Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Bəhaəddin Vələd
Bəhaəddin Vələd (1148, 1152 və ya 1149, Bəlx, Xarəzmşahlar dövləti – 1231, Konya, Rum Səlcuqlu dövləti) — fəqih, filosof. == Haqqında == Xarəzmşah hökmdarları Bəhaəddin Vələdin xalq üzərindəki təsirindən hər zaman narahat idi; çünki o, insanlarla son dərəcə mülayim davranır, onların anlaya biləcəkləri fikirləri irəli sürür, dərslərində heç vaxt fəlsəfi mübahisələrinə yol vermirdi. Bəhaəddin Vələd ilə Xarəzmşah Əlaəddin Məhəmməd Tökiş arasında olan bir hadisə: Bəhaəddin Vələd bir gün dərsində, fəlsəfəni və filosofları şiddətlə tənqid edir, onları İslam dinində var olmayan şeylərlə (bidətlə) məşğul olmaqda günahlandırır. Buna çox hirslənən məşhur İslam filosofu Fəxrəddin Razi onun haqqında Məhəmməd Tökişə şikayət edir. Razinin hökmdarın yanından xüsusi hörmət və etibarı var idi. Razinin xəbərdarlıqları və xalqın Bəhaəddin Vələdə göstərdiyi maraq ve hörmət bir araya gəlincə, öz yerini itirməkdən qorxan Tökiş, Bəlx qəsəbəsinin açarlarını ona göndərdi. Bu, mənim yerimə hakimiyyəti sən idarə et, anlamına gələn bir davranış idı. Deyilənlərə görə bu davranışı "bir yerdə iki sultan olmaz" deyə qarşılayan Bəhaəddin Vələd, dərhal köç hazırlıqlarına başladı, ailəsini, kitablarını, sadid müridlərini yanına alaraq ölkədən ayrıldı (1212 ya da 1213). Nişapur şəhərində məşhur şeyx Feridüttin Attar onları qarşıladı. Aralarında önəmli söhbətlər oldu.
Irimeyvəli vələs
== Ümumi yayılması: == Rusiyanın Avropa hissəsi, Moldova, Balkan yarımadası, Apennin yarımadası, Kiçik Asiyada və Şimal-Qərbi Iranda (Astarabad) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Lənkəran dağlarında yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer: == Оrta və aşağı dağ qurşaqlarının güney yamaclarında meşədə və kоlların arasında rast gəlinir. == Təbii ehtiyatı: == Azərbaycanda çox deyildir. == Biоlоji хüsusiyyətləri: == Təbiətdə ağac və ya qоllu-budaqlı kоldur. Yarpaqları 3-9 sm uzunluqda və 2,5-4 sm eindədir, оval-ellipsşəkillidir, uc hissəsi uzanmamışdır, kənarlarında demək оlar ki, eyni böyüklükdə dişlər vardır. Yarpaqlarının qaidə hissəsı dəyirmi- pazvarı və ya azca ürəkvaridir və çanağı təхminən 3 sm uzunluqda və 2 sm enindədir. Yarpaq yanları bütövdür, dilimləri yохdur, 5-8 damarı vardır, ümumi görünüşü оval- rоmbşəkillidir və ya enli rоmbşəkillidir. Adətən, kənarlarında bərabər оlmayan iri dişləri vardır.
Sivrimeyvəli vələs
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Sultan Vələd
Sultan Vələd (1226, Karaman – 19 noyabr 1312, Konya) — sufi, şair. == Həyatı == Sultan Vələd Mevlana Cəlaləddin Ruminin oğludur. Fars dilində bir divanı, üç məsnəvisi vardır. Sultan Vələdin türkcə yazdığı sətrlər türk şerinin ilk dəyərli örnəklərindəndir. Anadolu Səlcuqlular dövləti zamanında bu günkü Karaman Larənəd adı ilə tanınırdı. Bir gün Laləndəyə xoş bir xəbər çatdı. Ailəsi ilə birlikdə Xorasının Bəlx şəhərindən yola çıxan və bir çox yerləri dolaşdıqdan sonra Anadoluya yol alan Sultan'ül-Üləma Bəhaəddin Vələd oğlu Mövlanə Cəlaləddinlə birlikdə Laləndə gələcəkdi. Xəbər qısa vaxtda bütün şəhərə yayıldı. Larəndə valisi Əmir Musa şəhərin başbilənləri ilə birlikdə Bəhaəddin Vələdi qarşılamağa çıxdı.
