Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köhnə Xanqızı kanalı
Köhnə Xanqızı kanalı (Orconokidze kanalı) - 1933-cü ildə istifadəyə verilən əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanal. == Tikilmə tarixi == Köhnə Xanqızı suvarma sistemi şimaldan Qarqarçay, cənubdan Araz çayı ilə həmsərhəd olan Mil düzünün orta hissəsində yerləşirdi. Köhnə Xanqızı kanalının IV-VI əsrlərdə tikildiyi güman olunur. Tarixi mənbələrdə bu kanalın adı Borlos kimi də çəkilirdi. Sonrakı illərdə Gavurarx adlandırılmışdır. Araz çayından təxminən eyni hissədə su götürməklə, çayın sağ sahili boyunca İranın Muğan düzündə əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanalın adı da Gavurarx olmuşdur. Yararsız hala düşmüş kanal XIV əsrdə Teymurləng tərəfindən bərpa olunmuş, qarabağlı Əhməd bəy Cavanşir tərəfindən 1866-cı ildə Araz çayından 8 km uzunluğunda olan dağılmış hissə tikinti-bərpa işlərindən sonra Gavurarx adıyla kanal yenidən istifadəyə verilmişdir. Sonrakı illərdə suvarma sistemini bərpa etmək üçün təşəbbüslər olsa da, tikinti-bərpa işləri 1927-1933-cü illərdə görülmüşdür. Kanal istifadəyə veriləndə dövrünün tanınmış bolşeviklərindən biri, gürcü millətindən olan Qriqori Konstantinoviç Orconikidzenin şərəfinə Orconikidze kanalı adlandırılmışdır. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 64,5 km, su nəqletdirmə qabiliyyəti 33 m³/san idi.
Çanqırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Xanqıl
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Dərbənd xanlığı
Dərbənd xanlığı — Əfşarlar dövlətinin süqutu nəticəsində yaranmış Azərbaycan xanlıqlarından biri. Xanlığın əsası 1747-ci ildə Məhəmmədhəsən xan tərəfindən qoyulmuşdur. Dərbənd xanlığı 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunmuşdur. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min km². idi. Xanlığın ərazisi müasir Dağıstanın cənubunu əhatə edirdi və mərkəzi Dərbənd şəhəri idi. == Tarixi == 1509-cu ilə qədər Dərbənd əsasən Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bu tarixdə Dərbənd Səfəvi hökmdarı I İsmayıl tərəfindən ələ keçirilmiş və burada formalaşdırılmış qızılbaş idarəetmə sisteminin bir hissəsi olmuşdur. Bundan sonra Səfəvilər burada xeyli sayda məscid və digər motivli memarlıq nümunələri tikdirmiş, xüsusən I Abbas şəhərin istehkamlarının gücləndirilməsinə, limanının genişləndirilməsinə diqqət yetirmişdir. Dərbənd qızılbaş əmiri tərəfindən idarə edilirdi və bu əmir Şirvan bəylərbəyinə tabe idi.
Gilan xanlığı
Gilan xanlığı — 1747-ci ildə Gilan əyalətində yaranan xanlıq. == Tarixi == Nadir şah Qırxlı-Avşarın qətlindən sonra Gilanda hakim Tarumlu əmir Əmirgunə xan Əmirli-Avşar idi. Nadir şahın öldürülməsindən sonra Gilanda da hakimiyyət uğrunda mübarizə başladı. Bir tərəfdən Əmir Dibac Fuməninin törəmələri, bir yandan da Şah Sultan Hüseyn Səfəvinin dönəmində Gilan hakimi olan Ağa Kamalın övladları. Ağa Safi Gilanı ələ keçirib, özünü xan elan etdi. Məhəmmədhəsən xan Qovanlı-Qacar və Kərim xan Zəndin arasında gedən taxt-tac qovğasından istifadə edib, yerini möhkəmlətdi. 1752-ci ildə Ağa Camal Fuməninin qızı ilə evlənib, köklü ailə tərəfindən dəstək qazandı. 1753-cü ildə Ağa Hadi Şəfti ilə ədavəti nəticəsində öldürüldü. Ağa Hadi Mirzə Zəki Kəskərinin yardımı ilə Gilanda xanlıq taxtına əyləşdi. Onun xanlığı 4 ay çəkdi.
