Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bişkek
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Bişkək
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek Xan
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek gerbi
Bişkek şəhərinin gerbi (qırğ. Бишкек шаарынын герби) — Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərinin rəsmi simvolu. Şəhərin tarixi əhəmiyyətini və inkişafını əks etdirən gerb 1994-cü ildə təsdiq edilmişdir. == Təsviri == Bişkek şəhərinin gerbində bir qalanın düzbucaqlı bir silueti təsvir olunmuşdur. Qalanın altında dağları təsvir edən xəttlər var, onların altında isə "Bişkek" yazısı böyük hərflərlə yazılmışdır. Qalanın divarında içərisində ağ rəngdə qar bəbiri təsvir olunan olan bir kvadrat mövcuddur. == Tarixi == === Pişpek gerbi === Pişpek (Bişkekin keçmiş adı) şəhərinin gerbi 19 mart 1908-ci il tarixində Rusiya çarı tərəfindən təsdiqlənmişdir. Gerbin əsas hissəsi ətrafında Aleksandr lenti ilə bağlanmış iki buğda olan göy rəngli Fransa qalxanından ibarətdir. Qalxan üç dişli qüllə şəklində bir taclandırılır. Bu, ümmumiyyətlə, Rusiya imperiyası tərkibindəki mahal qəsəbələrini təmsil edirdi.
Bişkek protokolu
"Bişkek protokolu" — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd. Bunun nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunmuşdur. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır. Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur. == Birinci iddia == Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir. Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda Rusiya Federasiyasının XİN arxivlərində saxlanıldığı güman edilir. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirmişdir.
Bişkek şəhəri
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Mişkə (Baltas)
Mişkə (rus. Мишкино, başq. Мишкә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 326 nəfərdir. Kənd, rayon mərkəzindən 31 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 100 kilometr uzaqlıqdadır.
Mişkə (Uçalı)
Mişkə (başq. Мишкә, rus. Мишкино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 65 km, kənd sovetliyindən (Naurız): 5 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
TV10 (İsveç)
«TV10» — «Modern Times Group» şirkətinin sahibləndiyi İsveç özəl telekanalı. Telekanal idman və sənədli filmlər üzrə ixtisaslaşmışdır. Telekanal 7 sentyabr 2010-cu ildən yayımlanır.
İsveç-Norveç
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
İsveç Akademiyası
İsveç Akademiyası — 1786-cı ildə III Kral Qustav tərəfindən əsası qoyulmuşdur. İsveçin Kral akademiyalarından biridir. Alfred Nobelin xatirəsinə həsr olunmuş Ədəbiyyat üzrə Nobel mükafatı laureatı namizədlərini müəyyən edir. İsveç Akademiyası 1786-cı ildə III Qustav tərəfindən təsis edilmişdir. Rəsmi fəaliyyətə başlayandan sonra 18 üzvü var. Akamiyanın devizi “İstedad və zövq”-dür. Akademiyanın əsas məqsədi isveç dilinin "təmizliyini, gücünü və əzəmətliliyini" daha da artırmaqdır. Bunun üçün Akademiya iki ədəd lüğət dərc etdirir. İsveç akamiyasının binası hal-hazırda Stokholm birjasının binası kimi tanınır və ilk olaraq burjuaziya üçün tikilmişdir. Alt mərtəbə ticarət mübadiləsi üçün istifadə olunurdu.
İsveç Briqadası
İsveç Briqadası (isv. Svenska brigaden; fin Ruotsalainen prikaati) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Ağ Qaravullara dəstək olmaq üçün 400 isveçli könüllüdən ibarət yarımhərbi birləşmə. Briqada 28 mart-6 aprel tarixində baş verən Tampere döyüşündə iştirak etmişdi. Nəticədə, İsveç Briqadasının 34 üzvü həlak olmuş, 50-ə qədər döyüşçü yaralanmışdı. Tampere döyüşündə ölənlər arasında briqadanın məşhur üzvlərindən arxeoloq Aksel Boyethius və tarixçi Olof Palme də var idi.
İsveç Krallığı
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
İsveç bayrağı
İsveç bayrağı — İsveçin Dövlət bayrağı
İsveç dili
İsveç dili (isveçcə ) — skandinaviya dil qrupunun şərqi skandinaviya dilləri yarımqrupu, İsveçdə, Finlandiyanın bir hissəsində və Aland adalarında danışılır. On milyon dil daşıyıcısı ilə Skandinaviyada ən çox yayılmış dildir.
İsveç finləri
İsveç finləri (fin ruotsinsuomalaiset; isv. sverigefinnar) tarixi olaraq İsveç ərazisində yaşamış və ya daha sonra İsveçə köç etmiş finlərdən ibarət, İsveç ərazisində yaşayan fin dilli azsaylı xalq. İsveç finləri Finlandiyada dil baxımından azlıqda olan isveç dilli Finlandiya isveçliləri ilə qarışdırılmamalıdır. Fin kökləri olan insanlar nisbətən İsveç əhalisinin böyük hissəsini təşkil edirlər. Tarixi olaraq İsveçdə yaşan İsveç finlərinin kiçik hissəsinə əlavə olaraq, İsveçdə Finlandiyada doğulmuş və ya valideynlərindən ən az biri Finlandiyada doğulmuş 426 000 (2012-ci ildə ümumi əhalinin %4.46 demək idi) insan yaşayırdı. İsveç dili kimi fin dili də orta əsrlərdən bəri Botniya körfəzinin hər iki tərəfində danışılır. 13-cü əsrdə İsveç tərəfindən Finlandiyada aparılan hərbi əməliyyatlardan sonra Finlandiya zamanla İsveç hakimiyyətini qəbul etdi və həm Finlandiya, həm də İsveçdəki finlər İsveçin təsiri altında düşdü. Artıq 1400-cü illərdə Stokholmun say baxımından olduca böyük hissəsi fin dilində danışırdı. 1700-ci illərdə bu statistika təxminən %4 idi. Finlandiya Finlandiya müharibəsindən sonra Finlandiyanı Rusiya İmperiyasının hakimiyyəti altına salan, ancaq Torne çayının İsveç sahilindəki fin əhalini orada qoyan 1809-cu il sülhünə qədər İsveçin bir hissəsi olaraq qalırdı.