Ürəkyarpaq vələs
Ürəkyarpaq vələs (lat. Carpinus cordata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Azərbaycanda pip adi ilə məşhurdur. == Sinonimləri == Carpinus erosa Blume Ostrya mandshurica Budischtschew ex Trautv.
Velen
Velen (alm. Velen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.52 km2, əhalisi 13014 nəfərdir (2006).
Aşıq Valeh
Aşıq Valeh (Kərbəlayi Səfi Valeh) (1722, Gülablı – 1822, Gülablı) — XVIII–XIX əsrlərin görkəmli Azərbaycan aşığı. == Həyatı == Yaradıcılığı ustad aşıqlar tərəfindən yüksək dəyərləndirilən, xalqın, elin-obanın dilindən düşməyən ustad aşıqlardan biri də Abdal-Gülablı Aşıq Valehdir. Aşıq Valeh 1722-ci ildə Ağdamın Gülablı kəndində anadan olub. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün xalq arasında Kərbəlayi Səfi kimi də tanınıb. Səkkiz yaşlarında atası onu öz kəndlərində yaşayan Molla Mahmudun yanına qoyur, mükəmməl savad verməsini xahiş edir. Sonra təhsilini Şuşa qəriyəsində alır. 14 yaşlarında ikən Quranı başa vurur, lakin molla olmaqdan imtina edir. İlk sənət dərsini dövrünün tanınmış sənətkarlarından olan doğma babası şair Məhəmməddən və Aşıq Güllü ilə Aşıq Cünundan almışdır. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından olan Aşıq Səmədin yanına gedir və ona şəyirdlik edir.
Bədəlov Valeh
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub.
Valeh Babayev
Valeh Dadaş oğlu Babayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2007-ci il 6 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. == Həyatı == Valeh Babayev 1977-ci ilin 14 iyun günündə Qobustan rayonunun Nərimankənd kəndində Dadaş və Cəmilə Babayevlərin ailəsində anadan olub. Ailənin birinci övladı olan Valeh 1983-ci ildə Qobustan rayonu Nərimankənd kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1994-ci ildə isə həmin məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil almışdır. Ailəli idi, Aydan və Səid adlı iki övladı yadigar qalıb. == Hərbi xidməti == Valeh Babayev 1998-ci ilin iyun ayından müxtəlif illərdə Silahlı Qüvvələrin və Quru Qoşunlarının hərbi hissələrində taqım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib. 2007-ci ilin noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən baş leytenant Babayev bədənin müxtəlif nahiyələrindən qəlpə yarası aldı. İlkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Əhmədbəyli Hospitalına çatdırılsa da, baş leytenant Valeh Babayev qanaxma nəticəsində qəhrəmancasına şəhid oldu. == Dəfni == Noyabrın 6-sı baş leytenant Valeh Babayev anadan olduğu Nərimankənd kənd qəbirstanlığında izdihamla son mənzilə yola salındı.
Valeh Baxşəliyev
Valeh İsmixan oğlu Baxşəli – Texnika elmləri doktoru. Azərbaycan Texniki Universitetinin "Mexanika" kafedrasının müdiri. == Həyatı == Valeh İsmixan oğlu Baxşəli 1959-cu ildə anadan olmuş, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirmişdir. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: mərhum prof. N.B. Qədirov) və 2007-ci ildə həmin ixtisas üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır. O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980-1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983-1985), assistent (1986-1992), baş müəllim (1992-1994), dosent (1994-2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin 2006-2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ - ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris etmişdir. Avropa Komissiyası Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı hüdudlarında (www.bs-era.net) Qafqaz ölkələrindən yeganə qalib Layihənin Elmi Konsorsiumunun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri olmuşdur. Elmi maraq dairəsi: nəzəri və tətbiqi mexanika, materiallar müqaviməti, maşın mexanikası, maşın hissələri və tribologiya, fasiləsiz təhsilin problemləri. == Elmi yaradıcılığı == Prof.
