Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toppuzlu
Toppuzlu (lat. Sphaerophysa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Sphaerophysa caspica (M. Bieb.) DC. Sphaerophysa kotschyana Boiss. Sphaerophysa pycnorrhiza (Wall. ex Benth.) Benth.
Topuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaypulu
Çaypulu — müştəri tərəfindən xidmətçiyə bəxşiş olaraq əlavə verilən pul miqdarıdır. Çaypulu sözünün mənası "xüsusi xidmət sahələrində xidmət qarşılığında işçilərə əsas qiymətə əlavə olaraq verilən müəyyən məbləğ" deməkdir. Çaypulu və onların məbləği ənənə və etiket məsələsidir və bu ənənə ölkə və məkana görə dəyişir. Bəzi yerlərdə təhqir kimi qəbul olunsa da, bəzi yerlərdə isə, əksinə, etiket üzrə qəbul olunub və müştərinin çaypulu verməsi adi hal sayılır. Çaypulu verilməsi əsasən ictimai iaşə sahələrinə aid edilir, ofisiant, taksi sürücüsü, saç ustası və s. peşə sahələrində çalışan şəxslərə çaypulu verilir. Digər hallarda çaypulu verilməsi rüşvət kimi də qəbul edilə bilər, məsələn, ABŞ-də dövlət işçilərinin və polis məmurlarının bəxşiş alması (hətta onlara təklif olunması) qanunsuz sayılır, bu, rüşvət kimi qəbul edilir. Oksford İngilis lüğətinə əsasən "çaypulu (bəxşiş)" sözü ara sözü kimi (slenq, jarqon termini olaraq) meydana gəlmiş və etimologiyası aydın deyil. Online Etimoloji lüğətinə görə, çaypulu sözü 1600-cü illərdə "kiçik bir pul hədiyyəsi ver" mənasını daşıyırdı, 1706-cı ildən etibarən isə "bir mənfəət ver" mənasını daşıyır. "Çaypulu" sözü ilk dəfə 1707-ci ildə Corc Farquharın "The Beaux' Stratagem oyununda fel kimi istifadə olunmuşdur və kriminal aləmdə zarafat ya qeyri-qanuni pul mübadiləsi kimi hər nəyinsə lazımsız və bərabərsiz kimi hədiyyə edilməsini nəzərdə tutan" bir söz kimi istifadə etmişdir.
Cəngəllik toyuğu
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Hind toyuğu
Qamışlıq toyuğu
Sultan toyuğu
Sultan toyuğu--Porphyrio porphyrio, Gruiformes dəstəsindan bir quş növü. Status. Nadir, oturaq növdür. Yayılması. Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Yaşayış yeri. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Təbiətdə sayı. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən 1993-cü ildə 130 min fərd qeydə alınmışdır. Lakin növün çoxillik say dinamikası göstərir ki, soyuq və sərt qışlarda bu quşların bir neçə dəfə kütləvi məhvi baş vermiş və populyasiyanın sıxlığı minimuma düşmüşdür.Adı qırmızı-kitaba düşmüşdür.
Qurtuluş (toplu)
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
İstiqlal (toplu)
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
Ağ rus toyuğu
Ağ rus toyuğu (rus. Русская белая) — yumurtalıq toyuq cinsi. SSRİ-də yerli toyuqların leqqornla cütləşdirilməsindən alınmışdır. Yerli şəraitdə yaxşı uyğunlaşır, tez kökəlir. Lələkləri ağ, pipiyi dik, dimdiyi və ayaqları sarıdır. Toyuqların diri çəkisi 2,2–2,4 kiloqram, xoruzlarınkı 2,9–3,2 kiloqram olur. 140–150 günlükdən yumurtalamağa başlayır. İldə 200 və ya daha çox yumurta verir. Yumurtası 58–65 qram gəlir. Postsovet məkanında geniş yayılmışdır.
Bankiv cəngəllik toyuğu
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Boz cəngəllik toyuğu
Boz cəngəllik toyuğu (lat. Gallus sonneratii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Yaşıl cəngəllik toyuğu
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Azərbaycan toyuğu (cins)
Azərbaycan toyuq cinsi — Azərbaycan toyuq cinsi yumurtalıq istiqamətli cinsdir. Azərbaycanın yerli isti iqlim şəraitinə davamlıdır. Hər toyuqdan ildə orta hesabla 120–150 ədəd yumurta almaq mümkündür. Yumurtanın çəkisi 50–60 qram olur. Yumurtadan cücə çıxma faizi yüksəkdir. Fərələr 4–5 aylığında yumurta verirlər. Xoruzların diri kütləsi 2,5–3 kq, toyuqlarınki isə 1,8–2.5 kq arasında dəyişir. Yetişdirmə şəraitindən asılı olaraq eksteryeri və məhsuldarlıq göstəriciləri müxtəlif olur. Xəstəliklərə davamlı olduğuna görə, həyətyanı təsərrüfatlarda yetişdirilir. Azərbaycan ərazisində geniş ərazidə yayılmışdır.
