Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tütünçü
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Sərkay Tütüncü
Sərkay Tütüncü (7 fevral 1991, İzmir) — Türkiyə TV serial aktyoru və idmançı. == Həyatı == Serkay Tütüncü 7 fevral 1991-ci ildə İzmir ilinin Tirə ilçəsində anadan olub. Təhsilini Egey Universitetində başa vurub. Serkay Tütüncü, İzmirspor, Balçovaspor, İzmir Safety və Alaçatıspor komandalarında çıxış edib. 2018-ci ildə yayımlanan "İnsanlığa qarşı cinayət" serialı ilə aktyorluğa başlayıb. Daha sonra 2019–2020-ci illər arasında Kanal D-də yayımlanan "Afili Ask" serialında Volkan obrazına həyat verən Serkay Tütüncü "Mr. Nəhayət, 2022-ci ilin fevral ayından beIN CONNECT platformasında yayıma başlayan "Hayaller ve Hayatlar" serialında Alaz rolunu oynayır.
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Otuzuncu
Otuzuncu, Otuzikinci — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Otuzuncu qəsəbəsi dağətəyi ərazidədir. Qəsəbə rayon mərkəzinin 30 km.-liyində salındığı üçün belə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Quluncu
Quluncu - Qərbi Azərbaycan ostanının kəndlərindən biridir ki, Urmiya şəhristanının Ənzəl bölümünün Cənubi Ənzəl qəsəbəsində yerləşib.4955 nəfər cəmiyyəti var..Əhalisinin əksəriyyəti kürəsünnilərdən ibarətdir ki Azərbaycan dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Həsən Məmmədov (tütünçü)
Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: Куба—Мисир.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). == Həyatı == Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Rza İsmayılov (tütünçü)
İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi – 28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı. == Həyatı == 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub. Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956-1966) işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Truncus pulmonalis
Ağciyər kötüyü (lat. Truncus pulmonalis , Arteria pulmonalis — BNA) ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır. Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı. O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Oyun qurucu
Oyun qurucu müdafiəçi və hücumçular arasında yerləşən və vəzifəsi hər iki mövqedəki basketbolçulara kömək etmək olan oyunçu. Oyun qurucular komandanın xal qazanması üçün dəqiq və düşünülmüş paslar atır və bu mövqedə olanlar hər iki əlindən yaxşı istifadə etməyi bacarır. Bu mövqe amerikan futbolundakı kuotəbək(quarterback) və ya futboldakı pleymeyker(playmaker) ilə eynidir. Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook,Rajon Rondo və s.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.
Otuzuncu simfoniya (Motsart)
Otuzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən 5 may 1774-cü ildə Zalsburqda tamamlanmışdır. 1773-1774-cü illərdə Zalsburqda yazılmış digər simfoniyalarda olduğu kimi, Motsart 30-cu simfoniyanın əlyazmasında yazılma tarixini tanınmaz bir hala salmışdır. Tədqiqatçıların fikrincə, Volfqanq Amadey Motsartın bu əsəri plagiat müəlliflərdən qorumaq üçün onun daha əvvəllər yazılmış bir əsər olması təsəvvürünü yaratmaq idi. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir.
Qurucu (film, 2016)
Qurucu (ing. The Founder) — John Lee Hancock və Robert Siegel tərəfindən yazılan 2016-cı ilin Amerika bioqrafik dram filmi. Michael Keatonun iş adamı Ray Kroc rolunda oynadığı film, McDonald's fast food restoran şəbəkəsini yaratmasından bəhs edir. Nick Offerman və John Carroll Lynch, McDonald'sın qurucuları Richard və Maurice McDonald rollarında oynayırlar. == Süjet == 1954-cü ildə Ray Kroc səyyar milkshake maşını satıcısıdır. Ethel adlı dəstəkləyici bir həyat yoldaşı olmasına və İllinoys ştatının Arlington Heights şəhərində rahat bir həyat yaşamaq üçün kifayət qədər pula qənaət etməsinə baxmayaraq, Ray daha çox şey arzulayır. Ray özünün milkshake maşınlarını satmağa çalışdığı restoranların bir çoxunun səmərəsiz işlədiyini də müşahidə edir. San Bernardinoda bir alış-verişin qeyri-adi çox sayda süd qarışığı sifariş verdiyini öyrəndikdən sonra Ray onu görmək üçün Kaliforniyaya gedir. Gördüyü şey — sürətli xidmət, yüksək keyfiyyətli yeməklər, birdəfəlik qablaşdırma və ailə dostu atmosferi olan məşhur gəzinti restoranı McDonald'sdır. Ray iki McDonald qardaş Maurice "Mac" və Richard "Dick" McDonald ilə görüşür.
