Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vigors
Nikolas Eyluord Vigors (irl. Nicholas Aylward Vigors, 1785[…], Karlou qraflığı[d] – 26 oktyabr 1840, London) — İrlandiya zooloqu və siyasi xadimi. Daha çox quşların öyrənilməsinə dair 40 işin müəllifi kimi tanınır. 1825-ci ildən başlayaraq Vigors elmi jurnallarda ornitologiya üzrə 6-sı digər həmmüəlliflərlə olmaqla 40-a yaxın məqalə dərc etdirmişdir. An inquiry into the nature and extent of poetic licence / by Vigors, Nicholas Aylward, 1785—1840 London : printed for J. Mackinlay, by T. Bensley, 1810 A century of birds from the Himalaya Mountains / by Gould, John, 1804—1881 Letterpress by N. A. Vigors. London, 1832 Leslie Stephen, George Smith, Sidney Lee, Robert Blake, Christine S Nicholls, Edgar T Williams./Dictionary of national biography. Smith, Elder, & co., 1899 Kavanagh, P. J. (1983). «Nicholas Aylward Vigors, MP, 1786—1840». Carloviana: Journal of the Old Carlow Society 30: 15-19.
Euseius vignus
Euseius vignus (lat. Euseius vignus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Sigur Rós
Sigur Ros — İslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigurros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb. Qrup ilk albomu olan "Von"u (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan "Von brigði" gəldi. 1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. "Ágætis byrjun" albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı. 2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı.
Vitor Belfort
Vitor Belfort (1 aprel 1977, Rio-de-Janeyro) — Braziliyanı ağır çəkidə UFC-də təmsil edən məşhur idman ustalarından biri. Rio-de Janero şəhərində dünyaya gələn Vitor uşağlığdan Qreysi ailəsinin nümayəndəsi və məşhur ciu-citsu ustası Karlos Qreysinin başçılığı altında adı çəkilən idman növü ilə məşğul olmağa başlamışdır.Beləlilklə ciu-citsu idman növü ilə məşğul olan Vitor qara kəmər,Cüdoda qara kəmər,Şotokan idman növündədə qara kəmər ustası olmuşdur.Həyat yoldaşı Prado Coana,tanınşım tələbəsi Sezar Fereiradır. 9 Yanvar 2004-də Vitorun bacısı Priskila Belfort itkin düşdü və qohumlar onun haqqında heç bir informasiya almadı.2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi,lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Vitor Roke
Vitor Huqo Roke Ferreyra (28 fevral 2005, Braziliya) — Vitor Roke kimi də tanınan, Braziliya A Seriyası təmsilçilərindən olan "Atletiko Paranaense" klubunda və Braziliya millisində hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. O, 2024-cü ilin yanvar ayında La Liqa təmsilçilərindən olan "Barselona" klubuna transfer olacaq. Vitor Minas-Jerays ştatının Timoteo şəhərində anadan olmuşdur. 10 yaşı olarkən o, "Amerika Mineyro" klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ildə akademiyanın əsas oyunçusu vəziyyətinə gəlmişdir. 2019-cu ilin mart ayında Vitor "Kruzeyro" akademiyası ilə müqavilə imzalamışdır. Bu keçid keçmiş komandasının yeni komandasını Dövlət Əmək Departamentində məhkəməyə verməsinə səbəb olmuşdur. Hər iki klub yalnız may ayında razılığa gələ bildi. "Kruzeyro" klubu oyunçunun səhmlərinin 65%-ni, keçmiş klubu isə yerdə qalan 35%-ni əlində saxlamış oldu. 25 may 2021-ci ildə Vitor "Kruzeyro" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Nikolas Eyluord Vigors
Nikolas Eyluord Vigors (irl. Nicholas Aylward Vigors, 1785[…], Karlou qraflığı[d] – 26 oktyabr 1840, London) — İrlandiya zooloqu və siyasi xadimi. Daha çox quşların öyrənilməsinə dair 40 işin müəllifi kimi tanınır. 1825-ci ildən başlayaraq Vigors elmi jurnallarda ornitologiya üzrə 6-sı digər həmmüəlliflərlə olmaqla 40-a yaxın məqalə dərc etdirmişdir. An inquiry into the nature and extent of poetic licence / by Vigors, Nicholas Aylward, 1785—1840 London : printed for J. Mackinlay, by T. Bensley, 1810 A century of birds from the Himalaya Mountains / by Gould, John, 1804—1881 Letterpress by N. A. Vigors. London, 1832 Leslie Stephen, George Smith, Sidney Lee, Robert Blake, Christine S Nicholls, Edgar T Williams./Dictionary of national biography. Smith, Elder, & co., 1899 Kavanagh, P. J. (1983). «Nicholas Aylward Vigors, MP, 1786—1840». Carloviana: Journal of the Old Carlow Society 30: 15-19.
