village
vin
OBASTAN VİKİ
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
Federiko Villeqas
Federiko Villeqas (13 iyul 1994) — Argentinalı peşəkar kişi BMX velosipedçisi. Federiko Villeqas Argentinanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Federiko Villeqas 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.673 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu.
Henrix Lemann-Villenbrok
Henrix Lemann-Villenbrok (11 dekabr 1911, Bremen – 18 aprel 1986, Bremen) — Alman dəniz zabiti və İkinci Dünya Müharibəsi dövründə U-boot komandiri. İkinci Dünya Müharibəsinin başlamasından beş ay əvvəl, Seekadett rütbəsində, 1931-ci ilin aprelində Reichsmarineə daxil oldu. 1931-ci ilin oktyabrında Dənizçilik Akademiyasının kursantı oldu. 1 aprel 1935-ci ildə leytenant rütbəsi aldı. U-8 sualtı gəmisində köməkçi zabit vəzifəsini icra etdikdən sonra kapitan vəzifəsinə yüksəldildi və 1939-cu ilin aprelində sualtı donanmaya transfer edildi. 1939-cu ilin dekabrında U-5 komandanlığını aldı. 1940-cı ilin payızında VIIC tipli sualtı qayıq U-96-ya komandanlıq etdi. 23 oktyabr 1944-cü ildə Norveçin Bergen şəhərinə gəldi. Orada Flottillenchefə təyin edildi. Dekabr ayından Almanların təslim olduğu 9 may 1945-ə qədər Norveçdə 11-ci Unterseebootsflottilledə xidmət etmişdir.
Villebrand sindromu
Villebrand xəstəliyi, Villebrand sindromu irsi qan xəstəliyi olub, hemofoloyada olduğu kimi epizodik öz-özünə baş verən qanaxmalarla xarakterizə olunur. Xəstəlik onu ilk dəfə aşkar etmiş fin həkimi Erik Adolf fon Villebrandın (1870-1949) şərəfinə adlandırılmıışdır. Sinonim adı angiohemofiliya adlanır. Qanaxmaya səbəb qanın laxtalanma qabiliyyətinin aktiv Villebrand faktorunun çatmazlığı ilə əlaqədar pozulmasıdır. Villibrand faktoru trombositlərin kollagenə adheziyasını təmin etməklə VIII faktorun proteolizdən qoruyur. Villebrand faktorunun defisitində VIII faktor proteolizə uğrayaraq, plazmada onun miqdarı azalmış olur, eyni zamanda serotoninin migdarı azalır ki, nəticə etibarilə damarların genişlənməsi və damar keçiriciliyi artmış olur. Villebrand xəstəliyində hemostazın üç zənciri pozulduğundan uzunmüddətli qanama müşahidə edilir. Xəstəlik irsi olaraq autosom dominantlıq prinsipi ilə ötürülür. Villebrand xəstəliyinin rastgəlmə tezliyi 1:800-1000 nisbətindədir. == Təsnifatı == Villibrand xəstəliyinin Villibrand faktorunun say və keyfiyyətinə görə üç tipi mövcuddur.
Villebrand xəstəliyi
Villebrand xəstəliyi, Villebrand sindromu irsi qan xəstəliyi olub, hemofoloyada olduğu kimi epizodik öz-özünə baş verən qanaxmalarla xarakterizə olunur. Xəstəlik onu ilk dəfə aşkar etmiş fin həkimi Erik Adolf fon Villebrandın (1870-1949) şərəfinə adlandırılmıışdır. Sinonim adı angiohemofiliya adlanır. Qanaxmaya səbəb qanın laxtalanma qabiliyyətinin aktiv Villebrand faktorunun çatmazlığı ilə əlaqədar pozulmasıdır. Villibrand faktoru trombositlərin kollagenə adheziyasını təmin etməklə VIII faktorun proteolizdən qoruyur. Villebrand faktorunun defisitində VIII faktor proteolizə uğrayaraq, plazmada onun miqdarı azalmış olur, eyni zamanda serotoninin migdarı azalır ki, nəticə etibarilə damarların genişlənməsi və damar keçiriciliyi artmış olur. Villebrand xəstəliyində hemostazın üç zənciri pozulduğundan uzunmüddətli qanama müşahidə edilir. Xəstəlik irsi olaraq autosom dominantlıq prinsipi ilə ötürülür. Villebrand xəstəliyinin rastgəlmə tezliyi 1:800-1000 nisbətindədir. == Təsnifatı == Villibrand xəstəliyinin Villibrand faktorunun say və keyfiyyətinə görə üç tipi mövcuddur.