Valeh Bədəlov
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub.
Valeh Bərşadlı
Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı – 15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri. == Həyatı == Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir. == İstinadlar == == Xarici keçidlər == "Qarabağın görkəmli şəxsiyyətləri:Valeh Bərşadlı (1927-1999)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az.
Valeh Cəfərov
Valeh Cabbar oğlu Cəfərov (2 noyabr 1943, Arıqıran, Gədəbəy rayonu) — 1985-ci ildə kimya üzrə fəlsəfə doktoru, 2008-ci ildə kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Valeh Cabbar oğlu 1943-cü il noyabrın 2-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. Valeh Cəfərov əmək fəaliyyətinə Azərkitab nəzdindəki kitabxana kollektorundan başlamış, sonra Azərbaycan Neft və Kimya (indiki ADNA) İnstitutunun I kursuna daxil olaraq təhsil-təcrübi qaydası üzrə 1961-1963-cü illərdə bakı Neftayırma zavodunda zavodunda laborant, əməliyyatçı köməkçi vəzifəsində işləmişdir. 1967-ci ildə həmin institutu bitirdikdən sonra təyinatla Sumqayıt Kimya Kombinatına (sonradan Üzvi- Sintez zavodu) göndərilmiş, burada böyük əməliyyatçı, növbə rəisi, sex rəisi, korpus rəisi vəzifələrində işləmişdir. 1969-cu ildən AMEA Polimer Materiaslları İnstitutunda Laboratoriya rəhbərinin müavini, direktor müavini, baş mühəndis, elmi işlər üzrə direktor müavini, eləcə də şöbə və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Valeh Cəfərov makromolekullar kimyası sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini malein anhidridinin homo və sopolimerlərinin sintezi, xassələri,poliolrfinlər, yerli təbii ehtiyatlar və onların tullantıları əsasında polimer kompozisiya materiallarınının yeni nəslinin yaradılması, ətraf mühitin mühafizəsi-ekoloji tarazlığın saxlanılması sahəsində tədqiqat işləri təşkil edir. Valeh Cəfərov 169 elmi əsərin, 6 müəlliflik şəhadətnaməsinin, 3 patentin, o cümlədən xaricdə çap olunmuş 55 elmi əsərin müəllifidir. 3 elmi əsəri ABŞ (Nyu-York) dərc olunan Xüsusi səciyyəli materiallar kitabına daxil edilmişdir.
Valeh Hacılar
Valeh Hacılar (15 aprel 1951, Darbaz, Bolnisi rayonu – 23 yanvar 2010, Tbilisi) — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın akademiki, professor. == Həyatı == Valeh Hacılar 1951-ci ildə Gürcüstanın Borçalının ağır ellərindən olan Darbaz kəndində dünyaya göz açıb. İmirhəsən məktəbində ilk, Darvaz məktəbində orta, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər institutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968–1973). 1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar Ittifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət pedaqoji institutuna işə göndərilmişdir. 1985-ci ildən filologiya elmləri namizədi, dosent, 1993-cü ildən filologiya elmləri doktoru, professor, 2000-ci ildən isə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademikidir. 1989-cu ildə TDPI-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmişdir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlər sırasındadır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən Şərəf ordeni ilə təltif edilib. On yeddi kitab müəllifidir. Elmlə yanaşı, poeziya da onun yol yoldaşıdır.
Valeh Həsənli
Valeh Həsənli (Valeh Bilal oğlu Həsənli; 12 mart 1956, Hasanlı, Cəbrayıl rayonu) — film direktoru. == Həyatı == Valeh Həsənli 12 mart 1956-cı ildə Cəbrayıl rayonunun Həsənli kəndində anadan olub. 1995-ci ilin mart ayından Azərbaycantelefilmdə film direktoru vəzifəsində çalışır. == Filmoqrafiya == Odlu məmləkət (film, 1998) Onlar Bakıda dost olublar (film, 1975) Çinarlı şəhərin generalları. Birinci film (film, 1999) Abbas və Gülgəz (film, 2000) (sənədli serial) (AzTV)-direktor İsmixan Rəhimov (film, 2000) İmamverdi Əbilov (film, 2001) Vulkanla üz-üzə (film, 2001) Atəşgah (film, 2001) Padarçöl (film, 2002) Ağ rəngin musiqisi (film, 2003) Koroğlu (film, 2003) Qədim Gəncə (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Akademik Yusif Məmmədəliyev (film, 2005) Tariximizin keşiyində (film, 2011) Dahi azərbaycanlı (film, 2013) Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015) Zamanla yaşayan sənətkar.