Tarhuncu Sarı Əhməd Paşa
Tarhuncu Sarı Əhməd Paşa (ö. 21 mart 1653) — IV Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == İndiki Albaniyanın Mat qəsəbəsində dünyaya gəlmişdir. Daha sonra dəvşirmə olaraq paytaxta gətirilmiş, Əndəruna alınaraq burada təhsil almışdır. Silahdar Musa ağanın 1633-cu ildə Misir bəylərbəyi olması ilə onunla birlikdə saraydan ayrıldı. Əvvəlcə Musa Paşaya, daha sonra Həzərparə Əhməd Paşaya kəndxuda oldu. Həzərparə Əhməd Paşanın qətlindən sonra qardaşı Oruc bəy də Sofu Mehmed Paşaya qarşı çıxan sipahi üsyanında öldürüldü. Əhməd ağa isə şeyxülislam Əbdürrəhim Əfəndinin himayəsinə alınaraq qorundu. Sakitlik təmin edildikdən sonra Diyarbəkir bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən həccə getdi.
Turun Palloseura FK
TPS — Finlandiyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 10 dəfə Avropa kuboklarında iştirak edib.
Bürünc
Bürünc — mis və sinkin ərintisindən alınan metal.
Sürücü
Sürücü (ing. Driver) — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM),video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluettoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2-20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Dahi qurucu (film, 2009)
Dahi qurucu — rejissor Almas Məmmədovanın 2009-cu ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə mərhum prezident, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs olunur. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Amerika Birləşmiş Ştatlarının qurucu ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas Bani ataları təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
Yaqub Zurufçu
Yaqub Zurufçu (8 aprel 1956, Təbriz – 14 sentyabr 2021, Bakı) — əslən Güney Azərbaycanlı tanınmış vokalist və musiqiçi. == Həyatı == Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində dünyaya gəlib. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olmuşdu. 11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa etmişdi. Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edirdi. Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət edirdilər. Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlamış, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirmişdi. 1979-cu ildə İranda Xalq İnqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olmuşdu. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq gövülmüşdü. Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək idi.
İldırım ötürücü
İldırım ötürücü — bina və qurğulara quraşdırılan, ildırım vurmalarından qorunmaq üçün cihaz. == İş prinsipi == İldırım çaxması zamanı yer üzündə böyük bir cərəyan meydana gəlir və Yerin səthində güclü bir elektrik sahəsi görünür. Sahə intensivliyi xüsusilə kəskin keçiricilərin yanında yüksəkdir və buna görə ildırım ötürücünün ucunda bir tac boşalması alovlanır. Tac boşalması nəticəsində ildırım ötürücüyə yaxın hava güclü ionlaşır. Nəticədə ucun yaxınlığındakı elektrik sahəsi azalır (hər hansı bir ötürücünün içərisində olduğu kimi), induksiyalı yüklər binaya yığıla bilmir və şimşək ehtimalı azalır. İldırım meydana gəldiyi eyni hallarda (belə hallar çox nadirdir), ildırım ötürücü vastəsi ilə ötürülür və nəticədə dağıntı olmadan təhlükə aradan alxır. == Qurğu == Bir-biri ilə əlaqəli üç hissədən ibarətdir: İldırım qəbul edici — ildırımın qəbul edilçəsinə xidmət edir və ildırım kanalı ilə təmas zonasında yerləşir; qorunan obyektdən asılı olaraq, metal bir pin, keçirici material şəbəkə və ya qorunan obyektin üstünə uzanan bir metal kabel ola bilər. Yerləndirmə ötürücüsü və ya aşağı keçirici — yükü hava terminalından torpaq elektroduna yönəltməyə xidmət edən bir dirijor; ümumiyyətlə kifayət qədər böyük bir kəsişmədən ibarət bir teldir. Yerləndirmə — yerlə təmasda olan bir ötürücü və ya ümumiyyətlə torpağa basdırılmış bir metal çubuq.Bir ildırım ötürücüsünü elementləri bir-birinə bağlıdır və dəstəkləyici bir quruluşla sabitlənmişdir. Torpaq obyektinə ildırım vurma ehtimalı, hündürlüyü artdıqca, ildırım ötürücünün ən yüksək səviyyədə ya birbaşa qorunan obyektdə, ya da obyektin yaxınlığında ayrı bir quruluş şəklində yerləşdirilir.
