Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sıravan
Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Xorasan
Böyük Xorasan (pəhl. Xwarāsān; fars. خراسان‎, [xoɾɒːˈsɒːn] ( dinlə)) və ya Xəvər-zəmin — Qərbi və Orta Asiya arasında İran yaylasında tarixi şərq regionu. Sasani imperiyasından bəri yazılı mənbələrdə adı çəkilmişdir və Böyük İranın bir hissəsidir. İslam dövründə Böyük Xorasan İranda hazırda mövcud olan üç Xorasan vilayətindən çox daha böyük əraziləri əhatə edirdi. Region Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın hissələrini birləşdirmişdir. Xorasan adı farscadır və Baktriya dilindəki "Miirosan" sözündən götürülmüşdür, mənası "günəşin çıxdığı yer" və ya "şərq vilayəti"dir. Bu ad ilk dəfə Sasanilər imperiyası dövründə şərqdə yerləşən Fars vilayətinə verilmişdir və son orta əsrlərdən qonşu Mavəraünnəhrdən fərqli olaraq istifadə edilmişdir.
Xırdalan
Xırdalan — Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan şəhər inzibati ərazi dairəsində şəhər, Abşeron rayonunun inzibati mərkəzi. XIV əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir. 1936-cı ildə şəhər tipli qəsəbə, 2 oktyabr 2006-cı ildə isə şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilmiş, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılmışdır. Xırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Azərbaycanın paytaxtı Bakıya qədər məsafə 5 km təşkil edir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir.
Xərzan
Xərzan (fars. خرزان‎ və ya خارزن‎) — İranda kənd adı. Xərzan (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Razavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan

Rəzəvi Xorasan

Xorasan (Bicar)
Xorasan (fars. خراسان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (26 ailə). Əhalisini kürdlər təşkil edir.
Xorasan (dəqiqləşdirmə)
Böyük Xorasan — İranda tarixi region. Xorasan — İranda keçmiş inzibati vahid. Sonradan üç yerə bölünmüşdür: Şimali Xorasan ostanı (mərkəzi: Bocnurd) Cənubi Xorasan ostanı (mərkəzi: Bircənd) Rəzəvi Xorasan ostanı (mərkəzi: Məşhəd) ‎Xorasan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Xorasan Səlcuqiləri
Xorasan Səlcuqiləri (türk. Horasan Selçuklu Devleti; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnəhri və Xarəzmi əhatə etmişdi. Davud Çağrı bəy Alparslan Arslan şah İlyas ibn Davud Süleyman ibn Davud Məsud ibn Ərtaş Yabqu Maudud ibn Ərtaş Yabqu Arslan Arqun ibn Məhəmməd Böri Bars ibn Məhəmməd Təkiş ibn Məhəmməd Toğan ibn Alparslan Arslan Arqun ibn Məhəmməd Əhməd Səncər ibn Məlikşah Səlcuqlu dövlətinin bayrağında bir ikibaşlı qartal və üzərində bir yay ilə ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə Türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını Böyük Səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi. Və ehtimal ki, Xorasan Səlcuqluları da öz bayraqlarını bu bayraq əsasında düzəldiblər. Səlcuqluların gerbi ikibaşlı qartaldır.
Xorasan Səlcuqlu

Xorasan bəylərbəyliyi
Xorasan bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. XVI əsrin əvvəlindən Şeybanilər bütün Xorasanı ələ keçirməyə can atdılar, lakin onun yalnız şimal-şərq hissəsində (yəni Bəlx vilayətində) kifayət qədər möhkəmlənə bildilər. O zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə də Səfəvilərin hakimiyyəti altında qaldı. Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni "dönüklərə (rəfizilərə) – şiələrə" qarşı "müqəddəs müharibə" şüarı altında aparırdılar. I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara müharibələri ilə əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il təkrar olunurdu. "Qiyamçı qızılbaşlar kütləsinə" qarşı ittifaq yaratmış Osmanlı türkləri və özbəklərlə eyni vaxtda mübarizə aparmaq Səfəvilər dövləti üçün çətin idi. 1524-cü ildə Übeydulla xan Herata hərəkət etdi, lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə toqquşaraq geri döndü. 1526-cı ildə Durmuş xan Şamlının vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular.
