Müslümov Valeh Əlizaid oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]
Valeh Müslümov | |
---|---|
Müslümov Valeh Əlizaid oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Ağdərə |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | |
Atası | Əlizaid |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Qoşun növü | Xüsusi Təyinatlı Polis Dəstəsi |
Xidmət illəri | 1991-1992 |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-cü ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.
Subay idi.
1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da[2] Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[1]
Lerik rayonunda dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb[3].