Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13-14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI-XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Ulan-Bator
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. == Tarixi == Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. == Coğrafiyası == Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Ulan-Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan Bator
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. == Tarixi == Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. == Coğrafiyası == Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Ulan Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan-Sutqalan şəlaləsi
Ulan-Sutqalan (monq. Улаан-Цутгалан) — Monqolustanda şəlalə. Orxon çayının sağ qolu olan Ulan çayı üzərində yerləşir. Hündürlüyü 24 metrdir. == Ümumi məlumat == Şəlalə Xanqay yaylasında, Xarxorin şəhərinin 54 km-də, Xujirt qəsəbəsi yaxınlığında yerləşir. Şəlalə ölkənin əsas görməli yerlərindən biri hesab olunur. Yerli əhalinin dilində "Qırmızı axım" deməkdir. Bəzi mənbələrdə şəlaləni Orxon adlandırırlar. Məhs o ölkənin ən böyük çayı olan Orxonun qolu üzərində formalaşıb. Xanqay yaylasında formalaşan Ulan çayı yuxarı axarlarda dar və dərin kanyona bənzər dərələrlə axır.
Ulan-Ude Aviasiya Zavodu
Ulan-Ude Aviasiya Zavodu (rus: Улан-Удэнский авиационный завод, Ulan-Udėnskij aviacionný zavod) Rusiyada Buratiya Respublikasının Ulan-Ude şəhərində yerləşir. Təyyarə və helikopter istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1939-cu ildə I-16 döyüş və Tupolev SB bombardmançı təyyarələrini istehsal etmək məqsədilə yaradılıb. II Dünya müharibəsi ərzində bu zavod La-5 və La-7 döyüş təyyarələrini istehsal etmişdir. 1956-cı ildən etibarən zavod helikopter istehsalına başlamış, 1970-ci ildən isə Mil Mi-8 helikopterlərinin istehsalını həyata keçirmişdir. Burada ümumilikdə 4000-dən çox Mi-8 helikopteri istehsal olunub. 2009-cu il hesablamalarına əsasən zavodun istehsalının əsas hissəsini Mi-8T, Mi-171 helikopterləri və Su-25UB, Su-39 hücumçu təyyarələri təşkil etmişdir.
Milli İdman Stadionu (Ulan-Bator)
Milli İdman Stadionu (monq. Төв цэнгэлдэх хүрээлэн, ing. National Sport Stadium of Mongolia) — Monqolustanın paytaxtı Ulan-Batorda yerləşən mərkəzi idman stadionu.Hal-hazırda əsasən futbol oyunlarında istifadə edilən stadionun tamaşaçı tutumu 20 000 nəfərdir. Monqolustanın müstəqillik bayramı olan Naadam festivalı hər ilin iyul ayında bu stadionda keçirilir. Stadionun sahibi olan şirkətə təxminən 27 min hektar ərazi məxsus olmasına baxmayaraq stadionun sahəsi 8 min hektardır. Bu stadionda 2016-cı ildə Dünya Universitetlərinin oxatma üzrə çempionatı keçirildi.Stadionun səhmlərinin 51%-i özəl şirkət, 49%-i isə hökumətdir. Stadion sahiblərinin çox olmasının səbəbi ölkədə 12 500 nəfər tamaşaçı tutumua malik yeganə stadion olmasıdır. == Tarixi == Bu stadion 1958-ci ildə SSRİ tərəfindən Ulan-Batorda inşa edildi. O vaxtdan bəri heç bir zaman təmir edilməyən stadion, sadəcə ilkdə bir dəfə rəngləndirilir. Stadion futbol, festival və digər çoxfunksiyalı tədbirlər üçün inşa edilməsinə baxmayaraq, yalnız müstəqillik günü münasibəti ilə təşkil edilən Naadam festivalı keçirilir.
Ulanlar
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13-14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI-XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Ulanlar (Maku)
Ulanlar (fars. اولنلر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (48 ailə).
Yekaterina Ulanova
Yekaterina Ulanova — rus qadın voleybolçu. Liberodur. Dinamo Kazan klubunda karyerasını davam etdirir, 2005-ci ildən Rusiya millisinin üzvüdür. == Karyerası == Yekaterina Ulanova peşəkar karyerasına ölkəsinin Olimpiya Suja komandasında başlamışdır. Bir mövsüm burada oynadıqdan sonra Rusiya voleybolunun flaqmanı sayılan Dinamo Moskvaya transfer olunmuşdu. Burada Rusiya superliqasını bir dəfə başı üzərinə qaldıran voleybolçu daha sonra sırası ilə ÇSKA Moskva, Leninqradka, Dinamo Krasnodar klublarının şərəfini qormuşdur. 2010-cu ildə Dinamo Krasnodarla müqavilə müddəti bitdikdən sonra yenə də ölkə xaricinə çıxmamış, başqa bir Dinamo klubu Dinamo Kazanla sözləşmə imzalamışdı.Karyerasının ən rəngarəng vaxtlarını Dinamo Kazanda keçirən Ulanova burada şəxsi rekordlarına da imza atdı. Kluba transfer olunduğu ilk, 2010-11 mövsümündən başlayaraq komanda ilə ard-arda dörd dəfə ölkə çempionatının qızıl medalını boynuna asan Ulanova bunun yanında da 2013-14 mövsümündə CEV Qadınlar Çempionlar Liqasını, 2014-cü ilin yayında isə Klublararası dünya çempionatını qazanmışdır. Adı çəkilən son turnirdə "Ən Yaxşı Libero" adına da layiq görülmüşdü.Milli komandaya tez-tez dəvət alan fərasətli libero Rusiya yığması ilə bir çox titul əldə etmişdir. İlk olaraq voleybolçu 2005-ci ildə Voleybol üzrə qadınlararası Avropa çempionatının qızıl medalını qazanan Rusiya yığmasının heyətində yer almışdır.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslərAlan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı.Yaşayış məntəqələriAlan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. == Həyatı == Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. == Xüsusiyyətləri == Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Ucan
Ucan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Uhan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir.Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən. 武昌), "Han" hissəciyi isə bu çayın şimal sahilindəki "Hankou" şəhərinin adından (çin.