Xorasan kürdləri
Xorasan kürdləri (kürd. کوردانی خۆراسان/Kurdên Xorasanê‎, fars. کردهای خراسان‎‎) — İranın şimal-şərqində, İran–Türkmənistan sərhədi boyunca Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan kürdlər. Xorasanda təxminən 696 kürd kəndi var. Kürdlərin indiki Türkiyə və Cənubi Qafqazdan Xorasana sürgün edilməsi Səfəvi şahı I İsmayıl tərəfindən təşəbbüs edilmiş və XVI əsrin əvvəllərində I Təhmasib hakimiyyəti dövründə davam etdirilmişdir. 1598–1601-ci illərdə daha 45 min kürd ailəsi sürgün edilmişdir. Sonrakı onilliklərdə I Abbas tərəfindən Xorasanda Astrabaddan Çinarana qədər uzanan beş kürd bölgəsi qurulmuşdur. Əfşar şahı Nadir Şahın dövründə Ərdalan kürdləri və artıq Xorasana sürgün edilənlər Gilan ərazisinə yerləşdirilmişdir. Deportasiyaların əsas səbəbi Mərkəzi Asiyadakı türkmən və özbək köçərilərinə qarşı müdafiə xətti yaratmaq istəyi idi. Xorasandakı kürd tayfaları arasında Əmar, Bəçvan, Bədlan, Bərivan, Bicərvan, Çapəş, Davan, Həməzkan, İzan, Keyvan, Məmyan, Məstiyan, Mozdegan, Palokan, Qaçkan, Qarabaş, Qaraçur, Qaraman, Rəşvan, Rudkan, Sevkan, Silsəpuran, Şad, Şeyxkan, Şirvan, Torosan, Tukan, Tupkan, Zəfəran, Zəngilan, Zərəqkan, Zərdkan və Zeydandır.
Xuraman Muradova
Böyük Xorasan
Böyük Xorasan (pəhl. Xwarāsān; fars. خراسان‎, [xoɾɒːˈsɒːn] ( dinlə)) və ya Xəvər-zəmin — Qərbi və Orta Asiya arasında İran yaylasında tarixi şərq regionu. Sasani imperiyasından bəri yazılı mənbələrdə adı çəkilmişdir və Böyük İranın bir hissəsidir. İslam dövründə Böyük Xorasan İranda hazırda mövcud olan üç Xorasan vilayətindən çox daha böyük əraziləri əhatə edirdi. Region Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın hissələrini birləşdirmişdir. == Etimologiyası == Xorasan adı farscadır və Baktriya dilindəki "Miirosan" sözündən götürülmüşdür, mənası "günəşin çıxdığı yer" və ya "şərq vilayəti"dir. Bu ad ilk dəfə Sasanilər imperiyası dövründə şərqdə yerləşən Fars vilayətinə verilmişdir və son orta əsrlərdən qonşu Mavəraünnəhrdən fərqli olaraq istifadə edilmişdir.
