Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varrant
Variant
Variant (fr. variante, lat. varians, variantis — dəyişən, dəyişilən) — sənədin, qərarın və ya fəaliyyətin mümkün bir neçə formasınadn biri. Həmçinin hansısa sözün, cümlənin formalarından biri.
Qarant
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Arran
Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə. Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir. Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi. 7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir. Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı. == Etimologiyası == Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisi Arranın adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.
Variant (şahmat)
Variant — Şahmat termini Məntiqi cəhətdən birləşən gedişlər seriyasıdır.
Barrand Yoaxim
Barrand Yoaxim (11 avqust 1799[…], Soq[d] – 5 oktyabr 1883[…], Lansenkirxen[d], Aşağı Avstriya[d]) — Fransa geoloqu və paleontoloqudur . Çexiyanın aşağı paleozoy çöküntülərinin stratiqrafiyası haqqında əsərlərin müəllifi və paleontologiyaya dair çoxcildliyin yaradıcısıdır. == Həyatı == Barrand Yoaxim Paris Politexnik Məktəbində oxuduqdan (1824) sonra Fransa kralı X Kralın nəvəsi - Qraf Şambordun (V Henrix) müəllimi olub. 1830-cu ilin iyulunda Fransa monarxiyası devrildikdən sonra kral ailəsi ilə birlikdə Şotlandiyaya, 1831-ci ildə isə o vaxt Avstriya İmperiyasının tərkibində olan Çexiyaya (Bohemiya) getdi. Barrand Mərkəzi və Qərbi Çexiyanın aşağı paleozoy çöküntülərini ətraflı tədqiq etmişdir. "Systeme silurien du center de la Bohème" (1852) adlı əsas əsəri ilə o, yer qabığının ən qədim çöküntü formasiyalarının faunasının öyrənilməsi üçün möhkəm zəmin yaratdı. O, Cuvierə görə “fəlakət nəzəriyyəsi”nin tərəfdarı idi. Barrand şagirdi Qraf de Şamambord ilə eyni yerdə - Avstriya Frosdorfunda (qrafın ölümündən bir ay sonra) Vəfat etdi.. Tədqiqatların aparıldığı Praqa ətrafı (indiki Praqa rayonlarından biri) - Barrandov (1928), kinostudiya, Praqada körpü və Çexiyada bir geoloji tikili - Barrandien Yoahim Barranın şərəfinə adlandırılmışdır. Onun geoloji və paleontoloji kolleksiyalarının əhəmiyyətli bir hissəsi Praqa Milli Muzeyinin kolleksiyalarına daxildir.
Spathoglottis wariana
Spathoglottis plicata (lat. Spathoglottis plicata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü.
Garant Holding
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Puatu-Şarant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Qarant Sığorta
Xarrat Qulu
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. == Həyatı == Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur. Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi. Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.
Əbdülxalıq Arrani
Əbdülxaliq ibn Əbülməali ibn Məhəmməd Arrani (bilinmir, Bərdə – 20 iyun 1236, Dəməşq) — Azərbaycan islam alimi, fəqih, hüquqçusu. == Həyatı == Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd Arrani Arranın baş şəhəri Bərdədə anadan olmuşdu. Mosul və Əxlat (Xilat) şəhərlərində qanunşünaslıqdan dərs demişdi. Mosula gələrək Hamid ibn Yunusdən fiqhi öyrənmişdir. O, 20 iyun 1236-cı ildə Dəməşq şəhərində vəfat etmişdir. Bərdə şəhərində adına küçə var.
Garant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Üçüncü variant (roman)
Arran (ada)
Arran adası (şot.kelt Eilean Arainn ("uzaq ada"); ing. Arran) — Şotlandiyanın qərbində, Fert-of-Klayd körfəzində yerləşən ada. Sahəsinə görə ölkənin yeddinci böyük adası Şimali Eyrşir əyalətinin tərkibinə daxildir. Ərazisi dağlıq olan bu ada geoloqlar üçün "cənnət" hesab olunur. 1787-ci ildə adaya gələn geoloq Ceyms Hatton burada olan süxurların yatım formasına və tərkibinə əsasən sonradan geologiya elmində yeni nəzəriyyənin — Plutonizimin əsasını qoydu. == Təbiəti və iqlimi == Geologi baxımdan Şotlandiyanın ərazisi iki fərqli hissəyə bölünür: Dağlıq şimal və düzənlik cənub hissə. Bu geoloji bölgü xətti həm də Arranı iki hissəyə bölür. Adanın şimal hissəsi yüksək dağlardan və dərin dərələrdən, cənub hissəsi isə bunun əksi olaraq bataqlıq, çaylar və meşəlikdən ibarətdir. Sanki bütün Şotlandiyaya məxsus cəhətlər bu adada toplanmış. Dağları şimal Qrampian dağları kimi çox yüksək deyil.
Arran (hökmdar)
Arran, Aran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı. Arran haqqında mənbələrdə olduqca az məlumat var. Moisey Kalankatlı onun I əsrdə Parfiya hökmdar sülaləsi Arşakilərdən olan I Vologez (51-78-ci illər) tərəfindən Albaniya hökmdarı təyin edildiyini və Sünik sülaləsindən olduğunu qeyd edir. Tarixçi Arranın Yafətin nəslindən olduğunu da xüsusilə vurğulayır. Tədqiqatçılar Alban Arşakilərinə qədər Qafqaz Albaniyasında hakimiyyətdə olmuş hökmdarlarının yerli – alban mənşəli olduqlarını qeyd edir. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində yazır: “Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranmasıilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıb, bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafət nəslindən və Sünik soyundan olan Arran onlara hakim təyin olunur.” == Hakimiyyət ərazisi və varisləri == Moisey Kalankatlı qeyd edir ki, Arranın hakimiyyəti dövründə Qafqaz Albaniyası`nın ərazisi Araz çayından Xunan qalasına qədər olan ərazini əhatə etmişdir. Erməni mənbələri isə IV əsrə qədər Araz və Kür çayları arasındakı ərazilərin Böyük Ermənistanın tərkibində olduğunu qeyd edirlər.
Arran dili
Arran dili — Tarixi Arran ərazisində danışılan dil. Arran dilinin qədim udi dili olduğunu demək üçün əsaslar vardır. Bir çox mütəxəssislər isə Arran dili altında türk - alban dilinin nəzərdə tutulduğunu qeyd edirlər. Mütəxəssislər bu fikirlərini ərəb müəlliflərinin IX -X əsrlərdə belə Bərdə ətrafında Aran dilinin yerli əhali tərəfindən saxlanılması ilə izah edirlər. Bu dövrdə isə Bərdənin sakinlərinin türklər (bugünkü Azərbaycan türklərinin əcdadları) olması faktı şübhə doğurmur.
Arran tüməni
Arran tüməni — XIV əsr. İnzibati ərazi. Elxanilər dövləti Azərbaycan vilayətinin 9 tümənindən biri. 1496-cı ilin iyul-avqust aylarında (h. 901-ci ilin zilqədə ayında) Əhmədəddin Əfəndi ibn Şeyx Məhəmməd Bərdəi adlı qazının iştirakı ilə tərtib edilən və bir suvarma kanalının alqı-satqısından bəhs edən sənəddə Arran tüməni Azərbaycan ölkəsinin bir parçası kimi (“tuman-i Arran-i Azərbaycan”) göstərilmişdir. Məlumdur ki, bəzi əcnəbi müəlliflər tarixən Araz çayından şimalda yerləşən ərazilərin (Arran vilayətinin) Azərbaycana aid olmadığını və Azərbaycan adı altında yalnız Arazdan cənubdakı torpaqların başa düşüldüyünü iddia etmişlər. Daha öncə bu kimi mülahizələri ilkin qaynaqların materialları əsasında tənqid etmişdikm Bərdəli qazının imzaladığı bu mübayiənamə orta əsrlərdə Arran vilayətinin Azərbaycanın tərkib hissəsi sayıldığını bir daha bariz şəkildə nümayiş etdirir.