Gəncə xanlığı
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakliyə 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkihakimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Həştərxan xanlığı
Həştərxan Xanlığı (tatarca حاجی‌ ترخان خانلغی, Xacitarxan Xanlığı) — Qızıl Ordanın yıxılmasından sonra, Çingiz xanın oğlu Cucinin nəslindən olan Toxa Temür sülaləsindən Noqay xan tərəfindən qurulmuş bir Türk dövləti. == Tarixi == 1466 – 1554-cü illər arasında hökm sürmüş bir xanlıqdır, paytaxtı Həştərxan şəhəri olmuşdur. Krım xanlığı vasitəsiylə Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Onun ehtimali təsisedici Qızıl Ordanın hakimi, Səyyid Əhmədin qardaşı, Mahmud Xan sayılır. Əsli adı "Əjdaha Xanlığı" olan və ruslar tərəfindən sonradan dəyişdirilən Həştərxan xanlığı, Xəzər dənizinin şimal sahillərində əhəmiyyətli bir ticarət mərkəzi olaraq, 88 il müstəqil olmuş, lakin ardıcıl olaraq davam edən hakimiyyət mübarizələri nəticəsində zəifləmiş və 1556-cı ildə rus çarı Qorxunc İvan tərəfindən yıxılmışdır. Rusiyanın Qazan və Həştərxan xanlıqlarını yıxaraq şərqə doğru genişləmə siyasətindən narahat olan Osmanlı Dövləti, (həm də Orta Asiyadakı türk xanlıqlarının kömək istəməsi səbəbindən) 1563-cü ildə Rusiyanı dayandırmaq üçün Həştərxana səfər planlaşdırmış, ancaq 1569-cu ildə həm ordu rəhbərləri arasında, həm də Krım Xanı ilə bu rəhbərlər arasında başlayan anlaşılmazlıqlar nəticəsində səfərdə istənilən nəticəyə nail olunmamışdır. Buna baxmayaraq Rusiyanın sülh istəməsi səbəbindən 1570-ci ildə yenə də Osmanlı və Orta Asiya türk xanlıqlarının xeyrinə bir müqavilə əldə edilə bilmişdir. Bu gündə Həştərxan və ətrafında sıx türk əhalisi yaşayır. === Həştərxan Xanları === I. noyabr 1466–1490 Abbülkərim 1490–1514 Canı Gözət 1514–1521 (1474 −1476 Krım Xanı) Hüseyn 1521 — ? Şeyx Əhməd ?
Kalmık xanlığı
Kalmık xanlığı (Torqout xanlığı; kalm. Хальмг хана улс) — XVII–XVIII əsrlərdə kalmıkların dövlətləri. == Tarixi == Xanlıq noyonların başçılığı ilə uluslardan təşkil olunmuşdu. Uluslar aymaklara və xotonlara bölünürdü. Bu bölümləri də zaysanqlar idarə edirdi. Xanlıqda məhkəmə zarqo, hakim zarquçu adlanırdı. Buxara xanlığında çəkişmələrdən istifadə edən Səfəvilər Xorasanı tutdular. Şah I Abbasa arxalanan Xarəzm feodalı Xoca Məhəmməd 1598-ci ildə Ürgəncdə möhkəmləndi. Kalmık tayfaları Mavərənnəhrdən sıxışdırıldı. === Qazax və kalmık əlaqələri === XV əsrdən XVI əsrin ikinci yarısına qədərki dövrdə Qazax-Kalmık münasibətləri haqqında bilgilər çox azdır.
Kazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. == Tarixi == Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Kokand xanlığı
Kokand xanlığı (özb. Qo'qon xonligi) — 1709–1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır. Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlıgı idi. Xanlıgın ərazisi Fərqanə vadisi idi ki, burada özbək, tacik və qırğızlar yaşayırdılar. Daşkənd bu xanlıgın tərkibinə daxil idi və əlverişli cografi mövqed yerləşirdi. Əkinçilik və köçəri rayonları birləşdirən nöqtdə yerləşən Daşkəndin cografi mövqeyi qədimdən onun inkişafına əlverişli təşir göştərirdi. Orta Aşiya ilə Rusiyanın iqtişadi əlaqlərinin inkişafı Daşkəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox şərhədə məntəqələri ugrunda xanlıqlar araşında uzun şürən müharibələr gedirdi. Kokand xanlıgında Kokand və Daşkənddən başqa əhalişi ticarət və şəntkarlıqla məşgul olan Əndican, Nəməngan, Mərğilan, Xücənd, Çimkənd kimi şəhərlər var idi. == Tarixi == 1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılaraq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir.
Krım xanlığı
Krım Xanlığı və ya Krım Yurdu (Krım Tatarcası: Qırım xanlığı; Rusca: Крымское ханство; Ukrayna dili: Кримське ханство) — 1441–1783-cü illər arasında Krımda hökm sürmüş Krım-Tatar dövləti idi. Qızıl Ordanın yerini alan dörd xanlıqdan ən uzun müddət hökm sürən xanlıqdır. 1475-ci ildən 1774-cü ildə bağlanan Kiçik Qaynarca sazişinə qədər Osmanlı İmperiyasına bağlı qaldı. == Tarixi == XIII və XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq Çölünə irəliləyən Tatar qəbilələri, köçəri həyatlarını tərk edərək Krıma yerləşirdi. Qızıl Ordanın süqutundan sonra bu bölgədə başlayan hakimiyyət qurma yarışı Çingiz Xanın oğullarından Cuçinin kiçik oğlu Toka Teymur soyundan gələn və tatarları idarə edən Hacı Gəray tərəfindən qazanıldı. Litvada XV əsrin əvvəllərində doğulmuşdu. Böyüdükdən sonra "Şirin" qəbiləsinin köməyiylə Krımda hakimiyyət qurdu. 1441 tarixində öz adına pul kəsdirdi. Xanlığın quruluş tarixi buna görə 1441 qəbul edilir. == Osmanlı himayəsi == Hacı Gərayın övladları uzun müddət taxta çıxmaq üçün bir-biri ilə vuruşduqda Osmanlı imperiyası mübarizənin daha da uzanmaması və Krım taxtında Osmanlıya sadiq birinin oturması üçün Hacı Gərayın oğlanlarından biri olan Məngli Gəraya qardaşlarına qarşı döyüşdə kömək etdi və Krım xanı olaraq "iki qitənin və iki dənizin xanı" titulunu qazanmasına şərait yaratdı.
Kumul xanlığı
Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi. == Tarixi == === Yaranması === Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.
Künduz xanlığı
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.
Kürə xanlığı
Kürə xanlığı (ləzg. Куьредин шарвал) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti. == Coğrafiyası == Kürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları. Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir.
Lənkəran xanlığı
Talış xanlığı (tal. Tolışə xanəti) (fars. خانات تالش‎) — Azərbaycan xanlıqlarından biridir. Ərazisi təxminən 8000 kv. verst idi. Talış xanlıq 6 mahala bölünürdü. Bunlar, Ərkivan, Dərin, Alar, Məringül, Zuvand və Sepidac idi. 235 kəndi birləşdirən xanlıqda təxminən 40 minə yaxın əhali yaşayırdı. == Tarixi == 1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Talış xanlığı idi.
Maku xanlığı
Maku xanlığı — Nadir şahın ölümündən sonra Cənubi Azərbaycanda yaranan xanlıqlardan biri. Mərkəzi Maku şəhəri idi. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı. == Tarixi == Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi. Xanlığın banisi Bayat tayfasındanƏhməd Sultan idi. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə Təbrizə oradan da Makuya gəlir. Əhməd Sultan atası İbrahimin yerinə xanlıq taxtına oturur.
