Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ufologiya
Ufologiya (ing. ufology) — UNO-ları (uçan naməlum obyekt) görmüş şəxslərin verdikləri məlumatların yığılması, təsnifləşdirilməsi və interpretasiyası ilə məşğul olan bir elm sahəsidir. Ufologiya elminin əsas problemi daxil olan məlumatların obyektivliyidir. Ufologiya elmi rəsmi elm sayılmır. Bu termin yalnız kütləvi informasiya vasitələri tərəfindən istifadə edilir. Bu elmin tədqiqatları və tədqiqat metodları olduqca müxtəlifdir. Qeyri-adi hallarala maraqlanan mütəxəssislərin diapozonu olduqca genişdir: sadə həvəskarlardan tutmuş alimlərə qədər. Bu elmin obyekti isə ciddi elmi tədqiqatlar və sadə insanların müşahidələrindən ibarət olduğuna görə ufologiyanı alimlər tam bir elm saymırlar. Ufoloqlar elmə məlum olmayan hallar və qeyri-adi varlıqlarla əlaqəyə girmiş şəxslərin verdikləri məlumatları toplayırlar. Ufoloqlar arasında gəlmələrin bizim planetə haradan və hansı məqsədlərlə gəlmələri ilə bağlı ciddi fikir ayrılığı mövcuddur.
Urologiya
Urologiya (yunan οὖρον ouron "sidik" və -Logía -logia "öyrənilməsi") kişi və qadın cinsiyyət sisteminin cərrahi və tibbi xəstəliklərinə yönəlmiş tibb sahəsidir. Urologiya sahəsindəki orqanlar arasında böyrəklər, adrenal bezlər, sidik kisəsi, urethra və kişi çoxalma orqanları (testes, epididimis, vas deferens, seminal veziküller, prostat və penis) daxildir. Sidik və reproduktiv traktorlar bir-biri ilə sıx bağlıdır və birinin pozğunluqları digərinə təsir göstərir. Beləliklə, urologiyada idarə olunan şərtlərin əsas spektri genituren pozğunluqların təsiri altındadır. Urologiya ürək-damar infeksiyaları və benign prostat hiperplaziyası kimi müalicə (məsələn, qeyri-cərrahi) şəraitin idarə edilməsini, məskunlaşma vəziyyəti və ya prostat xərçəngi, böyrək daşları, anadangəlmə anormallıqları, travmatik zədə və stress kimi cərrahi şərtlərin idarə edilməsini birləşdirir. Urologiya üsulları minimal invaziv robotik və laparoskopik cərrahiyyə, lazer yardımlı əməliyyatlar və digər sahələrə yönəldilmiş prosedurları əhatə edir. Uroloqlar açıq və minimal invaziv cərrahi üsullarla, real vaxt ultrasəs təlimatı, fiber-optik endoskopik avadanlıq və çoxsaylı benign və malign şəraitin müalicəsində müxtəlif lazerlər hazırlayırlar. Urologiya ilə yaxından əlaqəli (və uroloqlar tez-tez praktikantlarla əməkdaşlıq edir) onkologiya, nefroloji, ginekologiya, andrologiya, pediatrik cərrahiyyə, kolorektal cərrahiyyə, gastroenterologiya və endokrinologiya kimi tibbi elm sahələri mövcuddur. Urologiya hər il Birləşmiş Ştatlar tibbi məktəbi məzunlarının 1,5% -dən azını təşkil edən yeni urologlarla həkimlər üçün ən rəqabətli və yüksək istedadlı cərrahi ixtisaslardan biridir. Urologiya cərrahları və ya uroloqlar, ən azı 5 il post-məzun olan cərrahi təhsil müddəti keçməlidirlər, onlardan 12 ay ümumi cərrahiyyədə tamamlanmalı və 36 ayda klinik urologiyada tamamlanmalıdır.
TURP (urologiya)
Prostatın transuretral rezeksiyası, qısaca TURP - urologiyada endoskopik minimal invaziv yolla sidik kanalından keçməklə sidikliyin və prostatın patoloji toxumasının kəsilib götürülməsi əməliyyatının adı. TUR sindromu Sidik qaçırma Sidiklik boynunun sklerozu Retroqrad eyakulyasiya Erektil disfunksiya Əsasən uzun sürən TUR əməliyyatlarından sonra baş verir. Səbəb əməliyyat üçün istifadə olunan mannit və sorbit tərkibli lavaj mayesinin qan dövranına düşməsi ilə yranan hipoton hiperhidratasiyadır. Bir saatlıq əməliyyat zamanı 50 mmHg təzyiq altında 2 litrə qər lavaj mayesi rezorbsiya oluna bilir. Qana həddən ziyadə maye həcminin daxil olması!
Biologiya
Biologiya (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir. Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir.
