Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xapsaqay
Xapsaqay (saxa хапсаҕай — cəld, bacarıqlı, güçlü) — Yakutlara məxsus milli güləş növü. == Etmalogiya == Bu idman növünün adının müxtəlif etimalogiyası vardlr. N. S. Qriqoryevin fikirinə görə yakutların frazoloji birləşmələr lüğətinə nəzər yetirsən onda xapsa (ovlaaq, tutmaq, yapışmaq) və qədim monqol müraciət etiketi olan bəy sözlərinin birləşməsindən yaranmışdır. «tut və hərəkət elə» mənasını verir. «Yakutların ətraflı lüğətində» xapsabay (хапсаҕай) kimi deyilir. Xap cəld və güclü, sabay isə at və tulla mənasını verir. == Tarixi == Xapsaqay qədim tarixə malikdir. Bu idman növünün qaydalarının nə zaman yaranması bəlli deyil. Yakutların olonxo əsatirinə görə «orta dünya» bahadırının «qara qüvvələrin» üzərində qalibiyyəti məhz 'Xapsaqay fəndi ilə qalib gəlmişdir. Ustalıq və hazırlıq yolları hər ailə tərəfindən qorunur və sirr saxlanııırdı.
Yusup Xappalayev
Yusup Xappalayev (22 iyun 1916, Lak rayonu – 2006, Mahaçqala) — Lak şairi, Lak, Dağıstan, Sovet poeziyasının banisi, XX əsrin ən böyük Dağıstan şairlərindən biri, Dağıstan MSSR xalq şairi (1966). Əsərlərini lak dilində yazmışdır. == Bioqrafiyası == Yusup Ramazanoviç Xappalayev 22 iyun 1916-cı ildə Xurukra kəndində kəndli ailəsində anadan olmuşdur. Atasını erkən itirmiş və anasının səyi nəticəsində ayağa qalxmışdır. 1933-cü ildə Yusuf Qumuq Pedaqoji Məktəbini bitirir, kənd məktəbində müəllim və direktor olaraq çalışır, "Novıy Put" rayon qəzetinin redaksiyasında, Dağıstan Dövlət Nəşriyyatında işləyir. == Ədəbi fəaliyyəti == Əsas əsərləri lak dilində nəşr edilmişdir. Yusup Xappalaev lak folklorunun, xüsusən də lak qəhrəmanlıq dastanının əla bilicisidir. O, "Xan Murtazəli" və "Udrida" poemalarının müəllifidir. Onun bir çox şeir və poemalar kitabları Moskva nəşriyyatlarında "Bir dostun isti ürəyi", "Mahnı sözləri", "Çaxmaq çaxmaq və bənövşə", "Toxumlar qucaqda yatır", "Mən taxılam" kimi başlıqlı adlarla nəşr olunmuşdur. Happalayevin şeirlərini rus dilinə Yakov Kozlovski, Naum Qrebnev, İrina Ozerova, Yakov Helemski, Vladimir Sokolov, Larisa Şçasnaya, Vera Zvyaqintseva, Vladimir Derjavin, Mark Maksimov və başqaları kimi söz ustaları tərcümə etmişdir.
JAP
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
Qap
Qap (rayon)
Rap
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
WAP
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir.WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür. 1998-ci ilin may ayında ilk WAP – v1.0 redaksiyası işıq üzü görür.
Xaf
Xaf—Xorasanda qədim şəhər. == Tarixi == == Coğrafiyası == Qədimdə vilayət idi. Tarixçi Hafiz Əbruya görə şərqdən Baxərz, qərbdən Kuhistan, şimaldan Zavə və Nişapur, cənubdan səhradır ki, Kuhistan, Fərah və Sistan arasında yerləşir.
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) - Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. == İstifadəsi == Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xaç
Xaç, bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biriir və ya hər ikisi də ortasından ikiya bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər. Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarı ilə tamamilə eyni deyildirlər. == Qırmızı Xaç == == Qamalı xaç == == Xaç motivli bayraqlar == Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.
Xaş
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.
YAP
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var. == Tarixi == === Yaradılması === 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir.
Zap
Zap - silmək, yox etmək (ru. уничтожать, затирать) – faylın uzaqlaşdırılması, məsələn, onun bütün informasiyasının fiziki yox edilməsi; informasiya daşıyıcısının, adətən, statik elektrik yükü ilə zədələnməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çap
Kalibr (ar: ‏قالب / qālib, Az: qəlib), 1 düymənin yüzdə birinə bərabər olan ölçü vahididir. 1 kalibr 0,254 millimetrə bərabərdir.
Xan xan Bəsirəssəltənə
Xan xan Bəsirəssəltənə (1852-1922) — Mirzə Əli Siqqətülislamın yeznəsi (bacısının həyat yoldaşı), Müzəffərəddin şah Qacara yaxın olan saray adamlarından idi. 1895-ci ildə, Müzəffərəddin şah Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar padşah olandan sonra, şahın ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xidmətçisi olmaqdan başqa, Tehranın ətrafında olan ellərin (Qaraçorlu eli, Xudabəndəli eli və Osanlu eli) başçısı oldu ki, əvvəllər Əminəssultanın qardaşı, Məhəmməd Qasim xan Vəkiləssəltənənin sahibliyində idi. 1898-ci ildə, Mirzə Əli Əsğər xan Əminəssultanın yenidən iş üstə gələndən sonra,yada Ruslar tərəfindən iş üstə gətirildiyəndən sonra, Bəsirəssəltənə Ərdəbilə sürgün oldu və bir daha Tehrana qayıtmadı, 1922-ci ildə və 70 yaşında vəfat etdi. Uşaqları, soyadlarını "Bəsirpur" qoyublar. == Qaynaqlar == شرح حال رجال ایران.نگارش مهدی بامداد.جلد دوم ص 90.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[…], Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Böyük Monqol imperiyası) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir. == Həyatı == Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir.Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi. O, ölmədən öncə Bizans imperatoru VIII Mixail Paleoloqun qızı ilə evlənməyi planlayırdı.
