Tikanlı iydə
Tikanlı iydə (lat. Elaeagnus pungens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü.
Yaponiyada yayılmışdır.
Həmişəyaşıl, gözəl, sıx yarpaqlı, hündürlüyü 7 m-dək olan, şaxələnmiş budaqlı və qısa,qalın tikanlı koldur. Bəzən qısa, iti bucaq altında, aşağıya əyilmiş, möhkəm, yan budaqlıuzun zoğları olur. Onların köməkliyi ilə digər bitkilərə yapışaraq 10 hündürlüyədək qalxır və beləliklə sarmaşan kola çevrilir. Cavan zoğları qonur xırda yarpaqlarla örtülmüşdür. Yarpaqları uzunsov-ellipsvari, uzunluğu 10 sm-dək, üst tərəfi parlaq, tünd-yaşıl, alt tərəfi gümüşü-qonurdur. Yarpaqların kənarları dalğalı, bəzən qıvrım, saplaqları qonurdur. Çiçəkləri xırda, dəstələrdə 1-3 ədəd, sallaq, üstdən gümüşü-ağ içərisi qızılı rəngdə və çox ətirlidir.