Şarl-Mari Vidor
Şarl-Mari Vidor (fr. Charles-Marie Widor; 21 fevral 1844, Lion — 12 mart 1937, Fransa) — fransız orqan, bəstəkar və musiqi müəllimi. Vidorun atası 19-cu əsrin ən böyük orqan ustası Aristide Kawaye-Koll adlı orqan qurucusu idi. Kursu bitirdikdən sonra, 1869-cu ildə Vidor, mərhum Lefebvour-Veli əvəzinə, Parisdəki Saint-Sulpike kilsəsindəki orqanist vəzifəsini müvəqqəti olaraq vəzifəyə götürməyə çağırdı və bu vəzifəni 64 il müddətinə tutdu, baxmayaraq daimi müqavilə onunla bağlanmadı Cənab Vidor yerini ən əhəmiyyətli tələbələri Marsel Dupre əvəz etdi. Bəstəkarın irsi olduqca genişdir və daxildir: orqan üçün on simfoniya dörd opera bir çox orkestr əsərləri (ən məşhur simfonik şeir Walpurgis Night, piano və viyolonsevər konsertlərdir) mahnılar və romansları.
Jiqor
Jiqor (fr. Gigors, oks. Gigòrds) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Tyurye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 22 nəfər iqtisadi fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 61.5%). 22 fəal şəxsdən 20 nəfəri (11 kişi və 9 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Bos gour
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
İgor Cukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
Yucin Viqner
Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 1 yanvar 1995[…], Prinstom, Nyu Cersi) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Yucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu.
Çığmur (Miyanə)
Çığmur (fars. چخمور‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 206 nəfər yaşayır (36 ailə). Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 33 km cənub-qərbdədir.
Viqo
Viqo- İspaniyada, Qalisiya muxtar regionunda yerləşən şəhər və bələdiyyə. Viqo, Pontevedra əyalətinin və bütün bölgənin ən sıx məskunlaşdığı, eyni zamanda əyalət paytaxtı statusu olmayan ölkənin ən böyük bələdiyyəsidir. Sahəsi 109.06 km2 olan şəhərin əhalisi 2016-ci ilə olan rəqəmlə 198.537 nəfərdir.
Igor
Igor — amerikalı repçi Tyler, the Creator-un beşinci studiya albomu. 17 may 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
İqor
İqor — ad. İqor Ametov — texnika elmləri doktoru, professor. İqor Burqanov — Rusiyanın Əməkdar rəssamı, professor. İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Yusufov — rus dövlət xadimi, biznesmen.
Diqor elçəsi
Diqor — Qars ilinin ilçəsi.
Diqor ilçəsi
Diqor — Qars ilinin ilçəsi.
Con Henri Viqmor
Con Henri Viqmor (ing. John Henry Wigmor; 4 mart 1863[…], San-Fransisko, Kaliforniya – 20 aprel 1943[…], Çikaqo, İllinoys) — ən mötəbər Amerika hüquqşünaslarından biri. Dünyanın hüquqi coğrafiya elminin banisi, dəlil sahəsi üzrə mütəxəssis. 1889–1892-ci illərdə Tokionun Keyo Universitetində hüquq professoru, daha sonra 1901–1929 illərdə ABŞ-nin Şimal-Qərb Universitetinin hüquq fakültəsinin dekanı olmuşdur. Viqmor, ümumi məhkəmə çəkişmələrində ən köklü dəlil alimidir. Ədli dəlil sahəsi, 1904-cü ildə ümumi hüquq məhkəmələrində İngilis-Amerikan sübut sistemi üzərində işinin mərkəzidir. == Bioqrafiya == Con Henri Viqmor San-Fransisko şəhərində Con və Harriyet Viqmor ailəsində anadan olmuşdur. Harvard Universitetini bitirdikdən sonra 1883-cü ildə AB dərəcəsi, 1884-cü ildə AM dərəcəsi və 1887-ci ildə Hüquqşünaslıq dərəcəsi almışdır. Hüquq fakültəsini bitirdikdən sonra, Yaponiya İmperatorluğunun xarici siyasət məsləhətçisi olmaqdan əvvəl Bostonda hüquqşünaslıq etdi və 1889 - 1892-ci illərdə Tokionun Keyo Universitetində hüquq müəllimliyi vəzifəsinə təyin edildi . Yaponiyada müəllimlik edərkən Viqmor, Tokuqava şoqunluğu dövründə (Edo dövrü) köhnə Yapon qanunlarının tarixini, xüsusən o dövrün qanunlarını ətraflı araşdırmışdır.
