Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mauro Viale
Mauricio Goldfarb və ya Mauro Viale (28 avqust 1947, Argentina – 11 aprel 2021, Buenos-Ayres) — Argentinalı jurnalist və televiziya aparıcısı. == Həyatı == Viale 28 Avqust 1947-ci ildə Argentinanın Buenos Ayres şəhərində anadan olub. Jurnalistlik karyerasına idmanla başladı və daha sonra ümumi, əyləncə istehsalı ilə davam etdi. Argentina Primera División daha sonra 1978 FIFA Dünya Kuboku və 1986 FIFA Dünya Kuboku matçlarını təqdim etdi. == Ölüm == Viale, 8 aprel 2021-ci il tarixində COVID-19 testindən keçdi və nəticənin müsbət olduğu gün eyni gün Los Arcos Sanatoriyasına qəbul edildi. Üç gün sonra, 11 aprel 2021-ci ildə doğulduğu yer; 73 yaşında, müalicə aldığı Argentinanın Buenos Ayres şəhərindəki bir sağlamlıq mərkəzində xəstəlik səbəb olduğu ağırlaşmalardan öldü.
Vilbre
Vilbre (fr. Villebret) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03314. 2008-ci ildə əhalinin sayı 1258 nəfər təşkil edirdi. 2007-ci ildə 849 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) 642 nəfəri iqtisadi cəhətdən fəal, 207 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 72.9%). Fəal olan 642 nəfərdən 613 nəfər (321 nəfər və 292 qadın), 29 nəfər işsiz (16 kişi və 13 qadın) idi. 207 hərəkətsiz 75 nəfər arasında şagird və ya tələbə, 82 nəfər təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Viple
Viple (fr. Viplaix) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03317. 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 171 nəfərin (15-64 yaş arasında) 121 nəfəri iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 70.8%, 1999-cu ildə bu 68.8%). Fəal 121 nəfərdən 106 nəfəri (56 kişi və 50 qadın), 15 nəfəri işsizdir (9 kişi və 6 qadın). 50 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Canluka Vialli
Canluka Vialli (it. Gianluca Vialli ; 9 iyul 1964, Kremona, Lombardiya – 6 yanvar 2023, London) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Çempionlar Liqası, UEFA Kuboku və Kuboklar Kubokunu qazanan 8 oyunçudan biri və üç fərqli klubla qazanan yeganə oyunçu. == Oyunçu karyerası == Viallinin futbolçu karyerası "Kremonese" klubunda başlayıb. 1983/1984 mövsümündə 10 qol vurduqdan sonra "Sampdoriya" komandasına dəvət edilir. Vialli burada A seriyasını (1990/91), 3 İtaliya kubokunu (1985, 1988, 1989) və UEFA kuboklar kubokunu (1990-cı ildə) qazanır. "Sampdoriya"dakı çıxışları zamanı Vialli dəfələrlə İtaliya milli komandasına çağrılır, 1986 Dünya Kubokunda, 1990 Dünya Kubokunda və 1988 Avropa çempionatında iştirak edir. 1992-ci il Çempionlar liqası finalını "Barselona" klubuna məğlub olduqdan qısa müddət sonra Vialli, 12,5 milyon funt-sterlinqə "Yuventus" klubuna keçir. Bu o dövrun ən bahalı transferi olur. Futbolçu "Yuventus"da ilk mövsumdə UEFA kubokunu qazandı.
Stable Diffusion
Stable Diffusion — 2022-ci ildə buraxılan dərin öyrənmə, diffuziya üsullarına əsaslanan mətndən-şəklə model. O, ilk növbədə mətn təsvirlərinə əsaslanan təfərrüatlı şəkillər yaratmaq üçün istifadə olunur, baxmayaraq ki, o, həm də mətn sorğusununda qeyd olunduğu kimi şəkli bərpa etmə, genişləndirmə və mətndən-şəklə tərcümələr yaratmaq kimi digər işlərdə də tətbiq oluna bilər. Model Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis Qrupunun tədqiqatçıları və Runway şirkəti tərəfindən Stability AI tərəfindən verilən ianələr və qeyri-kommersiya təşkilatlarının təlim dataları əsasında hazırlanmışdır. Stable Diffusion gizli diffuziya modelidir, bir növ dərin generativ süni neyron şəbəkəsidir. Onun kodu və modelləri açıq mənbəlidir və ən azı 4 GB VRAM GPU ilə təchiz edilmiş əksər cihazlarda işləyə bilər. Bu, onu yalnız bulud xidmətləri vasitəsilə əldə edilə bilən DALL-E və Midjourney kimi özəl mətndən-şəklə modellərdən fərqləndirir. Stable Diffusion-un inkişafı start-up şirkəti Stability AI tərəfindən maliyyələşdirilib və formalaşdırılıb. Modelin texniki lisenziyası Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis qrupu tərəfindən buraxılıb. İnkişafa Runway şirkətindən Patrik Esser və CompVis-dən Robin Rombaç rəhbərlik edirdi, onlar əvvəllər Stable Diffusion tərəfindən istifadə edilən gizli diffuziya modeli arxitekturasını icad etmiş tədqiqatçılar arasında idilər. Stability AI, EleutherAI-ın və LAION-ın (Stable Diffusion-un öyrədildiyi məlumat dəstini toplayan alman qeyri-kommersiya təşkilatı) layihənin dəstəkçiləri olduğunu bildirdi.
Fransua Rable
Fransua Rable (ən tezi 1483 və ən geci 1494 – ən tezi yanvar 1553 və ən geci 14 mart 1553, Paris, Fransa krallığı) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
Le-Vibal
Le-Vibal (fr. Le Vibal, oks. Lo Bisbal) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Pon-de-Salar. INSEE kodu — 12297. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 15 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 482 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 292 nəfərdən (15–64 yaş) 214 nəfəri iqtisadi cəhətdən fəal, 78 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,6%).