İşken (Uçalı)
İşken (başq. Ишкен, rus. Ишкиново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 42 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 49 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Riskə münasibət
Riskə münasibət — zəmanətli nəticə ilə risklə əlaqəli nəticə arasında seçim edərkən onun davranışını xarakterizə edən iqtisadi agentin üstünlüklərinin xüsusiyyəti. Riskdən qaçan şəxs eyni gözlənilən gəliri nəzərə alaraq, riskə əsaslanan (ing. risk-aversed) gəlirdən daha çox müəyyən sabit gəlirə üstünlük verir. Riskli neytral olan şəxs eyni gözlənilən dəyərə malik müəyyən və qeyri-müəyyən gəlir arasında seçimə biganədir. Riski sevən insan, qeyri-müəyyən gəlirin gözlənilən dəyəri müəyyən gəlirdən az olsa belə, müəyyən gəlirdən qeyri-müəyyən gəlirə üstünlük verir. Riskə münasibət müəyyən bir ehtimalla qazanc və ya itki baş verdikdə qeyri-müəyyənlik şəraitində agentin davranışını xarakterizə edir. Neoklassik iqtisadiyyatda risk və qeyri-müəyyənlik anlayışları eynidir. Bütün mümkün nəticələrin və onların baş vermə ehtimallarının əvvəlcədən məlum olduğu güman edilir. Nəticələr toplusu onların baş vermə ehtimalı ilə birlikdə lotereya adlanır. Əgər vahid ehtimalla hansısa nəticə baş verirsə (əmin), o zaman o, həm də zəmanətli uduşlu degenerativ lotereya hesab edilə bilər.
Yeni İsveç
Yeni İsveç (isv. Nya Sverige) — 1638-1655-ci illərdə Amerikada mövcud olmuş İsveç imperiyasının müstəmləkəsi.
Yusuf Dikeç
Yusuf Dikeç (1 yanvar 1973, Göksun[d], Qəhrəmanmaraş) – tapança yarışlarında iştirak edən türk idman atıcısı. O, Türkiyə Jandarma İdarəsinin istefada olan kiçik zabit heyətinin və "Jandarma Gücü" idman klubunun üzvüdür. == Erkən illəri == Yusuf Dikeç 1973-cü ildə Qəhrəmanmaraş ilinin Göksun rayonunun Taşoluk kəndində anadan olub. İbtidai təhsilini kəndlərində aldıqdan sonra orta təhsilini Göksunda bitirib. 1994-cü ildə Ankarada Jandarma Hərbi Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra onbaşı rütbəsində Mardində xidmətə başladı. 1999-cu ildə Dikeç Jandarma Hərbi Məktəbinə daxil olur və bir ildən sonra çavuş rütbəsində məzun olur. O, bir il İstanbulda xidmət edib, sonra Türkiyə Jandarma İdarəsinin Ankaradakı "Jandarma Gücü" idman klubuna təyin olunub. 2001-ci ildə idman atıcılığı ilə məşğul olmağa başlayıb. O vaxtdan etibarən Dikeç milli komanda ilə yanaşı, hərbi milli komandada da mübarizə aparır.
İsveç Demokratları
İsveç parlamenti
Riksdaq (isv. Sveriges riksdags riksdag) İsveç Krallığının qanunverici orqanıdır. Təkpalatalı parlament sistemi ilə fəaliyyət göstərən Riksdaq, İsveçin siyasi sisteminin mərkəzi hissəsini təşkil edir. Riksdaq, İsveçin ən yüksək qanunverici orqanı olaraq, ölkənin qanunlarını qəbul edir, büdcəni təsdiq edir və hökumətin fəaliyyətini nəzarət edir. Riksdaqın üzvləri, İsveç vətəndaşları tərəfindən dörd illik dövrlər üçün seçilir. Parlamentin 349 üzvü var və onlar İsveçin 29 seçki dairəsindən seçilir. Riksdaqın qərarları İsveçin siyasi və sosial həyatına dərin təsir göstərir, çünki burada qəbul edilən qanunlar ölkənin iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Riksdaq həm də İsveçin beynəlxalq münasibətlərini və xarici siyasətini formalaşdıran əsas orqandır. == Tarixi == === İlk dövrlər === Riksdaqın tarixi 1435-ci ilə, Arboga məclisinə qədər uzanır. Bu dövrdə Riksdaq, İsveçin dörd əsas sinfini – zadəganları, kilsəni, burjuaziyası və kəndliləri təmsil edən Riksens ständer adlı bir orqan idi.