Xorasan ostanı
Xorasan (fars. خراسان‎ – gün çıxan yer) — İranın şərqində tarixi vilayət. Xorasan qədim yaşayış yeri olub dünya şöhrətli memarlıq abidələri və xalçaları ilə tanınır. 29 sentyabr 2004-cü ildə vahid Xorasan ostanı üç ostana bölünmüşdür: Şimali Xorasan ostanı (mərkəzi: Bocnurd) Cənubi Xorasan ostanı (mərkəzi: Bircənd) Rəzəvi Xorasan ostanı (mərkəzi: Məşhəd) 25 %-ini türklər təşkil edir. Azərbaycanlılar (20%), farslar , Xorasan türkləri , türkmənlər , kürdlər , həzaralar, bəluclar, puştunlar və s. ibarətdir . Məşhəd şəhərində 500 mindən çox azərbaycanlı yaşayır. İqtisadiyyatının əsas sahələri — avtomobil, elektrotexnika, neft-kimya, metallurgiya, kənd təsərrüfatı, qida (buğda, arpa, şəkər çuğunduru, pambıq, zəfəran, üzüm, pomidor, raps), dəri, ayaqqabı, toxuculuq, keramika sənayesi, energetika, tikinti materiallarının istehsalı, silisium, turizm və səyahət, nəqliyyat, ticarət, neft, qaz hasilatı, firuzəni, mis filizi, qızıl, daş duz.
Xorasan tatları
Xorasan tatları — İranın Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan tatlar. Xorasan tatlarının dilləri ehtimalən tacik, kurmanc (kürd) və Xorasan-türk dillərinin qarışıqından əmələ gələn dildir.
Xorasan türkləri
Xorasan türkləri - İran İslam Respublikasında yaşayan Türk millətinin bir parçası . Kompakt halda Rəzəvi Xorasan ostanı, Quzey Xorasan ostanı, Gülüstan ostanı və Simnan ostanında yaşamaqdadırlar. Danışdıqları dil türk dili olub Oğuz yarımqrupuna daxildir, Türkmən və Azərbaycan dilləri arasında bir ləhcəyə sahib olan Xorasan türkcəsi Azərbaycan dilinə daha yaxındır. İranın ortaq dili olan Fars dilində də danışa bilirlər. Xorasan türklərinə dair müxtəlif tədqiqatlar aparılmışdır. Onların iranda saylarına dair müxtəlif təxminlər mövcud olsa da əksər mütəxəssilərin ehtimallarına əsasən onlar iran əhalisinin ən az ehtimalla 1%-dən çoxunu təşkil edirlər .Cavad Heyət kitabında yazılıb sayları 1.500.,000 nəfər ki indi bü tarix də şübhəsiz 2.500.000 nəfərdən daha çoxdur . Mühüm türk yaşayən şəh'rlər: Azadşəhr, Ramiyan, Əliabad Kətul, Minudəşt, Şirvan Bocnurd, İsfərayen, Kəlat, Cuveyn, Çağatay Dərgəz, Nişapur, Qoçan. Professor Gerhard Dörfer Xorasan türklərinin nəsilini Səlcuqlular türklərdən bilir ki, Toğrul bəy ilə İrana gəlmişlər. Code copying in İrano-Turkic Lars Cohanson Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine The Khorasani Turk of Iran Arxivləşdirilib 2010-03-15 at the Wayback Machine CENTRAL ASIA xiv. Turkish-Iranian Language Contacts Seyri Dar Tarix Zaban Lahjehaye Torki.dr.javad heyat Doerfer, Gehard (1969).
Xorasan ərəbləri
Xorasan ərəbləri — İranın Xorasan regionunda yaşayan ərəb əsilli xalq. Xorasan ərəblərinin əksəriyyəti Şeybani, Zənguyi, Mişməst, Xuzəymə və Əzd tayfalarından ibarətdirlər və fars dilində danışırlar və çox azının anadili ərəb dilidir. Bu xalqın çoxu Məşhəd, Bircənd və Nişapur şəhərlərində sakindirlər.
Xoraxan Romanlar
Xoraxane (milli dini adı "Müsəlman-Qaraçılar"), Balkan yarımadası, Türkiyə və Şimali Kipr Türk Respublikası inancı, buradan da bəzilərinin Şimali və Cənubi Amerikaya, İtaliyaya və digər Qərbi Avropa ölkələrinə köç etdiyi. Oğlanların sünnət mərasimi böyük şəkildə qeyd olunur. Xoraxan qaraçıları Antiziganizm və İslamofobiya arasında ikiqat ayrı-seçkiliklə üzləşirlər.
