Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xaldeya
Kəldanilər və ya xaldeylər (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa. Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki Dəclə və Fərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib. Arami dilində danışıblar.
Xaldeylər

Baldoy
Baldoy (gür.: g.ə. პალდო, l.ə. paldo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99.9%-i azərbaycanlılardan ibarət 696 nəfər (367 nəfəri kişilər, 329 nəfəri qadınlar) əhali yaşayır.
Kalder
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Valday
Valday — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Valdes
Valdes (ing. Valdez) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Valley
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. == Təhsil == 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Xaldiya
Xaldiya (yun. Χαλδία) — Qara dənizin Kiçik Asiya sahilində tarixi vilayət. Vilayət antik dövrdə orada yaşayan xaldlar xalqının adını daşıyır. Xaldiya 820-ci ildə burada eyniadlı femanı quran Bizans imperiyasına tabe idi. XIII əsrdə Trapezund imperiyası ilə vassal münasibətlərdə idi, lakin muxtariyyətini saxlamışdı. 1478-ci ildə, yəni Trabzonun süqutundan sonra Xaldiyanın böyük hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. Daha qəddar hesab edilən Osmanlılardan xilas olmaq istəyən xaldiyalılar 1478-ci ildə Trapezund ilə dostluq əlaqələri olan Ağqoyunlu türklərinə tabe olmuş, ona görə də Osmanlılar Xaldiyanın bu hissəsinə yalnız 1514-cü ildə nəzarəti ələ keçirə bilmişdilər. == Coğrafiya == Əvvəlcə Gümüşxanə rayonunda yerləşən ərazilər Xaldiya adlandırılsa da, sonralar bu ad Trabzon şəhəri ətrafındakı bütün bölgəyə aid edilmişdir. Şimaldan bölgənin torpaqları Qara dənizin suları ilə yuyulur, şərqdən Lazika, cənubda Kappadokiya və Kiçik Ermənistan, qərbdə isə Pontun qərb hissəsi ilə həmsərhəddir. Xaldiyanın əsas şəhərləri sahilyanı ərazidə yerləşən Kerasunt və Trebizond idi.
Alden
Alden — Norveçin Askvoll məntəqəsində ada. Sahəsi 3.4 km² ada Sunfyord regionunun sahil ərazisi boyunca uzanır. Alden adası Dalsfyordenin fyordunun dənizə açılan hissəsindən bir neçə km qərbdə, Verlandet adasından 2 km şərqdə, Atloyna adasından isə təxminən 5 km qərbdə yerləşir. Sakinlər adanın cənub sahilində yaşayır. Aldendə yeganə nəqliyyat vasitəsi qayıqdır və daima adada dayanan bərələr yoxdur. Adaya ən yaxın bərə dayanacağı təxminən 2.2 km cənub-şərqdə Verlandet adasındadır. Verlandetdəki bərə Askvollun kəndinə çatmaq üçün şərqə doğru təqribən 20 km yol qət edir. Ada ən çox özünün 460 metr hündürlüyündəki Norskehesten dağı ilə diqqət çəkir. Dağ adanın sahil xəttlərinə dik görüntü verir. İnsanların məskunlaşa biləcəyi yeganə yer adanın cənub sahilindəki kiçik düzənlik ərazidir.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Raley
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Aosta Valley
Valle d'Aosta (it. Valle d'Aosta, fr. Vallée d'Aoste, Arpitanca: Val d'Outa) — İtaliyanın muxtar vilayətlərindən biri. İsveçrə]], Fransa və Pyemont ilə sərhədə sahib vilayətin paytaxtı Aosta şəhəridir. Sahəsi 3.263 km²-dir. Əhalisi təxmini olaraq 127.836 min nəfərdir. Aosta Valley regionunda italyan dilində danışmırlar. Əsas dil orada alman dilidi.
Edmond Halley
Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub. == Həyatı == Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır. 1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur.
Edmund Halley

Edmund Qalley

Faddey Bellinshauzen
Bеllinshauzеn Faddеy Faddеviç (alm. Fabian Gottlieb Benjamin von Bellingshausen‎; 9 (20) sentyabr 1778, Saaremaa, Ösel qəzası[d], Liflyand quberniyası[d], Rusiya imperiyası – 13 (25) yanvar 1852, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d]) — alman mənşəli rus tədqiqatçısı, admiral. == Həyatı == Bеllinshauzеn 1779-cu ildə Baltik dənizində Ezel adasında (Estoniya) anadan оlmuşdur. О, özü haqqında bеlə dеyir: Bu sözlər оnun gənclik dövründə dənizçi оlmaq arzsunu ifadə еdən sözlərdir. Dəniz kоpusunun 18 yaşında bitirməklə miçman rübtəsi alan F. Bеllinshauzеn 1803–1806-cı illərdə I.F.Kruzеnştеrnin rəhbərliyi altında "Nadеjda" gəmisində dünya səyahətində iştirak еtmişdir. Еkspеdisiya müddətində о, хəritələrin tərtibatı və astrоnоmik müşahidələrlə məşğul оlmuşdur. == Mənbə == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ф. Ф. Беллингсгаузен.
Faddey adaları
Faddey adaları — Laptevlər dənizində Taymır yarımadasının şərq sahillərində, Faddey körfəzi rayonunda, Faddey burnundan şimal-şərqdə yerləşən adalar qrupu. Taymır yarımadasından boğazla ayrılır. Yarımada ilə arxipelaq arasında kiçik Kapitanski adası yerləşir. Adalardan şimalda iri Bolşoy adası, şimal-qərbində isə Fiqurnıy adası yerləşir. Şimal və şərqdən bir başa açıq dənizə açılır. Adalar bitki örtüyündsənn məhrumdurlar. Aralarında sahə baxımından ən kişiyi Şərqi Faddey adasıdır. Adalar, körfəz və burun xristian müqəddəslərindən olan Faddeyin şərəfinə adlandırılmışdır. Belə ki, adalar Yulian təqviminə görə yanvarın 21 kəşf edilmişdir. Bölgəni ilk dəfə leytenant Xariton Laptev 1739-cu ildə kəşf edir.
Faddey körfəzi
Faddey körfəzi — Laptevlər dənizində, Taymır yarımadasının şimal-şərq sahillərində yerləşən körfəz. Körfəzin uzunluğu 35 km-dən, eni isə 20–25 km arasında dəyişir. Maksimal dərinliyi 23 metrdir. Körfəzin çıxacağında Faddey adaları yerləşir. Körfəzə Faddey çayı tökülür. İlin böyük qismi buzla örtülü olur. Qərb sahilləri Çelyuskin yarımadasıdır. Bura Böyük Arktik qoruğu ərazisinə daxildir. Körfəzə ilk dəfə 1736-cı ildə Vasili Pronçişev daxil olmuşdur. 1913-cü ildə isə Borid Andreyeviç Vilkinskinin ekspedisiyası tərəfindən Faddey Bellinshauzenin şərəfinə adlandırılmışdır.
Frans Qalder
Frans Qalder (alm. Franz Halder‎; 30 iyun 1884[…], Vürtsburq, Bavariya – 2 aprel 1972[…]) — alman hərb xadimi, general-polkovnik, 1938–1942-ci illərdə Vermaxtın quru qoşunları Baş qərargahının (Oberkommando des Heeres) rəisi.
Halden həbsxanası
"Halden" həbsxanası (norv. Halden fengsel) — Norveçdə həbsxana; dünyanın "ən humanist və lüks" həbsxanası sayılır. Norveçin paytaxtı Oslo yaxınlığında yerləşən "Halden" həbsxanası 252 məhbus üçün nəzərdə tutulmuşdur. Həbsxananın ətrafında 6 metr hündürlüyündə hasar var. Layihə müəllifləri beton-blok inşaatından imtina edərək ağacla üzlənmiş ikimərtəbəli kərpic korpuslar tikiblər. Bu həbsxanada hər məhbusun vanna otaqlı əlahiddə kamerası var və bu kameralar üç ulduzlu otel otaqlarına bənzəyir. Kameralarda DVD pleyerlər, internetə qoşulmuş kompüter də var. Hər 12 məhbus üçün ayrıca qonaq otağı da nəzərdə tutulub. Həbsxana nəzarətçilərinin yarısı qadınlardır. Üstəlik, nəzarətçilərə silah verilməyib və onlar çox vaxt məhbuslarla birlikdə nahar edir, idmanla məşğul olurlar.
Halley kometası
Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir. == Elmi araşdırmalar == Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.
Halley kometi

Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Jaime Halsey
Jaime Halsey (qızlıq soyadı: Moore; d. 16 avqust 1970; Nortqempton, İngiltərə) — Birləşmiş Krallığı təmsil edən batut gimnastı. Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığın bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Halsey, 59.90 xal topladı və 12 idmançı sırasında sonuncu, 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Xandək
Xandək — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Xandək kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.