Tukay rayonu

Tukay rayonu (tatar. Тукай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində, Kama çayınımn sağ sahilində yerləşir.

Tukay rayonu
Тукай районы
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

55°51′ şm. e. 52°31′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Naberejnıye Çelnı
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Sahəsi
  • 1.744 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 46.760 nəf. (2021)[1]
Rəsmi sayt
Tukay rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati mərkəzi Yar Çallı şəhəridir (şəhər özü respublika tabeliyindəki bir şəhərdir və şəhər dairəsini təşkil edir.)

Yar Çallı, Minzələ, Sarman, Zəy, Nijnekamsk, Alabuqarayonları ilə, Nijnekamsk su anbarı vastəsilə MendeleyevskƏgerce rayonları ilə həmsərhəddir.

Rayonunun inzibati ərazisinin sahəsi 1729.49 km²-dir.

Mühafizə olunan ərazilər

[redaktə | mənbəni redaktə et]

"Aşağı Kama" və "Borovets Klyuçi" Milli Parkları.

1920-ci ilə qədər Tukay rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasına daxil idi[2]. 1920-ci ildə qəza yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.

Rayon 1 oktyabr 1930-cu ildə mərkəzi Yar Çallı şəhəri olan Çallı rayonu olaraq qurulur. Rayon Çallı volostunun ərazisini, Abdulovskaya, Axmetyevskaya və Afanasyevskiy volostlarının bir hissələrini və Kuzkeevski və Şinqalçinski volostlarının bir neçə yaşayış məntəqəsini əhatə edirdi. 20 aprel 1976-cı ildə rayon Tukay rayonu adlandırılır[3].

2010-cu il siyahıyaalınmasına görə rayon əhalisi 36 561 nəfər olmuşdur.

Milli tərkib

Tatarlar - 71,07%, ruslar - 24,26%, çuvaşlar - 1,48% və başqaları[4]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Tukay rayonu ərazisinə 23 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 88 yaşayış məntəqəsi daxildir[5].

Böyük şəhərlərin, magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi və Kama çayı üzərindən körpünün olması rayon ərazisində yol şəbəkəsinin inkişafına öz töhfəsini verir.

M-7 Moskva-Kazan-Ufa avtomobil yolu (Volqa), 16A-0003 Yar Yallı-Zəy-Almət, 16A-0003 - Nijnekamsk, 16A-0003 - Beqişevo Airport, Yar Çallı - Sarman - Oktyabrski.

Dəmiryol stansiyası rayonun qərb hissəsi boyunca uzanır. Əgerce - Yar Çallı - Akbaş, Nijnekamsk filialları, KAMAZ sənaye zonasına uzanan yol və s. Rayonun cənub-qərbində Beqişevo beynəlxalq hava limanı yerləşir.

Kama və Nijnekamsk su anbarında yük və sərnişin daşımalar həyata keçirilir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "В. В. Ермаков «Челнинская история»". 2010-09-10 tarixində arxivləşdirilib.
  3. Указ Президиума Верховного Совета РСФСР от 20 апреля 1976 года «О переименовании Челнинского района Татарской АССР».
  4. "Татстат: Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-07.
  5. "Муниципальные образования в составе муниципального района".[ölü keçid]