Bişkek

coğ. Bichkek

bişirtmək
bişkin
OBASTAN VİKİ
Bişkek
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek Xan
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek gerbi
Bişkek şəhərinin gerbi (qırğ. Бишкек шаарынын герби) — Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərinin rəsmi simvolu. Şəhərin tarixi əhəmiyyətini və inkişafını əks etdirən gerb 1994-cü ildə təsdiq edilmişdir. == Təsviri == Bişkek şəhərinin gerbində bir qalanın düzbucaqlı bir silueti təsvir olunmuşdur. Qalanın altında dağları təsvir edən xəttlər var, onların altında isə "Bişkek" yazısı böyük hərflərlə yazılmışdır. Qalanın divarında içərisində ağ rəngdə qar bəbiri təsvir olunan olan bir kvadrat mövcuddur. == Tarixi == === Pişpek gerbi === Pişpek (Bişkekin keçmiş adı) şəhərinin gerbi 19 mart 1908-ci il tarixində Rusiya çarı tərəfindən təsdiqlənmişdir. Gerbin əsas hissəsi ətrafında Aleksandr lenti ilə bağlanmış iki buğda olan göy rəngli Fransa qalxanından ibarətdir. Qalxan üç dişli qüllə şəklində bir taclandırılır. Bu, ümmumiyyətlə, Rusiya imperiyası tərkibindəki mahal qəsəbələrini təmsil edirdi.
Bişkek protokolu
"Bişkek protokolu" — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd. Bunun nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunmuşdur. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır. Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur. == Birinci iddia == Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir. Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda Rusiya Federasiyasının XİN arxivlərində saxlanıldığı güman edilir. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirmişdir.
Bişkek şəhəri
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Dordoy Bişkek FK
Dordoy Bişkek FK — Qırğızıstanın Bişkek şəhərini təmsil edən futbol klubu. == Tarixi == 2007-ci il martın 3-də tarixində ilk rəsmi matçın onilliyini qeyd edən komanda dağılmış paytaxt klubu "Semetey"in oyunçularından qurulmuşdu.[mənbə göstərin] Biznesmen Askar Salımbekovun təsis etdiyi klub birinci dəstədə "Alqa-SKA"nı 1:0 yenməklə debüt etdi. İkinci cəhddən elita arzusu gerçəkləşən Narın təmsilçisi 1999-cu ildə güclülər sırasında debütünü 5-ci yerdə bitirdi. Əslən Narın şəhərindən olan ölkə çempionatları tarixinin ən yaxşı qolçusu Zamirbek Jumaqulovun 2000-ci ildə komandaya gəlişi heç nəyi dəyişmədi – 6-cı yer. Qolçular sırasında üçüncü olan forvard növbəti mövsüm həm özü bu pillədə qaldı, həm də "Dordoy" ilk mükafatına – "bürünc"ə qovuşdu. 2002 və 2003-cü illərdə Mixail Tyaqusovun rəhbərliyi altında daha iki bürünc qazanıldı. Hər iki mövsümdə ikinci qolçu olan Zamirbek isə 2002-nin ən yaxşı futbolçusu da seçildi. İldən-ilə heyəti güclənən komanda həm də irəli addımlayırdı. 2004-cü il əlamətdar hadisələrlə başladı. Hələ SSRİ dönəmində Əlcəzairdə çalışdırdığı klubu çempion edən Boris Podkorıtov komandaya dəvət olundu.
K. Karasayev adına Bişkek Humanitar Universiteti
Bişkek Dövlət Universiteti (BDU) — Bişkekdə yerləşən Qırğızıstan Respublikasının Universiteti. Ən böyük multidisipliner humanitar universitetdir. 1992-ci ildə Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutunun bazasında qurulmuşdur. Universitetdə Şərqşünaslıq və Beynəlxalq Münasibətlər; Alman filologiyası; məlumat, sosial iş və psixologiya; Qırğız-rus; Türkologiya, ekologiya və idarəetmə; Sosiologiya və idarəetmə şöbələri var. Universitetin 33 şöbəsi 40 ixtisas üzrə mütəxəssis hazırlayır. Tələbələr İngilis, Yapon, Ərəb, İbrani və digər dillərdə tədris olunurlar. == Universitet quruluşu == Hal-hazırda BDU üç institutdan, 9 fakültədən, bir kollecdən və liseydən ibarətdir. Universitet 28 ixtisas üzrə mütəxəssis, bakalavr və magistr hazırlayır. Adına BDU-da tədris prosesinin təşkili K. Karasayev Dövlət təhsil standartı və Dövlət təhsil standartı və N2 AL 339 nömrəli Dövlət lisenziyası əsasında həyata keçirilir. Universitet 1979-cu ildə, Qırğızıstan SSR-in hələ Sovet İttifaqının tərkibində olduğu vaxtda qurulmuşdur.