Ekologiya
Ekológiya (yun. οικος — ev, yaşayış məskəni, yun. Λόγος — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elm. Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Təbiəti insansız insanı təbiətsiz təsəvvür etmək mümkün deyil. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər. Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir.
Etologiya
Etologiya — ekosistem şəraitində orqanizmlərin davranışını (hərəkət tərzini) öyrənən elm.
Geologiya
Geologiya (Yunanca geo — Yer, logiya — təlim, elm) — yaşadığımız planet (səyyarə) — Yer kürəsi haqqında elm. Müasir geologiya hidrologiya da daxil olmaqla Yer haqqında elmlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Yer sistemi elmi və planet elmi ilə inteqrasiya olunur. Geologiya Yerin quruluşu və bu quruluşu formalaşdıran prosesləri təsvir edir. Geofizika Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənir. Geoloqlar süxurların əmələ gəlmə tarixini öyrənmək üçün onların mineraloji tərkibini öyrənirlər. Geologiyanın bir qolu olan geoxronologiya müəyyən bir yerdə tapılan süxurların nisbi yaşlarını müəyyən edir; geokimya onların mütləq yaşlarını müəyyən edir. Müxtəlif petroloji, kristalloqrafik və paleontoloji alətləri birləşdirərək geoloqlar bütövlükdə Yerin geoloji tarixini sala bilirlər. Bir aspekt Yerin yaşını nümayiş etdirməkdir. Geologiya plitələrin tektonikası, həyatın təkamül tarixi və Yerin keçmiş iqlimləri üçün dəlillər təqdim edir.
Miologiya
Miologiya (lat. myologia; yun. μυς — əzələ + yun. λόγος — elm) — anatomiyanın bir şöbəsi olub əzələlərin quruuşunu və funksiyasını öyrənir. Müasir miologiya özündə anatomiyanı, fiziologiyanı və klinik təbabəti birləşdirir. Mialogiya şöbəsi anatomiya nizamnaməsinə görə angiologiya, nevrologiya və topoqrafik anatomiya şöbələri ilə sıx əlaqəli öyrənilir. Miologiya dayaq-hərəkət aparatında hərəkətin törəməsinə səbəb sinir sisteminin oyanmaısı nəticəsində sklet əzələlərinin yığılmasıdır.
Neologiya
Neologizm (yun. νέος λόγος - yeni söz) — linqvistikada dildə yeni yaranan sözlərə deyilir. Məsələn: Helikopter, monitorinq, android, robot, kompüter, birja və s. Neologizm sözü "Yeni bir şey tapmaq", "törətmək", "gətirmək" mənalarını bildirir. Dildə yeni yaranan sözləri öyrənən elmə "Neologiya" deyilir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Orologiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Reologiya
Reologiya yunan (rheos – axım və loqos – söz, nəzəriyyə) sözündən yaranan, maddənin axımı və deformasiya haqqında elmdir. Reologiyanın M. Reynerin nəzəriylə fizika elminə, daha çox mexanika elminə aid etmək olar. Rəsmi olaraq "reologiya" termini amerikalı Yudjin Binqam tərəfindən 3-cü plastik mövzusuna aid olan simpoziumda (1929-cu il ABŞ) irəli sürülüb, lakin reologiyanın ayrı-ayrı mövqeləri bir qədər əvvəl də məlum idi. İ. Nyutonun qatı mayelərin hərəkətinə müqavimət qanunu, Novye-Stoksun sıxılmayan mayelərin hərəkətinin düsturu, Dj-Maksvell Tomsonun və başqalarının işləri təşkil edir. Bu sahədə rus alimlərinin – D. İ. Mendeleyev, N. P. Petrov, N. Ş. Vedov və sovet alimləri P. A. Rebinder, M. P. Volaroviç, Q. V. Vinoqradovun da əməkləri böyükdür. Reologiya bir neçə bölmələrə ayrılır: Nəzəri reologiya (fenomenoloji reologiya və yaxud makroreologiya) hidromexanika elmi ilə, elastik, plastin və sürünmə nəzəriyyələri ilə çox sıx bağlıdır. O, cismə deformasiyadan yaranan mexaniki gərginliyin təsiri ilə vaxt dəyişməsi arasında olan asılılığı təyin edir. Təcrübi reologiya (reometriya) cisimlərin müxtəlif reoloji xassələrini xüsusi cihaz və sınaq maşınları vasitəsilə təyin olunur. Mikroreologiya mikrohəcmlərdə deformasiyanı və axıcılığı tədqiq edir, məsələn dispers sistemlərin fazalarındakı hissələrin ölçüsündəki və yaxud atom və molekul ölçüsündə həcmlərdə. Bioreologiya insanlarda və heyvanlarda müxtəlif bioloji mayelərin (qan, sinoval, plevral və s.) axıcılığını, müxtəlif toxumaların (əzələ, sümük, qan damarları) deformasiyasını tədqiq edir.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Zoologiya