Villem Barens
Villеm Barеns (nid. Willem Barentsz; 1550-1597) — hоlland mənşəli qütb tədqiqatçısıdır. == Həyatı == Villеm Barеns 1594-1597-ci illərdə Asiyanın şimalı ilə Çin və Hindistana dəniz yоlu tapmağa üç dəfə cəhd göstərən dənizçi оlmuşdur. Nоvaya Zеmlya, Şpispеrgеn, Ayı adalarını kəşf və tədqiq еtmişdir. 1597-ci ildə buzlaqlar arasında sıradan çıхmış gəmini tərk еdərək gеri qayıdarkən ölmüş və Nоvaya Zеmlya adasında basdırılmışdır. Adı Barеns dənizi ilə əbədiləşdirilmişdir. 1933-cü ildə rus qütb tədqiqatçıları еkspеdisiyanın bəzi qalıqlarını tapmış və Pеtrоqraddakı Arktika muzеyinə təhvil vеrmişlər. == Mənbə == Кольские карты "Шкипер эпохи" статья в журнале "Вокруг света" (№ 11 (2818), ноябрь 2008) Gerrit de Veer, Om de Noord : de tochten van Willem Barentsz en Jacob van Heemskerck en de overwintering op Nova Zembla, zoals opgeteken (The three voyages of William Barentz to the Arctic regions, 1594, 1595, and 1596) Фридрих Гельвальд, Путешествия Виллема Барентса и его открытия. (Из книги "В области вечного льда. История путешествий к Северному полюсу с древнейших времен до настоящего", 1881 г.).
Villem Gebbels
Villem Davnis Luis Didiye Gebbels (16 avqust 2001) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Lyon === Gebbels Lion akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lion klubu ilə 23 sentyabr 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Lukas Tousarı əvəz etmişdir. Həmin görüşdə Lion Liqa 1 görüşündə Dijon ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. 16 yaş, bir ay və yeddi günlüyündə meydana çıxan Villem Gebbels 21-ci əsrdə anadan olanlar arasında Liqa 1-də oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 5-ci futbolçu kimi tarixə düşmüşdür. Gebbels 7 dekabr 2017-ci ildə Avropa Liqasında Atalanta klubuna qarşı oyunda iştirak etmiş və 45+1' dəqiqədə Maksvel Korneti əvəzləmişdir. 16 yaş, üç ay və iyirmi bir günlüyündə meydana çıxan Gebbels 21-ci əsrdə anadan olanlar arasında Avropa Liqasında oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 2-ci futbolçu kimi tarixə düşmüşdür. === Monako === 19 iyun 2018-ci ildə Gebbels Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə 20 milyon avro qarşılığında müqavilə imzalamışdır. == Milli karyerası == Gebbels Fransada anadan olmuşdur.
Villem Rubruk
Villem Rubruk və ya Qilom de Rubruk – flamand səyyahı, Fransiskançılar ordeninin üzvü, rahib. Təqribən 1220-ci ildə (bəzi məlumatlara görə 1210 ya 1230-cu ildə) Flandriyanın Rubruk (yerli adı Reysbrukdur; indiki Brüssel yaxınlığındadır; həmin adın latın variantı olan «Rubruk»u səyyah özünə soyad götürmüşdür) kəndində anadan olmuş, təqribən 1270-ci ildə vəfat etmişdir. Rubruk Roma papası IV İnnokenti (1243-1254) və Fransa kralı IX Lüdovik (1226-1270) tərəfindən Qaraqorumda Böyük Monqol hökmdarı Munke xanla (1251-1259) diplomatik danışıqlar aparmaq üçün yola salınmışdı. O, səfərə çıxarkən Yaxın Şərqdə VII Xaç müharibəsi (1248-1254) gedirdi. Fransa kralı IX Lüdovik də bu zaman Ön Asiyada idi; fransız səlibçilərinə başçılıq edirdi. Ondan əvvəl Andre Lonjümönü monqol sarayına yola salınmışdı. Lonjümönün uğursuz səfərindən sonra Rubruk da monqol sarayına göndərildi. Özündən əvvəl monqol sarayına göndərilmiş Ciovanni Karpini və Andre Lonjümö kimi Rubruk da Xaç müharibələrində (1096-1270) səlibçilərə qələbə qazandırmaq üçün monqolları arxadan səlcuqlara qarşı qaldırılmalı idi. Bu yolla monqolların başını xristian dünyasının xeyrinə qarışdırmaq mümkün olsaydı, eyni zamanda onların Avropa üçün törətdiyi təhlükə də öz-özünə aradan qaldırılmış olardı. Bundan başqa, monqol sarayında təkallahlı dinə meyil göstərildiyini bilən Roma papaları monqol hökmdarları ilə xristianlığın qəbulu barədə də danışıqlar aparmaq niyyətində idilər.
Villem de Kuninq
Villem de Kuninq (nid. Willem de Kooning; Niderland dilində tələffüzü de Kоninq, 24 aprel 1904, Rotterdam — 19 mart 1997, Long-Aylend) — XX əsrin ikinci yarısının aparıcı rəssam və heykəltaraşı, Abstrakt ekspressionizmin liderlərindən biri.