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Ular
Ular (lat. Tetraogallus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. == Növləri == Altay uları (Tetraogallus altaicus) — Altay dağları, Sayanlar; Himalay uları (Tetraogallus himalayensis) — Tyan-Şan, Pamir-Altay, Hindukuş, Kunkun, Himalay dağlarının qərb tərəfi; Qafqaz uları (Tetraogallus caucasicus) — Böyük Qafqaz; Xəzər uları (Tetraogallus caspius) — Tavr dağları və Pont dağları, Elbrus, Kopetdağ, Zaqros; Tibet uları (Tetraogallus tibetanus) — Pamirin şərqi, Himalay dağları, Sino-Tibet dağları, Kunlun.
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Ulsan
Ulsan (kor. 울산 광역시) — Koreya yarımadasının cənub-şərqində yerləşən şəhər-metropolis. Cənubi Koreyada əhalisinin sayına görə, ən böyük yeddinci metropolisdir. Cənubdan Busan, şimaldan Qyonqju şəhərləri ilə qonşudur. Ulsan sənaye rayonunun mərkəzi olan Ulsan şəhəri Cənubi Koreyanın əsas sənaye mərkəzlərindən biri hesab olunur. 1962-ci ildə şəhər, 1997-ci ildə şəhər-metropolis statusu almışdır. Ən böyük avtomobil istehsalçısı şirkəti olan Hyundai Motor Comapany, Hyundai Heavy İndustries tərəfindən idarə olunan dünyanın ən böyük tərsanəsi və SK Energy-yə aid dünyanın ən böyük ikinci neftayırma zavodu da burada yerləşir.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. == Qardaş şəhərlər == İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Usan
Usan Xan - türk, monqol və altay mifologiyasında su ilahı. Uhan Xan da deyilir. Yer üzündəki suları və su qaynaqlarını, bulaqları, mənbələri qoruyur. Suların bollaşmasını təmin edər. Qalxanı sudandır. Getdiyi yerlərdən sular fışqırar. Rəngi qırmızıdır. Monqolların 99 cənub tanrısının nümayəndəsidir. (Tatay Xan isə 77 şimali tanrısının nümayəndəsidir.) == Loson xan == Monqol və buryat mifologiyasında su tanrısıdır. Usan Xanın əmrindəki bir varlıqdır.
Uxan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir.Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən. 武昌), "Han" hissəciyi isə bu çayın şimal sahilindəki "Hankou" şəhərinin adından (çin.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədi ilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. İlanları öyrənən elm serpantologiya adlanır.
WLAN
Simsiz lokal şəbəkə (ing. wireless local area network; qısaca "Wireless LAN" və ya "WLAN") — ev, məktəb, kompüter laboratoriyası, yataqxana və ya ofis binası kimi məhdud ərazidə yerli şəbəkə (LAN) yaratmaq üçün simsiz rabitədən istifadə edərək iki və ya daha çox cihazı birləşdirən simsiz kompüter şəbəkəsi. Bu istifadəçiləri əhatə dairəsində hərəkət etmək və şəbəkəyə bağlı qalmaq imkanı ilə təmin edir. Simsiz lokal şəbəkə həmçinin şəbəkə keçidi vasitəsilə internetə daha genişmiqyaslı qoşulma potensialına malikdir. IEEE 802.11 standartlarına əsaslanan simsiz lokal şəbəkələr dünyada ən çox istifadə edilən kompüter şəbəkələridir. Bunlar adətən Wi-Fi adlanır və bu, "Wi-Fi Alliance"a məxsus ticarət nişanıdır. Onlar notbuk kompüterləri, printerləri, smartfonları, veb televizorları və oyun cihazlarını simsiz ruter ilə birləşdirən ev və kiçik ofis şəbəkələri üçün istifadə olunur. Restoranlarda, kafelərdə, otellərdə, kitabxanalarda və hava limanlarında ruter vasitəsilə təmin edilən qaynar nöqtələr istehlakçılara portativ simsiz cihazlarla internetə daxil olmaq imkanı verir. == Tarixi == Havay Universitetinin professoru Norman Abramson dünyanın ilk simsiz kompüter rabitəsi şəbəkəsi olan "ALOHAnet"i yaratmışdı. Sistem 1971-ci ildə fəaliyyətə başlayıb.
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.