Körpülü
Aşağı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Aşağı Körpülü
Aşağı Körpülü — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır. Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Dırnaq törpüsü
Dırnaq törpüsü — yüngülcə dırnaqların kənarlarını yumşaltmaq və şəkilləndirmək üçün istifadə edilən vasitədir. Manikür və pedikürdə də istifadə edilir. == Mənbə == "A History of Nail Care" (ingilis). Nails Magazine. 2004. 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.
Yuxarı Körpülü
Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. "Tiflisskie vedomosti" qəzetinin 1830-cu il 3 sentyabr tarixli buraxılışında "Qırmızı körpü" adlı məqalədə Körpülü kəndinin tarixinə toxunulur. Məqalə bir şəxs tərəfindən Qafqaza edilmiş səyahətin 4 oktyabr 1828-ci il tarixli qeydləri əsasında yazılmışdır. Məqalədə 16-cı əsrin ortalarında gürcü çarı Rostomun sifarişi ilə Pompeyin dövründə tikildiyi ehtimal olunan və hazırda tamamilə dağılmış "Qız -Qalası" körpüsünün yenidən tikintisi üçün İrandan məşhur memarın dəvət edildiyi, körpünün inşası üçün ərtafdakı Qazax və Borçalı qəzalarından bir neçə ailənin tikinti gedən əraziyə köçürüldüyü və onların həmin ərazidə kənd salaraq tikdikləri körpünün şərəfinə kəndin adını "Körpülü" qoyduqları, daha sonra isə kəndin Dağ Borçalıya köçdükləri qeyd olunur. Keçəl təpə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur.
İsa Körpülü
Qardaş köməyi (toplu)
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
Filoloji araşdırmalar (elmi toplu)
Körpülü Mehmed Paşa
Köprülü Mehmed Paşa (1580, Bərat – 31 oktyabr 1661, Ədirnə) — IV Mehmed dönəmində 15 sentyabr 1656 - 31 oktyabr 1661 tarixlərində ümumilikdə 5 il 1 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin banisidir. == Həyatı == İndiki Albaniyanın Rudnik kəndində 1578-ci ildə dünyaya gəlmişdir. Dəvşirilərək İstanbula gətirildi və Əndərundakı təhsili bitdikdən sonra saray mətbəxində vəzifələndirildi. IV Murad dövründə has odabaşı oldu və ardından xəzinədarın qulluğuna verildi. Çox keçmədən buradan ayrıldı və Amasiyaya göndərildi. Burada Vəzirkörpü qəsəbəsinə yerləşdi və yerlilərdən birinin qızı olan Ayşə xanımla evləndi. Bu səbəblə də Körpülü ləqəbi ilə tanınır. Köhnə dostu olan Hüsrəv Paşa sədrəzəm olduqdan sonra onun xəzinədarı olaraq paytaxta qayıtdı. Hüsrəv Paşanın edamından sonra bir müddət Amasiya sancaqbəyi olsa da, daha sonra geri döndü.
Körpülü Numan Paşa
Körpülü Numan Paşa (17 mart 1674, Ədirnə, Osmanlı imperiyası – 6 fevral 1719, İraklion, Krit vilayəti) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 17 mart 1674-cü ildə Ədirnədə dünyaya gəldi. Atası Körpülü Fazil Mustafa Paşadır. Atasının 1691-ci ildə Avstriya üzərinə çıxdığı son səfər əsnasında dövlət təcrübəsi qazanması məqsədilə Rumelidə yerləşən arxa cəbhəyə göndərildi. Səfər davam edərkən iyul ayında Modava alaybəyi təyin olunaraq Dunay çayı sahilindəki İrşova qalasının təmiriylə vəzifələndirildi. Ancaq o əsnada baş tutan Salankamen döyüşündə atası şəhid düşdü və Osmanlı ordusu məğlub edildi. Hələ 17 yaşında ikən atasının ölümüylə əmisi oğlu Hüseyn Paşa tərəfindən himayə edildi. === Ərzurum bəylərbəyliyi dövrü === Hüseyn Paşanın 1697-ci ildə sədarətə gətirilməsi Numan Paşanın da yolunu açdı. 3 iyul 1700-cü ildə İstanbula çağırıldı və altıncı vəzir olaraq divana daxil oldu. Bununla yanaşı Sultan Mustafanın qızlarından 7 yaşlı Ayşə Sultanla nişanlandı.
Körpülü Fazil Mustafa Paşa
Körpülü Fazil Mustafa Paşa (1637 – 19 avqust 1691 və ya 20 avqust 1691) — II Süleyman və II Əhməd dövrlərində ümumilikdə 1 il 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1637-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. 4 yaşında ikən atasıyla birlikdə İstanbula getdi. Böyük qardaşı Fazil Əhməd Paşa kimi mədrəsə təhsili və xüsusi müəllimlərdən dərslər aldı. Atasının sədarəti dövründə 1660-cı ildə saray xidmətinə alındı. Kiçik qardaşı Əli bəylə birlikdə böyük qardaşı Fazil Əhməd Paşanın Uyvar səfərinə qatıldı və Yeniqalanın fəthində iştirak etdi. Anası və bacısıyla birlikdə Kritə getdi və burada ikən qardaşının Kandiyə mühasirəsində vəzifələndirildi. Burada ikən anasıyla birlikdə həccə getdi. Bacısının yoldaşı olan sədrəzəm Mərzifonlu Mustafa Paşanın istəyilə 1680-ci ilin iyulunda yeddinci vəzir olaraq divana daxil oldu.
Körpülü Fazil Əhməd Paşa
Köprülü Fazil Əhməd Paşa (1635[…] – 3 noyabr 1676, Ədirnə) — IV Mehmed dönəmində 30 oktyabr 1661 – 3 noyabr 1676 tarixlərində ümumilikdə 15 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin üzvüdür. == Həyatı == 1635-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. Anası isə buranın yerli zadəganlarından Yusif ağanın qızı Ayşə xanımdır. 7 yaşında ikən atası ilə birlikdə İstanbula gəldi və burada dövrün məşhur alimlərindən dərslər alaraq Qaraçələbizadə Əbdüləziz Əfəndidən məzun oldu. 16 yaşından etibarən Qara Əhməd Paşa, Qasım Paşa, Sahn-ı Səman və Sultan Səlim mədrəsələrində "paşazadə" ləqəbi ilə müdərrislik etdi. Ancaq alimlər arasındakı ixtilaf və dedi-qodular səbəbilə 10 ilə yaxın xidmət göstərdiyi bu sahədən ayrıldı. 1659-cu ildən etibarən Ərzurum və Şam bəylərbəyi oldu. Şamda etdiyi bəzi vergi endirimləri səbəbilə xalqın sevgisini qazandı.
Körpülü Hacı Hüseyn Paşa
Körpülü Hacı Hüseyn Paşa (1644, Qozluq, Batman ili – 1702, Silivri, İstanbul ili) — II Mustafa dövründə 5 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Körpülü Mehmed Paşanın kiçik qardaşı Həsən ağanın oğludur. Əmisi oğlu Fazil Əhməd Paşanın sədarəti dövründə Əmizadə olaraq şöhrət qazandı. Atasıyla birlikdə sərbəst həyat sürən Hüseyn bir müddət sonra Lehistan səfərinə çıxan Sultan Mehmed və hasəki sultana bəzi hədiyyələr göndərdi və beləliklə, hasəki sultanın xidmətinə alındı. Daha sonra Mərzifonlu Mustafa Paşanın himayəsində Vyana səfərinə qatıldı (1683). Bu səfərin məğlubiyyətlə nəticələnməsinin ardından əvvəlcə həbs olundu, daha sonra Şəhrizor bəylərbəyi təyin edilərək mərkəzdən uzaqlaşdırıldı. Ardından Kastamonu sancaqbəyliyi və Gəlibolu mühafizəsi ilə vəzifələndirildi. 1689-cu ildə vəzirlik rütbəsi aldı və 1691-ci ilin mayında İstanbul naibi oldu. Sultan Əhmədin cülusunun ardından İstanbulda baş verən bahalıq və digər məsələlərdə təqsirkar görülərək naiblikdən alındı və 1692-ci ilin fevralında yenidən Çanaqqala mühafizəsinə göndərildi. Bir müddət sonra qısa müddətliyinə də olsa, sədarət naibi oldu və 13 dekabr 1694 tarixində kaptan-ı dəryalıqla Saqqız adasının işğaldan azad edilməsiylə vəzifələndirildi.