Bürünc atlı
Bürünc atlı (poema) — Aleksandr Puşkinin poeması. Bürünc atlı (heykəl) — I Pyotrun Sankt-Peterburqun Senat meydanında XVIII əsrdə ucaldılmış heykəli.
Bürünc medal
Bürünc medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. Hər hansı yarış müsabiqəsində yarış iştirakçıları arasında üçüncü yeri tutan iştirakçıya bürünc medalı təqdim edilir. Ənənəvi olaraq birinci və ikinci yeri tutan qaliblər müvafiq olaraq qızıl və gümüş medallarla mükafatlandırılır. == Tarix == Belə fərqli bir rozetin anlayışı ilk növbədə orta əsrlərdə hərbi işdə döyüşçülərin fərqləndirilməsi zamanı yaranmışdı, lakin vaxt keçdikcə qeyri-döyüş əvəzi bürünc medalı kimi adlandırıldı. Orta əsrlərdə bürünc medalı "Şöhrət sahəsinə layiq" və "Hərbi şücaət" adı kimi təqdim edilirdi. Bir sıra turnirlərdə, boks, cüdo, taekvondo və güləş kimi bəzi idman növlərində iki bürünc medal qazanmaq mümkündür. Birinci bürünc medalının sahibi açıqlandıqdan sonra hər yarım finalistə artıq bir bürünc medalının sahibi olmaq üçün yenidən şans verilir. == Olimpiya oyunları == Qədim Olimpiya Oyunlarının müsabiqələrində əsas Olimpiya mükafatı medal yox idi. 1896-cı ildə mükafatlandırma qaydası təsis edildi və yerindən asli olmayaraq yalnız, gümüş medal təqdim olunurdu. 1904-cü ildə isə Olimpiya Oyunlarında keçirilən yarış müsabiqəsinin təşkilatçıları tərəfindən ilk üç yerin qalibinə qızıl, gümüş və bürünc medalları təşkil olundu.
Üçüncü Ağalı
Üçüncü Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir.28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Üçüncü Mahmudlu
Üçüncü Mahmudlu – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. == Coğrafiyası == Kənd Quruçayın sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
Üçüncü Milli
Üçüncü Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən Üçüncü Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Üçüncü Milli kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Yaşayış məntəqəsini XIX əsrin ortalarında Dərələyəz mahalının Milli kəndindən (kürd nəsillərindən birinin adı) köçüb gəlmiş kürd ailələri salmışlar. Oykonimin birinci komponenti kəndi rayondakı eyniadli iki kənddən (Birinci Milli, İkinci Milli) fərqləndirməyə xidmət edir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Üçüncü Qarakilsə
Üçüncü Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 30 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Sıra bildirən «üçüncü» sözü ilə Qarakilsə oykonimi əsasında əmələ gəlmişdir. Üçüncü fərqləndirici əlamət bildirən sözdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraşen (Dərəkənd) qoyulmuşdur.
Üçüncü Reyx
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Hamlet İsaxanlı. Alim və qurucu ömrü
"Yusif Məmmədəliyev mükafatı laureatları" seriyasından Fuad Tanrıverdiyevin yazdığı və 1997-ci ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görən kitab. Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyəti İcraiyyə Komitəsinin 26 dekabr 1996-cı il 126 saylı qərarına əsasın çap edilmişdir. Kitabın redaktoru Elşad Quliyev dir. == Kitabın titul vərəqindən == Xalq arasında biliklər yaymaq, ürəklərdə maarif ziyası yandırmaq hər birimizin müqəddəs işi, mənəvi borcudur. J.H. Məmmədəliyev Maarifçilik, milli elmimizin tərəqqisi, dünya şöhrəti qazanması sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyəti İcraiyyə Komitəsinin qərarı ilə Hamlet Abdulla oğlu İsayev (İsaxanlı) Yusif Məmmədəliyev adına mükafatla təltif edilmişdir. == Məzmun == == "İşi sevən, işə yaradıcılıq kimi baxan yoruldum deməz, ruhdan düşməz" == == Biblioqrafik əlavələr == == Həmçinin bax == Hamlet İsaxanlı Elşad Quliyev == İstinadlar == Fuad Tanrıverdiyev. Hamlet isaxanlı. Alim və qurucu ömrü. Xəzər Universiteti Nəşriyyatı, Bakı, 1997 (Yusif Məmmədəliyev mükafatı laureatları).