Abaxay xan
Abaxay xan (28 noyabr 1592 – 21 sentyabr 1643, Mancuriya) Nurxasi xanın səkkizinci oğlu — Mancuriya dövlətinin qurucusu. == Həyatı == Mancurlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular. Abaxay xan 1626-cı ildə ulu xan və imperator seçildi. Abaxay xan 1643-cü ilin sentyabr ayında vəfat etmişdir. == Ədəbiyyat == Oleq NepomninИстория Китая: Эпоха Цин. XVII — начало XX века. М.: Восточная литература, 2005. ISBN 5-02-018400-4 Э. Паркер — Китай, его истории, политика и торговля, 1903 г.
Abdulla xan
Abdulla xan (1340 – 1370) — Mamay xanın köməyi ilə hakimiyyətə gəlmişdi. Əvvəlcə Həsən xan tərəfindən devrilsə də yenidən hakimiyyətə gətirilmiş, müstəqil hərəkətlərindən dolayı Mamay xan onu devirib taxta Bulak xanı gətirmişdi.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isә bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711-1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: “Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq”,-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona “Aruvaq” (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Akça Xan
Allahqulu xan
Allahqulu xan(1794 - 1842)—Qonquratlar sülaləsindən Xivə xanı. == Həyatı == Məhəmməd Rəhim xandan sonra yerinə keçən oğlu Allahqulu xanın (1825-1842) səltənət dönəmi Xivə xanlığının ən yaxşı dövrlərindən birini təşkil etdi. Allahqulu xanın göstərdiyi uğur bilxassə İran və Buxarada qısqanclıq doğurdu. Ruslar da bundan faydalandılar və 1830-cu illərin əvvəllərindən etibarən İranlıları Mərv və Herat istiqamətində genişləməyə, Buxara əmirliyini də silahlandırıb hərbə təşviq etdiler. Sonunda rusların Buxara əmirinə savaş sursatı aparsn bir dəstənin Xivə torpaqlarından zorla keçməyə qalxması, Xivə qüvvələrinin də bunları yaxalayıb əsir alması Rusiya ilə Xivənin arasını açdı və rusların Xivə xanlığına qarşı ilk ciddi səfərlərini aparmalarına səbəb oldu. Əsas məqsədləri, Türkistana enməkdə ən böyük əngəl olaraq gördükləri Xivə xanlığını nəzarət altına almaq olan ruslar, General Perovski komandasında 13.000 nəfərlik bir qüvvəni Xivəyə göndərdilər (14 noyabr 1839). Fəqət 5 dekabr 1839-cu ildə Manqışlaqın Üstyurd bölgəsindəki Beş-Tumak vahəsində aparılan savaşı uduzdular və Orenburqa çəkildilər. Perovskinin amacı, Orenburqda gərəkli köməyi aldıqdan sonra 1840-cı ilin baharında yenidən Xivə üzərine yürüməkdi. Fəqət bu sırada İngiltərənin etdiyi müdaxile savaş durumuna son verdi. Rusların Xivə və Türkistanı almaları halında Hindistandakı hakimiyətlerinin təhlükəyə girəcəyini düşünən İngilislər, Allahqulu xanı Rus əsirlərini sərbəst buraxması üçün razı saldılar.
Allahverdi xan
Allahverdi xan (gürcü)
Allahyar xan
Allahyar xan Dəvəli-Qacar — İranın baş naziri Allahyar xan Qılıncçı — Qılıncçı tayfasının başçısı.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Alqu xan
Alqu xan (?- 1266) — 1260–1266-cı illər arasında Cığatay xanı. Çingiz xanın nəticəsi, Cığatay xanın nəvəsi və Baydar xanın oğludur. == Həyatı == Böyük Monqol imperiyası Böyük xanı Möngke 1260-cı ildə öldüyündə taxta çıxan Arık Bökə tərəfindən anası Orqina xatun vəsayətindəki kiçik yaşdaki Mübarəkşahın yerinə Cığatay xanlığı taxtına çıxartılır.1261-ci ildə öncədən Göy Orda idarəsindəki bölgələri də ələ keçirərək hakimiyətini genişlədir. Səmərqənd və Buxaranı öz idarəsinə alır. Bu dönəmdə Monqol taxtı üçün Kubilay xan ilə qanlı bir içsavaşın ortasında olan Arık Bökəyə qarşı üsyan qaldırır. İki il boyunca sürecək savaşlar qanlı keçəcəkdir. Alqu, Kubilay xanın valilərindən Mahmud Yalavac oğlu Məsud bəyin və Orgina xatunun dəstəyini alacaq və Arık Bökənin güclərini zəiflədəcəkdir.1263-cü ildə Kubilay xana bağlılığını bildirən Alqu xan, Arık Bökəni dəstəkləyən Kaydu xan ilə savaşır. Kaydu yardım üçün başvurduğu Qızıl Orda dövləti hökmdarı Bərkə xandan böyük dəstək görür. Torpaqları işgal altına qalan Alqu, Kayduya yenilərək geri çəkilmək məcburiyyətində qalır. Güclərini toplayaraq yenidən hücuma keçən Alqu xan yeni səfər sırasında 1266–cı ildə ölür.
Alığ Xan