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Oologiya
'Oologiya' (qədim yunan dilindən ᾠόν — yumurta və λόγος — söz) heyvanat yumurtalarının, əsasən quşların, həmçinin quş yuvalarının öyrənilməsinə həsr olunmuş zoologiya, əsasən ornitologiya bölməsidir. Bəzən ooloq ümumi mənada quş yumurtalarının toplanması kimi başa düşülür və buna dologofiliya da deyilir. Embriologiyadan fərqli olaraq, ooloji tədqiqatlar, bir qayda olaraq, yumurtaların xarici qabığını öyrənir. Oologiya əsasən yumurtaların ölçüsünə, çəkisinə , formasına , növlərinə və bəzən onların tərkibinə görə təsviri və tərifi ilə məşğul olur. Yumurta kolleksiyasına ooteka (lat. Ootheca) deyilir. Ooloji kolleksiyalar zooloji muzeylərdə saxlanılır. Tədqiqat nəticələri yumurtaların parametrlərinə əlavə olaraq populyasiyanın dəyişkənliyi, təkamülü, filogeniyası, ətraf mühitin çirklənməsinin populyasiyaların vəziyyətinə təsiri və s. Məsələləri də aydınlaşdırmağa imkan verir. Oologiyaya maraq 1800-cü illərdən bəri Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında populyarlaşmağa başladı.
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (Qazaxıstan)
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (qaz. Қазақстан Республикасы Экология, геология және табиғи ресурстар министрлігі, ing. Ministry of Ecology, Geology and Natural Resources of the Republic of Kazakhstan) — dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, ətraf mühitin mühafizəsi, "yaşıl iqtisadiyyat" ın inkişafı, tullantıların idarə edilməsi (bələdiyyə, tibbi və radioaktiv tullantılar istisna olmaqla) sahəsində Qazaxıstan Respublikasının mərkəzi icra orqanı , təbii sərvətlərdən səmərəli istifadə üçün qorunma və nəzarət, yerin təkinin dövlət geoloji tədqiqi, mineral ehtiyat bazasının çoxalması, su fondunun istifadəsi və qorunması, su təchizatı, çirkab suların atılması, meşə təsərrüfatı, mühafizə, çoxalma vəhşi təbiət və xüsusi mühafizə olunan təbiət ərazilərindən (bundan sonra tənzimlənən ərazilər) istifadə. == Vəzifələri == Nazirlik öz fəaliyyətini Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına, Qazaxıstan Respublikası Prezidenti və Hökumətinin aktlarına, digər normativ hüquqi aktlara, habelə bu Əsasnaməyə uyğun olaraq həyata keçirir. Nazirlik dövlət qurumunun təşkilati-hüquqi formasında bir hüquqi şəxsdir, dövlət dilində öz adı ilə möhür, Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş nümunə formalarına, xəzinədə hesablarına malikdir. Nazirlik öz adından mülki hüquq münasibətlərinə girir. Nazirliyin, qanuna uyğun olaraq səlahiyyət verildiyi təqdirdə, dövlət adından mülki hüquq münasibətlərinin tərəfi kimi çıxış etmək hüququ vardır. Nazirlik, səlahiyyətlərinə aid məsələlərdə, qanunla müəyyən edilmiş qaydada, Nazir rəhbərinin əmrləri və Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər aktlarla rəsmiləşdirilmiş qərarlar qəbul edir. Nazirliyin strukturu və ştat limiti mövcud qanunvericiliyə uyğun olaraq təsdiqlənir. Nazirliyin tam adı “Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi” dövlət qurumudur.
Dəyişkənlik (biologiya)
Dəyişkənlik- müxtəlif qohumluq dərəcələrində olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə və əlamət müxtəlifliyinin meydana çıxması. Dəyişkənliyin əsas səbəbi orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. Dəyişkənliyin irsi və qeyri-irsi, fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ, istiqamətli və istiqamətsiz, adaptiv və qeyri-adaptiv və s. formalarına təsadüf edilir. İrsi dəyişkənlik adətən müxtəlif mutasiyaların baş verməsi və çarpazlaşması nəticəsində meydana çıxır. Qeyri-irsi dəyişkənlik dedikdə, fərdin və ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsiri ilə (qida, temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. Modifikasiya dəyişkənliyi adlanan qeyri irsi dəyişkənlik yalnız həmin dəyişkənliyin meydana çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsildə baş verə bilər. Məs., bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində dəyişkənliyin meydana çıxmasına səbəb olur. Belə dəyişkənliyə mövsümi dəyişkənlik deyilir.