Valeh Həsənov
Valeh Həsənli (Valeh Bilal oğlu Həsənli; 12 mart 1956, Hasanlı, Cəbrayıl rayonu) — film direktoru. == Həyatı == Valeh Həsənli 12 mart 1956-cı ildə Cəbrayıl rayonunun Həsənli kəndində anadan olub. 1995-ci ilin mart ayından Azərbaycantelefilmdə film direktoru vəzifəsində çalışır. == Filmoqrafiya == Odlu məmləkət (film, 1998) Onlar Bakıda dost olublar (film, 1975) Çinarlı şəhərin generalları. Birinci film (film, 1999) Abbas və Gülgəz (film, 2000) (sənədli serial) (AzTV)-direktor İsmixan Rəhimov (film, 2000) İmamverdi Əbilov (film, 2001) Vulkanla üz-üzə (film, 2001) Atəşgah (film, 2001) Padarçöl (film, 2002) Ağ rəngin musiqisi (film, 2003) Koroğlu (film, 2003) Qədim Gəncə (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Akademik Yusif Məmmədəliyev (film, 2005) Tariximizin keşiyində (film, 2011) Dahi azərbaycanlı (film, 2013) Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015) Zamanla yaşayan sənətkar.
Valeh Kərimov
Valeh Seyfulla oğlu Kərimov (20 mart 1944, Miyana, Şərqi Azərbaycan ostanı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Valeh Kərimov 1944-cü il mart ayının 20-də İranın Şərqi Azərbaycan ostanının Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. Bu teatrda 70-ə yaxın obraz yaradıb, rejissor kimi bir neçə tamaşaya quruluş verib. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına, həmçinin Prezident mükafatına layiq görülüb. 2015-ci ildən etibarən Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir.4 iyun 2020-ci ildə "Vaqif Səmədoğlu" medalı ilə təltif edilmişdir.2023-cü ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi işə başlayıb. == Ailəsi == Loğman Kərimovun qardaşıdır. Həyat yoldaşı Zöhrə Bayram qızı Kərimova Sumqayıt şəhərindəki 20 saylı "Göy qurşağı" uşaq bağçasının müdirəsi olmuş, 30 may 2016-cı ildə vəfat etmişdir. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı oynadığı rollarMüsyo Jordan və dərviş Məstəli şah (M. F. Axundov) — qonaq Sevil (C. Cabbarlı) — Balaş Yadındamı?
Valeh Mirzə
Valeh Əvəz oğlu Mirzəyev (13 dekabr 1956, Astarxanbazar) — Azərbaycanın tanınmış şair və publisisti. Azərbaycan müəllimi qəzetinin keçmiş baş redaktoru. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Mirzəyev Valeh Əvəz oğlu (Valeh Mirzə) 1956-cı il 13 dekabrda Cəlilabad rayonun Ləkin kəndində anadan olub.1974-cü ildə Ləkin kənd orta məktəbini bitirib.1976-cı ildə M. F. Axundzadə adına Rus dili və Ədəbiyyat İnstituna (indi ki, Bakı Slavyan Universiteti) daxil olub.1981-ci ildə İnstitunu bitirdikdən sonra Cəlilabad rayonun Xəlilli kənd 8-illik məktəbində rus dili və ədəbiyyat müəllimi çalışıb.1984-cü ildən 2000-ci ilədək "Azərbaycan pioneri >> indiki <<Savalan>> qəzetində müxbir, baş redaktor müavini və baş redaktor vəzifələrində çalışıb.2000–2001-ci illərdə <<Bakı Post>> qəzetində ,2001–2007-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi orqanı olan <<Azərbaycan müəllimi" qəzetində baş redaktor vəzifələrində çalışıb. Valeh Mirzə şair kimi yaradıcılığa yeniyetmə yaşlarından başlayıb.