Villemştad
Villemştad — Kürasaonun ən iri şəhəri və inzibati mərkəzi. Bu şəhər həmçinin Niderland Karibində ən böyük şəhərdir. Əhalisi 58 min nəfər (2003), şəhər aqlomerasiyası ilə birlikdə — 130 min nəfər. Hollandlar Kürasao Karib adasında 1634-cü ildə təbii liman qurdular. Sonrakı əsrlərdə liman böyüməyə başladı və şhərə çox sayda niderlandlılar və yəhudilər köçməyə başladılar. Liman ətrafında varlı tacir şəhəri və işgüzar yaşayış kvartalları yaranmağa başladı. Müasir şəhər tarixi kvartallarla yanaşı yeni tikililərlə və inzibati binalarla zəngindir. Villemştad Karib dənizi hövzəsinin vacib ticarət və işgüzar mərkəzidir.
Villen-su-Bua
Villen-su-Bua (fr. Villaines-sous-Bois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 649 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalda, Serji belediyyənin 23 km şərqdə yerləşir.
Villen Daqeaqo
Villen Daqeaqo (28 iyul 1983) — Naurulu kişi ağır atlet. 56 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Naurunu təmsil edir. Villen Daqeaqo dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Villendorf Venerası
Villendorf Venerası — 7 avqust 1908-ci ildə arxeoloqlar Josef Szombathy , Hugo Obermaier və Josef Bayer tərəfindən Willendorf yaxınlığındakı paleolit ​​sahəsində aparılan qazıntılar zamanı İohan Veran və ya Cozef Veram adlı işçi tərəfindən tapılmışdır. Heykəl indi Avstriyanın Vyana şəhərindəki Təbiət Tarixi Muzeyində saxlanılır. == Haqqında == İlk dəfə on doqquzuncu və iyirminci əsrin əvvəllərində aşkar edilmiş oxşar heykəllər arxeologiyada ənənəvi olaraq "Venera heykəlcikləri" adlandırılır, çünki şişirdilmiş cinsi xüsusiyyətləri olan çılpaq qadınların təsvirləri erkən doğuş tanrısını, bəlkə də bir ananı təmsil edir. Bəzi alimlər Venera terminologiyasını rədd edir, əvəzinə heykəlciyi "Qadın" və ya "Villendorflu Qadın" adlandırırlar. Villendorf Venerasının mənşəyi, yaranma üsulu və ya mədəni əhəmiyyəti haqqında çox az şey məlumdur ; lakin o, Avropanın Paleolit ​​dövründən salamat qalan çoxsaylı " Venera heykəlciklərindən " biridir. == İstinadlar == == Xarici keçidlər == International Journal of Human Diversity and Evolution (ing.) One of the most fascinating archaeological discoveries of the early 20th century is a small Paleolithic stone sculpture known as the Venus of Willendorf.
Villenyev d'Ask
Vilnöv-d'Ask (fr. Villeneuve-d'Ascq) - Fransada şəhər. == Coğrafiya == Ərazi - 27,46 km² Əhalisi - 65 000.
Viller-an-Arti
Viller-an-Arti (fr. Villers-en-Arthies ) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 426 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 26 km qərbdə yerləşir.
Villeroy & Boch
Villeroy & Boch (Fransızca tələffüz: [vilʁwa e bɔk], alman: [ˌvɪlərɔɪ.ʔʊntˈbɔx]) — keramik məhsullar istehsal edən Almaniya brendirir. Şirkətin əsası 1748-ci ildə Fransua Box və Nikolas Villerua tərəfindən qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Almaniyanın Metlax şəhərində yerləşir.
Villet-de-Vyen
Villet-de-Vyen (fr. Villette-de-Vienne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38558. Kommunanın 2012-ci il üçün əhalisi 1682 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 196 ilə 364 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 20 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Villet-syur-En
Villet-sür-En (fr. Villette-sur-Ain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01449. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 673 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 462 nəfər (15-64 yaş) arasında 347 nəfər iqtisadi cəhətdən fəal, 115 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.1%, 1999-cu ildə 73.1%). Fəaliyyət göstərən 347 sakindən 320 nəfər (178 kişi və 142 qadın), 27 nəfər işsiz (13 kişi və 14 qadın) idi. Fəal olmayan 115 nəfər arasında şagird və ya tələbə, 49 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Villet-sür-En
Villet-sür-En (fr. Villette-sur-Ain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01449. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 673 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 462 nəfər (15-64 yaş) arasında 347 nəfər iqtisadi cəhətdən fəal, 115 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.1%, 1999-cu ildə 73.1%). Fəaliyyət göstərən 347 sakindən 320 nəfər (178 kişi və 142 qadın), 27 nəfər işsiz (13 kişi və 14 qadın) idi. Fəal olmayan 115 nəfər arasında şagird və ya tələbə, 49 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə hərəkətsizdir.