QİBLEYİ-ALƏM
QİBLƏGAH
OBASTAN VİKİ
Qiblə
Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Arxası qibləyə (film, 2009)
Qibləməscid (Bostanabad)
Qibləməscid (fars. قبله مسجد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (21 ailə).
Qibləteyn məscidi
İkiqibləli məscid (ərəb. المسجد القبلتین‎) — Mədinədə məscid. Qiblənin dəyişdirilməsi barədə ayə nazil bu məsciddə olarkən Peyğəmbərə nazil olduğuna görə, məscidin adı hadisədən götürülmüşdür. Bəqərə surəsinin 144-cü ayəsi Məhəmməd peyğəmbərə bu məsciddə nazil olub. "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-Hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər.

Digər lüğətlərdə