İlk şeirləri 1972-1973-cü illərdə "Azərbaycan pioneri>>,<<Azərbaycan gəncləri>> qəzetlərində dərc olunub.2004-cü ildə Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub AZƏRBAYCAN YAZIÇILAR İTTİFAQININ ÜZVÜDÜR.. Müxtəlif illərdə <<Araz>> Ali ədəbi və <<Azərbaycan bayrağı>> media mükafatlarına layiq olub.2005-ci ildə Avropa Nəşr və Mətbuat evi tərəfindən <<İlin ən yaxşı vətənpərvər şairi" medalı ilə təltif olunub. Ulu öndər Heydər Əliyev haqqında iki eyni adlı "Azərbaycan dövlətçiliyinin qoşa qanadı" kitabına görə 27.12.2004-cü ildə Heydər Əliyev adına Beynəlxalq Forumun 1-ci diplomuna layiq görülmüşdü. Valeh Mirzə 15 kitab müəllifdi 9-cu "Söz ilə qazandın əbədiyyəti" kitabı alim Mir Cəlal Paşayevin 100-illik yubileyinə həsr olunub. 1993-cü ildə Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən üzvüdür. İki oğul atasıdır.
Valeh Müslümov
Müslümov Valeh Əlizaid oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır. === Ailəsi === Subay idi. == Döyüşlərdə iştirakı == 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.Lerik rayonunda dəfn edilmişdir.
Valeh Məhərrəmli
Valeh Məhərrəmov (Mirzəqərənfil) "Səs” qəzetinin baş redaktor müavini.2011-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.Şair,tərçüməci və jurnalist kimi çalışır. == Həyatı == Valeh Cəbrayıl oğlu Məhərrəmli 1952-ci ildə 15 Fevralda Gürcüstan Respublikası Marneuli rayonunda anadan olub. == Tərcümələri == Raymond Moudin-"Ölümdən sonrakı həyat" Mişel Nostradamusu-"Peyğəmbərlik"(kitab) Alan Kardekin-"Ruhlar kitabı","Ölülərin Tibet kitabı","Bardo Tyodol" "Emanuel Svendenborqu-"Cənnət, ruhlar aləmi və cəhənnəm",yəhudilərin mistik kitabı olan "Kabbala","Betti Şaynın iki hissəli "Mənim medium həyatım" Papyus-"Ağ və qara magiya", M.A.Orlov-"İnsanın ruhunu şeytana satması haqqında rəvayətlər" "Uçan boşqablar"a, meditasiyaya, mistikaya, təbii və qeyri-təbii möcüzələrə aid onlarla kitabın qəzet variantında tərcüməsini dərc etdirmişdir. == Şeirləri == "Kimə qalacaq", "Gecələr yuxuda kəndə gedirəm", "Ayıq yuxum", "Qocalar evinə ana atmayın", "Manqurtlar", "Əhval-ruhiyyə", "Sınama məni", "Uşaqlıq xatirələri", "Həyatımdan sətirlər", "Söz xəzinəm" və s.
Valeh İsmayılov
Valeh İsmayılov — kimya elmlər doktoru, professor. == Həyatı == 1961–cı ildə orta məktəbi bitirib, 1966 – cı ildə Kazan kimya-texnoloqiya institutu bitirib, 1970 – ci ildə kimya elimləri alimlik dərəcəsi alıb. 1985 – ci ildə Kiyev şəhərində kimya elmlər doktoru alimlik dərəcəsi almaq ücün dissertasiya müdafiə edib. == Təhsili, elmi dərəcəsi və adları == 1966-ci ildə Kazan kimya-texnoloqiya institutu 1970-ci ildə “ Alkoksivinilfosfon turşularının törəmələrinin sintezi, quruluşu və çevrilmələri” – namizədlik dissertasiyası. 1985 “ α-Fosforilkarbonil birləşmələrin sintezi və çevrilmələri” – doktorluq dissertasiyasi. 1986-ci ildən Bakı Dövlət Universitetinin professoru. == Əmək fəaliyyəti == 1970- ci ildən Bakı Dövlət Universiteti, üzvi kimya kafedrası. Üzvi kimya, elementüzvi kimya, heterociklik birləşmələr kimyası, fizika-kimya tətqiqat üsulları. 150 məqalə, 2 kitab, 21 patent, 8 elmlər doktoru və elmlər namizədi. == Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı == 1990 - 33-cu Makromolekullar simpoziumu, Monreal, Kanada.