Arran yepiskopluğu
Arran yepiskopluğu (Arami dilində: ܐܪܐܢ) — Nestorian kilsəsinin Qafqaz Albaniyası ərazisindəki tarixi inzibati ərazisi. Mərkəzi Bərdə şəhərində yerləşirdi. 420-ci ildə yepiskopluq təsis edilmiş, 900-cü illərdə mitropolitlik statusu almış, 1200-cü ilə qədər də bu statusu qorumuşdu. 1200-cü ildə isə Arran yepiskopluğu ləğv edilərək Təbrizdə mərkəzləşmiş Azərbaycan yepiskopluğu tabeliyinə verilmişdir. Bilinən yepiskopları: Karaduset - I Qubadın şahlığı dövründə yaşamışdır. Sabrişo - 900-cü ildə IV Yohannanın seçilməsində iştirak etmişdi. Yunan (899-902) Baladlı Eliya - Patriarx Mari (987-999) tərəfindən təyin olunmuşdur.
Harran Ulu məscidi
Harran Ulu məscidi (digər adı Firdevs Məscidi) — Türkiyənin Harran şəhərində məscid. == Tarixi == Əməvi hökmdarı II Mərvan tərəfindən tikilmişdir. 1269-cu Monqollar tərəfindən dağıdılmışdır. Xarab vəziyyətdə olan məscid 800 ildən sonra 2019-cu ildə restavrasya olunmağa başlanmışdır.
Marant yalançı örtük
Arran memarlıq məktəbi
Azərbaycan memarlıq tarixində bir məktəb kimi ilk dəfə formalaşan Aran memarlıq məktəbi olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olduğu zaman Bərdə böyük və məşhur bir şəhər idi. Burada görkəmli memarlıq abidələrinin tikilməsi haqqında mənbələrdə məlumatlar var. Qədim memarlıq ənənələri ilə islamiyyətdən gələn tipoloji xüsusiyyətlərin birləşməsi nəticəsində formalaşan orta əsr Azərbaycan memarlığının ilk rüşeyimləri məhz burada özünü göstərmişdir. Bərdədə əmələ gələn memarlıq istiqaməti, ölkədə feodal dövlətlərinin müstəqilləşməsi prosesində, yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma ənənələri daha sonra, şübhəsiz ki, Gəncədə davam etdirilir. X əsrdə Gəncədə Şəddadilərin apardığı geniş inşaat işləri bu şəhəri Azərbaycanın ən böyük memarlıq mərkəzlərindən birinə çevirir. Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncədə daha bariz şəkildə formalaşır. Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır.
Böyük Arran monastırı
Böyük Arran monastırı və ya Müqəddəs Yaqub monastırı — Ağdərə rayonunun Kolatağ kəndi ərazisində yerləşir. Kompleksə iki kilsə, iki narteks və köməkçi binalar daxildir. Qərbdə yerləşən kilsə (8x3.4 m ölçüdə) ensiz, uzun və hündür formaya, nalvari formada apsidaya malikdir. Apsidanın döşəməsi ibadət zalının döşəməsindən xeyli hündürdə yerləşir. Cənub və qərbdən olmaqla, kilsə iki girişə malikdir. Kilsə iki pəncərə vasitəsiylə işıqlandırılmışdır. Onlardan biri şərq divarında, xaçformalı ikinci pəncərə isə qərb divarında yerləşmişdir. Birinci kilsənin cənub-şərq divarına birləşən ikinci kilsə də birinci kilsə kimi anoloji sadə planlaşdırmaya malikdir. Bu kilsənin ən maraqlı özəlliyi, şərq divarlında dörd kiçik hücrənin yerləşməsidir. Hücrələrdən üçünün girişi ibadət zalından, birinin girişi isə altar yüksəkliyinin altındandır.
Qarant Sığorta Agenti MMC