Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamboca vyetnamlıları
Kamboca vyetnamlıları — Kambocada yaşayan vyetnamlılar, tam və ya qismən khmer mənşəli vyetnamlara aid edilən termin. Kamboca mənbələrinə görə, 2013-cü ildə Kambocada təxminən 15 min vyetnamlı yaşayırdı. Vyetnam mənbələri Kambocada 156,000 vyetnamlının yaşadığını qeyd edir, lakin müstəqil alimlərə görə, bu say 400,000 ilə bir milyon arasında ola bilər. Onlar əsasən Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda yaşayırlar. İlk vyetnamlılar müasir Kambocaya XIX əsrin əvvəllərindən Nquyen çarlarının dövründə gəlmişdir. Odur ki, Kambocada yaşayan vyetnamlıların əksəriyyəti buraya Fransa müstəmləkə rejimi və Kampuçeya Xalq Respublikası administrasiyası dövründə gəlmişdir. 1970-ci illərdə Kxmer Respublikası və qırmızı khmer hökumətləri dövründə vyetnamlılar kütləvi soyqırımların hədəfi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Corfield, Justin. The History of Cambodia. ABC-CLIO. 2009.
Vyetnamlılar
Müasir vyetlər - (vyetnamlılar; özlərini Viet adlandırırlar) - Vyetnamın əsas xalqı, vyet-mıonq xalqlarından biridir. Vyetlərin ümumi sayı 73,5 mln. nəfərdir (2006-cı il məlumatına görə). Vyetlərin 70,8 mln. nəfəri Vyetnamda, 597 nəfəri Kambocada, 103 min nəfəri Tailandda, 94 min nəfəri Laosda, 83 min nəfəri Malayziyada, 30 min nəfəri Cində, 1,2 mln. nəfəri ABŞ-də, 151 min nəfəri Kanadada, 174 min nəfəri Avstraliyada, 302 min nəfəri Fransada, 83 min nəfəri Almaniyada, 3,9 min nəfəri Ukraynada, 26,2 min nəfəri Rusiyada, o cümlədən 15,6 min nəfəri Moskvada yaşayır (2002-ci il siyahıyaalınmasına görə). Müasir vyetlər vyetnam dilində danışırlar. Dini etiqadlarına görə buddizm, daosizm, Konfusilik, katolik (5-10 %), protectant dinlərinə inanırlar, ölkənin cənubunda Kao-Day və Xoa-Xao adlanan sinkretizm (лат. dilində - syncretismus, yunan dilində - συγκρητισμός — "Krit şəhərlərinin federasiyası") ayinlərinin davamçıları da vardır. Qədim vyetlər e.ə II-I minilliklərdə Çinin cənubunda məskunlaşmış müxtəlif etnik mənşəli tayfaların birləşməsindən yaranmış batvyetlər tayfa ittifaqının tərkibinə daxil olsalar da, qohumluq əlaqələrinə görə yalnız iki batvyet tayfası ilə - lakvyetlər və ayvyetlərlə bağlı idilər.
Avstraliya vyetnamlıları
Avstraliya vyetnamlıları (ing. Vietnamese Australians, vyet. Người Úc gốc Việt) — vyetnaməsilli avstraliyalılar. Avstraliya vyetnamlıları qlobal Vyetnam diasporasının ən böyük qruplarından biridir. 2021-ci il siyahıyaalmasında 334,781 nəfər əcdadlarının vyetnamlı olduğunu bildirmişdir, bu da Avstraliya əhalisinin 1,3%-ni təşkil edir. 2021-ci ildə Avstraliya Statistika Bürosu Vyetnamda 268,170 Avstraliya sakininin doğulduğunu təxmin etmişdir. == Tarixi == 1975-ci ilə qədər Avstraliyada 2,000-dən az vyetnaməsilli insan var idi. Vyetnamda müharibə başa çatdıqdan sonra, 1975-ci ilin aprelində Qaçqınların Statusuna dair BMT Konvensiyası imzalayan Avstraliya 1975–1985-ci illərdə qaçqınların köçürülməsi planına əsasən vyetnaməsilli qaçqınların öz payını köçürməyə razılaşmışdı. 1970-ci illərin sonlarında qaçqınların ilkin qəbulundan sonra 1983–1984-cü illərdə ikinci immiqrasiya zirvəsi baş tutmuşdur. Ehtimal olunur ki, bu, Avstraliya və Vyetnam hökumətləri arasında 1982-ci ildə Avstraliya vyetnamlıların qohumlarına ölkəni tərk edərək Avstraliyaya köçməsinə icazə verən razılaşmanın nəticəsi idi.