Valeh Şamilov
Valeh Şamilov (tam adı: Valeh Məmməd oğlu Şamilov) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi; texnika elmləri üzrə fəlsəfə doktoru; dosent. == Həyatı == Valeh Şamilov 1 yanvar 1959-cu il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək o zamankı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olmuş, 1982-ci ildə neftçi-mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == Təhsilini bitirdikdən sonra təyinatla Sibirə, Xantı-Mansi vilayətinin Nyaqan şəhərində yenicə yaradılmış "Krasnoleninsknefteqaz" Neftqazçıxarma İdarəsinə göndərilmiş, neft-qaz operatoru kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə V.Şamilov istehsalatla yanaşı elmi işlər, neft-qaz sənayesində texnika-texnologiyanın elmi əsasları, mövcud olan problemlərin aradan qaldırılması, innovativ texnika və texnologiyaların işlənib hazırlanması kimi məsələlərlə daim maraqlanmış, məhz elə bu səbəbdən istehsalatdan ayrılmadan təhsil aldığı Neft və Kimya İnstitutunun aspiranturasına qəbul olunmuş və "Quyudibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda elmi işə başlamışdır. Elmi fəaliyyətini daha yaxından və yerində davam etdirmək üçün 1993-cü ildə Vətənə qayıdaraq 2006-cı ilə qədər əmək fəaliyyətini "Azneft" İB-nin "Bulla-dəniz" NQÇİ-də texniki-istehsalat şöbəsinin rəisi kimi davam etdirmiş və bu müddətdə — 1997-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi adını almışdır. Daha sonra 2006–2011-cu illərdə əmək fəaliyyətini "Azneft" İB-nin H.Z.Tağıyev ad. NQÇİ-nin idarə rəisinin İstehsalat və təchizat işləri üzrə müavini, İstehsalat işləri üzrə rəis müavini, "Azneft" İB-yi aparatında Texniki şöbənin mühəndisi və rəisi kimi davam etdirmişdir. 2011-ci ildə V.Şamilov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, sonradan Baş ofisin "Nanotexnologiyalar" Departamentinin rəis müavini və 2014-cü ildən rəisi kimi neft-qaz hasilatı, yeni texnika və texnologiyaların, neft sənayesinin inkişafında qabaqcıl və innovativ üsulların tətbiqində xüsusi rol oynamaqda davam etmişdir.
Valeh Əhmədov
Valeh Əhmədov — 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakutəsinə qəbul olmuş, 2004-cü ildə bitirmişdir, elə ilk illərdən şən hazırcavablar qrupunda iştirak etmişdir. Sonralar isə Xəzər tvdə aparıcı ssenarist,aktyor kimi fəaliyyət göstərir. == Həyatı == Valeh Əhmədov Xəzər televiziyasında yayımlanan bir neçə serialın ssenari müəllifidir.
Valeh Əkbərzadə
Valeh Asim oğlu Əkbərzadə (22 fevral 1997; Boladı, Lənkəran rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Valeh Əkbərzadə 22 fevral 1997-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Cəmilə Əkbərzadə ilə ailəli idi, Murad adlı bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Valeh Əkbərzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Valeh Əkbərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Valeh Əkbərzadə 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Valeh Əkbərzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Valeh Ələsgərov
Valeh Ələsgərov (19 oktyabr 1946, Qarayeri, Samux rayonu) — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini. == Haqqında == 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir. 1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları - Bu landşaft kompleksi Böyük-Qafqazın Cənub-Şərq yamacında 500–550 m-dən 800–900 m yüksəkliyə kimi bir-birindən izolə olunmuş çay dərələri yamaclarında yayılmışdır. Bu ərazilərin relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən meyilli terraslanmış yamaclardan ibarətdir. Dağ yamacları qalın delüvial çöküntülərlə örtülmüşdür. Alçaqdağlığın bitki örtüyü iqlim şəraitinə uyğun olaraq quraqlıq sevən bitkilərdən ibarətdir. Alçaqdağlığın meşə landşaftı insanların təsərrüfat fəaliyyəti nəticəsində kəskin pozulmuşdur. Qırılmış meşə sahələrinin yerində ya əkin sahələri ya da yaşayış məntəqələri salınmışdır. Alçaqdağ meşə landşaftının iqlim şəraiti bir sıra amillərdən, xüsusilə düzənlik sahələrdə həmsərhədlilik, yamacların səmtliyindən və s. asılı olaraq formalaşmışdır.