Marağa xanlığı
Marağa xanlığı — şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü, cənubdan Ərdalan xanlığı ilə həmsərhəd Azərbaycanın cənub xanlığı. Marağa vilayəti I Şah Abbasın hakimiyyəti dövrundə Azərbaycanın məşhur ellərindən biri Cavanşir tayfasının Müqəddim adlı qoluna mənsub idi. Həmin vilayətin ərazisi səfəvi dövlətinə hərtərəfli qulluq göstərən müqəddim Mir ağa xan Soltanın soyurqalına verilmişdir. Bu dövrdən etibarən Mir Ağa xan Soltanın nəsli növbə ilə Marağa vilayətində hakim olmuşlar. XVIII əsrin 20-ci illərində (1724-cü ildən sonra) Azərbaycanın bir sıra vilayətləri, ocümlədən Marağa Osmanlı qoşunlarının işğalına məruz qaldığı bir dövrdə həmin yerlər osmanlı Teymur paşanın hökmranlığı altında idi. Nadir Qulu xan Azərbaycana qoçun çəkdiyi ərəfədə baş Vəkil Həsən Əli olmaqla müqəddim tayfası üsyan qaldırıb Nadir şahın köməyi ilə Marağanı türklərdən azad etdi. Nadir Qulu xan Marağaya gəldikdən sonra tayfa başçısı (iri feodal) Əbdürrəzaq Müqəddəmi vilayətə hakim (1730) təyin etdi. Lakin az sonra o, Nadir Qulu xanın xəyanətindən ehtiyat edərək ailəsi ilə Bağdada qaçdl. Marağa vilayətinin idarəsi Həsənəli bəy Vəkilə (1737) tapşırıldı. Həsənəli bəy Vəkilin vəfatından (1744) sonra onun yerini Nadir şahın rəsmi fərmanı əsasında oğlu Əliqulu xan Müqədddim tutdu.
Mehdioğlu xanlığı
Mehdioğlu xanlığı — 1500-cü illərin sonlarında Qara Mehdi xan tərəfindən yaradılmışdır. Haqqında çox məlumat mövcud deyil. 13 kənddən ibarət idi. Qara Mehdi xan Aşağı Cenqutay kəndini paytaxt seçmişdi. 1741-ci ildə II Əhməd xan Nadir şahın ordusuna məğlub olmuşdu. I Mahmuddan əmir-əmiran (bəylərbəyi) titulunu almışdı. 1867-ci ildə son xan Rəşid xan Rusiya imperiyasına təslim oldu və xanlıq Temirxan Şura vilayətinin bir hissəsi oldu. == Xanları == Qara Mehdi (~1590) I Əhməd xan (~1637) II Mehdi (XVII əsr) Pir Məhəmməd (XVIII əsrin əvvəlləri) III Mehdi (~1732) II Əhməd xan (1735–1749) IV Mehdi (1749–1773) Əli Sultan (1773–1807) Əhmədxan Hacı Xan (?
Mextulin xanlığı
Mehdioğlu xanlığı — 1500-cü illərin sonlarında Qara Mehdi xan tərəfindən yaradılmışdır. Haqqında çox məlumat mövcud deyil. 13 kənddən ibarət idi. Qara Mehdi xan Aşağı Cenqutay kəndini paytaxt seçmişdi. 1741-ci ildə II Əhməd xan Nadir şahın ordusuna məğlub olmuşdu. I Mahmuddan əmir-əmiran (bəylərbəyi) titulunu almışdı. 1867-ci ildə son xan Rəşid xan Rusiya imperiyasına təslim oldu və xanlıq Temirxan Şura vilayətinin bir hissəsi oldu. Qara Mehdi (~1590) I Əhməd xan (~1637) II Mehdi (XVII əsr) Pir Məhəmməd (XVIII əsrin əvvəlləri) III Mehdi (~1732) II Əhməd xan (1735–1749) IV Mehdi (1749–1773) Əli Sultan (1773–1807) Əhmədxan Hacı Xan (?