Vyetnamca
Vyetnam dili (3 milyon xaricdə olanlar daxil olmaqla)(tiếng Việt; 㗂越) Vyetnamın milli və rəsmi dilidir.Vyetnam dili Vyetnam xalqının və üç milyon xaricdə yaşayan Vyetnamlıların ana dilidir.Avstroasiya dil ailəsinin bir hissəsidir.
Vyetnam
Vyetnam (vietnamca. Việt Nam) rəsmi olaraq Vyetnam Sosialist Respublikası (VSR) Cənub-Şərqi Asiyanın şərq hissəsində yerləşən sahəsi 331,212 kvadrat kilometr olan bir ölkədir və 99 milyon əhalisi onu dünyanın ən sıx 5-ci ölkəsi edir. Vyetnam şimaldan Çinlə, qərbdə Laos və Kamboca ilə quru sərhədlərini bölüşür. Siam körfəzi vasitəsilə Tailandla, Cənubi Çin dənizi vasitəsilə Filippin, İndoneziya və Malayziya ilə dəniz sərhəddini bölüşür. Paytaxtı Hanoi (vyet. Hà Nội) və ən böyük şəhəri Ho Chi Minhdir (vyet. Hố Chí Minh) (ümumiyyətlə keçmiş adı Sayqon ilə xatırladır). == Əhali == 2018-ci ildə Vyetnamın əhali sayısı təxminən 95,5 milyon idi. 2023-cü ildə əhalinin sayı 100 milyonu keçib === Din === Vyetnamda müxtəlif dini inanclar mövcuddur. Burada əsasən buddizm, konfusiyalıq və daosizm geniş yayılıb.
Vyetnamca Vikipediya
Vyetnam Vikipediyasi (vyet. Wikipedia tiếng Việt) — Vikipediyanin vyetnam dilində olan bölməsi. Vyetnam vikipediyasinin ilk məqaləsi 2002-ci ilin noyabr ayında oldu. Əsl inkişafı yalniz 2003-cü ildə bölmənin yenidən buraxılışından sonra baş verdi. 9 aprel 2015-ci il tarixinə səhifədə 1,131,950 məqalə var.
Vyetnamda müharibə
Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur. Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir. 1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir. == Müharibənin əsas səbəbləri == İkinci Dünya müharibəsi dövründə Yaponiya Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasının şərq ucqarında yerləşən və 19-cu əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritdi və onu işğal etdi. Çin və Sovet kommunizmindən ilhamlanan Ho Çi Minh Yaponiya və Fransa müstəmləkə idarəçiliyi ilə mübarizə aparmaq üçün Vyet Minhi, Müstəqil Vyetnam Liqasını yaratdı. 1945-ci ildə Yaponiya müstəqil Vyetnamın idarəsini Fransız təhsilli İmperator Bao Daiyə buraxaraq öz qoşunlarını geri çəkdi. Ho Çi Minhin Vyet Minh qüvvələri dərhal ayağa qalxaraq Hanoyun şimal şəhərini ələ keçirdi və Honun prezidentliyi altında Demokratik Vyetnam Respublikasını (VDR) elan etdi.
Vyetnamın Səsi
"Vyetnamın Səsi" (vyet. Đài Tiếng nói Việt Nam; ing. Voice of Vietnam, VOV) — Vyetnam Dövlət Radio kompaniyası. == Tarixi == "Vyetnamın Səsi" radiosu 1945-ci ildə yaradılmışdır. 1990-cı ildə VOV3 radio stansiyası, 2004-cü ildə VOV4 radio stansiyası fəaliyyətə başlamışdır. == İdarəolunması == Vyetnamın digər kütləvi informasiya vasitələri kimi "Vyetnamın Səsi" radiosu da dövlət sektoruna daxildir.. Radio stansiyanın baş direktoru — Nquen Danq Tendir.. == Əhatə dairəsi == "Vyetnamın Səsi" radiosu dinləyicilərinin 90%-i ölkədaxili evdar qadınlardır..
Vyetnamın bölünməsi
Vyetnamın bölünməsi — 1954-cü ildə Hind-Çin müharibəsi və Vyetnamı iki yerə bölən Cenevrə razılaşmalarından sonra həyata keçirilmiş proses. Şimalda Vyetnam Demokratik Respublikası ("Şimali Vyetnam" kimi tanınır, SSRİ-nin təsiri altında olan kommunist rejimi) və cənubda Vyetnam Respublikası ("Cənubi Vyetnam" kimi tanınır, ABŞ-nin təsiri altında antikommunist rejim). Sərhəd 17° şimal enliyi üzrə keçirdi. Bölünmə Soyuq müharibənin əsas məqamlarından birini təmsil edir. Üstəlik, ABŞ və Vyetnam Dövləti Cenevrə Konfransının yekun bəyannaməsini imzalamamışdılar. Atəşkəs müqavilələrinə riayət edilməməsi, getdikcə artan diktator gücü və ABŞ-nin himayəsi altında antikommunist müdafiə paktı olan Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatının (SEATO) yaradılması vəziyyəti gərginləşdirmişdir. Bu, Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin yaradılmasına gətirib çıxarmış və Vyetnam müharibəsinə səbəb olmuşdur. Müharibə 1975-ci ildə Şimali Vyetnam və Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin qələbəsi ilə başa çatmışdır. Vyetnam 1976-cı ildə ümumxalq seçkiləri ilə yenidən birləşdirilmişdir.
Vyetnamda din
Vyetnamda din— vyetnamlıların əksəriyyəti heç bir mütəşəkkil dinə riayət etmir. Vyetnama gələn ilk dinlər Mahayana Buddizmi, Konfutsiçilik və Taoizmdir; onlara üç din (tam giáo) deyilir. 2010-cu ildəki hesablamalara görə, Vyetnam xalqının əksəriyyəti xalq dinlərinə etiqad edir (45,3%). Əhalinin 16,4%-i Buddist, 8,2%-i Xristian, 30%-ə yaxını isə heç bir dinə bağlı deyildi. Rəsmi olaraq Vyetnam Sosialist Respublikası kommunist hökuməti tərəfindən elan edildiyi kimi ateist dövlətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il statistikasına əsasən, buddistlər ümumi əhalinin 14,9%-ni, xristianlar 8,5%-ni (katoliklər 7,4% və protestantlar 1,1%), Hoahao buddistləri 1,5%-ni və kaodaizm ardıcılları 1,2%-ni təşkil edir. Digər dinlərə Hinduizm, İslam və Bəhai inancı daxildir ki, bu da əhalinin 0,2%-dən azını təşkil edir. Hökumət statistikasına daxil edilməyən xalq dinləri (əcdadlara, tanrılara və ilahələrə sitayiş) 1980-ci illərdən etibarən yenidən canlanmağa başlamışdır. == Buddizm == Buddizm Vyetnama eramızın 2-ci əsrində gəldi. Çindən Mahayana Buddizmi təxminən eramızın 300-cü illərində Hong Hi Deltasına daxil oldu.
Vyetnamda meşəsizləşdirmə
Vyetnamda meşəsizləşdirmə — Vyetnamda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2005-ci il hesabatına görə, Vyetnam dünyada əsas meşələrin meşəsizləşdirməsinə görə Nigeriyadan sonra ikinci yerdədir. Bununla belə, ümumi meşə örtüyünə gəldikdə, Vyetnam meşə keçidinə məruz qalmışdır. Onun meşə örtüyü 1990-cı illərin əvvəllərindən, onilliklər ərzində baş tutan meşəsizləşdirmədən sonra artmışdır. 2005-ci ilə kimi, Vyetnamın torpaq örtüyünün 39.7%-i, yəni 12,931,000 hektar ərazi meşə ilə örtülmüşdür. Buna baxmayaraq, yalnız 85,000 hektar (torpaq örtüyünün 0.7%-i) ərazi ən çox biomüxtəlifliyə malik olan əsas meşə növündə idi.
Vyetnamda rabitə
Vyetnam rabitəsi – == Telekommunikasiya == Vyetnam iqtisadiyyatında rabitə dinamik inkişaf edən sahədir. Beynəlxalq Elektrikrabitə İttifaqının qərarına əsasən, Vyetnam rabitə bazarında artım və telekommunikasiyanın modernləşmə tempinə görə dünyanın lider onluğuna daxildir və bu göstəricilərə görə 2002-ci ildə 2-ci yeri tutmuşdur. İlbəil ölkədə rabitə sahəsində irəliləyiş qeydə alınır. Hələ 1986-cı ildə ölkədə aparılan islahatlar zamanı cəmi 80 min telefon xətti mövcud idi, yəni demək olar ki, min nəfərə 1 telefon düşürdu. 1994-cü ildə çətinliklər aradan qaldırıldı və nəticədə 100 nəfərə bir telefon xətti düşürdü. 2001-ci ildə bu göstərici 4,5, 2003-cü ildə isə 7,5 telefon xəttinə bərabər idi. Bununla yanaşı kənd yerlərində rabitədən geniş istifadəni nəzərə alaraq 6 min poçt şöbəsi və mədəniyyət mərkəzləri açılmışdır. Hökumət 2005-ci ilin sonuna bütün kənd yaşayış məntəqələrinin telefonlaşdırılmasını qarşısına məqsəd qoymuşdur. 2001-ci ildə "poçt xidməti və telekommunikasiyanın inkişaf strategiyası"na uyğun olaraq 2005-ci ilin sonuna Vyetnamda hər 100 nəfərə 8–10, 2010-cu ildə isə 15–18 telefon düşəcəyi nəzərdə tutulub. 2020-ci ildə isə B-İSDN, ATM, SDH və digər texnologiyalar əsasında rabitə infrastrukturunun modernləşməsi işinin başa çatdırılması planlaşdırılıb.
Montanyarlar (Vyetnam)
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Vyetnam Respublikası
Vyetnam Respublikası (vyet. Việt Nam Cộng Hòa) və ya digər adıyla Cənubi Vyetnam (vyet. Nam Việt Nam) — Soyuq müharibə dövründə Qərb blokunun üzvü, 1955-1975-ci illərdə Vyetnamın cənub hissəsində mövcud olmuş dövlət.
Vyetnam bayrağı
Vyetnam bayrağı — Vyetnamın Dövlət bayrağı Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30-da qəbul edilmişdir. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm edir. Qırmızı rəng sosialist inqilabının uğurunu təmsil edir. Ulduzun beş guşəsi isə fəhlələri, kəndliləri, əsgərləri, ziyalıları və gəncləri təcəssüm edir. Ölçüsü 2:3 nisbətindədir.
Vyetnam coğrafiyası
Vyetnam - Cənub Şərqi Asiyada yerləşir. Ölkə Hind-Çin yarımadasının şərq sahili boyu 1600 km məsafədə şimaldan cənuba doğru uzanır. Qərbdə Laos və Kamboca, şimalda Çin ilə həmsərhəddir. Cənub və şərqdən Cənubi Çin dənizi ilə sərhəddir. == Relyefi == Vyetnm ərazisinin 80 %-ni alçaq və orta hündürlüklü dağlar təşkil edir. Şimalda bir birinə paralel olan qırışıq-qayma dağ silsilələri uzanır. Silsilələr cənub-şərq istiqamətdə yerləşir. Hoanqlenşon (Vyetnamın ən yüksək zirvəsi Fanşipan - 3143 m), Şusunqtyaotyay, Şamşao silsilələri dar və dərin vadilərlə bir birindən ayrılır. Vyetnamın qərb sərhədləri boyu Annams (Çıonqşon) dağ silsiləsi uzanır. Ölkənin mərkəzində və cənub hissəsində bazalt mənşəli Pleyk, Daklak, Lamven, Zilin yaylaları yerləşir.
Vyetnam dili
Vyetnam dili (3 milyon xaricdə olanlar daxil olmaqla)(tiếng Việt; 㗂越) Vyetnamın milli və rəsmi dilidir.Vyetnam dili Vyetnam xalqının və üç milyon xaricdə yaşayan Vyetnamlıların ana dilidir.Avstroasiya dil ailəsinin bir hissəsidir.
Vyetnam himni
Vyetnam himni — Vyetnamın milli marşı.
Vyetnam müharibəsi
Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur. Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir. 1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir. == Müharibənin əsas səbəbləri == İkinci Dünya müharibəsi dövründə Yaponiya Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasının şərq ucqarında yerləşən və 19-cu əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritdi və onu işğal etdi. Çin və Sovet kommunizmindən ilhamlanan Ho Çi Minh Yaponiya və Fransa müstəmləkə idarəçiliyi ilə mübarizə aparmaq üçün Vyet Minhi, Müstəqil Vyetnam Liqasını yaratdı. 1945-ci ildə Yaponiya müstəqil Vyetnamın idarəsini Fransız təhsilli İmperator Bao Daiyə buraxaraq öz qoşunlarını geri çəkdi. Ho Çi Minhin Vyet Minh qüvvələri dərhal ayağa qalxaraq Hanoyun şimal şəhərini ələ keçirdi və Honun prezidentliyi altında Demokratik Vyetnam Respublikasını (VDR) elan etdi.
Vyetnam mədəniyyəti
Vyetnam mədəniyyəti — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mədəniyyəti. == Xalqları == Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqa xalqlardır. == Arxeoloji qazıntılar == Aparılmış arxeoloji qazıntılar göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir. Vyetnam ərazisində Alt paleolit dövrünə aid də arxeoloji mədəniyyət aşkar olunmuşdur. == Qədim əfsanə == Vyetnam haqqında əksər təsəvvürlər isə e.ə. 2000-ci ilə təsadüf edir. Qədim bir əfsanəyə görə ölkənin hökmdarı əjdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar.
Vyetnam mətbəxi
Vyetnam mətbəxi — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mətbəxi. Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir. Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri də geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü ilk növbədə paştet və pendirdə göstərir. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib. Vyetnam mətbəxi öz müxtəlifliyinə görə də digərlərindən çox fərqlənir.
Vyetnam qətliamı
Sonqmi qətliamı (vyet. Thảm sát Sơn Mỹ) və ya Mi Lai qətliamı (vyet. Thảm sát Mỹ Lai) — 1968-ci ilin 16 mart tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı törədilən kütləvi qətl. 347 ilə 504 arasında silahsız insan ABŞ ordusunun C Bölüyü, 1-ci Batalyonu, 20-ci Piyada Alayı və B Bölüyü, 4-cü Batalyonu, 3-cü Piyada Alayı, 11-ci Briqadası və 23-cü Piyada Diviziyası tərəfindən qətlə yetirilmişdir. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr var idi. Aralarında 12 yaşında uşaqların da olduğu qadınların bəziləri kütləvi zorlanmış və bədənləri kəsilmişdi. 26 əsgərlə bağlı məhkəmə prosesi keçirilsə də, onlardan yalnız C Bölüyü taqım lideri, leytenant Uilyam Kelli təqsirləndirildi. 22 kəndlinin ölümündə təqsirli bilinən Kelliyə ömür boyu həbs cəzası verilsə də, o sadəcə üç il yarım ev dustağı oldu. Quanq Nqay bölgəsindəki Sonqmi kəndinin iki obasında baş verən bu müharibə cinayəti sonralar "Vyetnam müharibəsinin ən şok edici epizodu olaraq" adlandırıldı. Bu obalar ABŞ Ordusunun topoqrafik xəritələrində Mi Lai və Mi Xe olaraq işarələnmişdi.
Vyetnam rabitəsi
Şimali Vyetnam
Vyetnam Demokratik Respublikası (vyet. Việt Nam Dân Chủ Cộng Hòa) və ya digər adıyla Şimali Vyetnam (vyet. Bắc Việt Nam) — 1945–1976-cı illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş dövlət. II Dünya Müharibəsindən sonra baş verən Avqust İnqilabı zamanı Vyetnam kommunist inqilabçısı Xo Şi Min 2 sentyabr 1945-ci ildə Fransız Hind-Çinindən müstəqillik elan edərək Vyetnam Demokratik Respublikasının yaradıldığını elan etdi. Vyetminh - "Vyetnamın müstəqilliyi uğrunda Liqa" 1951-ci ilin fevralında əvvəlcədən qadağan edilmiş, Vyetnam Kommunist Partiyasının yenidən qurulmasından sonra getdikcə təşkilatlanmayan qeyri-kommunist qruplara kommunistlərin rəhbərlik etdiyi çoxsaylı Vyetnam millətçi qruplarının koalisiyası idi. Fransa 1946-cı ilin dekabrında Birinci Hindçin müharibəsinə - Fransa ilə Vyetminh arasında qanlı partizan müharibəsinə səbəb olan Vyetnam üzərində müstəmləkə hökmranlığını təsdiqləmək üçün hərəkətə keçdi. Vyetminh 1954-cü ildə Fransanın məğlubiyyətinə səbəb olan Vyetnamın əksər kəndlərini ələ keçirdi və nəzarət etdi. Həmin il Cenevrə konfransındakı danışıqlar müharibəyə son qoydu və Vyetnamın müstəqilliyini tanıdı. Cenevrə sazişi ilə müvəqqəti olaraq ölkə 17-ci paralel boyunca şimal və cənub bölgəsinə bölündü. Bu, 1956-cı ilin iyul ayında ümumi seçkilərin "Vyetnamın birləşməsinə səbəb olmasını" tələb etdi.