Viqlər (siyasi partiya
Viqlər əvvəl İngiltərədə siyasi qrup, daha sonra isə İngiltərə, Şotlandiya və Amerikada siyasi partiya adı olub. " Viq " şotland sözü "whiggamore"-un qısaldılmış formasıdır. Bu söz 1648-ci ildə Qərbi Şotlandiyada monarx I Karla qarşı çıxanlar üçün işlədilib. 1600-cü illərin sonundan etibarən kral ailəsinin artan gücünə qarşı müxalif mövqedə olanlar "Viqlər" adlanırdı. Viqlər 1850-ci illərdə proqressiv Viqlər Liberal adını götürənə qədər İngiltərə siyasətində güclü rola sahib idilər. Amerikada isə "Viqlər" termini Britaniyadan asılılığı rədd edən və ABŞ İstiqlal müharibəsini dəstəkləyənlər üçün işlədilirdi.
Viqlər Partiyası (ABŞ)
Viqlər partiyası — 1832—1856-cı illərdə mövcud olmuş Birləşmiş Ştatların siyasi partiyası. Partiya Milli Respublika Partiyası, Antimason Partiyası və digər kiçik anticeksonist partiyaların koalisiyası əsasında Endrü Cekson və Demokrat Partiyasına qarşı müxalifət olaraq yaradıldı. Xüsusilə viqlər konqresin icra hakimiyyəti üzərində üstünlük təşkil etməsini dəstəkləyirdi, müasirləşdirmə və iqtisadi proteksionizm proqramını təbliğ edirdi. Partiya uzun müddət Amerika siyasətinin iki partiya sistemində yer alırdı. Partiyanın adı, Amerika İnqilabı zamanı Britaniya metropoliyasına qarşı mübarizə aparan amerika vətənpərvərlərinin ləqəbindən götürülüb, o vaxtı viqlər (Britaniyanın Viqlər partiyası adından) deyə avtoritar hakimiyyətə qarşı çıxan insanlara deyilirdi. Viqlər Partiyası görkəmli üzvləri arasında Daniel Uebster, Vilyam Henri Harrison və onların daimi lideri Henri Kley yer alırlar. Avraam Linkoln İllinoysda viqlərin lideri idi. Great Americans of the Whig Party, 1832—1856 Arxivləşdirilib 2020-11-14 at the Wayback Machine Biographies of American Whigs.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
Frinqilya Viqo
Frinqilya Viqo (pol. Fringilla Vigo) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın. == Bioqrafiya == Frinqilya Viqo Nilfqaarddan olan gənc sehrbaz, Tussent knyaginyasının qohumu, Assire var Anaqıdın ən yaxın rəfiqəsidir. Assire onu, Filippe Eylxard tərəfindən təşkil olunmuş Sehrbazlar lojasına dəvət edir. Frinqiliya qısa qara saçları və zümrüd rəngli gözləri ilə seçilir. Geralt Tussentdə olarkən Frinqiliya onu yoldan çıxararaq Lojanın binasında saxlayır. O, Geraltdan Vilqeforsun yerini öyrənməyə çalışsa da, aldadılır. Romanlar əsasında hazırlanmış oyunlarda Sehrbazlar lojasının işində iştirak etdiyinə görə Frinqiliya Nilfqaard tərəfindən əsir edilir. Sonradan Geralt, Vəhşi ov döyüşündə kömək etməsi üçün onu azad edir. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Frinqiliya rolunu aktrisa Mimi Ndiveni canlandırır.
I İqor
I İqor və ya İqor Rürikoviç (qəd-isl. Ingvar 878-945) — Kiyev Knyazlığının 2-ci Böyük Knyazı. Letopislərə əsasən Rürikın oğlu. Bizans və qərb mənbələrinə görə ilk rus knyazı. == İqor qədim rus salnamələrində == "Müvəqqəti illər hekayəsi" salnaməsinə əsasən qədim rus knyazları sülələsin yaradan Rürik 879-cu ildə ölür və hakmiyyəti Oleqa verir. 882-ci ildə Oleq Rürikın oğlu İqorla Kiyevə yaxınlaşır və orada qanunsuz knyazlığ edən varyaqları Askold və Diri aldadaraq şəhərdən çıxarır. Görüşdə Oleq Askold və Dirə deyir:"Siz knyaz deyilsiniz, heç knyaz soyundan belə deyilsiniz. Amma mən knyaz soyundanam bax bu isə Rürikın oğludur" deyəndən sonra varyaqları öldürmək əmrini verir. == Mənbə == İlk Novqorod letopisi. — М.-Л.: "SSRİ elmlər akademiyası nəşriyyatı", 1950.
