Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trixis
Trixis glandulifera
Brijit
Brijit (fr. Brigitte) — ad.
Traxeit
Traxeit- Yuxarı tənəffüs yollarının iltihabı və obstruksiyası ilə müşayiət olunan traxeyanın infeksiyasına traxeit deyilir. Traxeit ilk dəfə 1920-ci illərdə tibbi ədəbiyyatda təsvir edilib və həmin dövrdə kəskin larinqotraxeobronxit adlandırılıb. Kəskin traxeit: kəskin və qəfl başlanğıc və yüksək morbidlik və mortalite ilə müşahidə edilir. Yarımkəskin traxeit: daha yavaş başlayır və az ağır gedişata malikdir. Əsasən uzun müddət intubasiya edilmiş, traxeostomiya qoyulmuş və/və ya respirator və ya nevroloji xəstəlikləri olan uşaqlarda müşahidə olunur. Bakteriya: Staphylococcus aureus (ən çox rast gəlinən), qrup A betta-hemolitik streptokokk, Moraxella catarrhalis və H.influenzae Pseudomonas aeruginosa, digər Qram-neqativ enteral bakteriyalar nozokomial infeksiyalara səbəb olur Mycobacterium tuberculosis, Mycoplasma pneumoniaeç Corynebacterium diphtheria, H.influenzae tip B və bir çox respirator anaerob bakteriyalar nadir hallarda traxeitə səbəb olur. Viruslar: qrip, paraqrip, respirator sinsitial virus, herpes simpleks və qızılca virusları da traxeitə səbəb olur və çox zaman bakteriyal patogenlərlə yanaşı müşahidə edilir. Göbələk: Əsasən xroniki steroid preparatlar qəbul edən və ya immun sistemi zəif olan və ya immun çatışmazlığı olan xəstələrdə rast gəlinir. Anamnez Yüksək hərarət; ağrısız öskürək; səsli tənəffüs; letargiya (yuxululuq); təngənəfəslik; tənəffüs yollarının proqressiv artan (saatlar və ya günlər ərzində) obstruksiyası. Səsin kallığı (disfoniya), disfagiya, boyunda ağrı, tüpürcəyin (ağız suyu) ağızdan axması az hallarda müşahidə edilir.
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Trizin
Trizin (yun. Τροιζήν ή Τροιζήνα) — Yunanıstanda kənd. Dəniz səviyyəsindən 64 metr yüksəklikdə, Peloponnes yarımadasının Arqolida bölgəsinin cənub-şərq hissəsində, Qalatasdan 8 kilometr qərbdə, Metanadan 10 kilometr cənubda, Korinfdən 62 kilometr cənub-şərqdə və Afinanın cənub-qərbindən 63 kilometr məsafədə yerləşir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 673 nəfərdir. Attika periferiyasının Adalar periferiya vahidinin Triziniya-Metana icmasına daxildir. 1929-cu ilə qədər Damalas (Δαμαλάς) adlanırdı. Adı qədim Trezen (q.yun. Τροιζήν, lat. Troezen) şəhərinin şərəfinə dəyişdirildi. Qədim İoniya şəhəri Trezen Saronikos körfəzinin sahilindən təxminən üç kilometr məsafədə, müasir Trizin kəndi yaxınlığında yerləşirdi.
Tridia
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Tarixi
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər. Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. kəskin rinit.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
Dünya tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünür Bəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Ermənistan tarixi
Filippin tarixi
Filippin tarixi — Filippinin tarixi == Erkən dövr və orta əsrlər == Cənub-Şərqi Asiyada, Sakit Okeanın qərbində yerləşən Filippinin tarixi zəif öyrənilmişdir. Əhalinin 90%-dən çoxu yerli xalqlardır. Onlardan vissaylar, taqalar, iloklar, morolar, luson, neqros, aetalar yerli xalqlardan hesab olunur. Filippində dindarların əksəriyyəti, yəni 90%-dən çoxu xristianlardır, lakin sonralar, yəni ərəb istilasından sonra Filippində yalnız XIV–XV əsrlərdə islam dini yayılmağa başlamışdı. Luson və Sebu adalarında, o cümlədən Sulu arxipelaqında kiçik knyazlıqlar yaranmışdı. Dəniz yollarının açılması, yeni coğrafi kəşflər nəticəsində avropalılar Cənub-Şərqi Asiyada işğalçılıq yürüşünə başlayanda Filippin də bu işğala məruz qaldı. XVI əsrin ikinci yarısında ispanlar Filippini işğal etdilər. İspan müstəmləkəçilərinin işğalından sonra Filippində milli azadlıq hərəkatı formalaşmağa və təşkilatlanmağa başladı. XVII əsrdə Filippin xalqları fasilələrlə ispan qəsbkarlarına, hərbi ekspansionistlərə və digər Avropa dövlətlərinin erkən müstəmləkəçilərinə qarşı silahlı mübarizə aparmalı olmuşdur. 1639, 1649–1650-ci illər, 1660–1661-ci illər silahlı müqavimət hərəkatı Filippin xalqlarının milli azadlıq hərəkatı tarixində mühüm mərhələni təşkil edir.
