Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çərəkdar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Çərəkdar monastırı
Çərəkdar monastırı — Ağdərə rayonunun Çərəkdar kəndində yerləşən tarix-memarlıq abidəsi. İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir. İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir. Dövrümüzə çatmış tikililərin memarlıq-planlaşdırma xüsusiyyətlərinin öyrənilməsi və epiqrafika nümunələrinin tədqiqi kilsə ətrafındakı tikililərin müxtəlif dövrlərə aid olduğunu göstəmişdir. Ümumilikdə monastır ərazisində 11 kitabə S. Barxudaryan tərəfindən oxunaraq, nəşr edilmişdir. Həmin kitabələrin ən qədimləri 1152, 1206, 1347, 1360-cı illərə aiddir. 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilmiş lokal anti-terror əməliyyatlarından sonra erməni mətbuatında yayımlanmış video görüntülərdə Çərəkdar kəndini azad etmiş Azərbaycan hərbiçilərinin monastır binasının qalıqlarını atəşə tutduqları görünmüşdür. Monastırın əksər tikililəri dövrümüzə xarabalıq vəziyyətdə çatmışdır. Onların inşasında istifadə edilmiş yonulmuş daşlar və naxışlı xaçdaşlar ətraf ərazilərə daşınaraq yaşayış binalarının inşasında istifadə edilmişdir. Buna baxmayaraq kilsə binası yaxşı qorunmuş, narteks, yeməkxana və zəng qülləsinin bir hissəsi saxlanmışdır.
Çörəkdar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Çərəktar

Əməkdar artist
Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Əməkdar hüquqşünas
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Əməkdar həkim
Azərbaycan Respublikası əməkdar həkimi — səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilən fəxri ad.
Əməkdar jurnalist
Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad.
Əməkdar memar
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Əməkdar pilot
Azərbaycan Respublikasının əməkdar pilotu — yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilən fəxri ad.
Əməkdar rəssam
Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Azərbaycanın əməkdar artisti
Azərbaycan Respublikasının əməkdar artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
RSFSR əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
Əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır. "Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır.
Əməkdar incəsənət xadimi
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Əməkdar tibb işçisi
Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Ukraynanın əməkdar artisti
Ukraynanın əməkdar artisti (ukr. Заслужений артист України) — Ukrayna Respublikasının dövlət mükafatı, “Ukraynanın Dövlət Mükafatları haqqında” Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən fəxri ad. 29 iyun 2001-ci il tarixli Ukraynanın fəxri adları haqqında Əsasnaməyə əsasən bu ad aşağıdakılara verilir: "Ukraynanın əməkdar artisti" fəxri adının verilməsi üçün təqdim olunan şəxslər ali və ya peşə təhsilinə malik olmalıdırlar. Titul Ukrayna vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu fəxri ad "Ukraynanın Əməkdar artisti" adını aldıqdan on il sonra verilə bilən "Ukraynanın xalq artisti" adından aşağıdır. Titul şəxslərin ölümündən sonra verilmir. Bu fəxri adı alanlara döş nişanı (40 mm hündürlükdə x 30 mm enində, gümüşdən hazırlanmış) və sertifikat verilir. Təqdimat açıq şəkildə aparılmalıdır.
Elnur Alıyev (əməkdar məşqçi)
Fərəc Fərəcov (əməkdar jurnalist)
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;‎1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist == Həyatı == Fərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. === Təhsili === 1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. === İctimai-siyasi fəaliyyəti === 7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub. Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Namiq Əhmədov (əməkdar jurnalist)
Namiq Qədim oğlu Əhmədov — Əməkdar jurnalist. Namiq Əhmədov (Qədimoğlu) 1 sentyabr 1959-cu ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Orta təhsilini Alakol kənd orta məktəbində alıb. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1982-ci ildə təhsilini başa vurub. Ailəlidir, 3 övladı var. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə olarkən mətbuatda çalışmış, universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetinin müxbiri olmuşdur. Azərbaycan radiosunda və müxtəlif media qurumlarında ardıcıl çıxış etmişdir. 1982-ci ildə universiteti bitirdikdən sonra könüllü olaraq orduya zabit səfərbərliyininə qoşulmuş, Sibir, Belarus, Uzaq Şərq hərbi dairələrində "Sovetskiy voin", "Suvorovskiy natsk" kimi ordu qəzetlərində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Hərbi xidmətdən sonra Sov. İKP MK-nın Bakı Ali Partiya Məktəbinə göndərilmişdir.
Nazim Abdullayev (əməkdar həkim)