Monqol xanlığı
Şimali Yuan Dövləti (monq. Умард Юань Улс;1368-1635) - Monqolustanda və Daxili Monqolustanda mövcud olmuş tarixi monqol dövləti. Yuan İmperiyasının Qırmızısarıqlılar üsyanı nəticəsində süquta uğramasında sonra yaranmışdır. İlk xanı Biliqtu xan Ayuşridara, son xanı isə Ecey xandır.
Mərənd xanlığı
Mərənd xanlığı (1747–1828) — mərkəzi Mərənd şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Şimaldan Gərgər mahalı, şərqdən Qaradağ xanlığı, cənubdan Təbriz xanlığı, qərbdən Xoy xanlığı ilə həmsərhəd idi. Xanlığın yaradıcısı Məhəmmədrza xandır. Məhəmmədrza xan Nadir şahın ölümündən sonra Mərəndin hakimi olmuşdu. Hakimiyyət uğrunda əslən Yekan mahalından olan Mir Qılınc Baba xanın törəmələri ilə Xoydan olan Dünbili elinin nümayəndələri mübarizə aparırdılar. Məhəmmədrza xan Mərəndi (1747–?) Nəzərəli xan Mərəndi (?–1828) Xanlıq Mərənd, Culfa, Zunuz və Yekan mahallarına bölünürdü. Mərənd mahalı Culfa mahalı Zunuz mahalı Yekan mahalı Azərbaycan xanlıqları Mərənd Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
Naxçıvan xanlığı
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığıdır. Zəngəzur dağlarından başlamış, Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənubi-şərqdən Zəngəzur sıra dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Qaradağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır. 1790-cı illərin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə güclənir.
Nişapur xanlığı
Nişapur xanlığı və ya Qara Bayat əmirliyi — Xorasanda 1747-ci ildən 1800-cü ilə qədər mövcud olmuş yarımmüstəqil xanlıq. Xorasanda mövcud olmuş xanlığın paytaxtı Nişapur şəhəri olmuş və Qara Bayat tayfası tərəfindən idarə edilmişdir. Nadir şahın ölümündən sonra Əfşar imperiyasının parçalanması şçəraitində formalaşmış xanlıq daha sonra Qacar tayfası tərəfindən 1800-ci ildə ələ keçirilmişdir. Qara Bayat tayfası ənənəvi olaraq Nişapur ətrafında məskunlaşmışdılar və bölgədəki Qızılbaş hakimiyyəti zamanı buranın hakimi rolunu icra etmişdilər. Bu Qacar sülaləsi dövrünə qədər davam etmişdir. I İsmayılın Xorasana yürüşü zamanı (1510-cu ildə) bölgədəki Qara Bayat tayfasından olan hakimlər ona tabe oldular. Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə Xorasanda özbəklərlə olan müharibələr zamanı Qara Bayat tayfasının döyüşçüləri özbəklərə qarşı şiddətli müqavimət göstərdikləri üçün Səfəvi şahı onları vergidən azad etmişdi. I Abbasın hakimiyyəti dövründə tayfanın başçısı olan Məhəmməd Sultan Bayat İsfərayenin, Nişapurun və Səbzəvarın hakimi təyin etdi. Əfqan istilası zamanı Qara Bayat əmiri Mələk Mahmud Sistaniyə tabe olmuş, lakin sonra ona qarşı üsyan etmiş və edam edilmişdir. 1747-ci ildə Əhməd xan Bayat Qara Bayat xanlığının əsasını qoydu.
Oyrat xanlığı
Oyrat xanlığı — Oyratların qurduğu dövlət. 1399-cu ildə Monqol imperiyasının süqutundan sonra Oyratlar Dörbən-Oyrat dövlətini qurdular. XVI–XVII əsrlərdə dörbətlər, ələtlər, xoşutlar və turqutlar Oyrat ittifaqının aparıcı tayfaları idilər.
Hanqiri
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün istifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Meyreki yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Moskva yanğını
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. Madariaga, "Ivan the Terrible", 266.