Finlandiya tarixi
Finlandiya tarixi (fin Suomen historia) - Finlandiya Respublikasının yerləşdiyi ərazinin tarixindən ibarətdir. Finlandiyada yaşayan yerli xalq olan finlər eradan əvvəl Avropaya Sibirdən gəlmişdilər. Sonralar finlər Skandinaviyada yaşayan digər xalqlarla münasibətlərni güçləndirmiş və tarixən Sibirdə olan köklərini unutmuşlar. == Müharibə arası == Vətəndaş müharibəsindən sonra parlamenti idarə edən Ağlar Alman şahzadəsinə Kral rolunu verərək Finlandiya Krallığını təsis etmək üçün səs verib. Halbuki, 1918-ci ildə Almaniya uduzduğuna görə, bu mümkün olmayıb və əvəzinə Finlandiya 1919-cu ildə bir Respublika olub, Prezident şəkildə Kaarlo Yuho Toberqı seçib. == SSRİ-Finlandiya müharibəsi == SSRİ ilə Finlandiya arasında müharibə, 30 noyabr 1939-13 mart 1940-cı illərdə baş vermişdir. 1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini 1932-ci ildə ləğv etdi. Noyabrın 30-da müharibə başladı. 1940-cı il fevralın 11-də sovet qoşunları "Mannerheym xətti"nin əsas zolağını yara bildi. Finlandiyanın Kareliya ordusunun əsas qüvvələri darmadağın edildi.
Futbolun tarixi
== Tarixöncəsi (e.ə 7000 — b.e.1200) == E.ə 7000 — İlk top oyunları meydana çıxdı. E.ə. III əsr — Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı. E.ə. 100 — Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı. 600 — Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması. X əsr — Türklərin "Təpük" oyununu oynamağa başladı. 1170 — İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi. == Orta Əsrlər (1200–1863) == 1314 13 aprel — İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi. 1365 — İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
FİFA tarixi
FIFA (fr. Fédération Internationale de Football Association, azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — futbol ve futzalın dünya səviyyəsində ali idarəedici orqanıdır. Dünyanın ilk yaradılan və ən böyük QHT-ı olan FİFA 21 May 1904-cü ildə yaradılmışdır. Təşkilata hal-hazırda 209 üzv konfederasiyalar daxildir. == Yaradılışı == 1872-ci ildə Qlazqonun Hamilton Kresent meydanında İngiltərə və Şotlandiya yığmaları arasında keçən rəsmi görüş 0–0 hesabı ilə bitdi. Növbəti il Londonun Oval stadionunda keçirilən maçda isə İngiltərə Şotlandiya üzərində 4-2 hesabı ilə qələbə qazandı. Növbəti il 1873-cü ildə isə dünyanın sayca ikinci milli futbol assosiasiyası – Şotlandiya Milli Futbol Assosiasiyası yaradıldı. Buna qədər İngiltərə Milli Futboll Assosiasiyası dünyanın ilk və tək futbol təşkilatı idi, çünki o zamanlar futbol yalnız Birləşmiş Krallıqda oynanılırdı. Futbol geniş yayıldıqca və milli komandalar arasında keçirilən görüşlərin sayı arttıqca bu oyunlara qlobal səviyyədə nəzarət edəcək bir təşkilatın yaradılmasına ehtiyac duyuldu.
Fəlsəfə tarixi
Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir. Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir. Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan - roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur. Qədim dünya fəlsəfəsi Qədim Şərq fəlsəfəsi Yunan-roma fəlsəfəsi Orta əsrlər fəlsəfəsi Avropa fəlsəfəsi Şərq fəlsəfəsi Yeni dövr fəlsəfəsi Şərq fəlsəfi düşüncə tərzi Qərb fəlsəfi düşüncə təzi Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi Müasir fəlsəfə == Ədəbiyyat == Adil Əsədov.
Google tarixi
Google tarixi — Google rəsmi olaraq 1998-ci ildə quruldu. == 1996—2001 == === Axtarışın brazuzerinin yaradılması === Google Larri Peyc və Sergey Brin tərəfindən elmi bir layihənin inkişafı kimi meydana çıxdı. 1996-cı ildə Stanford tələbələri Stanford Rəqəmsal Kitabxana Layihəsi (SDLP) üzərində çalışdılar. SDLP "Tək, İnteqrasiyalı və Universal Rəqəmsal Kitabxana üçün İnkişaf etmiş Texnologiyaların İnkişaf etdirilməsinin" məqsədi idi və Milli Elm Fondu və digər federal qurumlar tərəfindən maliyyələşdirildi. Dissertasiya işi üçün bir mövzu axtararkən, digər şeylər arasında, Ümumdünya Şəbəkəsinin riyazi xüsusiyyətlərinin öyrənilməsini, nəhəng bir qrafaq şəklində əlaqələrin quruluşunu təmsil etdiyini düşündü. Akademik məsləhətçisi Terri Vinoqrad, bu fikri seçməsini tövsiyə etdi (daha sonra Səhifəni "indiyə qədər aldığım ən yaxşı tövsiyə" olaraq xatırladı) və Səhifəyə baxaraq hansı veb səhifələrin müəyyən bir səhifəyə keçid verdiyini müəyyənləşdirmək probleminə diqqət yetirdi. səhifədəki məlumatların dəyəri baxımından bu cür geri əlaqələrin sayına və təbiətinə (elmi nəşrlərdə istinadların rolu ilə bənzətməklə). Brin və Peyc toplanan məlumatları müəyyən bir veb səhifənin əhəmiyyət səviyyəsinə çevirmək üçün PageRank alqoritmini inkişaf etdirdilər. Verilmiş URL-ə geri link sayı ilə sıralanan URL siyahısından ibarət olan BackRub nəticələrini təhlil etdikdən sonra, PageRank-a əsaslanan axtarış sisteminin mövcud axtarış alqoritmlərindən daha yaxşı nəticələr verəcəyini başa düşdülər (mövcud axtarış motorları bu sırada sıralanmış səhifələr axtarış sözünün səhifədə görünmə sayına görə). Səhifə sıralaması və səhifə sıralaması üçün oxşar bir strategiya, 1996-cı ilədək IDD Məlumat Xidmətlərindən (IDD Information Services) (Dou Cons törəmə şirkəti) «RankDex» adlı kiçik bir axtarış motoru hazırlayan Robin Li tərəfindən araşdırılmışdır.
Gürcüstan tarixi
Gürcüstan tarixi — təxminən E.ə. II minillikdən etibarən başlandığı təxmin edilir. == Qədim tarix == == Orta əsrlər == XI əsrdə bütün Qafqazda olduğu kimi Gürcüstanda da feodal münasibətləri inkişaf etməyə başlamışdı. Burada iqtisadiyyat dirçəlir, kənd təsərrüfatında taxıl bitkiləri ilə yanaşı, düyü kimi intensiv bitkilər geniş yayılır, üzümçülük və şərabçılıq inkişaf edirdi. Gürcüstanda heyvandarlıq, xüsusilə atçılıq və arıçılıq inkişaf etmişdi. Bütün torpaqlar feodalların əlində idi. Yalnız ucqar dağ rayonlarında hələ də icma münasibətləri saxlanılırdı. Gürcüstanda feodallar sinfi içərisindən əyanların yeni güclü bir təbəqəsi olan didebulilər meydana çıxdı ki, onlara varlı ruhani feodallar da qoşulurdular. Gürcü kilsəsinin başında katolikos dururdu. Gürcüstanda iri feodal torpaq sahibliyinin inkişaf etməsi və siyasi dağınıqlığın güclənməsi ilə əlaqədar bu şəhərlər həm də siyasi mərkəzlərə çevrilirdilər.
Hesablamanın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Hesabın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Heyvanlar tarixi
Heyvanlar tarixi (Aristotel)
Jurnalistika tarixi
Jurnalistika tarixi müntəzəm olaraq məlumat toplamaq və yaymaq üçün xüsusi üsulların meydana gəlməsi ilə qeyd olunan texnologiya və ticarətin böyüməsini əhatə edir, bu da bir jurnalistika tarixini ortaya qoyduğu kimi, mövcud xəbərlərin dairəsinin daim artmasına səbəb olmuşdur. Mətbəə icad olunmamışdan əvvəl ağızdan gələn xəbər xəbərlərin əsas mənbəyi idi. Geri dönən tacirlər, dənizçilər və səyahətçilər materikə yeni xəbər gətirirdilər, bu da şəhərdən şəhərə yayılırdı. Bu cür xəbərin yayılması çox etibarlı deyildi və bu üsul mətbəənin ixtirası ilə öldü. Jurnalistlər qədim dövrlərdə məlumat yaymaq üçün daha çox qəzetlərdən istifadə etsələr də, XX əsrdə radio və televiziya, XXl əsrdə isə internet əsas vasitəyə çevrilmişdir. == İlk və əsas jurnalistika == Avropa Avropada intibah dövrünün başlaması ilə əlaqədar yarmarkalar keçirilən şəhərlərdə informasiya mərkəzləri yarandı. Həm də həmin şəhərlərdə əlyazma halında qəzetlər buraxılırdı və burda ticarət xəbərləri ilə yanaşı digər informasiyalara da yer verilirdi. "Qəzet" sözü də həmin dövrdə meydana gəlmişdir. Bu ad Venesiyada (İtaliyada) işlənən pul vahidinin adından götürülüb. İnformasiyalar hıəmin pula, yəni qazettaya satılırdı.