Tuqan) mənşəyi və tarixi aydın olmayan qədim tayfa adıdır. Albaniyanın Arsak (Dağlıq Qarabağ) bölgəsində ("Alban tarixi", I kitab, 28-ci fəsil) hələ V əsrin əvvəllərində Dib-Toqan (ermənicə yazılışda Divtakan kimidir). (X əsr ərəb müəllifi İstəxrinin məlumatında Divdakan), XIII əsrdə yenə orada Taqan (ermənicə yazılışı Taqanans kimidir kənd adları məlumdur.
Tornado
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. ABŞ-Kanada tornadosu (1985) Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Turnedo
Turnedo — ispan mətbəxinin yeməklərindən biri Mal əti −600 qr Pomidor- 280 qr Toyuq qaraciyəri-200 qr Pendir "Brınza"- 80 qr Suxari(çörək qurusu)-120 qr Ağ şərab — 80 ml Pomidor sousu və ya tomat suyu-120 qr Kərə yağı — 4 xörək qaşığı Kartof Duz Qara çörək Toyuq qaraciyəri kərə yağında qızardılır. Pendir qızardılmış qaraciyərlə birlikdə rəndədən keçirilir. Böyük bir pomidorun qapağı kəsilir, içi təmizlənir və qaraciyər-pendir qarışımı pomidorun içərisinə doldurulur. Üzərinə quru çörək qırıntıları (suxari) səpilir. Sonra pomidorun üzərinə bitki yağı tökülüb duxovkada bişirilir. Ət formasını itirməməsi üçün mətbəx ipi ilə şəkildəki kimi sarınır. Ət "Turnedo" hər iki tərəfdən tavada qızardılır. Qızardıldıqdan sonra ip çıxarılır. Qarnir üçün qızardılmış kartof daha yaxşı olar. Qara çörək ət qızardılmış tavada qızardılır(ləzzətli olması üçün), və yeməyin yanında süfrəyə verilir.
Toledo
Toledo (isp. Toledo) — İspaniyanın mərkəzi hissəsində yerləşən şəhər, Toledo və Kastiliya – La-Mança əyalətinin paytaxtı. Madriddən cənub-qərbdə Taxo çayının üzərində yerləşir. Əhalisinin sayı 2007-ci ildə 78 618 nəfər olub. 1986-cı ildə Toledo şəhəri Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilib.
Panavia Tornado
Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı. İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır. Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir. Almaniya: 64 ədəd IDS və 29 ədəd ECR variantı. İtaliya: 62 ədəd IDS və 16 ədəd ECR variantı. Birləşmiş Krallıq: 80 ədəd GR4/GR4A. Səudiyyə Ərəbistanı: 82 ədəd IDS variantı.
Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir. Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır. Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir. Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir.
Toledo kafedralı
Toledo kafedralı (isp.Catedral de Santa María de Toledo) - İspaniyanın Kastiliya-La Mança bölgəsində, Toledo şəhərində yerləşən kafedral. Müqəddəsi Məryəmdir. Hündürlüyü 120 metr, genişliyi 59 metrdir. Kafedral qotika üslubunda inşa edilmişdir. Kafedralın oxşarı Fransada yerləşən Burqs kafedralıdır. Kafedralın əsasını 1226-cı ildə Kastiliya və Leon kralı III Ferdinand tərəfindən qoyulmuş, inşası isə 1493-cü ildə tamamlanmışdır. 1986-cı ildə Toledo kafedralı şəhərin qədim hissəsi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Toledo metrostansiyası
Toledo metrostansiyası — Neapol metropolitenində stansiya. Buranı gözəlləşdirən işıq panelləridir. Bu metrostansiya həmçinin dünyanın ən dərin metrostansiyalarından biri hesab olunur.
Toledo şəhəri
Toledo (isp. Toledo) — İspaniyanın mərkəzi hissəsində yerləşən şəhər, Toledo və Kastiliya – La-Mança əyalətinin paytaxtı. Madriddən cənub-qərbdə Taxo çayının üzərində yerləşir. Əhalisinin sayı 2007-ci ildə 78 618 nəfər olub. 1986-cı ildə Toledo şəhəri Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilib.
Toledo Universiteti
Toledo Universiteti — ABŞ-ın Ohayo ştatının Toledo şəhərində ictimai tədqiqat universiteti. Universitet "R2: Doktorantura - Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Universitet 1872-ci ildə Toledo şəhərinin mərkəzində, Toledo İncəsənət və Sənətkarlıq Universiteti kimi təsis edilmişdir. 1931-ci ildə universitet hazırkı yerinə köçdü. 1967-ci ildə dövlət universitetləri sisteminə üzv oldu və hazırda Ohayo ştatının 14 dövlət universitetindən biri sayılır. Birləşmiş Ştatların İkinci Dünya Müharibəsinə daxil olması yeni, genişləndirilmiş proqramlar üçün maliyyəni artıraraq universitetə ​​kəskin şəkildə təsir etdi. Hərbçilər həm hərbi, həm də mülki heyət üçün hərbi təlim proqramları təklif etmək üçün universitetlə müqavilə bağladı. 1953-cü ildə tələbələr üçün təhsil proqramları genişləndirildi və televiziyadan təhsil məqsədləri üçün istifadə etmək üçün Böyük Toledo Televiziya Fondu yaradıldı. 2006-cı ildə Toledo Universiteti Ohayo Tibb Universiteti ilə birləşdi. Birləşdikdən sonra qurum Toledo Universiteti adını saxladı.