İqor Tamm
İqor Tamm - İqor Yevgenieviç Tamm ( 8 iyul, 1895 il, Vladivostok - 12 aprel 1971 il, Moskva) - sovet nəzəri fiziki, Nobel mükafatı laureatı (1958) Совместно с П. А. Черенковым и И. М. Франком. ↑ Показывать компактно, SSRİ Elmlər Akademiyasının akademiki (1953il). Sosialist Əməyi Qəhrəmanı (1954il). İki Stalin mükafatı laureatı. 8 iyul 1895-ci ildə Vladivostokda mühəndis Yevgeni Fedoroviç Tamm (millətcə alman) və Olqa Mixaylovna Davıdovanın ailəsində anadan olub. Krım tatarının və ukraynalının nəvəsi (İqor Tammın anası Olqa Mixaylovna Davıdova, ana tərəfdən əcdadı Kobılyanski ailəsinə mənsub idi, Zaporojya Seçinin siqaret çəkən atamanının Krım xanı Gireyin qızı ilə evləndirilib) . 1898-ci ildə valideynlərinin ailəsi ilə birlikdə Yelisavetqrada (indiki Kropivnitski, Ukrayna) köçdü, İqorun atası uzun illər burada "şəhər mühəndisi" işlədi: su təchizatı və şəhər elektrik stansiyasının tikintisinə nəzarət etdi. 1901-ci ildə İqorun kiçik qardaşı Leonid doğuldu, o, sonradan SSRİ Ağır Sənaye Xalq Komissarlığının Azot Sənayesi Baş İdarəsinin baş mühəndisinin müavini oldu (o, 1937-ci il mayın 28-də döyüşlərdə əksinqilabi trotskiçi-zinovyev terror təşkilatında iştirakı ittihamı ilə güllələndi). Yelisavetqradda gimnaziyanı bitirdikdən sonra İqor Tamm Edinburq Universitetində təhsil alıb. Birinci Dünya Müharibəsi başlamazdan əvvəl o, Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə keçdi və 1918-ci ildə oranı bitirdi və fizika diplomu aldı.
İqor Kalinets
İqor Kalinets (ukr. Калинець Ігор Миронович; 9 iyul 1939) — ukraynalı şair, keçmiş dissident və siyasi məhbus, ictimai və siyasi xadim. İqor Kalinets 20 iyul 1939-cu ildə Xodorovda (indiki Lvov vilayəti, Ukrayna) anadan olub. 1956-1961-ci illərdə Lvov Universitetinin filologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra rayon arxivində işləyib. Dissident hərəkatında iştirak etdiyinə görə 6 il ciddi rejimli həbsxanada, 3 il isə sürgündə cəzalandırılıb. Lvova qayıtdıqdan sonra Ukrayna SSR Elmlər Akademiyasının V.Stefanik adına kitabxanasında işləməyə başlayır. Onun poeziyası, xüsusən də 9 toplusu “Oyanmış muza” silsiləsində, 6 toplusu “Qul muza” silsiləsində birləşib. O, uşaqlar üçün şeirlər yazır, onlardan bir neçə kitab tərtib edilmişdir, bunlar təkcə Ukraynada deyil, həm də Ukraynada danışan əhalinin çox olduğu ölkələrdə (Rusiya, Qazaxıstan, Kanada, ABŞ, Argentina, Polşa) satılmışdır. Onun “Pişik və Kitsyu haqqında hündür nağıllar” kitabı 2005-ci ildə ukraynalı rəssam Viktoriya Kovalçuk tərəfindən illüstrasiya edilib.
İqor Kobrin
İqor Dmitroviç Kobrin (ukr. Ігор Дмитрович Кобрин; 2 fevral 1951, Lvov – 11 dekabr 2023) — Ukraynalı rejissor və animator. 2008-ci ildən Ukraynanın əməkdar incəsənət xadimi, 1989-cu ildən isə Taras Şevçenko adına Ukrayna Milli mükafatı laureatıdır. İqor Kobrin, 2 fevral 1951-ci ildə Ukraynanın Lvov şəhərində anadan olub. 1973-cü ildə Lvov Universitetində təhsil alıb. O, 1981-ci ildə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin "kino və televiziya rejissoru" fakultəsində təhsil alıb. 1982-ci ildən “Ukrtelefilm” kinostudiyasında çalışır. 1992-ci ildən Telecon studiyasının yaradıcısı və direktorudur. Kobrin 10 dekabr 2023-cü ildə yetmiş iki yaşında vəfat edib. Onun ölüm xəbərini həmkarlarından Stella Klominskaya yayıb.