Vyetnam Konstitusiyası
Vyetnam Sosialist Respublikasının Konstitusiyası (vyet. Hiến pháp nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam) — Vyetnam Sosialist Respublikasının əsas qanunu. == Dəyişikliklər == 2013-cü ildə Milli Məclisin növbəti iclasında deputatların 97,59 faizi konstitusiyaya dəyişikliklərin lehinə səs vermişdir (dəyişikliklər artıq 2002-ci ildə edilmişdi). Buna baxmayaraq, dəyişikliklərin maddələrin 90 faizini əhatə edirdi və bu qanunun strukturunu dəyişdirilmişdi. Odur ki, 2013-cü ildə yeni konstitusiyanın rəhbər tutulduğu hesab edilmişdir. Eyni zamanda, 1992-ci il Konstitusiyasının sosialist istiqaməti qorunub saxlanılır və hakim Vyetnam Kommunist Partiyasının siyasi kursunun dəyişməzliyi təsdiqlənir. Parlamentdə deputatların 97,59 faizi buna səs vermişdir. VKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Nquyen Şin Hunq parlamentin son günündə dediyi kimi, "parlamentin 1992-ci il Konstitusiyasına düzəlişləri qəbul etməsi ölkənin quruculuğunda və müdafiəsində, beynəlxalq inteqrasiyada yeni dövr açan tarixi əhəmiyyət kəsb edir. Bu sənəd bütün ölkə üzrə parlament üzvlərinin və seçicilərin, bütün səviyyələrdə təşkilat və idarələrin əməyinin nəticəsidir". == Strukturu == Konstitusiya 120 maddə və 11 fəsildən ibarətdir: I fəsil.
Vyetnam dilləri
Vyetnam dilləri — Vyetnam Sosialist Respublikasında danışılan dillər. Bura həm rəsmi olaraq tanınan, həm də tanınmayan dillər daxildir. Vyetnam çoxmillətli ölkədir. Bura monkhmer (o cümlədən vyet), Tibet-Birma, Çin, Tay-Kaday, Tyam xalqları və Myao-Yo daxildir. Ölkənin rəsmi dili Vyetnam dilidir.
Vyetnam gerbi
Vyetnam gerbi (vyet. Quốc huy Việt Nam, hərf. Vyetnamın dövlət gerbi), formal olaraq Vyetnam Sosialist Respublikasının dövlət gerbi (vyet. "Quốc huy nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam", hərf. Vyetnam Sosialist Respublikası millətinin dövlət gerbi) — Vyetnam Sosialist Respublikasının dövlət gerbi. Bu, ilk olaraq 30 noyabr 1955-ci ildə Vyetnam Demokratik Respublikasının (Şimali Vyetnam) gerbi kimi qəbul edilmişdir. Qırmızı kətan üzərində sarı (qızıl) ulduz da daxil olmaqla Kommunist Partiyasının bütün simvolları ilə Çin Xalq Respublikasının gerbinin əsas dizaynının bütün əsas prinsipləri nəzərə alınmaqla və sosialist mövzusu ilə bütün qanunlara uyğun olaraq modelləşdirilmişdir. Dişli çarx və taxıl bitkiləri ümumi kommunist modelində kənd təsərrüfatı və sənaye əməyinin birliyini təmsil edir. 2 iyul 1976-cı ildə Cənubi Vyetnamla birləşmədən sonra ümummilli gerbə çevrilmişdir.
Vyetnam paytaxtı
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.