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
Bible Muzeyi Lands
Nel-la-Valle
Nel-la-Valle (fr. Nesles-la-Vallée) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Valle-dyü-Sosseron. Əhalisi — 1.829 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 34 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Petra della Valle
Petra della Valle (11 aprel 1586[…], Roma – 21 aprel 1652[…], Roma) — İtaliyan səyyah, bəstəkar və musiqiçi. XVII əsrin əvvəllərində Səfəvi sarayında Şah Abbasın məsləhətçisi olmuşdur. Petra della Valli 2 aprel 1586-cı ildə Roma şəhərində anadan olmuşdur. Ailəsi dönəmin əsilzadə ailələrindən idi. Petra della Valle çox savadlı bir insan idi. O hələ kiçik yaşlarında yunan, latın dillərini o cümlədən, klassik mifiologiyanı və İncili öyrənmişdi. Gənclik illərini ədəbiyyata və hərbi xidmətə həsr etmişdir. Daha sonra tibb professoru və yaxın dostu Mario Eskipano təklifi ilə Şərqə səyahətə etməyə qərar verir. Petranın səyahətləri zamanı yazdığı məktubları məhz Eskipano günlük halına gətirmişdir. 1622-ci ildə həyat yoldaşının qəfil ölümü ilə sarsılan yazar bu hadisədən öz divanında bəhs edir.
Rober de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Robert de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Valle d'Aosta
Valle d'Aosta (it. Valle d'Aosta, fr. Vallée d'Aoste, Arpitanca: Val d'Outa) — İtaliyanın muxtar vilayətlərindən biri. İsveçrə]], Fransa və Pyemont ilə sərhədə sahib vilayətin paytaxtı Aosta şəhəridir. Sahəsi 3.263 km²-dir. Əhalisi təxmini olaraq 127.836 min nəfərdir. Aosta Valley regionunda italyan dilində danışmırlar. Əsas dil orada alman dilidi.
Vale Tudo
Vale Tudo — 1920-ci ildə Braziliyada yaranıb. Mənası Portuqaliya dilində -"vali tudu",İngilis dilindən tərcümədə-"hər şey gedir" deməkdir.Müasir qarışıq hərbi döyüş sənəti kimi populyar olmuş Vale Tudo tək mübarizlik,silahsız özünü müadfiə məqsədilə yaradılmışdır.XXI-əsrdə dünyada keçirilən Qaydasız Döyüş yarışlarında(UFC,MMA,Pro FC) Vale Tudonun texnikalarında çox istifadə edilir.1990-cı ildən başlanılaraq Vale Tudo üzrə dünya çempionatıda keçirilir.
Vibe Biyker
Vibe E. Biyker (nid. Wiebe E. Bijker; 19 mart 1951, Delft, Cənubi Hollandiya) — Niderlandlı professor və sosioloq. O, Niderlandın Maastrixt Universitetində Sosial Elmlər və Texnologiyalar Departamentinin keçmiş sədridir. Vibe Biykerin atası Eko Biyker 1953-cü ildə gənc Biyker iki yaşında olarkən fəlakətli bənd yarmasından sonra Delta planının həyata keçirilməsində iştirak edən mühəndis idi. O, daha sonra Delft Hidravlika Laboratoriyasının direktor müavini olmuşdur. Ehtimal olunur ki, Niderlandın bəzi hissələrinin dəniz səviyyəsindən aşağıda olması faktı, əsrlər boyu bu vəziyyəti əhatə edən innovasiyalar barədə narahatlıqlar və atasının bu prosesdə iştirakı gənc Biykerin texnologiya araşdırmalarında marağına səbəb olmuşdur. 1969-cu ildə Emmelordda gimnaziyanı bitirdikdən sonra Biyker 1974-cü ildə Amsterdam Universitetində fəlsəfə üzrə bakalavr dərəcəsini, 1976-cı ildə Delft Texnologiya Universitetində fiziki mühəndislik üzrə mühəndis dərəcəsini və 1990-cı ildə Tvente Universitetində fəlsəfə doktoru dərəcəsini almışdır. Biyker 1987-ci ildən Maastrixt Universitetində fəlsəfə üzrə assistent və dosent olmuşdur. O, sonradan, 1994-cü ildə texnologiya və cəmiyyət üzrə tam professor olmuşdur. Biykerin tədqiqat sahələrinə elm, texnologiya və cəmiyyətin sosial və tarixi tədqiqatları, texnologiyanın inkişafı nəzəriyyələri, elm, texnologiya və cəmiyyətşünaslıq metodologiyası, texnoloji mədəniyyətin demokratikləşməsi, elm və texnologiya siyasəti, İKT, multimedia və informasiya cəmiyyətinin sosial-mədəni ölçüləri, gender və texnologiya, memarlıq, planlaşdırma və mülki mühəndisliyin meta tədqiqatları daxildir.
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Şarl Jan La Valle Pussen
Şarl Jan La Valle Pussen (Charles Jean de la Vallée Poussin; 14 avqust 1866[…], Leuven, Brabant əyaləti[d] – 2 mart 1962[…], Brüssel) — Belçika riyaziyyatçısıdır; Adamarla yanaşı olaraq sadə ədədlərin paylanma qanununu əsaslandırmışdır; ədədlər nəzəriyyəsi, funksiyalar nəzəriyyəsi, riyazi fizika üzrə əsərlərin müəllifidir.
Qiblə
Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Günd-i Vilə (Üşnəviyyə)
Günd-i Vilə (fars. گندويلا‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (150 ailə).