Ekologiya hüququ
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. == Ekoloji hüquq == Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Ekologiya mühəndisliyi
Ekologiya mühəndisliyinin məqsədi texnika ilə ətraf mühit arasında münasibətləri harmonizasiya etməkdir. == Ekologiya mühəndisliyi == Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və ya bütöv regionun texnosferi təşkil edə bilər. Ekoloji iqtisadiyyatın tələbi ilə yeni texnikanın layihələşdiril- məsi və yaradılmasının məqsədləri dəyişilir. Texniki obyekttlərə olan tələblərdən biri, onların "ekologiyalılığıdır. Bu anlayış texniki obyektlərin ətraf mühitlə (təbii və sosial) qarşılıqlı təsirini — (maddə, enerji, informasiya) səciyyələndirir. Ekologiya mühəndisliyində ekoloji yanaşma texniki obyektlərin ətraf mühitlə əlaqəsini təsvir edən əsas vasitə kimi çıxış edir. Onun əsasında texniki sistemə və onunla qarşılıqlı əlaqədə olan ətraf mühitin ayn-ayn komponentlərinə vahid münasibət mümkündür. Ekoloji yanaşma texniki sistemlərin hərtərəfli sosial-ekoloji qiymətləndirilməsində vacib əhəmiyyət kəsb edir. İndiyə kimi texniki sistemin onun üzərinə qoyulmuş funksiyanı nə dərəcədə yaxşı yerinə yetirməsi faydalı iş əmsalı (FİƏ) ilə ölçülürdü, lakin FİƏ sistemin itirdiyi enerjini xarakterizə edir və texniki sistemin qiymətləndirilməsinin obyektiv kriterisi kimi yararsızdır. Texiniki məqsədə nail olmaqla mahiyyət etibarilə texniki sistemlərin effektinin mövcud olan göstəriciləri qiymətləndirilmir.
Ekstruziya (geologiya)
Ekstruziya (yun.extrusio-püskürmə) — Vulkan kraterindən elastiki lavanın yer səthinə çıxıb qübbə və s. formalar əmələ gətirməsidir.
Epigenez (geologiya)
Epigenez — mineral və süxurların, faydalı qazıntıların sonrakı dəyişilmələrinə və yeni əmələgəlmələrin yaranmasına səbəb olan təkrar proseslərdir. Pustovalov epigenez terminindən çökmə süxur əmələgəlmənin gec diagenez mərhələsini adlandırmaq üçün istifadə etmişdir. Bəzi alimlər epigenez litogenezin hər hansı bir mərhələsi hesab etmirlər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Fauna (zoologiya)
Fauna (lat. Fauna — meşə və çöl ilahəsi, heyvanların himayədarı) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının kompleksi də fauna adlanır. Bu və ya digər rayonun faunası müxtəlif heyvan qruplarından (faunistik kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik kompleksləri olur. fauna termini müxtəlif istematik kateqoriyadan olan heyvanlara müəyyən ərazidə (quşların faunası, böcəklərin faunası) aid edilə bilər. Yerin çoxəsrlik tarixində bir çox faunalar biri digərini əvəz etmişdir. Bu, bir tərəfdən yeni növlərin yayılmasına, digər tərəfdənsə sayın azalmasına və əvvəllər dominant olmuş bir sıra növlərin məhvinə səbəb olmuşdur. Fauna termini həm müxtəlif sistematik qruplara aid heyvanlara, həm həyat tərzi və yaşayış şəraitinin oxşar olmasına görə birləşdirilmiş heyvan qruplarına, həm də insan üçün əhəmiyyəti olan heyvanlara aid edilir. == Fauna analizi == Fauna analizi – hər hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan heyvanların tam növ tərkibi.
Genezis (geologiya)
Geologiya İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
Hibrid (biologiya)
Mələz olaraq da bilinən hibrid, iki fərqli heyvanın və ya bitkinin birləşməsindən yaranan yeni növdür. Fərqli növlər arasında aparılan hibridlər nəsil verməz, qısır heyvanlardır. Eyni növlərin müxtəlif cinsləri arasındakı hibrirləşmə zamanı, məhsuldarlıq davam etsə də, bəzi nəsillər valideynlərinin deyil, uzaq atalarının genetik xüsusiyyətlərində görünə bilər. Eyni cinsin iki növün arasında yaranan bir hibrid üçün (x) işarəsi növlərin ortasında göstərilir. Məsələn Picea x lutzii : Picea glauca × Picea sitchensis adlı iki növün təbii hibrididir. (×) işarəsi cins adından qabaq yer alırsa, iki ayrı cinsin növləri arasındakı hibridliyi ifadə edir. Məsələn: × Cupressocyparis leylandii hibridi: Cupressus macrocarpa × Chamaecyparis nootkatensis adlı iki cinsin növləri arasında formalaşmışdır.