Xuraman (1978)
Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.
Xırdalan (pivə)
Xırdalan — Azərbaycanın məşhur pivə brendi. Xırdalan pivəsinin 2 növü vardır: Xırdalan klassik və Xırdalan Draft. Xırdalan brendinin tarixi 2000-ci ilin əvvəlindən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin adının şərəfinə adlandırılıb. Bu gün "Xırdalan" ticarət nöqtələrinin 94%-də təqdim olunur və Azərbaycan Respublikasında liderlik etməyə davam edir. Xırdalan ənənəvi reseptlə istehsal olunur - tərkibinə yalnız klassik inqrediyentlər: maya, mayaotu və su daxildir. "Baltika-Bakı" zavodunda quraşdırılmış müasir avadanlıq, pivəbişirənlərin ustalığı, o cümlədən ən yaxşı xammaldan istifadə Xırdalan pivəsini əlverişli qiymətə dəyişilməz yüksək keyfiyyət və əla dadla təmin edir. Xırdalan pivəsi Azərbaycan istehlakçılarının üstünlük verdiyi dadların nəzərə alınması ilə işlənib hazırlanmışdır. "Xırdalan Klassik" - Azərbaycanın ən populyar pivə brendidir, yalnız sudan, mayadan və mayaotundan istifadə etməklə pivəbişirmənin təmizliyi barədə gizli qanuna uyğun olaraq ənənəvi reseptlə bişirilmiş klassik açıq pivədir. Onun hazırlanması zamanı pivəyə nəcib acılığı verən acı mayaotu növlərindən istifadə olunur.
Xırdalan bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xırdalan şəhəri
Xırdalan — Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan şəhər inzibati ərazi dairəsində şəhər, Abşeron rayonunun inzibati mərkəzi. XIV əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir. 1936-cı ildə şəhər tipli qəsəbə, 2 oktyabr 2006-cı ildə isə şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilmiş, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılmışdır. Xırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Azərbaycanın paytaxtı Bakıya qədər məsafə 5 km təşkil edir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir.
Firuzan
Firuzan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Xəzəl bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,054 nəfər və ya 1,069 ailədən ibarət idi.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Xiyaban
Xiyaban – park, bağ və başqa yerlərdə hər iki tərəfi ağac və bitki örtüyü ilə düzülmüş yol. Xiyaban tipləri (düz, əyrixətli və başqa formalarda ola bilər) və onların quruluşu (ikicərgəli və çoxcərgəli, biryaruslu və çoxyaruslu, ağaclardan və kollardan ibarət sıx çəpərli) memarlıq planına əsasən müəyyənləşdirilir. Bir çox şərq ölkəsində şəhərlərin böyük küçələri (prospektlər) xiyaban adlanır. Bəzən fəxri dəfn yerlərinə də xiyaban deyilir (məs. Fəxri Xiyaban, Şəhidlər Xiyabanı).
Xiyavan
Xiyavan - Təbriz şəhərinin məhəllələrindən Xiyavan (həmçinin Xiyaban, Farsça: خیابان) Təbrizin ən əhəmmiyətli və tarixi məhəllələrindəndir və Təbrizin mərkəzindədir. Xiyavan məhəlləsi, Mydan çay, Maralan məhəlləsi və Azadlıq bulvarının arasındadır. İranın Məşrutə inqilabı zamanında, Xiyavan, Bağır Xanın muqavimət noqtasıymış və məşrutənin qazanmasında boyuk rolu olmuşdur.
Girzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Kirzan

Firavan Əsgərov
Fəxri Xiyaban
I Fəxri Xiyaban — Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu kütləvi məzarlıq. Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb. Hazırda Bakıda I və II fəxri xiyabanlar mövcuddur. == Tarixi == Birinci Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci il avqustun 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul etmişdir: Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın. Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin. Nazirlər Sovetinin sərəncamına əsasən 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılmışdır.