XAM

1. сырой; 2. недоваренный; 3. неопытный, непривычный; 4. целинный, невозделанный;
XALVAR
XAMA
OBASTAN VİKİ
Xam sövdələşmə (film, 1986)
Xam sövdələşmə (ing. Raw Deal) — 1986-cı ildə Con İrvin tərəfindən çəkilmiş ABŞ filmidir. Xam sövdələşmə — Internet Movie Database saytında.
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 20 oktyabr 1956-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Adi xamırmaya
Alena Xamulkina
Alçaqboy xamerops
Alçaqboy xamerops (lat. Chamaerops humilis) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin xamerops cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avropanın qərb hissəsində, Aralıq dənizyanı ölkələrində və Şimali Afrika da yayılmışdır. == Botaniki təsviri == Alçaq gövdəli koldur. Gövdəsi bozumtul-göy rəngli sərt yarpaqlardan ibarət sıx çətir əmələ gətirir, kürən-qonur liflərə sıx çətir örtülmüşdür. Saplaqların uzunluğu 70-80 sm-ə qədərdir. Yarpayası yelpikvari sərtdir, diametri 50-60 sm, qaidəsinin kənarında pazvari oyuq vardır. Sermenlərin sayı 30-a çatır, üst tərəfi tünd yaşıl, alt tərəfi bozumtul rəngdədir. Xamaşçiçəyin gövdənin qaidəsi yaxınlığında yerləşən və uzunluğu 30-40 sm-ə olan qıçalardı. Kasacığın dilimləri sivridir.
Ensizyarpaq xamerion
Herbert Xamison
Herbert Xamison (19 iyul 1875, Peoriya[d], İllinoys – 22 noyabr 1938, Peoriya[d], İllinoys) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Herbert Xamison 1875-ci ilin 17 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Peoriya şəhərində anadan olub. 1938-ci ilin 22 iyun tarixində isə elə həmin şəhərdə ömrünün 62-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Herbert Xamison 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 400 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Xamison təsnifat mərhələsində 56.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 55.2 saniyə nəticəyə imza atan Herbert Xamison I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Mənzuri Xamneyi
Mənzuri Xamneyi - ədəbiyyatşünas, yazıçı, tərcüməçi. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Səməd Sərdariniya, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Pir Xamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur. Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur.
Qafqaz xameneriumu
Hündürlüyü 30–50 sm, gövdəsi əsasından yayılan və ya sürünən, az qalxan, aşağı hissədə çılpaq, qurumuş, aralanmış nazik qəhvəyi rəngli qabıqlıdlr, yuxarı hissədə tüklü, sadə və ya az budaqlanan yarımkoldur. Yarpaqlarının orta hissəsindən aşağısı daha çox genişlənmiş, sivri ucluğa tədricən daralandır, tünd yaşıl rənglidir, kənarları xırda dişli, oturaq və yaxud çox qısa saplaqlıdır, çılpaq və ya kənarları və orta damarı tüklüdür, uzunluğu 3,5 sm, eni 5–7 mm-dir. Salxımı qısalmışdır, demək olar ki, qalxanşəkillidir, azçiçəklidir. Qutucuq tünd-qırmızımtıl rəngdədir, nazik tüklü, yetişmişləri demək olar ki, çılpaqdır, uzunluğu 7 sm-ə qədərdir. Toxumları açıqq əhvəyirəngli, uzunluğu 2 mm-ə yaxındır, xırda məməciklidir. İyul-Avqust Avqust-Sentyabr BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. Subalp və alp qurşağında. Dağdan axan çayların çaqıl daşları üzərində rast gəlinir.
Qızıl Arslan Xamuş
Atabəy Qızıl Arslan Xamuş və ya II Qızıl Arslan — Atabəylər dövlətinin hakimliyinə iddiaçı. Sultan Özbəyin oğlu. Dövlətin süqutundan və atasının ölümündən sonra Məlik Qızılarslan özünü sultan və atabəy elan etdi. O, Sultan Cəlaləddinin yanına gəldi və ona tabeliyini bildirdi. Daha sonra nizari-xaşxaşi hökmdarı III Məhəmmədin yanına gəldi və orada öldü.
Rüstəm Xamitov
Rüstəm Zəki oğlu Həmidov (rus. Рустэм Заки́евич Хами́тов; başq. Рөстəм Зəки улы Хəмитов, Röstäm Zäki ulı Xämitow) — Rusiyalı dövlət xadimi, 1954-cü il avqustun 18-də Kemerovo vilayətinin Draşenino kəndində anadan olmuşdur. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvüdür və 14 sentyabr 2014-cü il tarixdə ikinci dəfə seçilmişdir. Rüstəm Həmidov 1954-cü il avqustun 18-də Kemerovo vilayətində anadan olmuşdur. O, etnik olaraq Başqırddır, Başqırd dili onun ana dilidir. O, həmçinin rus dili və ingilis dili də danışır. Onun atası Zəki Səlim oğlu Həmidov (1930-cu ildə başqıstanın Baltaç rayonunda anadan olub, 1993-cü ildə dünyasını dəyişib) texnika elmləri doktoru idi. Başqırdıstanın Əməkdar mühəndis unvanı ilə mükafatlandırılıb. 1973–1980-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı mexanizasiyası fakültəsinin dekanı vəzifəsində çalışıb.
