TOW-BOAT

n yedək qayığı / gəmisi

TOW
TOW-HEAD
OBASTAN VİKİ
BGM-71 TOW
BGM-71 TOW – ABŞ istehsalı, tank əleyhinə idarəolunan raket kompleksidir. Bu raketlər orduda olan özlərinə nisbətən daha kiçik SS.10 və ENTAC-ları əvəz etmək üçün istehsal olunub. Bu TƏİR həmçinin, gecə döyüşlərində istifadə olunan infra-qırmızı kamera ilə təchiz olunub. 1970-ci ildən istehsal olunmağa başlayan bu silah, hal-hazırda dünyada ən çox istifadə olunan tank əleyhinə raketlərdən biri hesab olunur. Silah hal-hazırda Raytheon şirkəti tərəfindən istehsal olunur. == Tarixi == 1963-1968-ci illər arasında Hughes Aircraft şirkəti həm qurudan, həm də havadan atıla biləcək XBGM-71A roketi üzərində işləyirdi. 1968-ci ildə tenderi qazanan Hughes şirkəti ilk istehsal olunan raketləri 1970-ci ildə ABŞ ordusuna təhvil verdi. 1972-ci ildə bu raket Şimali Vyetnam ordusunun hücumlarına cavab verən Cənubi Vyetnam ordusuna aid UH-1B helikopterlərinə yükləndi. TOW raketləri zaman keçdikcə daha da inkişaf etdirildi. İlk modernizasiya edilmiş TOW-2 modeli 1983, TOW-2A/B modeli 1987-ci ildən silahlanmaya qəbul olundu.