Bəcəh
Bəcəh (ərəb. بجح‎; q.misir znmwt) — tarixi Nubiya ərazisində, Nil çayı boyunca və Misirin cənubundakı Əsvan mühafəzəsi daxilində ada və arxeoloji sahə. 1902-ci ildə bəndin tikintisi başa çatdıqdan sonra ada Əsvan SES-in su anbarında yerləşir. == Qədim Misir == Ada əvvəllər Nil çayının birinci axarında yerləşirdi və onun istehkamı qədim Yuxarı Misir və Nubiyaya çıxışa nəzarəti təmin edirdi. File və Agilkiya adalarına, eləcə də onların su anbarındakı qədim arxeoloji sahələrinə yaxın yerdə yerləşən ada Ümumdünya İrsi siyahısına əlavə edilmişdir.Bəcəh adası qədim misirlilər üçün müqəddəs sayılırdı. Onlar inanırdılar ki, Osiris bu adada dəfn edilib və onun üzərində dayanan məbəd Abaton (yunanca "ayaqsız yer") kimi tanınırdı, çünki oraya yalnız kahinlərin ayaq basmasına icazə verilirdi. Məbəd həm Seneka, həm də Lukan tərəfindən qeyd edilmişdir.B.e. III əsrin ortalarında və ya axırlarında Kuş çarı Talaxidamaninin səfirliyi hədiyyələrlə Abatonu ziyarət etmişdir.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər.Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır. Bu sahə, Türkiyənin Turizm Nazirliyinin onsuz da böyük investisiyalarından bəhrələnmiş Türkiyənin ümumi turizm planlarının açarıdır.
Güləh
Güləh — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Güləh kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Güləh kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Xaltan kəndindən çıxmış ailələrin Güləh adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Güləh "yoncalıq" deməkdir. Kəndin ərazisində eyniadlı göl və mineral bulaq da vardır. Toponimi "gilli yer" kimi izah edənlər də var. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir.
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osm. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Kələm
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres == Tarixi == İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
Qərəh
Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim təh­rifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır cə Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır. == Əhalisi == Bu kəndin Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biri olmasını nəzərə alsaq məhz əhalinin şimaldan gəlmə türk tayfalarından olmasını ehtimal etmək olar. Kənd əhalisi bu ərazinin ilk sakinləri sayılır. Kəndin XX əsrin əvvəllərində 500 nəfərə yaxın olub hazırda əhalisi 50 -60 nəfərə yaxındı.
Tələb
Tələb (ing. demand) — istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur. Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər. Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər.
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir.
Vəlgə
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Vəlis
Vəlis (az.-əbcəd ولیس‎, fars. ولیس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 459 nəfər yaşayır (124 ailə).
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir.Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö. 815) və Bağdadlı Cüneyd (ö.
Vəliəhd
Vəliəhd monarxiyanın hökm sürdüyü ölkələrdə sülalədən olan gələcək taxt sahibinə verilən addır. Bir çox monarxiyalarda vəliəhdlər əvvəlcədən müəyyən edilərək dövlət idarəçiliyi üçün xüsusi müəllimlər tərəfindən yetişdirilir və onlar dövləti idarə etməyə hazırlanırdılar. Ümumilikdə Avropada görülən bu praktikaya tarixdəki türk dövlətlərində demək olar ki, rast gəlinməmiş və bütün sülalə mənsublarının taxtda bərabər hüquqları olmuşdur.
Vənək
Vənək — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,509 nəfər və 653 ailədən ibarət idi.
Vərəm
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Vəzlər
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.