Seyyid Əli Xameneyi
Əli Xamenei (fars. سید علی حسینی خامنه‌ای‎; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir. Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi.
XAMPP
XAMPP (Extended Apache/MySQL/PHP/Perl) — Web server proqram təminatı. Xampp server ile kompüterə PHP, MySQL, Perl, Apache, FaylZilla və MercuryMail kimi sistemlər quraraq hazır web server yaradılır. XAMPP serverdə phpMyAdmin də qurulu gəlir.
Xama
Xama (ciyə) – qaymağın süd turşusu bakteriyaları ilə emalından alınan süd və yeyinti məhsulu. Yağlılığı 10, 20, 25, 30, 36, 40% olan xamalar hazırlanır. Maya vurulmuş qaymaq soyuducu kamerada 5-8oC-yə qədər soyudulur, sonra isə 12-48 saat yetişdirilir. Separatorda (ayırıcıda) xama birbaşa süddən alınır, bu zaman südün yağlı hissəsi olan xama ayrılır. Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır. Xamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır. Xama bir çox xörəklərlə yeyilir, xəmirə qatılır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.
Xamaq Monqol
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080-1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-ci ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır. Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi. Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.
Xamaqmonqol
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080-1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-ci ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır. Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi. Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.
Xamar
Moqadişo (somali. Muqdisho, ərəb. مقديش‎) — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır. Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı.
Xameleon (Mortal Kombat)
Xameleon (ing. Chamaleon) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Digər personajlara çevrlməsi baxımından "Şanq Tsunq" personajına bənzəyr. Lakin fərqləndirici cəhəti onun bütün personajların yox, yalnız "Nindza" stilli personajların görkəmini ala bilməsidir.
Xameleon burnu
Xameleon burnu (ukr. Хамелеон) (Laqernı; Toprak-kaya, Torpaq-Qaya) — Krım sahillərində, Koktebel şəhəri yaxınlığında yerləşən burun. Burun Koktebel körfəzi ilə Tixaya buxtasını ayırır. Burunun adı onun günün çağlarından, günəşin düşməsindən və buludluluqdan asılı olaraq rəngini dəyişməsidir. Gün ərzində burun rəngini 20 dəfə dəyişə bilir.
Xamelyonlar
Buqələmunlar (lat. Chamaeleonidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Xamenei
Əli Xamenei (fars. سید علی حسینی خامنه‌ای‎; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir. Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi.
Xameleon botneti
Chameleon botneti 28 fevral 2013-cü ildə "spider.io" təhlükəsizlik araşdırma şirkəti tərəfindən müəyyən edilmiş botnetdir .120,000-dən çox kompüterin yoluxduğu və reklam trafikindən ayda orta hesabla 6 milyon ABŞ dolları qazana bilmişdir. Bu trafik yoluxmuş sistemlərdə yaradılaraq, reklam kontenti çıxararaq, təhlükəsiz görüntü yaratmağa çalışırdı, buna görə də qanuni veb trafiki kimi görünürdü. Təsirə məruz qalan kompüterlərin əksəriyyəti şəxsi kompüterlər (yaşayış sistemləri) olmaqla, hamısı Windows kompüterləri idi. Proqramın hərəkətlərini daha çox insan davranışına bənzətmək üçün o, yoluxmuş sistemlərin mousunu brauzerlərdə səhifələr ətrafında hərəkət etdirməyə məcbur etdi və seanslar bağlananda onlari restart edərək yenidən işə saldı. Bundan əlavə, həm Adobe Flash, həm də JavaScript skriptlərinin yoluxmuş sistemlərdə icra edilməsi mürəkkəb idi. Botnet tə rəfindən hədəf alınan ən azı 202 veb-sayt var idi və onlardan 9 milyarddan çox reklam ona xidmət göstərirdi. Botnet tərəfindən yaradılan veb-trafikin yan təsiri olaraq, yoluxmuş sistemlər, ehtimal ki, ümumi əməliyyat gecikməsindən və yavaş şəbəkə bağlantısından əziyyət çəkdi. Bu əlamətlər kompüterin yoluxmuş olmasının göstəriciləri idi. ClamWin və Exterminate It kimi zərərli proqram aradan qaldırılması proqramı ilə, infeksiya yoluxmuş sistemdən çıxarıla bilər. Həmçinin yoluxmuş Windows PC-nin reyestrini əl ilə dəyişdirməklə zərərli proqramı deaktiv etmək mümkün olub.
Xamerops
Xamerops (lat. Chamaerops) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. Chamaeriphe Steck Chamaeriphes Ponted. ex Gaertn.

Digər lüğətlərdə